Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-76/2024 16.01.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran rayon məhkəməsi hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, iddiaçı X1 nümayəndəsi və vəkili Vəkil, həmçinin cavabdeh «Azəriqaz» X9 X13 İdarəsi (bundan sonra mətndə Lənkəran RQİİ) nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı X1 cavabdeh Lənkəran RQİİ-yə qarşı «işə bərpa» tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X3 cavabdeh Lənkəran RQİİ-yə qarşı iddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin) 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2023-cü il tarixdə X3 tərəfindən imzalanmış ərizə blankının etibarsız hesab edilməklə Lənkəran RQİİ-nin F.Məhərrəmovun işdən çıxarılmasına dair 06 iyun 2023-cü il tarixli 14-22-10/3-1K-129/2023 saylı əmri qanunsuz və əsassız olduğundan ləğv edilməklə əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində və iddiaçı X1 nümayəndəsi Vəkil məhkəmədə verdiyi izahatında tələbi onunla əsaslandırılmışdır ki, 2012-ci ildən Bİləsuvar Qaz İstismar İdarəsində işləyir. 2015-ci ildən isə Lənkəran RQİİ-nin Biləsuvar xidmət sahəsində çilingər, 2019-cu ildən isə idarənin Biləsuvar rayonu üzrə təmir bərpa və satış xidmətində xidmət rəisi işləmişdir. İşlədiyi müddət ərzində heç bir töhmət və cəza almamış, əksinə mükafatlandırılmışdır. 06 iyun 2023-cü il tarixdə Biləsuvar rayonunda işə olarkən idarə rəisi Namiq Məmmədov gəlib bildirmişdir ki, səndən şikayət var, işdən çıxma barədə ərizə yaz. Onu təhdid etdikdən sonra o da məcburiyyət qarşısında qalıb işdən çıxarılma barədə ərizə yazmışdır. Səhərisi gün, yəni 07 iyun 2023-cü il tarixdə o Lənkəran RQİİ-yə ərizə yazaraq Əmək Məcəlləsinin 64-cü maddəsinə əsasən işdən azad olunma ilə bağlı ərizəsini geri götürdüyünü və etibarsız hesab olunmasını bildirmişdir. Ərizəsi 12 iyun 2023-cü il tarixdə Lənkəran RQİİ tərəfindən alınmışdır. Lakin buna baxmayaraq 12 iyun 2023-cü il tarixdə ona məlum olmuşdur ki, cavabdeh təşkilat qanunsuz olaraq onu ərizə verdiyi tarixdn, yəni xx.xx.2023cü ildən işdən azad etmişdir. Bununla bağlı mediasiyaya müraciət etmiş, cavabdeh təşkilat mediasiyaya gəlməmişdir. Barəsində verilmiş xx.xx.2023-cü il tarixi 14-2-2-10/3-1K- 129/2023 №-li əmri qanusuz və əsassızdır. Cavabdeh təşkilat onun əmrində Əmək Məcəlləsinin 69-cu maddəsiinin 3-cü bəndinə istinad etməklə xitam vermişdir. Cavabdeh təşkilat bir təqdim ayı xəbərdarlıq müddətini gözləmədən onu işşdən azad etmişdir. İdarənin rəhbəri ona hədə qorxu gələrək onu işdən azad etmişdir. O işdən çıxarılarkən Əmək Məcəlləsinin tələbləri pozulmuşdur. İşin məhkəməyə hazırlanması prosesində cavabdeh təşkilat sübut kimi F.Məhərrəmov tərəfindən xx.xx.2023-cü il tarixdə işdən çıxma ilə bağlı guya onun tərəfindən yazılmış ərizəsinin surətini təqdim etdi. Ərizə vətəndaşın iradə ifadəsi olmaqla onun tərəfindən yazılmalı və imzalanmalıdır. Cavabdeh təşşkilat tərəfindən təqdim edilmiş F,Məhərrəmov tərəfindən imzalanmış ərizə nümunəsinə baxarkən görünür ki, F.Məhərrəmov tərəfindən yazılmış ərizə deyil, tipoqrafiyada çap edilmiş ərizə blankdır. Belə ki, blankın aşağısından görünür ki, bu blank harada nəşr olunub, neçənci ildə nəşr olunub, dəyişikliklər nə vaxt olmuşdur. İdarə müdiri haradan bilir ki, məhz 06 iyun 2023-cü il tarixdə F.Məhərrəmov işdən çıxa barədə ərizə yazacaq. Odur ki, özü ilə Lənkəran şəhərindən bu ərizə blankını gətirmişdir. Həmin blankın əsasında da səhərisi günü, yəni 07 iyun 2023-cü il tarixdə F.Məhərrəmov təcili işdən çıxarılır. Cavabdeh etirazın dəlillərində göstərir ki, 2023-cü ilin iyun ayında Ə.Əliyev adlı şəxs onlara şiakyət etmişdir ki, F.Məhərrəmov şikayətçini aldatmışdır. Bununla bağlı F.Məhərrəmova irad bildirilərək, qanunvericiliyin tələbi ona izah edilmiş, lakin heç bir hədə-qorxu gəlinməmiş və təhdid olunmamışdır. Cavabdeh iddiaya qarşı etirazında dolayısı da ola təsdiq etmişdir ki, həqiqətən iddiaçıya göstərilən tarixdə «irad bildirilərək, qanunvericiliyin tələbi ona izah edilmişdir». Lakin göstərilən iradın və qanunvericliyin tələbinin hansı formada izah olunmasını göstərməmişdir. Həqiqətən də F.Məhərrəmodan Ə.Əliyev adlı şəxs Biləsuvar RPŞ-nə şikayət vermiş və araşdırma zamanı tərəflər arasında borc mübasihəsi olduğundan, Biləsuvar RPŞ-nin 12 iyul 2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd olunmuşdur. F.Məhərrəmovun müdiriyyətin təhdidi altında, ona hədə-qorxu gələrək iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə məcbur edilməsi hazırda təqdim edilmiş ərizə blankı və cavabdehin təqdim etdiyi etirazla öz təsdiqini tapır. Buna görə də F.Məhərrəmov tərəfindən imzalanmış ərizə blankı etibarsızdır. Cavabdeh Lənkəran RQİİ-nin nümayəndəsi Nümayəndə iddiaya qarşı yazılı etiraz verərək, iddianın rədd edilməsini xahiş etmişdir. İddiaya qarşı yazılı etirazda və məhkəmə iclasında verdiyi izahatında cavabdeh Lənkəran RQİİ-nin nümayəndəsi Nümayəndə iddiaya qarşı etiraz onunla əsaslandırmışdır ki, iddia tələbini tamamilə əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən X3 ilə bağlanmış 21 yanvar 2015-ci il tarixli, 441 nömrəli əmək müqaviləsinin ləğv edilməsi barədə Lənkəran X13 İdarəsinin 06 iyun 2023-cü il tarixli 14-2-2-10/3-1K-129/2023 saylı əmri qanuni və əsaslıdır. F.S.Məhərrəmovun iddia tələbinin və iddia ərizəsində göstərdiklərinin əsassız olması X1 06 iyun 2023-cu il tarixdən tutduğu vəzifədən azad olunması ilə əlaqədar Lənkəran X13 İdarəsinin rəisi Namiq Məmmədova ünvanladığı 06 iyun 2023-cü il tarixli ərizə ilə, F.S.Məhərrəmov xx.xx.2023-cü il tarixdə imza edərək onunla bağlanmış Əmək Müqaviləsinin ləğv edilməsi haqqında əmrlə tanış olmaqla, əmək kitabçasını «əmək kitabçasının və onun içliyinin hərəkətlərinin uçotu» kitabına imza edərək təhvil alması və "xxxx" MMC ilə əmək müqaviləsi bağlayaraq Lənkəran RQİİ Biləsuvar Xidmət Sahəsinə təhkim edilmiş Biləsuvar rayon sakini X11 xx.xx.2023-cü il tarixli Lənkəran RQİİ-nə ünvanladığı müraciətlə sübuta yetirilir. Belə ki, Lənkəran RQİİ-nin Biləsuvar rayonu üzrə Xırmandalı Təmir-bərpa və satış xidmətinin rəisi X3 06 iyun 2023-cü il tarixdə Lənkəran X13 İdarəsinin rəisi Namiq Məmmədova ərizə ilə müraciət edərək öz təşəbbüsü ilə 06 iyun 2023-cü il tarixdən tutduğu vəzifədən azad olunmasını xahiş etmişdir. X3 07 iyun 2023-cü il tarixli ərizə ilə Lənkəran X13 İdarəsinə müraciət edərək 06 iyun 2023-cü il tarixdə əsəbi olduğuna görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.4-cü maddəsinə əsasən işdən azad olunma ilə bağlı ərizəsini geri götürməklə etibarsız hesab etdiyini bildirmişdir. X2 bildirilmişdir ki, idarəyə şəxsən təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizəsində (qeydiyyat nömrəsi 14-2-2-10/3-7-407 /2023, qeydiyyat tarixi xx.xx.2023) şəxsi təşəbbüsü ilə xx.xx.2023-cü il tarixdən işdən azad olunmasını xahiş etmişdir. Ona görə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinin tələblərinə uyğun olaraq ərizəsində işdən çıxarılmasını tələb etdiyi gün (xx.xx.2023-cü il), 14-2-2- 10/3-1K-129/2023 nömrəli, xx.xx.2023-cü il tarixli əmrlə onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. F.S.Məhərrəmov həmin gün Əmək Müqaviləsinin ləğv edilməsi haqqında əmrlə tanış olmuş, əmək kitabçasını «əmək kitabçasının və onun içliyinin hərəkətlərinin uçotu» kitabına imza etməklə təhvil almışdır. F.S.Məhərrəmova izah edilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cü maddəsinin tələblərinə uyğun olaraq işçi əmək müqaviləsinin ləğv olunması barədə işəgötürənə təqdim etdiyi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə xəbərdarlıq müddəti (bir ay) bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmə barədə işəgötürənə yeni ərizə ilə müraciət edə bilər. Lakin F.S.Məmmədov əmək münasibətlərini dayandırmaq istədiyi barədə idarəyə təqdim etdiyi məlum ərizəsində işdən çıxmaq istədiyi günü - yəni, xx.xx.2023-cü il tarixi konkret olaraq göstərdiyinə görə əmək müqaviləsinin ləğv olunması üçün nəzərdə tutulmuş 1 ay xəbərdarlıq müddəti Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cü maddəsinin tələblərinə uyğun olaraq ona şamil olunmur. Ona görə də indiki halda əmək müqaviləsinin ləğv olunması barədə təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizəsinin etibarsız sayılması barədə xx.xx.2023-cü il tarixli ərizəsində qeyd etdiyi qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqi qüvvəsi olmadığına görə geri götürülə və ya etibarsız hesab edilə bilməz və onun bu səbəbdən işə bərpasının mümkün olmaması ona izah edilmişdir. Bundan əlavə, "xxxx" MMC ilə əmək müqaviləsi bağlanılaraq Lənkəran RQİİ-nin Biləsuvar Xidmət Sahəsinə təhkim edilmiş Biləsuvar rayon sakini X6 RQİİ-yə xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət edərək Biləsuvar Xidmət Sahəsinin Xırmandalı Təmir-bərpa və satış xidmətinin keçmiş rəisi X3 tərəfindən aldadıldığını bildirmişdir. Vətəndaş müraciətində Fəxrəddin Məhərrəmovun onu SOCARda daimi işə təyin edəcəyi vədini verməklə etibarından sui-istifadə edərək 3000(üç min) manat pul aldığını, lakin vədinə əməl etmədiyini, dəfələrlə verdiyi pulu geri tələb etməsinə baxmayaraq bu günə qədər cəmi 2050 manat pulunu qaytardığını bildirmişdir. Bununla əlaqədar olaraq F.S.Məhərrəmova irad bildirimiş, qanunvericiliyin tələbi ona izah edilmiş, iddia ərizəsində göstərildiyi kimi İdarənin rəhbərliyi tərəfindən heç bir hədə-qorxu ilə təhdid olunmamışdır. F.S.Məhərrəmovun İdarənin rəhbərliyi tərəfindən hədə-qorxu ilə təhdid olunması şər və böhtandır. Vətəndaşın müraciətinin araşdırılmasının polisin səlahiyyətlərinə aid olduğunu nəzərə alaraq həmin ərizə xx.xx.2023-cü il tarixli 14-2-2-102- 986/2023 saylı məktubla Biləsuvar Rayon Polis Şöbəsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş iddiaçı X3 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iddiaçının məhkəmə iclasında nümayəndə ilə təmsil olunmasını nəzərə alıb, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: X1 Lənkəran RQİİ-nin rəisi Namiq Məmmədova ünvanladığı xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, xx.xx.2023-cü il tarixdən öz təşəbbüsü ilə tutduğu Biləsuvar rayon Xırmandalı təmir bərpa və satış xidməti 12 dərəcəli xidmət rəisi vəzifəsindən azad edilməsini xahiş etmişdir. Lənkəran RQİİ-nin xx.xx.2023-cü il tarixli 14-2-2-10/3-1K-129/2023 №-li əmrindən və əmək kitabçasının surətindən görünür ki, X3 SOCAR-ın X4 Biləsuvar rayonu ürə Xırmandalı Təmir bərpa və satış xidmətinin rəisi vəzifəsindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işçinin təşəbbüsü ilə işdən azad edilmişdir. X11 Lənkəran RQİİ-yə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, fevral ayı 2022-ci il tarixdə Biləsuvar XS üzrə Xırmandalı TB və SX-nin rəisi X3 onu və Biləsuvar rayonu Təmir Bərpa xidmətinə işçi kimi işə düzəltmək üçün 3000 manat pul ondan almış və 2-3 aya işə düzəldəcəyinə vəd vermişdir. Bu pulun 2050 manatını qaytarmış, qalan pulunu isə qaytarmamışdır. Lənkəran RQİİ-nin Biləsuvar RPŞ-nə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İŞ Mərkəzi MMC tərəfindən əmək müqaviləsi bağlanılaraq Lənkəran RQİİ-nin Biləsuvar Xidmət Sahəsinə təhkim edilmiş Bİləsuvar rayon sakini X16 müraciət edərək Biləsuvar Xidmət sahəsinin Xırmandalı Təmir-bərpa və satış xidmətinin keçmiş rəisi X3 tərəfindən aldadıldığını bildirmişdir. Vətəndaşın müraciətində Fəxrəddin Məhərrəmovun onu SOCAR-da daimi işə təyin etdirəcəyi vədini verməklə etibardan sui istifadə edərək 3000 manat pul adlığını, lakin vədinə əməl etmədiyini, dəfələrlə verdiyi ulu geri tələb etməsinə baxmayaraq 2050 manat pulun qaytarıldığını bildirmişdir. Buna görə də müraciət araşdırılması üçün Biləsuvar RPŞnə göndərilmişdir. Lənkəran RQİİ-nin 2015-2025-ci illər üzrə Əmək kitabçasının uçotu kitabından çıxarışdan görünür ki, əmək kitabçası xx.xx.2023-cü il tarixdə X2 təhvil verilmişdir. X1 Lənkəran RQİİ-nin rəisi Namiq Məmmədova ünvanladığı xx.xx.2023-cü il tarixli ərizədən poçt qəzbindən və xəbərnamədən görünür ki, 2012-ci il tarixdən X10 İdarəsində, 2015-ci ildən isə Lənkəran RQİİ-nin Biləsuvar xidmət sahəsində çilingər, 2019-cu ildən isə Lənkəran RQİİ-nin Biləsuvar rayonu üzrə təmir bərpa və satış xidmətində xidmət rəisi işləmişdir. İşlədiyi müddət ərzində heç bir töhmət almamışdır. Daim mükafatlandırılmışdır. xx.xx.2023-cü il tarixdə Biləsuvar rayonunda ondan işdən çıxma ilə bağlı ərizə verilməsi tələb olunmuş, o da əsəbi olduğundan həmin ərizəni vermişdir. Hazırda həmin ərizəsindən imtina edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.4-cü maddəsinə əsasən işdən azad olunma ilə bağlı ərizəsini geri götürməklə etibarsız hesab edir. Ərizə xx.xx.2023-cü il tarixdə Biləsuvar poçt şöbəsinə təhvl verilmiş, xx.xx.2023-cü il tarixdə isə Lənkəran RQİİnin əməkdaşı N.Əhmədova adlı şəxs tərəfindən qəbul olunmuşdur. Biləsuvar RPŞ-nin TB-nin təhqiqatçısı X7 HK-1/1011 №-li, 12 iyul 2023-cü il tarixli qərarından görünür ki, Biləsuvar rayonu, Ağayrı kəndində yaşayan X11 xx.xx.2023-cü il tarixdə Biləsuvar RPŞyə Fəxrəddin adlı şəxsin işə düzəltmək adı ilə ondan 3000 manat pul alması barədə ərizəsi üzrə araşdırma aparılmış və cinayət hadisəsi olmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında Şahid ifadəsində bildirmişdir ki, Fəxrəddin Məhərrəmovu tanıyır. Onunla qohumluğu, dostluğu, düşmənçiliyi olmamış, hər hansı tabeliçik münasibətləri olmamışdır. 2015-ci ilin fevral ayından Lənkəran RQİİ-də insan resursları şöbəsində kadr sahəsində işə qəbul, işdən azad olunması, əmrlərin hazırlanması ilə məşğul olur. Ərizələr hazır blank deyil, sadəcə xətlənmiş kağızlardır. Fəhlə heyəti çoxdu, ona görə tez və rahat yazılsın deyə xətlənir. Bu həmin sənəd əməkdaşlara təqdim edilir. Əməkdaşlar isə onu özləri doldururlar. xx.xx.2023-cü il tarixdə Fəxrəddin Məhərrəmov gəldi idarəyə blank istədi və o da həmin blankı təqdim etmişdir. İş fəaliyyəti ərzində onu 1-2 dəfə görmüşdür. O gəldi, ərizəsini yazdı və əmək kitabçasını ona təqdim etmişlər. Onun hansı vəziyyətdə ərizəsini yazdığı yadında deyil, çünki həmin vaxtdan çox müddət keçmişdir. Lakin onun iddia ərizəsini oxuduğu üçün işdən çıxma tarixi yadına düşmüşdür. Fəxrəddin Məhərrəmova hər hansı şəxs tərəfindən hədə qorxu gəlinməyib, bunun şahidi də olmamış, heç bu barədə eşitməmişdir. İşdən çıxdıqdan sonra Fəxrəddin Məhərrəmovun hər hansı ərizəsi ona daxil olmamış, bu barədə onun məlumatı yoxdur. Bütün müraciətlər ümumi şöbəyə gəlir, ümumi şöbədən aidiyyəti şəxslərə təqdim edilir. N.Əhmədova adlı şəxs idarədə işləmişdir, onun adı Nərgiz Əhmədovadır. Nərgiz Əhmədova hazırda idarədə işləmir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək, aşağıda qeyd olunanlara görə hesab edir ki, iddia «Lənkəran RQİİ-nin F.Məhərrəmovun işdən çıxarılmasına dair 06 iyun 2023-cü il tarixli 14-22-10/3-1K-129/2023 saylı əmri qanunsuz və əsassız olduğundan ləğv edilməklə əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi» hissəsində əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı işə işçinin təşəbbüsü ilə onun işdən çıxarılması barədə işəgötürənin əmrinin ləğvi tələbini irəli sürdüyündən məhkəmə hesab edir ki, verilmiş əmrin qanuni və əsaslı olmasını sübut etmək vəzifəsi ilk növbədə cavabdeh Lənkəran RQİİ-nin üzərinə düşür və iddianın qanuni əsasını Azərbaycan Respublikası Əmək Məcəlləsinin «əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası» adlanan 69-cu maddəsi təşkil edir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə görə;
1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.
2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.
3. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.
4. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.
5. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir.
6. İşçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər. İşçi məzuniyyət müddəti bitənədək bu maddənin 4-cü hissəsi ilə müəyyən edilmiş qaydada əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yazılı müraciət edə bilər. Bu halda işçinin xahişi təmin edilməlidir.
7. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Əmək hüquq nəzərəriyyəsinə görə işçi ilə işəgötürən arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi əsasları aşağıdakılar kimi müəyyən edilmişdir (Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsi): a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar Bağlanmış əmək müqaviləsinə tərəflərin təşəbbüsü ilə xitam verilməsi dedikdən işçinin və işəgötürənin təşəbbüsü nəzərdə tutulur və işçinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi Əmək Məcəlləsinin 69-cu maddəsində nəzərdə tutulmuşdur. Hazırki işin hallarından müəyyən olunur ki, işçi Fəxrəddin Məhərrəmov 2019-cu ildən etibarən Lənkəran RQİİ-nin Biləsuvar rayonu üzrə Xırmandalı Təmir bərpa və satış xidmətinin rəisi vəzifəsində işləmiş, 06.006.2023-cü il tarixdə işəgötürən Lənkəran RQİİ-nə ərizə ilə müraciət edərək, onun həmin tarixdən işdən azad edilməsini xaahiş etmişdir. Lənkəran RQİİ-nin xx.xx.2023-cü il tarixli 14-2-2-10/3-1K-129/2023 №-li əmrinə əsasən X3 SOCAR-ın X4 Biləsuvar rayonu ürə Xırmandalı Təmir bərpa və satış xidmətinin rəisi vəzifəsindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işçinin təşəbbüsü ilə işdən azad edilmişdir. Daha sonra iddiaçı F.Məhərrəmov səhərisi gün, yəni xx.xx.2023-cü il tarixdə cavabdeh, işəgötürən Lənkəran RQİİ-yə işdən çıxma barədə ərizəsinin etibarsız hesab edilməsi barədə müraciət etmiş, ərizə xx.xx.2023-cü il tarixdə cavabdehn əməkdaşı tərəfindən qəbul olunmuşdur. Əmək Məcəlləsinin 69-cu maddəsinin məzmunundan müəyyən olunur ki, işçi işəgötürənlə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə ərizə ilə işə götürənə müraciət etdikdə işəgötürən 1 aylıq xəbərdarlıq müddətini gözləməli, həmin müddət ərzində işçinin işdən azad olunması barədə əmr verməməlidir. Bununla bağlı Məcəllənin 69-cu maddəsinin 3-cü bəndində istisna müəyyən etmişdir ki, işçi o zaman ərizə verdiyi gün işdən azad edilməlidir ki; - o yaşa, əlilliyə görə əmək pensiyasına çıxmış olsun - təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olsun - yeni yaşayış yerinə köçmüş olsun - başqa işəgötürənlə əmək müqaviləsi bağlamış olsun - seksual qısnamaya məruz qalmış olsun - qanunvericilikdə nəzərdə tutulmuş digər hallar mövcud olsun Hazırki işin hallarından isə yuxarıda qeyd olunan halların mövcudluğunu təsdiq edən hər hansı sübut, cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır. Digər tərəfdən Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü bəndində işçinin qanunla müəyyən edilən 1 aylıq xəbərdarlıq müddəti ərzində işdən azad edilmə barədə ərizəsini geri götürməsi imkanını nəzərdə tutumuşdur. Bu imkan işçiyə qanunla verilən müstəsna hüquq kimi işçilərin hüquqlarının müdafiəsinə yönəlmişdir. Əgər işçi xəbərdarlıq müddəti ərzində işdən azad edilmə barədə ərizəsini geri götürürsə işəgötürən tərəfindən işçi ilə bağlanmış əmək müqaviləsinə bu əsasla xitam verə bilməz. Qanunverici işçiyə verilən bu imkanla bağlı da istinsa hal müəyyən etmişdir ki, bu da qeyd olunan müddət ərzində işəgötürən tərəfindən yeni işçi ilə əmək müqaviləsi bağlanması barədə işçiyə rəsmi qaydada xəbərdarlıq etməsi ilə bağlıdır. Əgər işəgötürən xəbərdarlıq müddəti ərzində yeni işçi ilə əmək müqaviləsinin bağlanması barədə əvvəlki işçiyə yazılı xəbərdarlıq etmişsə, işçinin bağlanmış əmək müqaviləsinin ləğv edilməsinin geri götürməsi haqqında müraciəti öz hüquqi əhəmiyyətini itirmiş olur. Hazırki işin hallarından isə müəyyən edilir ki, cavabeh, yəni işə götürən təşkilat iddiaçıya, yəni işçi Fəxrəddin Məhərrəmova hər hansı qeyd olunan yazılı xəbərdarlıq etməsi ilə bağlı hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi Lənkəran RQİİ qanunvericliklə müəyyən edilmiş 1 aylıq xəbərdarlıq müddətini gözləmədən işçi Fəxərrədin Manafovla bağlanmış əmək müqaviləsinə xitam verməklə, Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü bəndinin tələbini pozmuşdur. Məhz buna görə məhkəmə hesab edir ki, iddia bu hissədə, yəni «Lənkəran RQİİ-nin F.Məhərrəmovun işdən çıxarılmasına dair 06 iyun 2023-cü il tarixli 14-22-10/3-1K-129/2023 saylı əmri qanunsuz və əsassız olduğundan ləğv edilməklə əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi» hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddianın «xx.xx.2023-cü il tarixdə X3 tərəfindən imzalanmış ərizə blankının etibarsız hesab edilməsi» hissəsinə qiymət verərək hesab edir ki, iddia həmin hissədə əsassız olduğundan təmin edilə bilməz. Belə ki, iddiaçı qeyd olunan ərizənin ona hədə-qorxu və təzyiqlər göstərilməsi nəticəsində yazıldığını bildirsə də, bu təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş, əksinə cavabdeh tərəfindən təqdim edilmiş Şahid ifadəsi ilə həmin halın mövcudluğu inkar edilmişdir. Belə ki, məhkəmə hesab edir ki, bu hissədə iddianın sübuta yetirilməsi vəzifəsi iddiaçının üzərinə düşür ki, iddiaçı da həmin sübutları məhkəməyə təqdim etməmişdir. Lakin məhkəmə onu da qeyd edir ki, iddiaçının qeyd olunan ərizəsinin etibarlı hesab edilməsi, ümumilikdə iddianın rədd edilməsi üçün əsas kimi qəbul edilə bilməz. Belə ki, qeyd olunan xx.xx.2023-cü il tarixli ərizə iddiaçının xx.xx.2023-cü il tarixdə Lənkəran RQİİ-yə göndərilmiş və xx.xx.2023-cü il tarixdə qəbul edilmiş ərizəsi ilə geri götürülmüşdür ki, bu hal da qanunvericliklə yol verilə bilən haldır. Beləliklə məhkəmə, toplanmış və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, X3 ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında Lənkəran RQİİ-nin 06 iyun 2023-cü il tarixli, 14-2-2-10/3-1K-129/2023 №-li əmri əsassız olduğundan və əmək qanunvericiliyinin qeyd olunan tələblərinə riayət edilmədən verildiyindən ləğv edilməli, X3 əvvəlki – Azərbaycan Respublikası Dövlət Neft Şirkəti X4 Lənkəran X13 İdarəsinin Biləsuvar rayonu üzrə Xırmandalı Təmir bərpa və satış xidmətinin rəisi vəzifəsinə bərpa edilməli, ona 06 iyun 2023-cü il tarixdən bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə məsrəfləri ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd edir: «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə görə qiymətləndirilməyən iddiaların verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.1.1-ci maddəsinə görə əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü və və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə hesab edir ki, iddiaçı iddianın verilməsi üçün dövlət rüsumunun ödənilməsindən azad edildiyindən və işə bərpa tələbi qiymətləndirilməyən tələb olduğundan ödənilməli olan 100 manat məbləğində dövlət rüsumu da cavabdeh Lənkəran RQİİ-dən alınaraq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:
İddia qismən təmin edilsin X3 ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti X4 Lənkəran X13 İdarəsinin 06 iyun 2023-cü il tarixli, 14- 2-2-10/3-1K-129/2023 №-li əmri ləğv edilsin X3 əvvəlki işinə- Azərbaycan Respublikası Dövlət Neft Şirkəti X4 Lənkəran X13 İdarəsinin Biləsuvar rayonu üzrə Xırmandalı Təmir bərpa və satış xidmətinin rəisi vəzifəsinə bərpa edilsin. X2 06 iyun 2023-cü il tarixdən əvvəlki işinə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. İddia qalan hissədə, yəni «xx.xx.2023-cü il tarixdə X3 tərəfindən imzalanmış ərizə blankının etibarsız hesab edilməsi» hissəsində rədd edilsin. İddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilməli olan 100(bir yüz) manat Azərbaycan Respublikası Dövlət Neft Şirkəti X4 Lənkəran X13 İdarəsindən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, onun tərəfə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet) vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Rəşad Məmmədov