Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-799/2024 01.08.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «ümumi birgə mülkiyyətdə olan mənzilin naturada bölünməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, o, və cavabdehlərin paylı mülkiyyətində olmaqla ünvan 1 ünvanında yerləşən 0.0268 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 107.4 kv.m olan fərdi yaşayış evindən onun 1/3 hissədə payının naturada ayıraraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 01 avqust 1964-cü il tarixdə Lənkəran şəhərində anadan olmuşdur. Onların X3 olmuşdur. Babalarının 6 (altı) övladı olmuşdur. Onlar Həsənağa, Rəfiqə, Ruhəngiz, Xeyranisə, Mirzağa və onların ataları İsabala olmuşdur. X3 ailəsi ilə birlikdə özünə məxsus Lənkəran şəhəri, indiki Məhəmmədhüseyn Axundov küçəsi, ev 30-da yaşamışdır. Onun bütün uşaqları həmin evdə böyüyüb boyabaşa çatmışlar. X3 1957-ci ildə vəfat etmişdir. Onun bütün uşaqları ailə qurub, həmin evdən köçmüşlər və özlərinə məxsus evdə yaşamışlar. X3 öldükdən sonra ondan miras qalmış evdə onların X2 yaşamaqla faktiki olaraq miras qalmış evi qəbul etmişdir. X1 digər vərəsələri ondan miras qalmış evə iddia etməmişlər və onlar X2nun həmin evdə yaşamasına və həmin evi idarə etməsinə etiraz etməmişlər. Onlar eyni zamanda bir vərəsə kimi babalarından miras qalmış evlə bağlı mirası qəbul etmək üçün notariat kontoruna müraciət etməmişlər. Beləliklə X3 vəfat etdikdən sonra həmin evdə atası X7 yaşamış və babalarından miras qalmış evə sahiblik etməyə başlamışdır. Babalarının digər vərəsələri mirası qəbul etmək üçün heç vaxt müraciət etməmişlər. X2 ölən günə kimi ailəsi ilə birlikdə həmin evdən istifadə etmiş, həmin evə sahiblik etmiş və evin bütün xərclərini də o ödəmişdir. Ataları 3 (üç) övladı olmuş, onlar da o və cavabdehləridi. Onlarda həmin evdə böyüyüb, boya-başa çatmışılar. 02 oktyabr 1982-ci il tarixdə də atası X7 vəfat etmişdir. Atalarının vəfatından sonra bu günə kimi həmin evdə onlar 3 (üç) qardaş ailələriylə birlikdə yaşayır. Onların əmi uşaqlarıda da heç vaxt mirasla bağlı notariusa müraciət etməmişlər. Hazırda onlar hərəsi özlərinə məxsus evlərdə yaşayırlar. Həmin evdə faktiki olaraq onlar 3 (üç) qardaş yaşayırılar həmin evə sahiblik edirilər. Həmin evin yerləşdiyi torpaq sahəsi də mərhum X1 adına olmuşdur. Həmin torpaq sahəsi də evlə birlikdə onların ailəsinin istifadəsində olmuşdur. Beləliklə mərhum X3ndan miras qalmış ünvan 2 ünvanda yerləşən torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evini bir varis kimi mərhum atası X7 faktiki qəbul edərək ondan istifadə etmişdir. Atası vəfat etdikdən sonra isə onlar 3 (üç) qardaş bir varis kimi miras əmlakı faktiki qəbul edərək istifadə etmişlər. Beləliklə də, atası vəfat etdikdən sonra həmin fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi vərəsəlik qaydasında onlara, yəni onların övladlarına miras qalmış və ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi paylara bölünərək ona payın da 1/3 hissədə müəyyən edilmişdir. Bu barədə adıları çıxarışda verilmişdir. Hazırda o özünə düşən payı naturada ayırmaq istəyir, lakin cavabdehlər onunla razılaşmırlar. Məhkəmə qaydasında öz payını cavabdehlərilə payından naturada ayırıb, bundan sonra özünə çatan paydan sərbəst şəkildə istifadə etmək və lazım olanda satmaq istəyir. Odur ki, hazırki, iddia ərizəsi ilə məhkəməyə müraciət edir. İstinad etdiyi hallar iddia ərizəsinə əlavə etdiyi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın sürəti və Lənkəran Rayon Məhkəməsinin 19 dekabr 2021-ci il tarixli 2(049)-3022/2021 saylı qiyabi qətnaməsinin sürəti ilə öz təsdiqini tapır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdilər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Lənkəran şəhəri, X9 küçəsi ev 30 ünvanında yerləşən 0,0268 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 107,4 kv.m. aşayış sahəsinin 1/3 hissəsi İddiaçı, 1/3 hissəsi Cavabdeh1 və 1/3 hissəsi Cavabdeh2 xüsusi mülkiyyətindədir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(049)-3022/2021 saylı qiyabi qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı Lənkəran şəhəri, X9 küçəsi ev 30 ünvanında yerləşən torpaq sahəsinə dair mirasın qəbulu faktı müəyyən edilmiş və həmin torpaq sahəsinə dair 1/3 hissədə payı müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16- 16/2-10/1797 №-li, 20 iyun 2024-cü il tarixli rəyindən görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, **********84-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən, 0.0268 ha torpaq sahəsinin iki tərəfdən yol ilə həmsərhəd olmasını, həyətyanı sahədə iki ədəd yaşayış evinin olmasını və “A” literli fərdi yaşayış evinin təcrid şəklində bölünməsini (bölgünün paylara uyğun olmasını) faktiki vəziyyətdə tərəflərin istifadəsində yaşayış və yardımcı sahələrin mövcud olmasını nəzərə alaraq faktiki vəziyyətdə aparılmış bölgünün AzDTN 2.7-2 “Yaşayış Binaları. Layihələndirmə Normaları”-nın 5.2, 5.5, 5.6, 5.7 və 5.8 bəndlərində göstərilənlərə və “Yaşayış evlərinin real bölgüsünün mümkünlüyünün təyini və bölgü variatlarının işlənib hazırlanması” metodikasında göstərilənlərə uyğun olduğu müəyyən edilmişdir. Rəyin tədqiqat hissəsində əlavə edilmiş sxemdə bölgü variantı və ölçülər göstərilmişdir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdırıb aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Lənkəran şəhəri, X9 küçəsi ev 30 ünvanında yerləşən 0,0268 ha torpaq sahəsi və üzərində olan 107,4 kv. Yaşayış evi İddiaçı 1/3 hissədə, Cavabdeh1 1/3 hissədə və Cavabdeh2 isə 1/3 hissədə paylı mülkiyyət hüququ Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmışdır. İddiaçı həmin torpaq sahəsindən və yaşayış evindən özünə düşən payın naturada ayrılmasını tələb edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-10/1797 №-li, 20 iyun 2024-cü il tarixli rəyinə əsasən payın naturada bölünməsinin texniki cəhətdən mümkün olduğu bildirilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsası Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.3-cü maddəsidir. Həmin maddənin tələbinə görə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə həmçinin onu da qeyd edir ki, MPM-nin 119.1-ci maddəsinə əsasən iddia təmin edildiyindən ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 350, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən» xx.xx.2023-cü il tarixli, **********84-10301 reyestr nömrəli, ********** qeydiyyat №-li Çıxarışa əsasən Lənkəran şəhəri, X9 küçəsi ev 30 ünvanında yerlşən 0,0268 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 107,4 kv.m. olan fərdi yaşayış evindən İddiaçı məxsus olan 1/3 (üçdə bir) hissə (ekspertiza rəyində qeyd olunmuş qaydada) faktiki mövcud vəziyyətə uyğun olaraq naturada ayrılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 aid edilməklə onlardan müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-799/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-799/2024
01.08.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver