Məhkəmə qərarları › İş №2(049)-8/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-8/2025

19.02.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-8/2025 19.02.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X4 və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 “fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun mülkiyyətində olan və Lənkəran rayonu, Şilavər kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməklə cavabdehlərin onun mülkiyyətində olan həmin fərdi yaşayış evindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 24 iyun 1950-ci il tarixdə Lənkəran rayonunda anadan olmuşdur. Rusiya Federasiyası vətəndaşı olmaqla orada yaşamışdır. Lənkəran rayonu, Şiləvar kəndində xüsusi mülkiyyətində 0.06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 186.1 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət üzrə onun mülkiyyətindədir. Həmin torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi onun mülkiyyətində olmasına baxmayaraq, iş üzrə cavabdeh olan qardaşı Cavabdeh1, onun Rusiya Federasiyasında yaşamasından sui-istifadə edərək ailə üzvləri ilə birlikdə qeyd olunan fərdi yaşayış evinə qanunsuz olaraq daxil olmuş və oranı tərk etməkdən imtina etmişdir. İş üzrə cavabdehlər onun Rusiya Federasiyasında yaşamağından sui-istifadə edərək eyni zamanda onun razılığı olmadan qanunsuz olaraq onun mülkiyətində olan fərdi yaşayış evinin qeydiyyatına düşmüşdürlər. İş üzrə cavabdehlərin özlərinə məxsus xüsusi mülkiyyətində Lənkəran rayonu, Bəlləbur kəndində 0,06 ha torpaq sahəsində ümumi sahəsi 241.3 kv.m. olan fərdi yaşayış evi vardır. İş üzrə cavabdeh olan onun qardaşı Cavabdeh1 qəsdən Lənkəran rayonu, Bəlləbur kəndində olan fərdi yaşayış evini həyat yoldaşı olan iş üzrə digər Cavabdeh2 adına dövlət qeydiyyatına aldırmışdır. Beləliklə də, cavabdehlərin Lənkəran rayonu, Bəlləbur kəndində xüsusi müİkiyyətlərində fərdi yaşayış evləri olsa da, onlar onun mülkiyyətində olan fərdi yaşayış evindən çıxmaq istəmirlər. Cavabdehlər onun xüsusi mülkiyyətində olan fərdi yaşayış evində yaşamaqla yanaşı onu özünün mülkiyyətində olan fərdi yaşayış evinin həndəvərinə belə buraxmamışdırlar. Bununla bağlı o, dəfələrlə Lənkəran ŞRPŞ-nə müraciət etmiş, birinci dəfə polis şöbəsi xx.xx.2023-cü il tarixli cavab məktubu ilə bildirirmişdir: “Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Lənkəran rayonu, Şilavar kəndində mülkiyyətinizdə olan 0.06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli fərdi yaşayış evinizdən çıxarılmaları barədə etdiyiniz müraciət mülki işlərə aid olduğundan, mülki qaydada məhkəmə orqanlarına şikayət etmək hüququnuz vardır”. Bundan sonra o həmin şəxslərin onun mülkiyyətində olan fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmasını xahiş etmiş, lakin polis şöbəsi 01 avqust 2023-cü il tarixli cavabında qeyd etmişdir ki, onun mülkiyyətində yaşayış yeri üzrə daimi qeydiyyatda olan şəxsləri, onun məktubuna əsasən qeydiyyatdan çıxarmaq mümkün deyildir. Hər iki müraciətə cavabda Lənkəran ŞRPŞ onun məhkəməyə müraciət etməyini tövsiyyə etmişdir. Ona görə də o, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən məhkəməyə etiraz daxil olmuşdur. Cavabdeh1 etirazını belə əsaslandırmışdır ki, iddiaçının iddia ərizəsində yazdıqları tamamilə yalan və həqiqətə uyğun olmayan məlumatlardır. İddiaçı Lənkəran rayonunda deyil? Lerik rayonunun Siyov kəndində anadan olmuşdur. 1986-cı ildən bəri Rusiya Federasiyasının vətəndaşı olmaqla Rusiya Federasiyası, X3 rayon Dalenovka kəndində qeydiyyatda olmaqla orada yaşamışdır. O, 2000-ci illərdən əvvəl Rusiya Federasiyasında daimi yaşayan qardaşı İddiaçı ilə həm ustalıq, həm də onun oğlanları ilə birlikdə musiqi fəaliyəti ilə məşğul olmuşdur. 1997-1998-ci illərdə qardaşı tərəfindən ona 1200 dollar məbləğidə pul borcu yaranmışdır. Əvvəllər yaşadıqları, yoldaşının adına olan ev Lənkəran rayonu? Bəlləbur kəndində 1998-ci ilin avqust ayında güclü zəlzələ nəticəsində yararsız vəziyyətə düşmüşdür. Həmin evdə yaşamaq mümkün olmadığı üçün o, ailəsi ilə birlikdə Rusiya Federasiyasının vətəndaşı olan İddiaçı evinə getmişdir. Bununla əlaqədar 2000-ci ilin aprel ayında ona 1200 dollar borclu olduğu pulun əvəzində İddiaçı məxsus Şilavardakı bir otaqlı və bir mətbəxdən ibarət olan natamam, sənədsiz evinə aid 2000-ci il 18 apreldən qardaşı tərəfindən baş etibarnamə vərərək etibarnamədə əks olunmuş sahiblik, istifadə və sərancam hüququnu ona vermişdir. İddiaçının həmin evi ona 1200 dollar qarşılığında etibarnamə əsasında verməsinin səbəbi odur ki, evin səndələrinin olmaması ilə bağlı həmin vaxt alq-satqı və ya bağışlama müqaviləsinin bağlanılması mümkün olmamışdır. Bunun əsasında həmin ev artıq ona məxsus olduğu üçün o, da yoldaşının adına olan Bəlləbur kəndində olan evi söküb, Şilavardakı evi həmin materiallar əsasında özünün vəsaiti hesabına tikmiş, ustası da özü olmuşdur. Bunu etiraza əlavə etdiyi şahidlər də təsdiq edə biləcəkdirlər. İddiaçı iddia ərizəsində əsas sənədi, yəni sübut kimi həm arxiv arayışını həm də torpağın mülkiyyətə verilməsi haqqında şəhadətnaməni əsas gətirir. Mirhəsənin Rusiya vətəndaşı olaraq Azərbaycan Respublikasında torpaq islahatı keçirilən zaman xarici ölkənin vətəndaşı ola-ola islahat komissiyasının qərarı ilə ona torpaq verilməsi qanuni və əsaslı hesab edilə bilməz. Hazırkı çıxarışın verilməsi üçün əsas olan JN-704A, kod 80213018 nömrəli və 2005-ci ildə verilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə torpağın plan-ölçü hissəsində rayon torpaq şöbəsinin razılığı və möhürü mövcud deyil. Eyni zamanda, həmin torpaq sahəsinin reyestrin hansı kitabında qeydə alındığına dair nömrə də göstərilməmişdir. Belə olan halda həmin şəhadətnamənin qanuniliyi şübhəlidir. İddiaçının arxiv arayışı üzrə qeyd etdiyi fərdi yaşayış evi gildən və taxta dirəklərdən tikilmiş ev olmuş və 1981-ci ildə iddiaçı həmin gildən hazırlanan evi sökərək yerində daş divardan 1 otaqlı fərdi yaşayış evi tikmişdir. Həmin arxiv arayışında qeyd olunan 1 otaqlı ev hazırki mübahisə predmeti olan evə heç bir aidiyyəti yoxdur. İddiaçının bu qeyri qanuni olaraq əldə etdiyi sənədlərin ləğvi ilə bağlı olaraq onun tərəfindən Şirvan İnzibati Məhkəməsində iddia qaldırılmış və qanunvericiliyin tələblərinin pozulması ilə bağlı olaraq əladə edilmiş çıxarışın və texniki pasportun ləğv edilməsi məhkəmədən xahiş olunmuşdur. Həmin iddia ərizəsi hazırda Şirvan İnzibati Məhkəməsinin icraatındadır. Bundan başqa iddiaçının fərdi yaşayış evinə götürdüyü çıxarış və həmin çıxarışın verilməsi üçün tikintinin layihə-sxemi (plan ölçüsü) olmadığı halda çıxarış verilmiş və həmin layihənin hazırda harada və hansı şəraitdə verilməsi belə iddia ərizəsində qeyd edilməmiş və həmin sənəd iddia ərizəsinə əlavə olunmamışdır. Həmin sənədin iddiaçı tərəfindən məhkəməyə təqdim edilməsini və cavabdeh olaraq həmin sənədlə onların tanış olmaq hüququnu həyata keçirilməklə onun tərəfindən tikilmiş evin real-faktiki ölçüləri ilə, sənəd üzrə ölçülərin uyğunluğunun müəyyən edilməsi zəruridir. İddiaçı onların həmin evdə yaşamaq hüquqularına xitam verilməsi istəyini də təkid edərsə ailə üzvlərinin hər birinə kompensasiya ödənilməsi ilə həmin evdən çıxarılmaları mümkün ola bilər. İddiaçı həmin məsələyə iddia ərizəsində toxunmamış, məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən kompensasiya ödənilməsi barədə təklifini də verməmişdir. Belə olan halda da məlum olur ki, iddiaçının onlara qarşı qaldırdığı evdən istifadə hüququna xitam verilməsi barədə tələbi tamamilə əsassızdır və təmin edilə bilməz. İş üzrə keçirilən məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 onun mülkiyyətində olan Lənkəran rayonu, Şiləvər kəndində yerləşən fərdi yaşayış evində yaşamağa davam edirlər, buna görə də həmin evdən istifadə edə bilmir. Həmçinin o, cavabdehlərin həmin evdə qeydiyyata alınmalarına dair heç vaxt razılıq verməişdir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə keçirilən məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X8 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, iş üzrə Cavabdeh1 iddiaçının qardaşıdır, digər cavabdehlər də onun ailə üzvləridir. Lənkəran rayonu, Şiləvar kəndində 0,06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 186.1 kv.m kv.m olan fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. Həmin ev 1980-cı ildə iddiaçı tərəfindən inşa etmişdir. Rayon İcra Hakimiyətinin qərarı ilə həmin ərazidə torpaq sahəsi iddiaçı tərəfindən alınmışdır. O, həmin ərazidə 2 mərtəbəli ev tikmişdir. Ailəsi ilə birlikdə həmin ərazidə yaşamışdır. Ailə üzvlərindən birinin səhhətində problem yarandıqdan sonra həkimlər tərəfindən yaşayış yerinin dəyişdirilməsi tövsiyə olunmuşdur. Tövsiyənin əsas səbəbi kimi Lənkəran şəhərinin yüksək rütubətli iqlim şəraiti göstərilmişdir. İddiaçı ailə üzvlərinin sağlamlığı ilə əlaqədar olaraq Rusiya Federasiyasına köçmüş və öz mənzilini kirayəyə vermişdir. Mənzil üçün müəyyən edilmiş kirayə haqqı ayda 100 dollar təşkil etmişdir. Bacısı həmin ərazidə yaşadığı üçün mənzilin nəzarətini ona tapşırmışdır. Qardaşı Rusiya Federasiyasında olduğu müddətdə ayda iki dəfə iddiaçının mənzilini ziyarət etmiş və bu səbəbdən iddiaçı qardaşı üçün Rusiya Federasiyasında iş təmin etmişdir. Müəyyən müddət sonra Cavabdeh1 bacısından həmin evdəki kirayə qalan şəxslərin çıxarılmasını tələb etmişdir. İddiaçının mülkiyətində olan evdə özünün qalacağını bildirmişdir. Qaldığı ilk ay 100 manat kirayə pulunu bacısı vasitəsi iddiaçıya göndərmişdir. Lakin o, ilk ay istisna olmaqla kirayə pulu ödəməmişdir. 1996-ci il Azərbaycan Respublikasının Dövlət Aqrar İslahat Komissiyasının qərarı əsasında kimin mülkiyətində həmin ərəzidə torpaq sahəsi varsa dövlət tərəfindən onun haqqında şəhadətnamə təqdim olunmuşdur. 1980-ci illərdə olan qərara əsasən iddiaçıya torpaq ayrılmışdır. İddiaçı iddianı qaldırmamışdan əvvəl evinin qeydiyata alınması və torpaq mülkiyyətinə dair çıxarış ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə müraciət etmişdir. Lakin cavabdehlər mütəxəssislərin evə gəlməsinə etiraz etmişdirlər. Bu məsələ ilə bağlı məhkəmədə iddia qaldırılmışdır. Evin mülkiyyətçisi iddiaçı olduğu üçün məhkəmə iddianı təmin etmişdir. Məhkəmənin qərarı əsasında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin mütəxəsisi həmin evdə ölçülər apara bilmiş, mülkiyyətə dair çıxarış verə bilmişlər. İddiaçı Rusiya Federasiyasından ailəsi ilə birlikdə qayıtmaq istəyir. Lakin cavabdehlər iddiaçının öz mülkiyətinə qayıtmasına imkan vermirlər. Cavabdeh1 iddiaçı tərədindən verilən etibarnamə evin satılması məqsədi ilə verilmişdir. Lakin cavabdeh bundan sui-istifadə etmişdir. Şirvan İnzibati Məhkəməsinin qərarı əsasında Cavabdeh1 İddiaçı qarşı mübahisəli evlə əlaqədar iddia tələbi təmin edilməmişdir. Eyni zamanda Cavabdeh1 tərəfindən sübut kimi təqdim etdiyi öz adına olan şəhadətnamə saxtadır. Məhkəmədən cavabdehlərin mübahisəli evdə istifadə hüquqlarına xitam verilməsini və evdən çıxarılmalarını xahiş etdi. İş üzrə keçirilən əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 ona qarşı irəli sürülən iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı onun qardaşıdır. O, mübahisəli olan evdə 2000-ci ildən yaşayır. İddiaçının vəkilinin izahatı əsasızdır. Vəkil heç bir hüquqi mənbəyə əsaslanmamışdır. Mülki prosessual məcəlləyə əsasən tərəf iddiasını sübutlar ilə əsaslandırmalıdır. O, qardaşı ilə birlikdə musiqi fəaliyyəti və tikinti fəaliyyəti ilə məşğul olmuşdur. Birlikdə olduqları zaman qardaşının ona qarşı 1200 dollar məbləğində borcu yaranmışdır. 1997-1998-ci ilə kimi Rusiya Federasiyasında birlikdə işləmişdirlər. O, Rusiya Federasiyasında olduğu vaxt ərzində X3 rayon Dalenovka kəndində qardaşının evində yaşamışdır. 1998-ci ilin avqust ayında güclü zəlzələ nəticəsində 12 ev ilə yanaşı onun mülkiyyətində olan ev də yararsız vəziyyətə düşmüşdür. 18 aprel 2000-ci il tarixində o, öz borcu ilə bağlı məsələyə görə Rusiya Federasiyasına, qardaşının yanına getmişdir. Qardaşı İddiaçı onun borc tələbi əsasında Lənkəran rayonu, Şiləvar kəndində yerləşən 1 otaqlı evi ona vermişdir. Bu hal Rusiya Federasiyasının notariusu ilə təsdiqlənmişdir. Ev onun tərəfindən tikilib. O, zəlzələ nəticəsində yararsız vəziyyətə düşmüş əvvəlki evindəki materiallardan istifadə edərək, Lənkəran rayonu, Şiləvar kəndində 1 otaqlı evi yeniləmişdir. Buna şahid kimi bir çox şəxsləri göstərə bilər. İddiaçının həmin evə dair sənədləri yalnız 1982-ci ildə, orada 1 otaqlı evin tikilməsi nəticəsində arxivə daxil edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsinin iddiaçıya verdiyi sənədlər vəzifə səlahiyyətlərindən sui-istifadə əsasında verilmişdir. Sənədlərin heç bir qanuni qüvvəsi yoxdur. Bu məsələ ilə bağlı Azərbaycan Respublikasının Şirvan İnzibati məhkəməsində iddia qaldırmışdır. İddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh3 ona qarşı irəli sürülən iddia tələbini qəbul etməyərək, məhkəməyə təqdim etdiyi iddia ərizəsinə qarşı etirazın məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, o, 1991-ci ildə anadan olmuşdur. İddiaçı onun əmisidir. 2000-ci ildən mübahisəli evdə yaşayır. 2000-ci ildən mübahisəli evdə qeydiyyatda olmuşdur. İddiaçı əvvəlcə atası Cavabdeh1 verdiyi etibarnaməni ləğv etməli sonra iddia qaldıra bilər. Bu səbəbdən iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh2 heç bir üzürlü səbəb olmadan məhkəmə iclaslarına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikir bidirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Məhkəmə Cavabdeh2 məhkəməyə gəlməməsinin səbəblərini üzürsüz hesab edərək Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclasının onun iştirakı olmadan davam etdirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. İş üzrə keçirilən məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 izahatında bildirmişdir ki, onun Cavabdeh1 ilə qonşuluq münasibəti vardır. Cavabdeh1 fəhlə kimi işləmişdir. O, cavabdehin yaşadığı evin onun tərəfindən inşa edilməsinə şəxsən şahid olmuşdur. Evin tikintisi zamanı Cavabdeh1 tikinti işlərində iştirak etmiş və köməklik göstərmişdir. Bəyverdi 10 ildən artıqdır ki, həmin evdə yaşayır. Mübahisəli evdə Cavabdeh1 məskunlaşmazdan əvvəl həmin evdə İddiaçı yaşamışdır. O, İddiaçı son illərdə kənd ərazisində görməmişdir. İş üzrə keçirilən məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 izahatında bildirmişdir ki, o, Bəyverdi ilə bir yerdə işləmişdir. Onlar 1978-ci ildə Bəyverdi ilə tanış olmuşlar. Tanış olduqları andan Bəyverdi mübahisəli evdə yaşamışdır. Onun evinə qonaq gedəndə orada 1 otaqlı ev var idi. Sonradan ikinci bir göz otaq tikmişdir. O, ancaq Bəyverdinin orada yaşadığını görmüşdür. Bəyverdi evi tikərkən o da, evin tikintisində iştirak etmişdir. İş üzrə keçirilən məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 izahatında bildirmişdir ki, Bəyverdi ilə uzun illərdir tanışlığı mövcuddur. 22 ildir Bəyverdini tanıyır. Bəyverdinin yaşadığı evin kimə məxsus olmasını və kim tərəfindən tikilməsini bilmir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehlərin izahatını və şahidləri dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməklə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən tərtib edilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli, **********67-10301 reyestr nömrəli “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” çıxarışdan görünür ki, Lənkəran rayonu, Şiləvar kəndində 0,06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 186.1 kv.m. olan fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Lənkəran Rayon Məhkəməsinin 2(049)-3662/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması tələbinə dair iddiası təmin edilərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX, DƏDK və RPH şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən İddiaçı Lənkəran rayonu, Şilavar kəndində mülkiyyətində olan 0.06-ha torpaq sahəsini, həmin torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evinə baxış keçirməyə və fərdi yaşayış evinin iştirakı ilə yerində müayinə etməyinə cavabdehlər Cavabdeh1 və X9 tərəfindən törədilən maneələrə və qanunsuz hərəkətlərə son qoyulması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Lənkəran Şəhər Rayon Polis Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli məktublarda müraciətinə cavab olaraq mülki iddia qaydasında məhkəməyə müraciət etməsi izaha edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli arxiv arayışından görünür ki, Lənkəran rayon X15 İcraiyyə Komitəsinin 15 may 1981-ci il tarixli 9 sayılı iclas protokolundan “Vətəndaşlara köhnə evi söküb yenidən tikməyə və öhdəsində olan həyətyanı torpaq sahəsində yeri yaşayış evi tikməyə icazə verilməsi haqqında” 127 sayılı çıxarışa əsasən, İddiaçı köhnə evi söküb yenidən tikmək haqqında Kərgəlan kənd XDS İcraiyyə Komitəsinin 15/1-1981-ci il tarixli, 1 sayılı qərarı təsdiq edilmiş, ona RİK-in memarlıq şöbəsinin layihəsinə əsasən üç otaqdan ibarət fərdi yaşayış evi tikilməyə icazə verilmişdir. İş materiallarına əlavə edilmiş Rusiya Federsiyası, Stavropol diyarı, Novoselitskiy rayonu, Dolinovskoye kənd adminstrasiyası tərəfindən təsdiqlənmiş 18 aprel 2000-ci il tarixli etibarnamədən görünür ki, həmin etibarnamə ilə İddiaçı X2 bütün müəssisə, idarə və təşkilatlara müraciət etmək, alqı-satqı müqaviləsi bağlamaq, onun əvəzinə imza atmaq, bu tapşırığın icrası ilə bağlı bütün hərəkət və rəsmiləşdirmələri həyata keçirmək hüququ səlahiyyətlərini vermişdir. Etibarnamə 3 il müddətinə verilmiş və xx.xx.2003-cü ilədək etibarlı olmuşdur. İş materiallarına əlavə edilmiş Lənkəran ŞİHB-nın Şiləvar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 12-31/941 saylı, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Tağıyev X5 rayonu, Şiləvar kəndində yaşayır və ailə üzvləri: arvadı Cavabdeh2, oğlu X10, oğlu Cavabdeh3 və oğlu X1 ibarətdir. İş materiallarına əlavə edilmiş iddia ərizəsinin surətindən və bildirişdən görünür ki, iddiaçılar Cavabdeh1, Cavabdeh2, X10, Cavabdeh3 və X7 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən İddiaçı adına Lənkəran rayonu, Şilavar kəndində yerləşən 0,06 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə dair verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat, **********67-10301 Reyestr nömrəli çıxarışın ləğv edilməsi öhədliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər. İş materiallarına əlavə edilmiş Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-498/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, həmin qərardadla yuxarıda qeyd edilən iddia tələbi mümkünsüz sayılmışdır. İş materiallarına əlavə edilmiş Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(106)-589/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, həmin qərardadla Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-498/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilmiş ********** nömrəli, xx.xx.2020-ci il tarixli “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” çıxarışdan görünür ki, Lənkəran şəhəri, Bəlləbur kəndindəki **********45-10301 reyestr nömrəli fərdi yaşayış evi Cavabdeh2 xüsusi mülkiyyətindədir. Çıxarışda torpaq sahəsi 0.06 ha kimi, daşınmaz əmlakın ümumi sahəsi 241.3 kv.m. kimi göstərilmişdir. İş materiallarına əlavə edilmiş Lənkəran ŞRPŞ-dən təqdim edilmiş “yaşayış yeri üzrə qeydiyyat haqında” ******* saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Tağıyev X5 rayonu, Şilavar kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş məhkəmə sorğusu əsasında Lənkəran Şəhər Rayon Polis Şöbəsindən təqdim edilmiş 3-13-96/2-3313/26 saylı, xx.xx.2026-cı il tarixli məktubda qeyd edilmişdir ki, Cavabdeh1 28.11,2003-cü il tarixdən və Cavabdeh3 xx.xx.2007-ci il tarixdən Lənkəran rayonu Şıləvar kəndində yaşayış yeri üzrə daimi qeydiyyatdadırlar, lakin qeydiyyata alınmasına əsas olan sənədlərin saxlama müddəti bitdiyi üçün məhv edilmişdir. Cavabdeh2 xx.xx.2009-cu il tarixdən Lənkəran rayonu Bəlləbur kəndində yaşayış yeri üzrə daimi qeydiyyatdır. İş materiallarına əlavə edilmiş “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Tağıyeva X11 rayonu Bəlləbur kəndində qeydiyyatdadır. Beləliklə işin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Lənkəran şəhəri, Şiləvar kəndində 0,06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 186.1 kv.m. olan frdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 həmin fərdi yaşayış evində yaşayırlar. Cavabdehlərdən Cavabdeh1 və Cavabdeh3 həmin fərdi yaşayış evində qeydiyyatdadırlar. İddiaçı cavabdehlərin istifadə hüquqlarının itirilməsini tələb etsə də, cavabdehlərin mübahisəli evində istifadə hüququ müəyyən edilmir. Belə ki, həmin hüququn yaranması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsində, əvvəlki Mənzil Məcəlləsinin 53, 54 və 123-cü maddələrində, hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslar mövcud deyildir. Hər hansı hüquqa xitam verilməsi və ya itirilmiş hesab edilməsi üçün əvvəlcə hüququn olması müəyyən edilməlidir. Cavabdehlərin mənzilə istifadə hüququnun olması müəyyən edilmədiyindən istifadə hüququnun itirilməsi barədə tələb də təmin edilə bilməz. Cavabdehlərdən Cavabdeh1 və Cavabdeh3 iddiaçının mülkiyyətində olan evdə formal olaraq qeydiyyatda olması isə evə istifadə hüquqlarının olması kimi qəbul edilə bilməz. Belə ki, “Yaşayış yeri və oluğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 2-ci hissəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyat yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Qanunvericilikdə yaşayış yeri üzrə qeydiyyatın istifadə hüququ kimi hüquqi nəticə doğurması nəzərdə tutulmayıb. Ona görə də cavabdehlərin mənzildən istifadə hüququnun olması müəyyən edilmədiyindən iddiaçının istifadə hüququna xitam verilməsi barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2 maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5 maddəsinə əsasən, Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 27 may 2008-ci il tarixli qərarında qeyd edilmişdir: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur.” Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 228.1-ci və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1-ci və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli qərarına göstərilmişdir ki, “Cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsinin mümkünlüyü məsələsinə qiymət verilməzdən əvvəl, onların həmin yaşayış sahəsinə münasibətdə istifadə hüquqlarının mövcud olub-olmaması məsələsi araşdırılmalıdır. Belə ki, hüquq mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Mülki qanunvericilikdə “istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir. Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz.” Həmçinin ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020ci il tarixli qərarının nəticə hissəsində qed edilmişdir:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.

3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 2-ci hissəsinə əsasən, Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Qeyd olunan maddənin məzmunundan da görünür ki, mənzilə qeydiyyata alınmaq, həmin yaşayış sahəsinə hər-hansı bir hüquq, o cümlədən istifadə hüququ yaratmır. Məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsinin mümkünlüyü məsələsinə qiymət verilməzdən əvvəl, onların həmin yaşayış sahəsinə münasibətdə istifadə hüquqlarının mövcud olub-olmaması məsələsi araşdırılmalıdır. Belə ki, hüquq mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. İşin məhkəmə baxışı zamanı cavabdehlərdən Cavabdeh1 və Cavabdeh3 iddiaçının mülkiyyətində olan fərdi yaşayış evində qeydiyyata alınmalarına dair mülkiyyətçi tərəfindən notarial qaydada hər-hansı razlığın verilməsi müəyyən edilmədi. Həmçinin cavabdehlərdən Cavabdeh2 ümumiyyətlə sözügedən mübahisəli fərdi yaşayış evində qeydiyyatda olmaması müəyyən edilmişdir. Odur ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə iddia tələbinin “fərdi yaşayış evindən çıxarılma” hissəsinə qiymət verərək, aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin maddənin 4-cü hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətdən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqları Əsas Azadlıqların müdafiəsi haqqında X6 1 saylı Protokolun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla Beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvesiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı ona məxsus olan evdən cavabdehlərin çıxarılmasını tələb etməkdə haqlıdır. Belə ki, cavabdehlərin sözügedən evdə istifadə hüquqları yaranmamışdır. Qeyd edilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi həmin hissədə təmin edilməklə, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçını xüsusi mülkiyyətində olan Lənkəran rayonu, Şilavər kəndində yerləşən fərdi yaşayış evindən çıxarılmalıdırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü madəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, hazırki iddia tələbi üzrə iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə 100 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul vəsaiti cavadehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək alınaraq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq,

QƏT ETDİ

İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı xüsusi mülkiyyətində olan Lənkəran rayonu, Şiləvar kəndində 0,06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 186.1 kv.m. olan fərdi yaşayış evindən çıxarılsınlar. İddia tələbi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 “fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi” hissəsində təmin edilməsin. İddia tələbi üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul vəsaiti cavadehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək alınaraq İddiaçı ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar