Məhkəmə qərarları › İş №2(049)-803/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-803/2024

09.04.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-803/2024 09.04.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X6, iddiaçı: İddiaçı, cavabdeh: Cavabdeh, cavabdehin nümayəndəsi və vəkili: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh uşaqları ilə birlikdə onun Lənkəran rayon Sütəmurdov kəndində yerləşən fərdi yaşayış evindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdir ki, o, xx.xx.1971-ci ildə Lənkəran şəhərində doğulmuşdur. İş üzrə Cavabdeh onun oğlu X4 ilə xx.xx.2015-ci il tarixdə nikahlarını rəsimləşdirib evlənmişlər birgə nikahlarından xx.xx.2019-cu il tarixdə Mehin, xx.xx.2018-ci il tarixdə Damla adlı iki övladlar doğulmuşdur. Aralarında olan narazılığa görə xx.xx.2023cü il tarixdə nikahlar pozulmuşdur. Aralarında olan ailə münasibətlərinə heç bir bağlılıq qalmayıb. Keçmiş gəlini onu öz mülkiyətində olan evdə yaşamağa imkan vermir dəfələrlə onunla səbəbsiz mübahisələr edərək normal evində yaşamağa imkan vermir hətta onu döymüş təhqir etmişdir. İddaçı məcbur qalıb evi tərk etmiş hal-hazırda bacısının evində yaşayır. Oğlu hərbiçidir o, da evinə qayıda bilmir məcbur qalıb qohumların evində qalır. Şəxsi mülkiyyətində olan evdə cavabdeh və himayəsində yaşayan iki azyaşlı uşaqlarıyla birlikdə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın məzmununa uyğun izahat verərək, cavavdehin yaşamağa ayrı evinin olduğunu, sonuncuya nənəsi tərəfindən yaşayış evi verildiyini, özünü isə hazırda bacısının evində qaldığını bildirib iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərdi ki, X4 ilə xx.xx.2015ci il tarixdə nikahlarını rəsimləşdirib evlənmişlər, birgə nikahlarından xx.xx.2019-cu il tarixdə Mehin, xx.xx.2018-ci il tarixdə Damla adlı iki övladlar doğulmuşdur. Aralarında olan narazılığa görə xx.xx.2023-cü il tarixdə nikahlar pozulmuşdur. Uşaqlar hazırda onunla birlikdə həmin evdə yaşayırlar. Onun qalmağa başqq yeri yoxdur. Nənəsinin ona bağışladığı ev bir otaqdan ibarətdir və hazırda o evdə anası ilə nənəsi qalır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi X2 bildirdi ki, cavabdeh hazırda mübahisə predmeti olan evə gəlin köçmüş, gəlin köçən zaman həmin evin sənədləri olmamışdır. İddiaçı sonradan həmin evə dair sənəd almışdır. Buna görə də cavabdehin həmin evdən istifadə hüququ vardır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(049)-2711/2023 saylı qətnaməsindən görünür ki, Cavabdeh qız ilə X4 arasında Lənkəran Rayon Qeydiyyat Şöbəsində 26 may 2015-ci il tarixdə, 407 sayla rəsmiləşdirilmiş nikah aktı qeydi pozulmuş, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş uşaqlar ananın yanında qalması qət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Lənkəran Rayon Qeydiyyat Şöbəsinin 29 dekabr 2023 ci il tarixli AZ-l 463423 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X4 ilə Cavabdeh nikahları pozulmuşdur. Nikah pozulduqdan sonra arvada Muxtarlı, ərə Muxtarlı soyadı verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2023-cü il tarixli, ********** nömrəli daşınmaz əmlakın çıxarışından görünür ki, Lənkəran rayonu Sütəmurdov kəndində yerləşən 0.04 ha torpaq sahəsində olan 88.3 kvm sahəsi olan fərdi yaşayış evi İddiaçı tam mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş qəbzlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət üçün isə 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. MM-nin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. MM-nin 225.3-cü maddəsinə əsasən, daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Cavabdeh iddiaçının oğlu ilə 26 may 2015-ci il tarixdə rəsmi nikaha daxil olaraq evlənmişlər və həmin müddətdən Cavabdeh İddiaçı məxsus Lənkəran şəhəri, Sütəmurdov kəndində yerləşən evdə yaşamışlar. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(049)-2711/2023 saylı qətnaməsi ilə Cavabdeh ilə X4 boşanmışlar. Göründüyü kimi, hazırda mübahisə mövzusu olan mənzil iddiaçının mülkiyyətindədir, habelə iddiaçının oğlu ilə cavabdeh evlənməmişdən əvvəl də həmin mənzil iddiaçının sahiblik və istifadəsində olmuşdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələbinə görə, Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Məhkəmə, yuxardıa göstərilən normalara, habelə Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsasən, eləcə də cavabdehlə iddiaçı arasında hər hansı razılaşmanın (Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə nəzərdə tutulmuş razılaşma) olmamasnı hesab edir ki, Cavabdeh uşaqları ilə birlikdə iddiaçının mülkiyyətində olan Lənkəran rayonu, Sütəmurdov kəndində yerləşən mənzildə yaşaması məhkəmə araşdırması zamanı öz hüquqi təsdiqini tapdığından, iddia ərizəsi tam təmin edilərək cavabdeh uşaqları (xx.xx.2019-cu il tarixdə doğulmuş X5, xx.xx.2018-ci il tarixdə doğulmuş X3) ilə birlikdə mənzildən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, beynəlxalq hüquqda (İnsan hüqüqları haqqında Ümumi Bəyənnamənin 8-ci maddəsi, Vətəndaş və siyasi hüquqları haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul edilir. Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinənin əsas prinsipləri kimi işlərə qəzərsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 127-ci maddəsinin Vİİİ hissəsində məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququnun təmin olunması təsbit edilmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1 və 119.2-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, İddiaçının ödədiyi 100 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya verilməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh və iki azyaşlı uşaqları (xx.xx.2019-cu il tarixdə doğulmuş X5, xx.xx.2018-ci il tarixdə doğulmuş X3) ilə birlikdə cavabdeh İddiaçı mülkiyyətində olan Lənkəran rayonu, Sütəmurdov kəndində yerləşən 0.04 ha torpaq sahəsindəki 88.3 kvm sahəsi olan mənzildən çıxarılsın. İş üzrə ödənilmiş 100 manat məbləğindəki dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar