Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-828/2023 12.09.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Aslanov Murad Şamxal oğlu sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı paylı mülkiyyətdə olan daşınmaz əmlakın naturada bölünməsi, cavabdehlərin mülkiyyət hüququndakı paylarına müvafiq pul məbləğinin ödənilməsi və onların mülkiyyət hüquqlarına əvəz verilməsi yolu ilə xitam verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi̇ : İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı paylı mülkiyyətdə olan daşınmaz əmlakın naturada bölünməsi, cavabdehlərin mülkiyyət hüququndakı paylarına müvafiq pul məbləğinin ödənilməsi və onların mülkiyyət hüquqlarına əvəz verilməsi yolu ilə xitam verilməsi tələbinə dair ddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Nümayəndə elektron ərizə ilə müraciət edərək cavabdehlərlə razılığa gəldiklərini və həmin əmlakın razılıqla özgəninkiləşdirildiyini, hər hansı mübahisə qalmadığını bildirib iddia tələbindən imtina etdiyini bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında Çıxarışa (qeydiyyat tarixi: xx.xx.2021, qeydiyyat nömrəsi: **********, reyestr nömrəsi: **********58- 06301) əsasən Lənkəran şəhərində 0,00338 ha torpaq sahəsində inşa edilmiş 25.4 kv.m sahəsi olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakda (mağaza) olan 4/6 hissə mülkiyyət payının cavabdehlər tərəfindən alınması ilə bağlı onların hər birinə xx.xx.2022-ci il tarixdə poçt vasitəsilə bildiriş ünvanlamışdır. Lakin cavabdehlər həmin müraciətə də cavab verməyərək mülkiyyət hüququnu pozmaqda davam edirlər. Sözügedən mağazanın təqribən 67% hissəsi iddiaçının payına düşür. Cavabdehlərin hər birinin isə qeyd olunan əmlakda 1/6 hissənin faizə nisbəti ilə götürülsə təqribən 17% payları vardır. Yəni, sözgedən əmlak əgər natura qaydasında bölünərsə cavabdehlərə məhz həmin əmlakın 1/6 hissəsinə münasibətdə natura qaydasında cüzi bir yer düşər ki, həmin hissənin də ayrılıqda hansısa məqsəd üçün istifadə edilməsi mümkün olmaz. Məlum edirəm (İddiaçı) ki, cavabdehlər mənim doğma qardaşlarımdır. İddiaçı qeyd olunan əmlakda olan 4/6 hissə mülkiyyət payını satmaq istəyir. Bununla bağlı dəfələrlə cavabdehlər şifahi xəbərdarlıq etmişdir. Lakin cavabdehlər tərəfindən heç bir müsbət addım atılmamışdır. Dəfələrlə sözügedən əmlakın alınması ilə bağlı real alıcılar olsa da, lakin iddiaçı həmin əmlakın satışını həyata keçirə bilmir. Belə ki, cavabdehlər könüllü olaraq notariat orqanına gedib əmlakın alqı-satqısı ilə bağlı əməliyyatlarda iştirak etmək istəmirlər. Buna görə də iddiaçı öz hüquqlarını həyata keçirə bilmir.. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbini göstərməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının iddiadan imtina etməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Belə ki, MPM-nin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməli və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə çəhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş 25 iyun 2023-cü il tarixli, 10/2176 nömrəli tikinti texniki ekspertizasınən keçirilməsinə sərf edilmiş 100 manat iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 52, 191, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq qərara aldi: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı paylı mülkiyyətdə olan daşınmaz əmlakın naturada bölünməsi, cavabdehlərin mülkiyyət hüququndakı paylarına müvafiq pul məbləğinin ödənilməsi və onların mülkiyyət hüquqlarına əvəz verilməsi yolu ilə xitam verilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən X3 Səhmdar Cəmiyyəti vasitəsi ilə ********** nömrəli qəbz əsasında dövlət büdcəsinə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. İş üzrə keçirilmiş 25 iyun 2023-cü il tarixli, 10/2176 nömrəli tikinti texniki ekspertizasınən keçirilməsinə sərf edilmiş 100 manat iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-828/2023
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-828/2023
12.09.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver