Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-830/2023 30.11.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarma və maneələrin aradan qaldırılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarma” tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən qanunsuz zəbt olunmuş Lənkəran rayonu İstisu qəsəbəsində yerləşən, qeydiyyat nömrəsi ********** saylı, qeydiyyat tarixi xx.xx.2019-cu il olan DƏDRXnin çıxarışla mülkiyyətimdə olan 0,33 ha torpaq sahəsinin bir hissəsindən çıxarılmaları və həmin torpaq sahəsindən istifadəyə görə cavabdehlər tərəfindən ona yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Lənkəran rayonu, İstisu qəsəbəsində ona məxsus 0,33 ha kənd təssərrüfatı təyinatlı torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin onun mülkiyyətində olması ilə bağlı qeydiyyat nömrəsi: ********** saylı qeydiyyat tarixi, xx.xx.2019-cu il tarixli Dövlət Reystrindən çıxarışı da vardır. Ona verilmiş torpaq sahəsi uzun illərdir ki, istifadə edə bilmir. Belə ki, ona verilmiş həmin torpaq sahəsini, yəni 0,33 ha bir hissəsini həmkəndlisi olan Cavabdeh1 zəbt etmişdir. Həmçinin oğlu da zəbt edilmiş torpaq sahəsindən istifadə edir, orada ot biçir. Cavabdehlərə həmin torpaq sahəsinin ona məxsus olduğunu bildirdiyi zaman onlar demişlər ki, həmin torpaq sahəsi onlara məxsusdur. Bu məsələnin araşdırılması ilə bağlı bir sıra idarələrə, o cümlədən İstisu qəsəbə bələdiyyəsinə, icra ümayədəliyinə müraciət etdiyi zaman həmin idarələrdən torpaq sahəsinin ona məxsus olduğunu deyib, mübahisənin məhkəmə yolu ilə həll olunmasını məqsədə müvafiq olduğunu demişlər. Nə qədər çalışmışdır ki, cavabdehlərlə aralarında olan məsələni sakitcə, sülh yolu ilə, məhkəməyə düşmədən həll etsin, lakin heç bir nəticəsi olmamışdır. Cavabdehlər ona verilmiş torpaq sahəsindən çıxmamışlar. Odur ki, sonda məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Cavabdehlər ona məxsus torpaq sahəsinin bir hissəsinin özbaşına tutduqlarından həmin torpaq sahəsindən çəkdiyi xərclər ona ödənilmədən torpaq sahəsindən çıxmalıdırlar. Lakin hazırda cavabdehlər qeyd olunan torpaq sahəsinin bir hissəsinin zəbt etməkdə davam etdiklərindən həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqları pozulub və bu pozuntu davam etməkdədir. Halbuki İstisu bələdiyyəsi dəfələrlə həmin sahəni ölçmüş, torpağın ona məxsus olduğunu bildirmişdir. Cavabdelr isə öz qanunsuz əməllərini davam etməklə yanaşı, onu təhqir və şantaj etmişlər. Beləliklə, bu hərəkətlərin dayandırılması, zəbt etdiyi torpaq sahəsinin tərk etməsi barədə dəfələrlə onara etdiyi müraciətlər nəticəsiz qalmışdır. Hazırda da cavabdehlər qanunsuz hərəkərlərini davam etdirməklə göstərilən torpaq sahəsini zəbt etdiklərindən qanuni mülkiyyətindən istifadə etməyi mümkün deyildir. İddiaçı oğlu məhkəmə iclasında izahat verərək iddia tələbini müdafiə etdi və iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən təqdim edilmiş ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il qeydiyyat tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmakın dövlət reyestrindən” Çıxarışdan görünür ki, Lənkəran rayonu, İstisu qəsəbəsində yerləşən 0,33 ha ölçüdə “kənd təsərrüfatı təyinatlı” torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran ərazi idarəsi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-2439/2023 saylı mütəxəssis rəyində qeyd edilmişdir ki, Lənkəran rayonu, İstisu qəsəbəsində yerləşən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 05.11,2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış ilə İddiaçı xüsusi mülkiyyətində olan 0,33 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 faktiki istifadələrində olan torpaq sahəsinə yerində baxış keçirilməklə koordinatları müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş 23 oktyabr 2023-cü il tarixli, 10/7501 saylı ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-2439/2023 saylı mütəxəssis rəyinə əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış ilə İddiaçı xüsusi mülkiyyətində olan 0,33 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,20 ha hissəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən faktiki olaraq istifadə edilməsi (çəpərə alınaraq) müəyyən olunmuşdur. Cavabdehlər tərəfindən İddiaçı məxsus torpaq sahəsində iddiaçıya istifadə ilə bağlı hər hansı maneə törədilib-törədilməməsi məsələsinin müəyyən edilməsi hüquqi xarakterli olmaqla məhkəmə tikinti-texniki ekspertizasının predmetinə aid deyildir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsininə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndində əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci bəndinə əsasən özbaşına tutulmuş, zəbt olunmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililərin, qurğuların da sökülməsi daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsi ilə nəzərdə tutulan mülki qanunvericiliyin prinsiplərindən biri də mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Eyni Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinin tələbinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Qeyd edilən hüquq normalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Qanunvericiliyin tələbinə görə ilk növbədə mübahisəli əmlakın iddia edən şəxsin mülkiyyətində olub-olmaması, həmin əmlakın digər şəxsin (şəxslərin) sahibliyində olubolmaması və bu sahibliyin qanunsuz olub-olmaması müəyyən olunmalıdır. Məhkəmə baxışı zamanı işin faktiki hallarından müəyyən edildi ki, Lənkəran rayonu, İstisu qəsəbəsində yerləşən 0,33 ha ölçüdə “kənd təsərrüfatı təyinatlı” torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Həmçinin mütəxəssis və ekspert rəylərindən müəyyən edildi ki, sözügedən mübahisəli torpaq sahəsinin 0,20 ha hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən çəpərə alınaraq faktiki olaraq istifadə edilir. Odur ki, iddia tələbi əsaslı olduğundan hər iki cavabdehə münasibətdə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia tələbi təmin edildiyinə görə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 50 (əlli) manat pul vəsaiti X1 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************,10SVİFT BİK-CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE ********************) xeyrinə tutulmalıdır. Bundan başqa iş materiallarından görünür ki, mütəxəssis rəyinin alınması üçün iddiaçı tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin hesablaşma hesabına 95 manat məbləğində pul vəsaiti ödənilmişdir. Odur ki, həmin məbləğ də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 aid edilməli və onlardan müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənimişdir. Belə ki, dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən təqdim edilmiş ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il qeydiyyat tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmakın dövlət reyestrindən” Çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan Lənkəran rayonu, İstisu qəsəbəsində yerləşən “kənd təsərrüfatı təyinatlı” torpaq sahəsindən çıxarılsınlar və həmin torpaq sahəsindən istifadəyə dair iddiaçıya cavabdehlər tərəfindən yaradılan maneələr aradan qaldırılsın. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 50 (əlli) manat məbləğində pul vəsaiti X1 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SVİFT BİK- CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE ********************) xeyrinə tutulsun. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada mütəxəssis rəyinin alınması üçün iddiaçı tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin hesablaşma hesabına ödənilmiş 95 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat, cəmi 195 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-830/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-830/2023
30.11.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver