Məhkəmə qərarları › İş №2(049)-858/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-858/2025

17.03.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-858/2025 17.03.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X9 Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi, Lənkəran Vəkil Bürosunun vəkili Vəkil və Cavabdeh direktoru X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı işə bərpa tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh barəsində verilmiş ƏMnin 70-ci maddəsinin “c” bəndinə əsasən əmək müqaviləmə xitam verilməsinə dair xx.xx.2024-cü il tarixli, 120 nömrəli əmrin ləğv edilməsi, onun Cavabdehndə azərbaycan diliədəbiyyat müəllimi vəzifəsinə bərpa edilməyi və işə bərpa olunan günədək məcburi işburaxmaya görə hər ay üçün 1 stavka (18 saat) əmək haqqı olan 785 manat aylıq əmək haqqı və sinif rəhbəri kimi 40 manat əmək haqqına əlavə məbləğin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra onun nümayəndəsi Vəkil iddia tələbinin həcminin azaldılmasına dair ərizə verərək məhkəmədən Qadir Zeynalov adına Darquba kənd Tam Orta Məktəbinin barəsində verilmiş ƏM-nin 70-ci maddəsinin “c” bəndinə əsasən əmək müqavilənə xitam verilməsinə dair xx.xx.2024-cü il tarixli, 120 nömrəli əmrin ləğv edilməsi, onun Cavabdehndə Azərbaycan dili-ədəbiyyat müəllimi vəzifəsinə bərpa edilməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, iddiasını onunla əsaslandırmışdır ki, uzun illərdir ki, pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Belə ki, 1985-2003-cü illərdə Pionerlər evində dərnək rəhbəri, 2003-2007-ci illərdə Lənkəran Dövlət Universitetində müəllim, 2005-ci ildən 27 noyabr 2024-cü il tarixədək Lənkəran rayon Darquba kənd Qadir Zeynalov adna Tam Orta Məktəbində müəllim kimi fəaliyyət göstərmişdir. İşlədiyi müddət ərzində heç bir intizam tənbehi almamış, üstəlik müxtəlif vaxtlarda çoxlu mükafatlar, təltiflər və təşəkkürnamələr almışdır. Ailə vəziyyəti ilə əlaqədar olaraq bildirir ki, əri X5 1-ci qrup əlil olmaqla onun himayəsindədir. 1-ci qrup əlilə qulluq etməyi ilə bağlı ona Dövlət tərəfindən müavinət də təyin edilmişdir. 08 iyun 2024-cü il tarixdə keçirilmiş müəllimlərin sertifıkasiya imtahanında iştirak etmiş və himayəsində 1-ci qrup əlil olan ərinə qulluq etməyi ilə əlaqədar olaraq imtahana hazırlaşa bilməmiş və nəticədə imtahanda yetərli bal toplaya bilməmişdir. Himayəsində 1-ci qrup əlilliyi olan şəxs olduğundan onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməmiş, lakin işəgötürən tərəfindən müəllimlərin aylıq 18 saatlıq dərs yükü (2024-2025-ci təhsil ili üzrə) ondan alınaraq digər müəllimlər arasında bölüşdürülmüşdür. İşəgötürənlə aralarında yaranmış fərdi əmək mübahisəsini işəgötürən könüllü qaydada həll etmədiyindən məcbur qalıb məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəməyə müraciət etməmişdən əvvəl qanunvericiliyin tələbinə uyğun olaraq məcburi mediasiya sessiyasında iştirakla bağlı olaraq işəgötürənə təklif məktubu göndərmiş, həmin təklif məktubuna cavab vermədiyindən mediasiya təşkilatına müraciət etmişdir. Mediasiya sessiyası 29 noyabr 2024-cü il tarixə təyin edilmiş, ona və işəgötürənə bu barədə rəsmi bildiriş təqdim edilmiş, lakin işəgötürən, hazırkı iş üzrə cavabdeh ilkin mediasiya sessiayasının keçirilməsinə iki gün qalmış onu işlədiyi məktəbə dəvət edərək onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsi barədə əmri və əmək kitabçanı təqdim edərək artıq məktəbə gəlməməyini bildirmişdir. Artıq işdən azad olunduğuna görə mediasiya sessiyasına xitam verilmişdir. Həmin əmrlə tanış olduqdan sonra ona məlum olmuşdur ki, işəgötürən onunla bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “C” bəndi ilə, yəni “peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə” əsası ilə xitam vermişdir. Həmin əmr qanunsuz və əsassız olduğundan ləğv edilməli, o, həmin vəzifəyə işə bərpa olunmalı, məcburi işburaxmaya görə ona əmək haqqı ödəlilməlidir. O, həmin əmrin işəgötürən tərəfindən ləğv edilməklə yenidən işinə bərpa etməyini işəgötürəndən xahiş etdikdə isə işəgötürən əmrini dəyişməyəcəyini, sertifıkasiyadan keçmədiyini əsas gətirməklə himayəsində 1-ci qrup əlil ərinin olmasının heç bir aidiyyətinin olmadığını bildirməklə onun verdiyi əmrin də qanunvericiliyin tələbinə tam uyğun olduğunu qeyd etmişdir. 1-ci qrup əlil olan ərinin himayəsində olmasına başmayaraq işlədiyi müəsisə ləğv edilsəydi, ya da onunla bağlanılmış əmək müqaviləsi müddətli əmək müqaviləsi olmuş olsaydı işəgötürən tərəfindən verilmiş əmr qanuni və əsaslı hesab edilə bilərdi. Lakin iddia ərizəsinə əlavə etdiyi sənədlərdən də göründüyü kimi onunla bağlanılmış əmək müqaviləsi müddətsiz əmək müqaviləsi olmuş, himayəsində orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş-əri (birinci qrup əlil) X1 onun himayəsində olması, əlilə qulluq etməyi ilə bağlı Dövlət tərəfindən müavinətin də ona ayrılması əmək qanunvericiliyinin işçi kimi 79-cu maddənin 1-ci bəndində qeyd edilmiş imtiyazın ona birbaşa şamil olunmasını təsdiq edir. “Təhsil haqqında’' Azərbaycan Respublikası Qanununun 36-2.3-cü maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”’nın 1.4-cü bəndləri ilə müəyyən edilmiş qaydada sertifıkasiyadan keçə bilməyən təhsilverənlərlə bağlanılmış əmək müqavilələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilir. Belə olan halda isə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə həmin Məcəllənin 79-cü maddəsi ilə koliziya təşkil etməsi kimi görünsə də Azərbaycan Respublikasının Konstitusiya məhkəməsinin bu barədə gəldiyi nəticə isə mamamilə fərqlidir. Belə ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 36-2.3-cü maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası"nın 1.4-cü bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli qərarı ilə müəyyən edilmişdir ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Bu səbəbdən Konstitusiyanın 35-ci maddəsi ilə hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ tanınmışdır. Həmin normaya əsasən, əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən əsas normativ hüquqi akt Əmək Məcəlləsidir. Həmin Məcəllənin 2-ci maddəsinə görə, əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Konstitusiyasının 35 və 73-cü maddələri baxımından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2024-cü il 15 aprel tarixli Qərarında qeyd edilmişdir ki, əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, bir qayda olaraq, əmək hüququnun subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Əmək münasibətlərində işçi və işəgötürən arasında müəyyən hakimiyyət - tabeçilik xüsusiyyətləri (məsələn, işçilərin işəgötürəndən iqtisadi asılılığı, işəgötürən tərəfindən müəyyən edilən iş rejiminə tabe olması, işçiyə intizam sanksiyalarının tətbiq edilməsi və s.) mövcuddur. Odur ki, faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir. Belə ki, əmək qanunvericiliyinin iş vaxtı, istirahət vaxtı və işçilərin məzuniyyət hüququ, əmək şəraiti, əmək haqqı və onun hesablanması qaydası, işdən çıxarılma prosedurları ilə bağlı imperativ xarakterli normaları məhz işçilərin Konstitusiyada nəzərdə tutulan əmək, istirahət, təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnun, habelə digər əsas insan hüquq və azadlıqlarının təmin edilməsinə istiqamətlənərək, işəgötürənlər üçün müvafiq öhdəlik və vəzifələr yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cti hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair" 2023-cü il 20 oktyabr tarixli Qərarı). Xüsusən işçinin iradəsindən və təqsirindən asılı olmayan səbəblərdən əmək müqaviləsinə xitam verilərkən, bunun işçi və onun ailəsi üçün yarada biləcəyi maddi çətinlikləri azaltmaq, gəlirdən tamamilə məhrum olmalarının qarşısını almaq məqsədilə qanunvericilikdə müəyyən təminatlar nəzərdə tutulmuş, habelə müəyyən qrup şəxslərin fiziki xüsusiyyətlərinə, sağlamlıq və sosial vəziyyətlərinə görə əmək müqavilələrinə işəgötürən tərəfindən xitam verilməsi istisna edilmişdir. Belə ki, Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinə əsasən, işəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin, yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin, əmək qabiliyyətini müvəqqəti itirən işçilərin, işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə, həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə, öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü olan işçilərin, məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Bu qadağadan istisnaya yalnız həmin Məcəllənin 70-ci maddəsinin “a” bəndində nəzərdə tutulan müəssisənin ləğv edildiyi və müddətli əmək müqaviləsinə Məcəllənin 73-cü maddəsi ilə xitam verilən hallarda yol verilir. Qeyd edilməlidir ki, Əmək Məcəlləsinin 79-cu maddəsində göstərilən işçilərlə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə qoyulmuş qadağa əmək münasibətlərində yüksək sosial və hüquqi müdafiəyə ehtiyacı olan şəxslərə dövlətin qayğısını əks etdirir. Konstitusiya Məhkəməsinin Palatası “Bakı şəhəri Xətai rayon Məhkəməsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin, 72 və 79-cu maddələrinin şərh edilməsi ilə bağlı müraciətinə dair” 2016-cı il 17 fevral tarixli Qərardadında göstərmişdir ki, qanunverici bu güzəştli normanı müəyyən edərkən ana və uşağın sağlamlığının mühafizəsi, hüquqlarının müdafiəsi, onların maddi və sosial təminatlarının gücləndirilməsi, eləcə də bəzi kateqoriya işçilərin sağlamlığının qorunması və ailələrinin sosial müdafiəsinin möhkəmləndirilməsi mövqeyindən çıxış etmişdir. O da qeyd edilməlidir ki, Konstitusiyada əsas insan hüquqlarından biri kimi təhsil hüququ da təsbit edilmişdir. Əsas Qanunun 42-ci maddəsinə əsasən hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir. Dövlət minimum təhsil standartlarını müəyyən edir. Müvafiq olaraq təhsil qanunvericiliyinin əsas məqsədi təhsil sahəsində vətəndaşların konstitusiya hüququnun təmin edilməsindən və qorunmasından, icra strukturlarının, təhsilalanların və təhsilverənlərin, fiziki və hüquqi şəxslərin hüquq və vəzifələrinin düzgün müəyyən edilməsindən, onlar arasında münasibətlərin tənzimlənməsindən, təhsil sisteminin sərbəst fəaliyyəti və inkişafı üçün hüquqi təminatların yaradılmasından ibarətdir. Təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərindən biri keyfıyyətlilikdir ki, bu prinsip təhsilin mövcud standartlara, normalara, sosial-iqtisadi tələblərə, şəxsiyyətin, cəmiyyətin və dövlətin maraqlarına uyğunluğunu nəzərdə tutur. Bu məqsədlə təhsil qanunvericiliyində nəzərdə tutulmuş sertifikatlaşdırma təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığmm yoxlanılması proseduru olmaqla pedaqoji işçilərin ixtisas səviyyəsinin, metodologiya mədəniyyətinin yüksəldilməsi, onlarda müasir pedaqoji texnologiyalardan istifadənin təşviqi, pedaqoji əməyin səmərəliliyinin və keyfiyyətinin artırılması, pedaqoji işçilərin potensial imkanlarından istifadə perspektivlərinin müəyyənləşdirilməsi və s. kimi məqsədlərə xidmət edir (Konstitusiya Məhkəməsi Palatasının ‘'X6 və digərlərinin şikayətinə dair” 2023-cü il 15 mart tarixli Qərardadı). Təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması proseduru “Təhsil haqqında” Qanunun 36-2-ci maddəsi və Nazirlər Kabinetinin müvafiq Qaydası ilə tənzimlənir. Təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlər peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə 5 ildə bir dəfə ödənişsiz sertifikatlaşdırmadan keçməlidirlər. Sertifikatlaşdırmadan keçən şəxslərə 5 il müddətində dövlət məktəbəqədər və ümumi təhsil və peşə təhsili (tam orta təhsil üzrə təhsilverənlərə münasibətdə) müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ verilir. Sertifikatlaşdırmadan üçüncü dəfə keçəndən sonra təhsilverənlər təhsil müəssisələrində öz ixtisasları üzrə pedaqoji fəaliyyətlə Əmək Məcəlləsinin 10-1 -ci maddəsi ilə müəyyən edilmiş çalışmanın yaş həddinə qədər məşğul olmaq hüququ əldə edirlər. Sertifikatlaşdırmanın nəticələri təhsilverənlərin karyera inkişafında və əməyinin stimullaşdırılmasında nəzərə alınır. Üzrlü səbəblərdən sertifıkatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifıkatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifıkatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Göründüyü kimi, qanunverici ilk dəfə sertifıkatlaşdırmada uğurlu nəticə əldə etməyən təhsilverənlərin əmək müqaviləsinə dərhal xitam verilməsini nəzərdə tutmur, iş yeri və əmək haqqı saxlanılmaqla təkrar sertifıkatlaşdırmada iştirak etmək imkanını tanıyır. Qaydanın 1.4cü bəndinə əsasən, hamilə qadınların, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertifikatlaşdırılması keçirilmir, ilk dəfə işə qəbul olunanlar üç il müddətində sertifikatlaşdırmaya cəlb edilmirlər. Həmçinin qanunvericilik qeyd olunan şəxsləri sertifikatlaşdırmadan keçirilməsindən tamamilə azad etmir, yalnız müvafiq zaman kəsiyi müddətinə təxirə salır. Təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi ildə yeni tədris ili başlayanadək Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir. Konstitusiya Məhkəməsinin Plenumu yuxanda göstərilən qanunvericilik aktlarını təhlil edərək belə qənaətə gəlir ki, bu normaların nizama saldıqları ictimai münasibətlərin dairəsi, yəni predmeti fərqlidir. “Təhsil haqqında” Qanunun 36-2-ci maddəsi və Qayda təhsilverənlərin sertifıkatlaşdırılma prosedurunu tənzimlədiyi halda, Əmək Məcəlləsinin 79-cu maddəsi əmək müqaviləsi işəgötürən tərəfindən ləğv olunması qadağan edilən işçilərin dairəsini müəyyən etmişdir. O da qeyd edilməlidir ki, Əmək Məcəlləsinin 79-cu maddəsi konstitusiya hüquqi mahiyyəti və təyinatı baxımından işəgötürən tərəfindən işçilərin, o cümlədən təhsilverənlərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada peşəkarlıq səviyyəsini və peşə yaraddığını müəyyənləşdirmək imkanını aradan qaldırmır. Həmçinin sertifikatlaşdırmadan keçmiş təhsilverənlərin nəticələrinə müvafiq olaraq onların əmək haqlarının diferensiallaşdırması da həyata keçirilir. "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 1.0.12-ci maddəsinə əsasən, normativ hüquqi aktların kolliziyası - eyni ictimai münasibətləri tənzimləyən qüvvədə olan normativ hüquqi aktların ziddiyyəti (uyğunsuzluğu) hesab edilir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, “Təhsil haqqında” Qanunun 36-2.3-cü maddəsi və Qaydanın 1.4-cü bəndi ilə Əmək Məcəlləsinin 79-cu maddəsi fərqli ictimai münasibətləri tənzimlədiyindən həmin normalar arasında hər-hansı kolliziya mövcud deyil və həmin normalar Konstitusiyasının 35-ci maddəsi ilə ziddiyyət yaratmırlar.Odur ki, Əmək Məcəlləsinin 67-2-ci maddəsinə əsasən, “Təhsil haqqında” Qanuna uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsas yaradır. İşəgötürən tərəfindən əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq ləğv edilərkən isə həmin Məcəllənin 79-cu maddəsi ilə müəyyənləşdirilmiş məhdudiyyətlər nəzərə alınmalıdır. Qeyd edir ki, işəgötürən tərəfindən onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsi əmri verilərkən işəgötürən tərəfindən yuxarıqa qeyd edilən qanunvericilik normalarına riayət edilməmiş, Əmək Məcəlləsinin 79-cu maddəsinin tələbləri nəzərə alınmamışdır. Bundan başqa əmr tərtib edilərkən də əmək qanunvericiliyinin tələb etdiyi forma və məzmuna uyğun tərtib edilməmişdir. Belə ki, həmin əmri imzalayan şəxsin adı və atasının adı tam yazılmalı olduğu halda ad və ata adının baş hərfləri qeyd edilməklə həmin şəxsin konkret olaraq kim olması da müəyyən deyildir, eyni zamanda əmrin tərtib edildiyi yer dəqiq göstərilməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsində göstərilir ki, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: - müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı;-işçinin adı, atasının adı və soyadı; - əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı;-əmək müqaviləsinin ləğv edilməsinin əsası; - həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; - əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il; - əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. xx.xx.2024-cü il tarixli əmrə nəzər salındıqda sözügedən maddənin bir neçə tələblərinə əməl olunmadığı və həmin əmrdə bütün məlumatların göstərilmədiyin görünür. Həmin çatışmamazlıqlar aşağıdakılardır: -müəssisənin hüquqi ünvanı. --əmri imzalayan şəxsin adı və atasının adı. ƏM-nin 84-cü maddəsinin tələblərindən də görünür ki, həmin məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Yuxarıda da göründüyü kimi həmin məlumatlardan bir neçəsi qeyd olunmamışdır. Bu da, əmrin ləğv edilməsi üçün birbaşa əsasdır. Həmin Məcəllənin 292-ci maddəsində qeyd olunur ki, işçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Pozulmuş hüquqlarının bərpası üçün işçi onun müvəkkil etdiyi nümayəndəsi vasitəsi ilə də əmək mübahisəsini həll edən orqana müraciət edə bilər. Hüquqlarının müdafiəsini həyata keçirmək üçün işçi nümayəndəsinə qanunvericilikdə nəzərdə tutulan qaydada tərtib edilmiş etibarnamə verməlidir. Həmin Məcəllənin 294.1-ci maddəsində qeyd olunur ki bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. “Mediasiya haqqında'’ Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Onunla işəgötürən arasında bağlanılmış əmək müqaviləsinin ləğv olunması barədə qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 120 saylı əmrin qəbul edilməsi hüquqlarının kobud şəkildə pozulmasıdır və buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Məhkəməyə sözügedən iddia ərizəsi ilə müraciət etməzdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak etmişdir. Əmək Məcəlləsinin 296.2-ci maddəsinin 2, 3 və 7-ci bəndlərinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Həmin Məcəllənin 300.1-ci maddəsinə və həmin maddənin qeyd hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. Həmin Məcəllənin 310-cu maddəsinə görə istər işçilər, istərsə işəgötürənlər, istərsə də başqa fiziki şəxslər bu Məcəllə ilə və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ- hüquqi aktlarla müəyyən olunmuş hüquqları pozmağa, onları hər hansı şərtlə və ya qaydada məhdudlaşdırmağa, habelə bu hüquqlardan sui-istifadə etməyə, əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəlikləri, vəzifə funksiyasını yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar. xx.xx.2024-cü il tarixdə o, sözügedən əmrdən xəbərdar olub elə həmin tarixdə də əmrin surətini almış və xx.xx.2024-cü il tarixdə Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 28-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi barədə yazılı formada digər tərəfə bu Qanunun 22-ci maddəsində göstərilən məlumatları əks etdirən təklifini göndərmişdir. xx.xx.2024-cü il tarixdə isə İlkin Mediasiya sessiyası üçün ərizəsini Mediasiya Təşkilatına göndərmişdir. Lənkəran 1 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2025-ci il tarixdə də ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışı almışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil iddia ərizəsində yazılanlara uyğun izahat verərək iddia tələblərinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X7 iddiaçının iki dəfə müəllimlərin sertifikatlaşdırma imtahanlarından keçmədiyini, buna baxmayaraq ona məktəbdə başqa iş təklif edildiyini, lakin iddiaçının həmin təklifi qəbul etmədiyini, “Təhsil haqqında” Qanuna əsasən onun iki dəfə sertifikatlaşdırmadan keçə bilməməsini Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə işdən çıxarılması üçün əsas olduğunu bildirib iddianın təmin olunmamasını xahiş etmişdir. TƏDQİQ OLUNMUŞ SÜBUTLAR: Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin xx.xx.2024-cü il tarixli əmrinin surətindən görünür ki, müvafiq şəxslərə 08 iyun 2024-cü il tarixdə keçirilən təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərin əmək müqavilələrinin 2024-cü ilin 27-28 iyun tarixlərində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c" bəndinə əsasən ləğv edilməsini və bununla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsi tapşırılmışdır. Lənkəran rayon Darquba kənd Q.Zeynalov adına tam orta məktəbinin direktor müavininin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, 8 iyun 2024-cü il tarixində keçirilmiş təkrar sertifikatlaşdırma imtahanında müvafiq keçid balını toplamadığı üçün sertifikatlaşdırmadan keçməmiş hesab edilmiş, ona məktəbdə yaranacaq sosial-pedaqoq vəzifəsi və vakant olan xadimə ştatında işləmək təklif olunmuşdur. İddiaçı ünvan 1 ünvanladığı xx.xx.2024 tarixli ərizənin surətindən görünür ki, o, ona təklif olunmuş sosial-pedaqoq və xidmətçi işi vəzifəsindən imtina etmişdir. Lənkəran rayon Darquba kənd Q.Zeynalov adına tam orta məktəbinin direktoru F.Vəliyevin İddiaçı ünvanladığı xx.xx.2024 və xx.xx.2024-cü il tarixli məktublarından görünür ki, 8 iyun 2024-cü il tarixində keçirilmiş təkrar sertifikatlaşdırma imtahanında müvafiq keçid balını toplamadığı üçün sertifikatlaşdırmadan keçməmiş hesab edilmiş, ona xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə məktəbdə sosial-pedaqoq vəzifəsi təklif olunmuş, lakin o, imtina etmişdir. Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimovun İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli cavabdan görünür ki, onun ünvan 2ir Zeynalov adına tam orta məktəbində 2024-2025-ci tədris ilində dərs yükü ilə təmin olunmamağı barədə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə ünvanlanmış müraciətə cavab olaraq bildirmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 67-2/4 maddəsinə görə “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “e" bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailə kateqoriyasına daxil olduğunu nəzərə alaraq, Darquba kənd Qadir Zeynalov adına tam orta məktəbin direktoru səlahiyyətlərini müvəqqəti icra edən G. Şükürova tərəfindən ona “sosial pedaqoq” vəzifəsi təklif olunmuş, o, həmin təklifi dəyərləndirməmişdir. Lənkəran rayon Darquba kənd Q. Zeynalov adına tam orta məktəbinin ilk həmkarlar Təşkilatının 27 noyabr 2024-cü il tarixli, 01 saylı iclas protokolu qərarından görünür ki, məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi İddiaçı müəllimlərin sertifikatlaşdırılması imtahanında uğurlu nəticə əldə etmədiyi və işə çıxmadığına görə 27 noyabr 2024-cü il tarixindən onun əmək müqaviləsinə xitam verilməsinə etiraz edilməmişdir. Qadir Zeynalov adına Lənkləran rayonu Darquba kənd tam orta məktəbinin xx.xx.2024-cü il tarixli, 120 nömrəli əmrindən görünür ki, təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə 8 iyun 2024-cü il tarixində keçirilmiş təkrar sertifikatlaşdırma imtahanında “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” ilə müəyyən edilmiş keçid balını toplaya bilməyən Azərbaycan dili-ədəbiyyat müəllimi İddiaçı təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edilmiş, sosial baxımdan həssas kateqoriyadan olan ailə qrupuna daxil olduğu üçün müəllimə dəfələrlə məktəb rəhbərliyi tərəfindən sosial pedaqoq vəzifəsində işləmək təklif olunmuş, İddiaçı həmin vəzifədən imtina etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydası”nın 5.4-cü bəndinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci addəsinin “c” bəndinə əsasən onunla əmək müqaviləmə xitam verilmişdir. Mediasiya proseainin tətbiqi barədə təklifdən görünür ki, təklif göndərən İddiaçı xx.xx.2024-cü il tarixdə əmək mübahisəsi ilə bağlı təklif göndərilən Qadir Zeynalov adına Lənkləran rayonu Darquba kənd tam orta məktəbinə təklif göndərmişdir. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X5 arasında nikah xx.xx.1992-ci il tarixdə rəsmiləşdirlmişdir. Azərbaycan Respublikası ƏƏSMN-nin elektron arayışlarından görünür ki, X5 1-ci qrup gözdən əlil olmaqla 300 manat Prezident təqüdü və 337.77 manat pensiya alır. Azərbaycan Respublikası ƏƏSMN-nin elektron arayışından görünür ki, İddiaçı 1-ci qrup əlil X3 qulluq göstərir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını nəzərədən keçirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə qeyd edir ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından məlum olur ki, İddiaçı Qadir Zeynalov adına Lənkləran rayonu Darquba kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləmiş, iki dəfə müəllimlərin sertifikatlaşdırılması imtahanlarında uğurlu nəticə əldə etmədiyi üçün 27 noyabr 2024-cü il tarixindən onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir. Məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsinə əsasən işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 7-ci hissəsinə əsasən isə mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. “Mediasiya haqqında'’ Azərbaycan Respublikası Qanununun 35.1-ci maddəsionə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı hüququnun pozulduğunu aşkar etdiyi gündən 05 gün sonra, xx.xx.2024-cü il tarixdə mediasiya prosesinin tətbiqi barədə yazılı formada cavabdehə təklifini göndərmiş, xx.xx.2024-cü il tarixdə isə ilkin mediasiya sessiyası üçün ərizəsini Mediasiya Təşkilatına göndərmiş, Lənkəran 1 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2025-ci il tarixdə də ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışı almışdır. Məhz bu andan iddiaçının pozulmuş hüququnun bərpası üçün nəzərdə tutulmuş kəsici müddətin axımı başlanmışdır. Onun xx.xx.2025-ci il tarixədək pozulmuş hüququnun bərpası ilə bağlı məhkəməyə müraciət etmək hüququ olmuş, iddiaçı həmin 01 ay müddəti gözləmədən xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək kəsici müddəti ötürməmişdir. Mübahisəyə mahiyyəti üzrə qiymət verərək məhkəmə qeyd edir ki, məhkəmə iddiaçının “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 36-2.3-cü maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası"nın 1.4-cü bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli qərarına istinad etməklə qanunsuz olaraq işdən çıxarılması ilə bağlı göstərdikləri ilə razılaşır. Belə ki, iki dəfə sertifikatlaşdırma imtahanlarından keçməmiş müəllimlə əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə pozulması qanuna uyğundur. Bununla yanaşı hətta bu əsas olsa belə bəzi həssas kategoriyadan olan işçilərin həmin Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə işdən çıxarılması qanunvericiliklə qadağan edilmişdir. Belə işçilər kategoriyasına himayələrində 1-ci qrup əlil olan işçilər də daxildirlər. Məhz Konstitusiya Məhkəməsi də yuxarıda qeyd olunmuş qərarında himayələrində 1-ci qrup əlil olan işçilərin Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə işdən çıxarılmasının yolverilməz olduğunu qeyd etmişdir. Konstitusiya Məhkəməsinin qərarları qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçının himayəsində 1-ci qrup gözdən əlil əri vardır, ərinə iddiaçı qulluq göstərməklə Dövlətdən müvafiq müavinat alır. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə işdən çıxarılmasına qanuni əsaslar olmuşsa da, onun himayəsində 1-ci qrup əlil olduğundan, cavabdeh onunla əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə pozmaqla Əmək Məcəlləsinin 79-cu maddəsinin tələblərini pozmuşdur. Belə ki, Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən, həmin Məcəllənin 70-ci maddəsinin «a» bəndi və 73-cü maddəsi ilə əmək müqaviləsinə xitam verilən hallar istisna olmaqla, orqanizmin funksiyalarının 81-100 faiz (yəni 1-ci qrup əlil) pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü olan işçilərin əmək müqavilələrinin Əmək Məcəlləsinin 70-ci maddəsi ilə ləğv olunması qadağandır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Qadir Zeynalov adına Darquba kənd tam orta məktəbinin iddiaçı barəsində verilmiş ƏM-nin 70-ci maddəsinin “c” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2024-cü il tarixli, 120 nömrəli əmri ləğv edilməli, iddiaçı həmin məktəbin Azərbaycan dili-ədəbiyyat müəllimi vəzifəsinə bərpa edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2 maddəsinə əsasən «məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». Həmin Məcəllənin 77-ci maddəsinə əsasən «hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». NƏTİCƏ HİSSƏ: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Qadir Zeynalov adına Lənkəran Rayon, Darquba kənd tam orta məktəbi tərəfindən verilmiş, İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2024-cü il tarixli, 120 nömrəli əmr ləğv edilsin. İddiaçı, Qadir Zeynalov adına Lənkəran Rayon, Darquba kənd tam orta məktəbinə, Azərbaycan dili-ədəbiyyat müəllimi vəzifəsinə bərpa edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X10

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar