Məhkəmə qərarları › İş №2(049)-86/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-86/2024

16.08.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-86/2024 16.08.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X6 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, İddiaçılar, eyni zamanda da digər İddiaçı3 nümayəndəsi İddiaçı1 və İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı torpaq sahəsinin boşaldılması, qanunsuz tikilinin sökülməsi və s. tələblərinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 zəbt etdikləri Lənkəran yonu, Vilvan kəndində yerləşən onlara məxsus olan 0,13 ha torpaq sahəsindən çıxarılmaları, torpaq sahəsinin onlara təhvil verilməsi və cavabdehlər tərəfindən onlara məxsus torpaq sahəsində inşa etdikləri tövlə, sanitar qovşağı və həyət tikililərin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddia tələblərini onunla əsaslandırmışlar ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının 15 aprel 1998-cu il tarixli 07 nömrəli qərarı ilə İddiaçı1 və ailəsinin digər 6 nəfər üzvünə Lənkəran rayonu, Vilvan kəndi ərazisində 0.13 hektar torpaq sahəsi ayrılaraq mülkiyyətlərinə verilmisdir. Bu barədə adlarına JN:544 KOD 80200038 saylı torpağa mülkiyyət huququna dair dövlət aktı verilmişdir. Həmin dövlət aktını onlar DƏDRXnin Lənkəran ərazi idarəsinə təqdim etmiş, onun əvəzində DƏDRX-nin Lənkəran ərazi İdarəsi tərəfindən qeydiyyat ********** nömrəli mülkiyyətlərinə dair Çıxarış vərəqəsi verilmişdir. Qeyd olunan 0.13 hektar torpaq sahəsi qanuni əsaslarla onların mülkiyyətlərinə verilmiş və mülkiyyətçilərdən anası X2 26 iyul 2022-ci il iə vəfat etmişdir. Belə ki, 28 dekabr 1998-ci il tarixdə Kadastr və Yerqurluşu Layihə-Tədqiat Mərkəzinin 10 saylı Lənkəran Layihə-Tədqiqat İdarəsinin mütəxəssisi X3 rayonu, Vilvan bələdiyyəsinin sədri və Lənkəran RİHB-nin Vilvan kəndi üzrə icra nümayəndəsi tərəfindən onların iştirakları ilə həmin 0.13 ha torpaq sahəsinin döngə nöqtələri (naturada) ölçülərək onlara tanıdılmışdır. Buna baxmayaraq cavabdehlər onlara məxsus olan 0.13 ha torpaq sahələrini qanunsuz olaraq zəbt etmişlər. Cavabdehlər artıq 5-6 ildir ki, onlara məxsus torpaq sahəsindən öz torpaq sahələri kimi istifadə edirlər. Onlar, eyni zamanda zəbt etdikləri torpaq sahəsində özləri üçün tövlə, ayaqyolu və həyət tikililəri tikib onlardan istifadə edirlər. Dəfələrlə cabdehlərdən zəbt etdikləri torpaq sahələrindən çıxmalarını tələb etsələr də, onlar bundan imtina etmişlər və bildirirlər ki, həmin torpaq sahəsi onlara məxsusdur. Məhz bu səbəbdən cavabdehlərin qanunsuz və özbaşnalıq hərəkətlərindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iddiaçılar eyni zamanda da digər İddiaçı3 nümayəndəsi İddiaçı1 və İddiaçı2 ekspert rəyi ilə razılaşmayaraq ayrı-ayrılıqda iddialarını müdafiə edib onun təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdehlər lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq onlar, məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə onların gəlməmələrinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iddiaçılar eyni zamanda da digər İddiaçı3 nümayəndəsi İddiaçı1 və İddiaçı2 dinləyib, ekspert rəylərini tədqiq edib və işdə olan materialları nəzərdən keçirib hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan DƏDRX-nin “Hüquqların Dövlət qeytdiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışdan görünür ki, Lənkəran rayonu, Vilvan kəndində yerləşən 0,13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında paylar müəyyən edilməklə İddiaçı1 və daha 4 nəfərin adına dövlət qeydiyyatına alınmışdır. İşdə olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 3- 16-16/2-10/2846 saylı rəylərindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri pubiik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21 -3-43/2-439/2024 №li mütəxəssis rəyinə əsasən, Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla (ilkin hüquqmüəyyənedici sənəd JN-544 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında) İddiaçı1 və qeyrilərinin mülkiyyətində olan Lənkəran rayonu, Vilvan kəndi ərazisində yerləşən 0,13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin məhkəmə predmeti olan mübahisəli ərazidən kənarda yerləşməsi müəyyənləşdirilmiş və həmin torpaq sahəsinin cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh3 tərəfindən istifadə edilməməsi müəyyən olunmuşdur. Ekspert tərəfindən qeyd olunur ki, İddiaçı1 və ailə üzvlərinin mülkiyyətində olan Lənkəran rayonu, Vilvan kəndi ərazisində yerləşən 0,13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixdə tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatları “kadastrportall.az” elektron kadastr portalında araşdıran zaman həmin 0,13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin iddia olunan ərazidə yerləşdiyi müəyyən edilmişdir. (Ekspertiza xərci 100 manat təşkil etmişdir.) Məhkəmə işdə olan digər sübutlarla bağlı qeyd edir ki, həmin sübutların tədqiqi işin obyektiv həlli üçün əhəmiyyət kəsb etmədiyindən, onların tədqiqinə zərurət yoxdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərəkən, bir qayda olaraq, “sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Yəni, Konvensiyanın tələblərinə əsasən ilk növbədə sübut etmə yükü iddiaçının, hazırki iş üzrə isə iddiaçıların üzərinə düşür. Onlar tələb etdikləri torpaq sahələrinin məhz cavabdehlər tətəfindən qanunsuz olaraq istifadə etdiklərini sübut etməlidirlər. Lakin ekspert rəyi ilə müəyyən olundu ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən İddiaçı1 və qeyrilərinin mülkiyyətlərində olan Lənkəran rayonu, Vilvan kəndi ərazisində yerləşən 0,13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mübahisələndirlən ərazidən kənarda yerləşməklə həmin torpaq sahəsindən cavabdehlər istifadə etmirlər. Buna görə də məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən iddiaçılara məxsus torpaq sahəsindən istifadə etmələri sübuta yetirilmədiyindən, iddiaçıların cavabdehlərin çıxarılmaları, torpaq sahəsinin onlara təhvil verilməsi və cavabdehlər tərəfindən onlara məxsus torpaq sahəsində inşa etdikləri tövlə, sanitar qovşağı və həyət tikililərin sökülməsi barədə tələbləri təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia əsassız olduğundan ekspertiza tədqiqatının dəyəri olan 100 manat iddiaçılara aid edilməli və müştərək qaydada onlardan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. NƏTİCƏ HİSSƏ: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 aid edilsin və müştərək qaydada onlardan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesaba köçürülsün: Büdcə təşnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar