Məhkəmə qərarları › İş №2(049)-862/2023

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-862/2023

29.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-862/2023 29.03.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, Ərizəçi oğlunun iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı qohumluq münasibətində olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun 1897-ci ildə anadan olmuş X2 nəvəsi və 15 iyul 1932-ci il tarixdə anadan olmuş X1 qızı kimi qohumluq münasibətlərində olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, qohumluq faktının müəyən edilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə məqsədi özünün doğum haqqında şəhadətnaməsində atasının soyadının düzgün qeyd edilməməsi ilə əlaqədardır və doğum haqqında şəhadətnaməsinin surətini məhkəməyə təqdim etdi. Ərizə tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir və şöbə tərəfindən məktubla məhəkəməyə müraciət edilərək şöbədə iş yükünün çox olmasını nəzərə alaraq işə iştirakları olmadan baxılması xahiş edilmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, o, 1949-cu ildə Qazaxıstanda anadan olmuşdur. Belə ki, onun valideynləri də sovet illərində 1938-ci ildə Qazaxıstana sürgün edilmişlər və sürgünə qədər Lənkəran rayonunun Burcəli kəndində yaşamışlar. O, Ərizəçiı uşaqlığından tanıyır və onlar Qazaxıstanın Çimkənd vilayətində yaşamışlar. Sonradan 1968-ci ildə onun və Gülnazın ailəsi də Lənkəran rayonunun Burcəli kəndinə köçmüşlər və onlar qonşu olmuşlar. Gülnazın atası Əbdülrəhim, babası isə Nüsrət olmuşdur. Gülnazın babası Nüsrət sonradan Qazaxıstana köçərək, orada vəfat etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, 1946-cı ildə Qazaxıstanda anadan olmuşdur. Onun valideynləri sovet illərində Qazaxıstana sürgün edildiyindən uşaqlıq illərində orada yaşamışdır. Onların ailəsi 1959-cu ildə Lənkəran rayonuna köçmüşlər və hazırda da Ərizəçi ilə birlikdə Burcəli kəndində qonşuluqda yaşayır. Gülnazın atası Əbdülrəhim, babası isə Nüsrət olmuşdur. Məhkəmə ərizəçinin izahatını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 nömrəli qərarının 2.2. bəndində qeyd edilmişdir ki, əgər qohumluq faktının müəyyən olunması vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı yol verilmiş səhvlərlə (adın, ata adının, soyadın təhrifi və sair) əlaqədardırsa, məhkəmələr qohumluq münasibətlərinin müəyyən olunmasına dair belə ərizələri icraata qəbul etməkdən iddianın yolverilməzliyinə görə imtina etməlidirlər (Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsi). Bu cür səhvlərin aradan qaldırılması və vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik edilməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları tərəfindən qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, həmin orqanlara qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Həmin qərarın 1.3 bəndinə əsasən, hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1 maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır. Göründüyü kimi ərizəçi doğum akt qeydiyyatında düzəliş edilməsi ilə bağlı ilkin olaraq Qeydiyyat şöbəsinə müraciət etməli, inzibati orqan tərfindən imtina veriləcəyi təqdirdə qeydiyyat orqanının qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, ərizəçinin qohumluq faktının müəyyən edilməsi barədə ərizəsi məhkəmə qaydasında baxılmalı olmadığından, iddiaçıya aidiyyəti üzrə inzibati orqana və (və ya) inzibati məhkəməyə şikayət etmək hüquqlarının olması izah olunmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi qohumluq münasibəti faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar