Məhkəmə qərarları › İş №2(049)-88/2023

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-88/2023

03.10.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-88/2023 03.10.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Aslanov Murad Şamxal oğlu sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçı Qurbanov Rahı̇ b Məmməd oğlunun iştirakı ilə iddiaçılar Qurbanov Rahı̇ b Məmməd oğlu və İddiaçı2̇ qızının cavabdeh Rəhı̇ mov Namı̇ k Mı̇ rzəbaba oğluna qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair iddiası üzrə mülki işə baxaraq, müəyyən etdi̇ : İddiaçılar Qurbanov Rahı̇ b Məmməd oğlu və İddiaçı2̇ qızının cavabdeh Rəhı̇ mov Namı̇ k Mı̇ rzəbaba oğluna qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı 03 oktyabr 2023-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək iddia ərizəsinin baxılmadan geri qaytarılmasını və işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etdiyindən və cavabdeh işə mahiyyəti üzrə baxılmasına təkid etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. İş materiallarına əlavə edilmiş ********* saylı qəbzdən görünür ki, iddiaçı 10 manat dövlət rüsumu ödəmişdir. MPM-nin 114.1.5-ci maddəsinin tələbinə görə iddia ərziəsi baxılmamış saxlanıldıqda dövlət rüsumu geri qaytarılır. MPM-nin 260.3-cü maddəsinə əsasən ərizə baxılmamış saxlanıldıqda qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPMnin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq qərara aldi: İddiaçılar Qurbanov Rahı̇ b Məmməd oğlu və İddiaçı2̇ qızının cavabdeh Rəhı̇ mov Namı̇ k Mı̇ rzəbaba oğluna qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair mülki iş baxılmamış saxlanılsın. İddiaçı tərəfindən ********* saylı qəbzə əsasən ödənilmiş 10 manat dövlət rüsumu iddiaçı Qurbanov Rahı̇ b Məmməd oğluna geri qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar