Məhkəmə qərarları › İş №2(049)-908/2024

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-908/2024

30.01.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-908/2024 30.01.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlu, İddiaçı Cavabdeh qarşı Bakı Şəhər Sabunçu Rayon Balaxanı Bələdiyyəsi və Bakı Şəhər Sabunçu Rayon Zabrat Bələdiyyəsini müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb etdiyi “fərdi yaşayış evinə köçürülmə, həmin evə və digər yardımçı sahələrdən istifadə hüququnun həyata keçirilməsindən ötrü cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı Bakı Şəhər Sabunçu Rayon Balaxanı Bələdiyyəsi və Bakı Şəhər Sabunçu Rayon Zabrat Bələdiyyəsini müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb etdiyi “fərdi yaşayış evinə köçürülmə, həmin evə və digər yardımçı sahələrdən istifadə hüququnun həyata keçirilməsindən ötrü cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, iddia ərizəsini və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, hazırki iş üzrə iddia ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərziəsindən müəyyən edilir ki, iddiaçının tələbi özünün və yetkinlik yaşına çatmayan uşaqlarının ünvan 1 ünvanında yerləşən 200 kv.m torpaq sahəsi üzərində inşa edilmiş fəri yaşayış evinə köçürülməsi və həmin evdən istifadə etməsinə cavabdeh tərəfindən törədilmiş maneələrin aradan qaldırılmasıdır. Göründüyü kimi, iddiaçının tələbi daşınmaz əmlaka dair sahibliyin və istifadənin həyata keçirilməsidir. MPM-nin 39.1-ci maddəsinin tələbinə görə, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2 iyun 2021-ci il tarixli qərarında göstərilmişdir ki, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, həmin halların dairəsi qanunvericilikdə dəqiq müəyyən edildiyinə görə geniş təfsir edilə bilməz. Hazırkı iddia ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının tələbi birgə nikah dövründə əldə edilmiş daşınmaz əmlaka evə köçürülmə ilə birbaşa əlaqəsi olan əmlakdan istifadə olduğundan hazırkı iddiaya da həmin əmlakın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılmalıdır. MPM-nin 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. MPM-nin 152.3-cü maddəsinin tələblərinə görə, iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmək üçün 40 manat dövlət rüsumu ödəmişdir. İddia ərizəsi qaytarıldığına görə iddiaçı tərəfindən ödənilmiş 40 manat dövlət rüsumu ona qaytarılmalıdır. MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Cavabdeh qarşı Bakı Şəhər Sabunçu Rayon Balaxanı Bələdiyyəsi və Bakı Şəhər Sabunçu Rayon Zabrat Bələdiyyəsini müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb etdiyi “fərdi yaşayış evinə köçürülmə, həmin evə və digər yardımçı sahələrdən istifadə hüququnun həyata keçirilməsindən ötrü cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılması” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İş üzrə xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 40 manat dövlət rüsumu İddiaçı qaytarılsın. İddiaçıya izah edilsin ki, yenidən, ümumi qaydada ərazi aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar