Məhkəmə qərarları › İş №2(049)-912/2025

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-912/2025

10.02.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-912/2025 10.02.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Mən, Lənkəran Rayon Məhkəməsinin hakimi X2 - İddiaçı Cavabdeh qarşı pay torpağın mənimsənilməsinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri xx.xx.2025-ci il tarixdə nəzərdən keçirib , müəyyən etdim : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Lakin, iddiaçı iddia ərizəsinə öz tələbinin əsası kimi istinad etdiyini fakt və halları təsdiq edən sübutların siyahısını əlavə etməmiş və tələbləri qeyri dəqiqdir. Belə ki, iddiaçı tələbində torpaq sahəsinin ona qaytarılmasını qeyd etsə də, konkret olaraq harada, hansı ölçüdə olan və hansı sənədə əsasən ona məxsus torpaq sahəsini qaytarılmalı olduğunu göstərməmişdir. Bundan əlavə ümumi sözlərlə, konkret məbləği göstərmədən, cavabdehdən ona vurulmuş maddi və mənəvi ziyan tələb edir. Cavabdehə qarşı müvafiq qanunlara uyğun hüquqi məsuliyyətin tətbiq edilməsini xahiş etsə də, hansı məsuliyyətin tətrbiq edilməsini konkret olaraq göstərməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi Bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədən verildikdə hakimi iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, iddiaçının məhkəməyə daxil olmuş ərizəsini nəzərdən keçirib hesab edirəm ki, iddiaçının iddia ərizəsinə öz tələbinin əsası kimi istinad etdiyini təsdiq edən sübutların siyahısını əlavə etməməsi, tələbini dəqiq ifadə etməməsi ərizənin Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş məzmununa riayət edilməməsi kimi qəbul edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və ona Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Azərbaycan Respublikası Mükli Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli mədaxil qəbzlərindən görünür ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. İddia ərizəsi qaytarıldığına görə iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ona qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149.1-ci,152-ci, 263-264cü, 269-cu maddələrini rəhbər tutaraq, qərara aldım : İddiaçı cavabdeh X1 qarşı pay torpağın mənimsənilməsinə dair iddia ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli ********** mədaxil qəbzi ilə ödənilmiş 100 manat dövlət rüsumu ona qaytarılsın. Ona izah olunsun ki, ərizənin qaytarılmasına dair nöqsanları aradan qaldırıldıqdan sonra onun ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan onun surəti rəsmi qaydada verildikdən sonra on gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar