Məhkəmə qərarları › İş №2(049)-92/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-92/2025

05.08.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-92/2025 05.08.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi: X21, İddiaçı: İddiaçı, İddiaçının nümayəndəsi və vəkili: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Nümayəndə, Cavabdeh: Cavabdeh, Cavabdehin nümayəndəsi: X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış evinə gedən torpaq sahəsindən yol kimi istifadə edilməsi üçün yüklü edilmə - servitut” tələbinə dair iddiasına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən mülkiyyətində olan torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində olan fərdi yaşayış evinə gedən və hazırda cavabdehin faktiki istifadəsində olan torpaq sahəsindən gedişgəliş yolu kimi istifadə edilməsi üçün yüklü edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandılmışdır ki, iddiçı İddiaçı 30 oktyabr 2018-ci il tarixdə qardaşı Cavabdeh və digər ailə üzvləri ilə aralarındakı, torpaq mübahisəsi ilə əlaqədar qarşılıqlı şəkildə razılığa gələrək və bölgü razılaşma sazişi tərəflərindən imzalanmaqla notarial qaydada təsdiq olunmuşdur. Lakin bu bölgü razılaşma sazişindən sonra cavabdeh yenə də ona qarşı məhkəmədə iddia qaldırmış və ümumi istifadədə olan gediş-gəliş yolunun zəbtdən azad edilməsi və qanunsuz inşa edilmiş hasarın, habelə qaz borusunun sökülməsi tələbinə dair məhkəməyə iddia ərizəsi təqdim etmişdir. Həmin iddia təmin edilmiş olduğundan iddiaçının həyətyanı torpaq sahəsinə yeganə gediş-gəliş yolu bağlanmış olur. Yaşadığı evə alternativ yol olmadığından həmin evdən istifadə olunması da mümkün olmayacaqdır. Odur ki, məcbur olub məhkəməyə müraciət edir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, həyətyanı sahəsinə başqa tərəfdən yol yoxdur. Belə olan təqdirdə cavabdehin əvvəlki tarixlərdə iddia etdiyi yol servitutla yüklü edilməlidir. Burada söhbət ondan gedir ki, servitut qoyulmadan qeyd edilmiş ehtiyacların təmini mümkün deyil. Belə ki, həmin torpaq sahəsinə baxış keçirilərsə, aydın olacaqdır ki, sözügedən torpaq sahəsinə gediş -gəliş yolu çəkmək imkanı yoxdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, iddiaçının özünə aid yolu vardır, lakin həmin yoldan istifadə etmək istəmir və əsassız olaraq ondan yol istəyir. Odur ki, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddianın rədd edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış JN-463A kod 80223018 nömrəli dövlət aktıından görünür ki, Lənkəran Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 12 nömrəli qərarı ilə Lənkəran rayonun Şağlaküçə kəndində yerləşən 0.67 ha torpaq sahəsi X23, İddiaçı, X1, Cavabdeh,X11,X3,X12,X13, X9, X7, X6, X14,X15,X16, X4 mülkiyyətinə verilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(049)-870/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh mülkiyyətindən olan Lənkəran rayonu,Şağlaküçə kəndində yerləşən 0.14586 ha torpaq sahəsinin qanunsuz olaraq zəbt edilmiş 0.014 ha hissəsindən (0.0092 ha yol kimi) çıxarılması, həmin torpaq sahəsindən istifadə ilə əlaqədar iddiçıya cavabdeh qanunsuz hərəkətlərinə son qoyulmsını qət etmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2 (106)-3617/2021 saylı qətnaməsindən görünür ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(049)-870/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq ******* saylı Çıxarışdan görünür ki, Lənkəran rayonu, Şağlaküçə kəndində yerləşən 0,67 ha torpaq sahəsi İddiaçı 6/75 hissə, X1 6/75 hissə, Cavabdeh, 6/75 hissədə, X11 6/75 hissədə, X5, 1/15 hissədə,X12, 1/15 hissədə,X17, 1/15 hissədə, X9, 1/15 hissədə, X7, 1/15 hissə, X22, 1/15 hissə, X18 1/15 hissə, X16 1/15 hissə, X10 1/15 hissədə, X2 6/75 hissədə mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq ******* saylı Çıxarışdan görünür ki, Lənkəran rayonu, Şağlaküçə kəndində yerləşən 167,7 ha torpaq sahəsi Cavabdeh tam mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş 02 iyun 2025-cü il tarixli, 10/2376 nömrəli məhkəmə tiktinti-texniki ekspertiza rəyində göstərilmişdir ki, İddiaçı tərəfindən gediş-gəliş yolu kimi iddia edilən torpaq sahəsinin faktiki koordinatlarının onun Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa və **********71- 10301 reyestr nömrəli Texniki Pasporta əsasən mülkiyyətində olan 0,22548 ha torpaq sahəsinə və torpaq sahəsi üzərində yerləşən 80.0 kv.m sahədən ibarət fərdi yaşayış evinə həm həmin Texniki Pasportda və həm də torpaq islahatına dair kompleks yerquruluşu layihəsində təsvir olunan gediş-gəliş yolunun koordinatlarına uyğun olmaması müəyyən olunmuşdur. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən iddiaçı tərəfindən gediş-gəliş yolu kimi iddia olunan yerdə (bir hissəsində) gediş-gəliş yolunun təsvir olunması müəyyən olunmuşdur. Torpaq islahatına dair kompleks yerquruluşu layihəsində mövcud olan həmin gediş-gəliş yolunun bələdiyyə mülkiyyətinə aid olması müəyyən olunmuşdur. Lakin həmin gediş-gəliş yolunun faktiki vəziyyətdə naturaya uyğun gəlməməsi səbəbindən gediş-gəliş yolunun layihə üzrə vəziyyəti ilə faktiki vəziyyət arasında müqayisəli təhlil aparmaq və yolun başlanğıc və son hissələrini naturada müəyyən etmək mümkün olmamışdır. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı İddiaçı mülkiyyətində olan 0,22548 ha torpaq sahəsinə gediş-gəliş yolunun başlanğıc hissəsinin küçədən (yolayrıcıdan) başlayaraq son hissəsinin İddiaçı faktiki istifadəsində (mülkiyyətində) olan torpaq sahəsinə qədər olması müəyyən olunmuşdur. İddiaçı tərəfindən gediş-gəliş yolu kimi iddia edilən 0,0124 ha (124 kv.m) torpaq sahəsinin faktiki koordinatlarının 72 kv.m hissəsinin Torpaqların elektron kadastr uçotu informasiya sistemində öz əksini tapan gediş-gəliş yolunun koordinatları ilə üst-üstə düşməsi müəyyən olunmuşdur. Həmin 72 kv.m gediş-gəliş yolunun 68 kv.m hissəsinin koordinatlarının Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********69- 10301 reyestr nömrəli Çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan 0,14586 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsi, 4 kv.m hissəsinin koordinatlarının isə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018ci il tarixli, ********** qeydiyyat nömrəli və **********71-10301 reyestr nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0,22548 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsi müəyyən olunmuşdur. İddiaçı tərəfindən gediş-gəliş yolu kimi iddia edilən torpaq sahəsinin faktiki koordinatlarının onun Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa və **********71-10301 reyestr nömrəli Texniki Pasporta əsasən mülkiyyətində olan 0,22548 ha torpaq sahəsinə və torpaq sahəsi üzərində yerləşən 80.0 kv.m sahədən ibarət fərdi yaşayış evinə həm həmin Texniki Pasportda və həm də torpaq islahatına dair kompleks yerquruluşu layihəsində təsvir olunan gediş- gəliş yolunun koordinatlarına uyğun olmaması müəyyən olunmuşdur, İddiaçı tərəfindən faktiki vəziyyətdə gediş-gəliş yolu kimi iddia edilən sahəsinin və eləcə də Torpaqların elektron kadastr uçotu informasiya sistemində öz əksini tapan gediş-gəliş yolunun hazırda iddiaçının və cavabdehin gedişgəliş yolu kimi faktiki istifadələrində olması müəyyən olunmuşdur. Lakin araşdırma zamanı tərəflər arasında əsas mübahisə predmetinin həmin gediş-gəliş yolunun faktiki vəziyyətdə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018ci il tarixli, ********** qeydiyyat nömrəli və **********69-10301 reyestr nömrəli Çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan 0,14586 ha torpaq sahəsinin sərhəd hüdudlarının daxilindən keçməsi ilə bağlı olması müəyyən olunmuşdur. İddiaçı tərəfindən faktiki vəziyyətdə gediş-gəliş yolu kimi iddia edilən 0,0124 ha (124 kv.m) torpaq sahəsinin 93 kv.m hissəsinin koordinatlarının Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********69- 10301 reyestr nömrəli Çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan 0,14586 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsi, 31 kv.m hissəsinin koordinatlarının isə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018ci il tarixli, ********** qeydiyyat nömrəli və **********71- 10301 reyestr nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0,22548 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsi müəyyən olunmuşdur. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa və **********71-10301 reyestr nömrəli Texniki Pasporta əsasən mülkiyyətində olan 0,22548 ha torpaq sahəsinə və torpaq sahəsi üzərində yerləşən 80.0 kv.m sahədən ibarət fərdi yaşayış evinə hazırda iddia olunan yerdən başqa cənub istiqamətindən gediş-gəliş yolunun mövcud olması müəyyən olunmuşdur. Ekspertiza xərci 50 manat təşkil edir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət üçün 100 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş qəbzdən görünür ki, iddiaçı tərəfindən mütəxəssis rəyi üçün smetada nəzərdə tutulmuş 95 manat ödəmişdir. Məhkəmə, izahatları dinləyib, iddia ərizəsində göstərlənlərlə iş materiallarında olan sənədləri qarşılıqlı şəkildə tədqiq edərək aşağıda qeyd edilənlərə əsasən belə qənaətə gəlir ki, iddia rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki hüquq nəzəriyyəsinə görə iki klassik iddia növündən, yəni vindikasiya və neqator iddiasından istifadə edilir. Mülki Məcəllənin 157.4-cü maddəsi əşya hüquqlarının neqator iddiası qaydasında müdafiə edilməsini tənzimləyir. Neqator iddiasına görə, mülkiyyətçi sahiblikdən məhrum edilməklə bağlı olmayan pozuntulara son qoymağı pozuntu törədəndən məhkəmə vasitəsilə tələb edir. Bu iddia mülkiyyətçinin əşyaya sahiblik hüququnun itirilməsi ilə bağlı deyil. Neqator iddiası yalnız mülkiyyət hüququnun həyata keçirilməsinə mane olan halların aradan qaldırılması barədə tələbdir. Bu hallar əşyaya sahiblik səlahiyyətinin yox, yalnız əşyadan istifadə və onun barəsində sərəncam vermək səlahiyyətlərinin həyata keçirilməsinə mane olur. Neqator iddianın verilməsinə əsas olan həmin hallar mülkiyyətçinin əşyaya sahiblik səlahiyyətini pozmur və onu bu səlahiyyətdən məhrum etmir. Deməli, neqator iddia əşyaya sahiblik səlahiyyətinə malik olan mülkiyyətçinin əşyadan istifadə və onun barəsində sərəncam vermək səlahiyyətlərinin həyata keçirilməsinə mane olan halların aradan qaldırılması barədə tələbdir. MM-nin 255.1-ci maddəsinə əsasən servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə, servitut bir qayda olaraq daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman, servitut sahibi öz mülkiyyətində olan daşınmaz əşyasından başqa daşınmaz əşyanın servitutla yüklü hala gəlməsi hesabına istifadə etməkdə güzəşt və üstün imkanlara malik olur (Mülki Məcəllənin 255.1 və 255.6-cı maddələri). Hazırkı işin hallarından da görünür ki, iddiaçı ona məxsus olan mülkiyyətdən istifadə etmək üçün cavabdehə məxsus torpaq sahəsindən istifadə etməyi tələb edir. Lakin iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə də tam təsdiq edilir ki, iddiaçının özünə məxsus torpaq sahəsində digər istiqamətdən də yol vardır. Belə olan halda, yəni digər şəxsin mülkiyyətinə müdaxilə edilməklə istifadənin həyata keçiriməsi qanunvericilikdə də qadağandır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının ona məxsus olan torpaq sahəsinə gediş gəliş yolunun digər istiqamətdə mövcud olması məhkəmədə tam sübuta yetirildiyindən, servitut tələbinə dair iddia rədd edilməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hər tərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər məhkəmə məsrəflərinə aid edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq və MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “yaşayış evinə gedən torpaq sahəsindən yol kimi istifadə edilməsi üçün yüklü edilmə - servitut” tələbinə dair iddiası rədd edilsin. İş üzrə iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu, mütəxəssis rəyi üçün ödənilmiş 95 manat İddiaçı aid edilsin. İş üzrə məhkəmə tikinti-texniki ekspertizsının keçirilməsinə sərf edilmiş 50 manat məbləğində pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar