Məhkəmə qərarları › İş №2(049)-94/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-94/2025

02.07.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-94/2025 02.07.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: X15, İddiaçı: İddiaçı, Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən cavabdehin çıxarılması” tələbinə dair iddiasına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Mülkiyyətində olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktı əsasında, JN-721 KOD 80200048 sayla ona və ailə üzvlərinə verilmiş sahədən Cavabdeh çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandılmışdır ki, Lənkəran rayonu, Viravul kəndində atası X4 və ailə üzvlərinə 16 noyabr 1998-ci ildə Prezidentin Fərmanı əsasında 0,49 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsini uzun illər əkib-becərmişlər. Son illər ərzində cavabdeh onlara mənsub olan torpaq sahəsinin 10 ha zəbt etmişdir. Bu haqda dəfələrlə ona xəbərdarlıq etmiş, Lənkəran Rayon Polis Şöbəsinə şikayət versə də, Cavabdeh torpaq sahəsini etdiyi çəpərdən azad etmir. Bundan sonra DƏDRX-nin 10 saylı Lənkəran Ərazi idarəsinə müraciət etmişdir. Həmin yerə mütəxəsislər gəlsələr də, cavabdehin zəbt edilmiş hissəsinə daxil olunmadan, ona bildirmişlər ki, bu haqda məhkəməyə müraciət edilsin. Eyni zamanda Lənkəran Şəhər İcra hakimiyyəti də bu mövzuda eyni cavabı vermişdir. Cavabdeh mülkiyyətində olan torpaq sahəsini könüllü azad etmədiyindən, bu haqda iddia qaldırmaq məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, həmin torpaq sahəsi əvvəldən onun atasına verilmiş və bu mübahisə uzun illərdir ki, davam edir. 2021-ci il tarixdən isə iddiaçı ona torpaq sahəsindən çıxmasını bildirsə də, onun həmin torpaq sahəsində uzun illərdi əkilmiş ağacları vardır. Hazırda həmin torpaq sahəsində 110 ağac vardır. Məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış JN-721 kod 80200048 nömrəli dövlət aktıından görünür ki, Lənkəran Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 10 nömrəli qərarı ilə Lənkəran rayonun Veravul kəndində yerləşən 0.78 ha torpaq sahəsi X6, X16, X7, İddiaçı, X5 mülkiyyətinə verilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış JN-720 kod 80200048 nömrəli dövlət aktıından görünür ki, Lənkəran Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 10 nömrəli qərarı ilə Lənkəran rayonun Veravul kəndində yerləşən 0.14 ha torpaq sahəsi X12, X8 mülkiyyətinə verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş ********** nömrəli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət üçün 100 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş 124 nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən mütəxəssis rəyi üçün smetada nəzərdə tutulmuş 95 manat ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2024-cü il tarixli Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, X1 müraciəti əsasında Azərmaycan Respublikasının Cinayət Məcəlləsinin 188ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2022-ci il tarixli Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh müraciəti əsasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş 30 aprel 2025-cü il tarixli, 10/1936 nömrəli məhkəmə tiktinti-texniki ekspertiza rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkaran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-144/2025 saylı mütəxəssis rəyinə əsasən, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2- 144/2025 saylı mütəxəssis rəyinə əsasən, Torpaq islahatı zamanı Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 10 saylı qərarı ilə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Lənkəran rayon şöbəsi tərəfindən İddiaçı və ailə üzvlərinin mülkiyyətlərinə Lənkəran rayonu, Veravul kəndi ərazisində 0.78 ha (2 yerdə 0,4272 ha və 0,3544 ha olmaqla) kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinin verilməsinə dair JN-721 (KOD ********) nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı sənədinin işlənilməsi müəyyən olunmuşdur. Araşdırma zamanı həmin 0.78 ha torpaq sahəsinin 0.3544 ha hissəsinin hazırda məhkəmə predmeti olması müəyyən olunmuşdur. Sözügedən kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Torpaqların elektron kadastr uçotu informasiya sistemində faktiki vəziyyətə uyğun, ümumi ölçüsü saxlanılmaqla öz əksini tapmışdır. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı Lənkəran rayon Agrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 10 saylı qəran əsasında JN-721 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş 0,78 ha torpaq sahəsinin mübahisə predmeti olan 0,3544 ha hissəsinin koordinatlan ilə iddiaçının naturada göstərdiyi (iddia etdiyi) torpaq sahəsinin koordinatlarının üst-üstə düşməsi, konfiqurasiya fərqinin mövcud olmaması müəyyən olunmuşdur. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-144/2025 saylı mütəxəssis rəyinə əsasən, Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 10 saylı qərarı əsasında JN-721 (KOD ********) nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş 0.78 ha torpaq sahəsinin mübahisə predmeti olan 0,3544 ha hissəsinə gediş-gəliş yolunun Veravul bələdiyyəsinin xəritəsinə əsasən cənub-şərq istiqamətindən nəzərdə tutulması müəyyən olunmuşdur. Faktiki vəziyyətdə isə həmin yerdən gediş gəliş yolunun mövcud olmaması müəyyən edilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən qeyd olunan torpaq sahəsinə sənəd üzrə gediş-gəliş yolunun mövcud olmaması müəyyən olunmuşdur.İqtisadiyyat nazirliyi yanında əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-144/2025 saylı mütəxəssis rəyinə əsasən, torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı Lənkəran raypon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli,10 saylı qərarı əsasında JN-721 (KOD ********) Torpağa mülkiyyət huququna dair Dövlət Aktı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş 0,3544 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərində tikilinin mövcud olmaması müəyyən olunmuşdur. Həmin 0.3544 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,106 ha hissəsinin Cavabdeh tərəfindən çəpərə alınaraq istifadə edilməsi müəyyən edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-144/2025 saylı mütəxəssis rəyinə əsasən, araşdırma zamanı Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 10 saylı qərarı əsasında JN-721 (KOD ********) nömrəli "Torpağa mülkiyyət huququna dair Dövlət Aktı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş 0,3544 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərində tikilinin mövcud olmaması müəyyən olunmuşdur. Həmin 0.3544 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edilən 0,106 ha hissəsinin üzərində çoxillik meyvə ağaclarının mövcud olması müəyyən olunmuşdur. Məhkəmə, izahatları dinləyib, iddia ərizəsində göstərlənlərlə iş materiallarında olan sənədləri qarşılıqlı şəkildə tədqiq edərək aşağıda qeyd edilənlərə əsasən belə qənaətə gəlir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki hüquq nəzəriyyəsinə görə iki klassik iddia növündən, yəni vindikasiya və neqator iddiasından istifadə edilir. Mülki Məcəllənin 157.4-cü maddəsi əşya hüquqlarının neqator iddiası qaydasında müdafiə edilməsini tənzimləyir. Neqator iddiasına görə, mülkiyyətçi sahiblikdən məhrum edilməklə bağlı olmayan pozuntulara son qoymağı pozuntu törədəndən məhkəmə vasitəsilə tələb edir. Bu iddia mülkiyyətçinin əşyaya sahiblik hüququnun itirilməsi ilə bağlı deyil. Neqator iddiası yalnız mülkiyyət hüququnun həyata keçirilməsinə mane olan halların aradan qaldırılması barədə tələbdir. Bu hallar əşyaya sahiblik səlahiyyətinin yox, yalnız əşyadan istifadə və onun barəsində sərəncam vermək səlahiyyətlərinin həyata keçirilməsinə mane olur. Neqator iddianın verilməsinə əsas olan həmin hallar mülkiyyətçinin əşyaya sahiblik səlahiyyətini pozmur və onu bu səlahiyyətdən məhrum etmir. Deməli, neqator iddia əşyaya sahiblik səlahiyyətinə malik olan mülkiyyətçinin əşyadan istifadə və onun barəsində sərəncam vermək səlahiyyətlərinin həyata keçirilməsinə mane olan halların aradan qaldırılması barədə tələbdir. Hazırkı işin hallarından da görünür ki, iddiaçı ona məxsus olan mülkiyyətdən tam istifadə edə bilmir və cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsindən istifadə edir və orada ağaclar əkmişdir. Göstərilən hallar iddiaçının izahat və məhkəməyə təqdim etdiyi sübut siyahısı ilə yanaşı, məhkəmə araşdırmasını zamanı əldə edilmiş məhkəmə ekspertiza rəyi ilə də tam sübuta yetirilir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının torpaq sahəsindən qanunsuz istifadə etməklə orada ağaclar əkməsi məhkəmədə tam sübuta yetirildiyindən iddia təmin edilməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hər tərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər məhkəmə məsrəflərinə aid edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq və MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı X2 iddiası təmin edilsin. Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktı əsasında, JN-721 KOD 80200048 saylı akta əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsindən Cavabdeh çıxarılsın. İş üzrə iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu və mütəxəssis rəyi üçün ödənilmiş 95 manat Cavabdeh alınaraq iddiaçı X3 verilsin. İş üzrə məhkəmə tikinti-texniki ekspertizsının keçirilməsinə sərf edilmiş 50 manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar