Məhkəmə qərarları › İş №2(049)-95/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-95/2025

28.01.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-95/2025 28.01.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, Məhkəmə iclas katibi: X4, İddiaçı: İddiaçı, Cavabdehin nümayəndəsi: Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “paylı mülkiyyətdə olan daşınmaz əmlakın açıq həracda satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi” iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ƏMDKY DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında DƏDRX tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş, qeydiyyat nömrəsi ********** olan, daşınmaz əmlakın reyestr nömrəsi **********29-10301 olan çıxarışla Lənkəran şəhəri, X8 küçəsi ev 18 ünvanında 0.0391 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 118.4 kv.m olan fərdi yaşayış evinin açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.1960-cı il tarixdə Lənkəran şəhərində anadan olmuş və hal- hazırda Lənkəran şəhəri, Vidadi küçəsi, ev 18-də yaşayır. Lənkəran şəhəri, X8 küçəsi ev 18 ünvanında 0.0391 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 118.4 kv.m olan fərdi yaşayış evi mənim və cavabdehlərin mülkiyyətindədir. Belə kı, sözügedən torpaq sahəsi və fərdi yaşayış evinin onların paylı mülkiyyətində olması barədə ƏMDKY DƏDRX Hüquqların Dövlət ********** olan, daşınmaz əmlakın reyestr nömrəsi **********29-10301 olan çıxarış da verilmişdir. Həmin çıxarışda onların payları aşağıdakı kimi göstərilmişdir: Cavabdeh1-22/48 hissə pay, Cavabdeh2-1/6 hissə pay, İddiaçı-18/48 hissə pay. Mübahisəli evdə o və bacısı Çimnaz ayrı-ayrı təsərrüfatda yaşayır. Ona çatan payın naturada ayrılaraq verilməsi barədə məhkəmədə iddia qaldırsa da Lənkəran Rayon Məhkəməsinin 2(049)-78/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qanunvericiliyin tələbinə əsasən payın naturada ayrılmasına yol verilmədiyinə və bunun ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün olmadığına görə öz payının dəyərinin paylı mülkiyyətçilərdən ödənilməsi ilə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir və Lənkəran Rayon Məhkəməsinin 2(049)- 2570/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi Nümayəndə iddianı qəbul etdiyini bildirib, təmin edilməsinə etirazı olmadığını bildirdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh1 məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verilməmişdir. Cavabdeh X6 məhkəməyə ərizə ilə müraciət edərək iş üzrə iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2022-ci il tarixli nömrəli daşınmaz əmlakın çıxarışından görünür ki, Lənkəran şəhəri, X8 küçəsi, ev 18 ünvanda yerləşən 0.0391 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 118.4 kv.m olan fərdi yaşayış evi 1/6 hissədə X1, 22/48 hissədə Cavabdeh1, 18/48 hissədə İddiaçı mülkiyyətindədir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Lənkəran Rayon Məhkəməsinin 26 avqust 2024-cü il tarixli, 2(049)-2570/2024 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh1 və X2 qarşı “paylı mülkiyyətdə olan daşınmaz əmlakın naturada bölünməsi mümkün olmadığından payın dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödəniməklə ümumi mülkiyyətdə olan payına dair mülkiyyət hüququna xitam verilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Lənkəran Rayon Məhkəməsinin 22 may 2024-cü il tarixli, 2(049)-78/2024 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh1 və X2 qarşı “paylı mülkiyyətdə olan daşınmaz əmlakın naturada bölünməsi” tələbinə dair iddiası rədd ediimişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış 16 noyabr 2024-cü il tarixli arayışdan görünür ki, Lənkəran şəhəri, X8 küçəsi, ev 18 ünvanda yerləşən 0.0391 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 118.4 kv.m olan fərdi yaşayış evi 60.000-70.000 mant dəyərində qiymətləndirilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış 29 dekabr 2024-cü il tarixli "xxxx" MMC-nin mütəxəssis rəyindən görünür ki, Lənkəran şəhəri, X8 küçəsi, ev 18 ünvanda yerləşən 0.0391 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 118.4 kv.m olan fərdi yaşayış evi 48.000 manat dəyərində qiymətləndirilmişdir. Tədiqatın dəyəri 400 manat təşkil etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2024-ci il tarixli, 2979 saylı qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını, iş üzrə məhkəmə qətnamələrini, eləcədə digər sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. İş materiallarından, tərəflətin izahatlarından və işin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, mübahisə predmetinə aid olan əmlakın naturada bölünməsi üçün tələb olunan şərtlər mövcud deyildir və mənzilin təsərrüfat təyinatı payın naturada ayrılmasına yol vermir. Mübahisə predmetinə aid olan mənzildə mülkiyyətçilərin hər birinin payının naturada bölünərək ayrılması qeyd olunan yaşayış sahəsinin təsərrüfat təyinatının itirilməsi ilə nəticələnə bilər və mənzilin naturada bölünərək ayrılması paylı mülkiyyətdə olan əmlaka tənasübsüz zərər vurmadan mümkün deyildir. Hazırda mübahisə predmetinə aid olan mənzilin paylı mülkiyyətçilərinin bir ailənin üzvləri olmadıqları və hazırki vəziyyətdə iddiaçılarla cavabdeh arasında olan qarşılıqlı münasibətlərin onların eyni mənzildə yaşamalarına imkan vermədiyi, mənzilin naturada bölünməsinin isə praktiki cəhətdən mümkün olmadığı iddia tələbinin mübahisə predmetinə aid olan mənzildə mülkiyyətçilərin hər birinin payının naturada bölünməklə ayrılmasına dair hissəsinin təmin olunması halını da istisna edir. Göstərilən bu hal, yəni əmlakın naturada bölünməsinin mümkün olmaması Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(049)-78/2024 nömrəli qətnaməsi ilə tam təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.4-cü maddəsinə görə bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.5-ci maddəsinə görə mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Həmin Məcəllənin 220.6-cı maddəsinə görə bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, birgə mülkiyyətdə olan əmlakın açıq hərracdan satılması yalnız həmin əmlakın payçılar arasında naturada ayrılmasının mümkün olmadığı, ayrılan mülkiyyətçiyə digər mülkiyyətçilərin kompensasiya ödəməkdən imtina etdiyi, yəni birgə mülkiyyətdə olan əmlakdakı paya kompensasiya ödənilməsinin mümkün olmadığı müəyyən edildikdən sonra həyata keçirilə bilər. Göstərilən bu hal, yəni əmlakın digər mülkiyyətçiləri tərəfindən payına uyğun dəyərin ödənilməsi yolu mülkiyyət hüququna xitam verilməsi Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(049)-2570/2024 nömrəli qətnaməsi ilə tam təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 221-ci maddəsinə görə ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Hazırki vəziyyətdə həm iddiaçı, həm də cavabdehin nümayəndəsi mübahisə predmetinə aid olan əmlakın birbaşa açıq hərracda satılmasına və əldə edilən gəlirin paylara mütənasib surətdə bölünməsinə tərəfdar olduqlarını bildirirlər. Əmlakın açıq hərracda satılması halında da iddiaçı cavabdehlərin hərracda iştirak edərək həmin mənzili satın almaq imkanları itirilmir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014cü il 4 aprel tarixli qərarında göstərilir ki, ...əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanları olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında və işin faktiki halları ilə əlaqəli şəkildə qiymət verərək qərara gəlir ki, iddia tələbi, yəni mübahisə predmetinə aid olan əmlakın açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölünməsi təmin edilməlidir. Məhkəmə bu qənaətə gələrkən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumun xx.xx.2024-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” Qərardadında göstərilən hüquqi mövqeyi rəhbər tutmuşdur. Həmin Qərardadın 59 və 60-cı bəndində göstərilmiş ki, “ilk növbədə qeyd olunmalıdır ki, mülki qanunvericilikdə əşyanın açıq hərracdan satılması halında ilkin satış qiymətinin qətnamə ilə müəyyən edilməli olması barədə imperativ tələb yalnız ipoteka predmeti olan əşyaya münasibətdə nəzərdə tutulmuşdur (“İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu, 39.3.3-cü maddə). Mülki Məcəllənin 220-ci maddəsində isə paylı mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması barədə qətnamə qəbul edilərkən ilkin satış qiymətinin məhkəmə tərəfindən müəyyən edilməli olması birbaşa göstərilməsə də, Məcəllədə bununla bağlı qadağanedici norma da nəzərdə tutulmamışdır. əşyanın ilkin satış qiyməti ilə bağlı qətnamənin icrası mərhələsində yaranacaq yeni mübahisələrin və tərəflərin sui-istifadə hallarının qarşısının alınması məqsədilə məhkəmə paylı mülkiyyətdə olan əşyanın müəyyən etdiyi bazar qiyməti ilə ilkin satış qiymətini qətnamənin icra qaydası kimi onun nəticə hissəsində göstərməli və izah etməlidir ki, qətnamənin icrası mərhələsində paylı mülkiyyətdə olan əşyanın bazar qiymətinin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən tərəflər MPM-in 231-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamənin icra qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin satış qiymətini yenidən müəyyənləşdirə bilərlər.” Buna görə, məhkəmə hesab edir ki, Lənkəran şəhəri, X8 küçəsi ev 18 ünvanında 0.0391 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 118.4 kv.m olan fərdi yaşayış evinin ilkin satış qiyməti 29 dekabr 2024-cü il tarixli "xxxx" MMC-nin rəyinə əsasən 48.000 manat müəyyən edilməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. MPM-nin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Göstərilən normalara əsasən məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməli, 400 manat məbləğində mütəxəssis xərci Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2022-ci il tarixdə verilmiş, qeydiyyat nömrəsi ********** olan, daşınmaz əmlakın reyestr nömrəsi **********29-10301 olan çıxarışla Lənkəran şəhəri, X8 küçəsi ev 18 ünvanında 0.0391 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 118.4 kv.m olan fərdi yaşayış evi açıq hərracdan satılsın. Lənkəran şəhəri, X8 küçəsi ev 18 ünvanında 0.0391 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 118.4 kv.m olan fərdi yaşayış evinin açıq hərracdan satılmasından əldə ediləcək satış pulu paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib yəni Cavabdeh1-22/48 hissə, Cavabdeh2-1/6 hissə, İddiaçı-18/48 hissə olmaqla bölüşdürülsün. Lənkəran şəhəri, X8 küçəsi ev 18 ünvanında 0.0391 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 118.4 kv.m olan fərdi yaşayış evinin ilkin satış qiyməti 48.000 manat müəyyən edilsin. Tərəflərə izah edilir ki, qətnamənin icrası mərhələsində paylı mülkiyyətdə olan əşyanın bazar qiymətinin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən tərəflər MPM-in 231-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamənin icra qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin satış qiymətini yenidən müəyyənləşdirə bilərlər. İş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. İş üzrə 400 manat məbləğində mütəxəssis xərci Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar