Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-98/2024 14.06.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Lənkəran Rayon Məhkəməsinin hakimi Qasımov Muradağa Əhmədağa oğlunun sədrliyi, Hüseynov Murad Əbdül oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsində payın naturada bölünərək ayrılması tələbinə dair mülki işə xx.xx.2024-cü il tarixdə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ƏMDKY DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, daşınmaz əmlakın reyestr nömrəsi **********43 olan Çıxarışla paylı mülkiyyətçisi olduğu Lənkəran rayonu, Şağlaser kəndində yerləşən 0.21 ha torpaq sahəsindən ona çatan 1/3 hissəsinin yəni, 0.07 ha torpaq sahəsinin naturada ayrılaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, öz iddia tələblərini onunla əsaslandırmışdır ki, ƏMDKY DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, daşınmaz əmlakın reyestr nömrəsi **********43 olan Çıxarışa əsasən Lənkəran rayonu, Şağlaser kəndində yerləşən 0.21 ha torpaq sahəsinin 1/3 hissəsinə mərhum anası X1, 1/3 hissəsinə cavabdehin və digər 1/3 hissəsinə onun mülkiyyət hüquqları tanınmışdır. Həmin Çıxarışa əsasən onların payları bərabərdir və hər birinə 1/3 hissə çatır. O, həmin torpaq sahəsinin özünə aid olan hissəsində fərdi yaşayış evi tikmək istəsə də, cavabdeh buna razılıq vermir. Cavabdeh paylı mülkiyyətlərində olan torpaq sahəsinin aralarında razılıq əsasında bölünməsinə maneçilik törədir və eləcə də, həmin torpaq sahəsindən istifadə edilməsinə imkan vermir. Hazırki vəziyyətə isə özünə çatan torpağın naturada ayrılmasını istəyir və odur ki, hazırki ərizə ilə məhkəməyə müraciət edir. İddiaçı öz iddia tələbini müdafiə etdiyini bildirdi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə bildirşi cavabdehin Azərbaycan Respublikasındakı sonuncu rəsmi qeydiyyatda olduğu ünvana göndərilərək iclasının vaхtı və yеri barəsində lazımi qaydada хəbərdar еdilməsinə baхmayaraq o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə оnun iştirakı оlmadan baхılmasını mümkün saymışdır. Mülki işin məhkəmə araşdırılması ilə əlaqədar 0,21 hektar həyətyanı torpaq sahəsinin mülkiyyətçilər arasında bölünməsinin mümkün variantı hesab edilən bölgü planına uyğun naturada ayrılmaqla bölünməsinin mümkün olub-olmaması ilə bağlı sualları dəqiq izah etmək üçün xüsusi bilik tələb olunduğundan iş üzrə ekspertiza təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/9140 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Lənkəran rayonu, Şağlaser kəndində yerləşən və İddiaçı adıma qeydiyyata alınmış 0,21 ha həyətyanı torpaq sahəsinin iki tərəfdən yol ilə qonşu olmasını, torpaq sahəsinə əlavə giriş-çıxış yolunun açılmasının texniki cəhətdən mümkün olmasını nəzərə alaraq, həmin torpaq sahəsinin tərəflərin payına uyğun 1/3 hissədə üç yerə bölünməsinin texniki cəhətdən mümkün olduğu müəyyən edilir.xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Lənkəran rayonu, Şağlaser kəndində yerləşən və İddiaçı adıma qeydiyyata alınmış 0,21 ha həyətyanı torpaq sahəsində inşa edilmiş tikililərin (fərdi yaşayış evinin, yarımçıq tiklinin, tövlə və.s.) planlı yerləşməsini nəzərə alaraq torpaq sahəsinin aşağıda göstərilən variantda bölgüsünün texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. (Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir). Məhkəmə araşdırması zamanı işdə iştirak edən iddiaçının izahatı, həmçinin, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədi, ekspert rəyi, torpaq sahəsinin yerləşmə sxemi və bölgü planı ilə işin mübahisəsiz halları olaraq müəyyən edildi ki, Lənkəran rayonu Şağlaser kəndi ərazisində yerləşən 0,21 hektar həyətyanı torpaq sahəsi iddiaçının mərhum anası X1, cavabdehin və iddiaçının hər birinin 0,7 hektardan ibarət payı olmaqla, həmin şəxslərin paylı mülkiyyətindədir. Qeyd olunan 0,21 hektar həyətyanı torpaq sahəsində iddiaçı tərəfindən yarımçıq tikili inşa edilmişdir. Qeyd olunan torpaq sahəsinə dair müvafiq orqan tərəfindən mülkiyyət hüququnu tanıyan sənədlər tərtib edilmişdir. Bölgü planında 3 bərabər hissəyə bölünmüş (cəmi 0,21 hektar) torpaq sahələrinin hər birinin qarşısında bələdiyyə mülkiyyətinə aid olan və hazırki vəziyyətdə zəbt edilmiş torpaq sahəsi vardır. Qeyd edilən torpaq sahələrindən “İ” nömrəsi ilə işarələnmiş hissə kəndarası yola daha yaxın məsafədə yerləşir. Hazırda iddiaçı Lənkəran rayonu Şağlaser kəndində yerləşən, xx.xx.2023-cü il tarixli (qeydiyyat nömrəsi **********) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədində göstərilən 0,21 hektar həyətyanı torpaq sahəsinin onun payına düşən 0,7 hektardan ibarət hissəsinin naturada bölünərək ayrılması barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı öz iddia tələbinin əsası kimi paylı mülkiyyətdə olan torpaq sahəsinin 0,7 hektardan ibarət hissəsinin hazırki vəziyyətdə onun özünün xüsusi mülkiyyətində olduğunu və orada yarımçıq tikili inşa etdirdiyini bildirir, bununla bağlı onun, mərhum anasının və cavabdehin adına tərtib edilmiş hüquqmüəyyənedici sənədə istinad edir. Cavabdeh məhkəmə iclasına gəlməmiş, iddiaya qarşı münasibətini bildirməmişdir. Cavabdeh iddia tələbinə etirazlarının əsası olaraq məhkəməyə hər hansı sənəd və ya digər sübut təqdim etməmişlər. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyib, ekspertiza rəyini nəzərə alaraq mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Həmin Məcəllənin 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Qeyd olunan hüquq normalarının məzmunundan və işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından göründüyü kimi, hazırki iddianın predmetinə aid olan torpaq sahəsi 3 nəfərin – xx.xx.2010-cu il tarixdə vəfat etmiş iddiaçının mərhum anası X1, cavabdehin və iddiaçının paylı mülkiyyətində olan torpaq sahəsi olmaqla və həmin torpaq sahəsində mülkiyyətçilərin hər birinin payının miqdarı bəllidir. İddiaçı torpaq sahəsinin cavabdeh ilə ümumi payın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədiyinə görə öz payının məhkəmə qaydasında naturada bölünərək ayrılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək qərara gəlir ki, mübahisə predmetinə aid, paylı mülkiyyətində olan əmlakda iddiaçının payı məhkəmə qaydasında naturada bölünərək ayrılmalıdır. Paylı mülkiyyətdə olan 0,21 hektar torpaq sahəsində mülkiyyətçilərin hər birinin, o cümlədən iddiaçının 0,7 hektardan ibarət payı olması nəzərə alınmaqla, məhkəməyə təqdim edilmiş bölgü planında göstərilən, hər biri 0,7 hektardan ibarət olmaqla 3 (üç) bərabər hissəyə bölünmüş paylardan biri iddiaçının payı olaraq naturada ayrılmalıdır. Bölgü planında uzunluğu 32,75 eni 22 ilə işarələnmiş pay üzərində yerləşən yarımçıq tikilil faktiki olaraq iş üzrə iddiaçının istifadəsində olduğundan, həmin bölgü planında “32.75” və “22” ilə işarələnmiş payın naturada bölünərək ayrılmaqla hazırki iş üzrə iddiaçıya verilməsi qanunauyğun hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, məhkəmə iş üzrə ekspert rəyi verilməsi zərurətinin mübahisə predmetinə aid olan torpaq sahəsinin naturada bölünərək ayrılmasının mümkünlüyü ilə əlaqədar yarandığını, iddia tələbinin təmin edildiyini, habelə, işin digər faktiki hallarını nəzərə almaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən iş üzrə cəmi 100 manat ekspertiza xərcinin cavabdehdən tutulmasını qanunamüvafiq hesab edir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia tələbi təmin edilsin. Lənkəran rayonu Şağlaser kəndində yerləşən, xx.xx.2023-cü il tarixli (qeydiyyat nömrəsi **********) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədində göstərilən 0,21 hektar həyətyanı torpaq sahəsinin İddiaçı payına düşən 0,7 hektardan ibarət hissəsi torpaq sahəsinin bölgü planındakı sxemdə “32.75” və “22 “ işarələri ilə göstərilən hissəsindən naturada bölünərək ayrılsın. İş üzrə cəmi 100 (bir yüz) manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına ödənilsin: Büdcə təşnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X3
Məhkəmə qərarları › İş №2(049)-98/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-98/2024
14.06.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver