Məhkəmə qərarları › İş №2(050)-10/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-10/2024

31.10.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-10/2024 31.10.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İlk iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə, İlk iddia üzrə iddiaçının nümayəndəsi Vəkil1, İlk iddia üzrə Cavabdeh2, İlk iddia üzrə Cavabdeh1 nümayəndəsi Vəkil2 iştirakları ilə, İlk iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və üçüncü şəxs "xxxx" MMC-yə qarşı mirasın qəbul edilməsi və mirasdan payın ayrılıb verilməsi tələbinə dair, qarşılıqlı iddia üzrə Cavabdeh2 cavabdehlər İddiaçı və Cavabdeh1 qarşı mirasın qəbul faktının müəyyən edilməsi və miras əmlakda payların müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddia ərizələrinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və üçüncü şəxs "xxxx" MMC-yə qarşı mirasın qəbul edilməsi və mirasdan payın ayrılıb verilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək X20 ölümündən sonra miras qalmış 35.000 ABŞ dolları və 8.000 manat pulun Masallı rayonun 1-ci Yeddioymaq kəndindəki, 0.09 ha həyətyanı və 0.77 ha pay torpağından, şəxsi yaşayış evində və xx.xx.2017-ci ildə alqı-satqı B/0155 saylı müqavilə əsasında alınmış Abşeron rayon, Xırdalan şəhəri, H. Əliyev prospekti 167 ünvanında “AAAF-PARK” yaşayış massivin 12 saylı küçəsində olan bina 5, mərtəbə 2, ümumi sahəsi 51.5 kv.m-dən ibarət 1 otaqlı 8 №-li mənzildən 1-ci növbəli vərəsələr olan nəvələri X30 və X35 adlı uşaqlara qanun üzrə payların müəyyən edilib verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 cavabdehlər İddiaçı və Cavabdeh1 qarşı mirasın qəbul faktının müəyyən edilməsi və miras əmlakda payların müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 mart 2011-ci il tarixdə vəfat etmiş mərhum X21 və 24 may 2021-ci il tarixdə vəfat etmiş mərhum X13 miras qalmış Masallı rayonu Yeddioymaq kəndində yerləşən Torpağın mülkiyyətə verilməsinə dair JN- 285B saylı Şəhadətnamə ilə ümumi birgə mülkiyyətdə olan 0,09 ha həyətyanı torpağın və üzərində olan evin 2/5-i və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2016cı il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli, **********57 reyestr nömrəli seriya RX №0890480 saylı Çıxarışla ümumi birgə mülkiyyətdə olan kənd təsərrüfatı təyinlatlı 0,77 ha payıbəlli torpaq sahəsinin 2/5-dən ibarət miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi və həmin miras əmlakdan paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2015-ci il tarixdə X26 ilə nikahlarını rəsmi qeyd etdirməklə evlənmişlər. Ər-arvad kimi yaşadıqları dövrlərdə 2 nəfər uşaqları olmuşdur. X7 02 yanvar 2021-ci ildə Rusiya Federasiyasının Arxangelsk şəhərində qətlə yetirilmişdir. Əri Masallı rayonu Yeddioymaq kəndində dəfn edilmişdir. Yetim qalmış 2 nəfər azyaşlı uşaqları 1-ci növbəli vərəsədirlər. Ərinin ölümünə qədər Masallı rayonu 1-ci Yeddioymaq kəndində ailələri ilə birlikdə ümumi birgə mülkiyyətində 0.09 hektar həyətyanı və 0.77 hektar kənd təsərrüfatlı təyinatlı torpaq sahəsində payları olmuşdur. Mərhum ərinin atası X36 ailənin başçısı olmaqla təsərrüfatlarını idarə etməklə bərabər o, 2 nəfər azyaşlı uşaqlarınla ona məxsus ilk gündən Masallı rayonu 1-ci Yeddioymaq kəndindəki evində bu günə kimi yaşayırlar. 2021-ci il ərinin vəfatından sonra qayınatasa, yəni ərinin doğma atası X36 may 2022-ci ildə vəfat etmişdir. Mərhum qayınatası X36 ərinin atası olmaqla ölümündən sonra özünə məsxus bir necə daşınmaz əmlakları və nəğd pulu miras qalmışdır. Miras əmlakın kütləsinə Abşeron rayon Xırdalan şəhəri "xxxx" MMC-dən xx.xx.2017-ci il tarixli B/0155 saylı alqı-satqı müqaviləsi əsasında 1 otaqlı 51.5 kv.metr mənzil, Masallı rayon Yeddioymaq kəndində 0.09 ha həyətyanı torpaq sahəsi, 0.77 ha kənd təsəttüfat təyinatlı torpaqlar yaşadığı 1-ci Yeddioymaq kəndindəki fərdi yaşayış evi, 35.000 (otuz beş min) ABŞ dolları və 8.000 (səkkiz) min manat nəğd pulu miras qalmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ərinin atasına münasibətdə 1-ci növbəli vərəsəsi olmasını və vərəsə kimi ərinə düşən miras əmlaklardan paylarını vermək istəmədiklərindən, saxta yolla X20 ölümündən sonra Xırdalan şəhərindəki, H.Əliyev prospekti 167 ünvanında 1 otaqlı, 51.5 kv.m-lik mənzilin birtərəfli qaydada alqı-satqı müqaviləsini ləğv etmişlər. Həmçinin 35.000 ABŞ dolları və 8.000 manatlıq məhkəmə mübahisəsi dövründə cavabdehlər həmin pulun hamısının atasına məxsus olmasını təsdiq etmiş və bu barədə məhkəmə qərar qəbul etmişdir. Ona görə də miras əmlaklar fəaliyyət qabiliyyəti məhdud olan övladlarının anası olmaqla qanuni nümayəndəsi kimi miras əmlakın müəyyən hissəsini faktiki qəbul edib, onu idarə edirlər. Əri sağ olsaydı atasının miras əmlakından 1-ci növbəli vərəsə kimi pay almaq hüququ var idi. MM-nin 1159-1.3-cü maddəsinə əsasən miras qoyan X20 nəvələri kimi X30 və X35 adlı uşaqların atalarının, miras acıldığı vaxt sağ olmadığından 1-ci növbəli vərəsələr sayılırlar. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmuş valideynlərinə çatası paydan bərabər miras alırlar. Vərəsələr mirasdan imtina etməmiş və etməyəcəklər. Ona görə də miras əmlak olan 1-ci növbəli vərəsə kimi mirasın bir hissəsinə sahiblik etməkdə faktiki başladıqları (MM-nin 1243.3-cü maddəsinə görə) mirası tamamilə qəbul etmişlər. Lakin cavabdehlər miras qoyanın 1-ci növbəli vərəsələri, ərinin ölümündən sonra onun Rusiyadakı əmlaklarını ələ keçirmək üçün müxtəlif saxta yollara əl atmış və nəticədə miras əmlaklardan qanuni pay ala bilmirlər. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Qarşılıqlı iddiaçı Cavabdeh2 iddia tələbini onunla əsaslandırmışdır ki, hazırda Masallı Rayon Məhkəməsinin icraatında İddiaçı ona və Cavabdeh1 qarşı mirasın qəbul edilməsi və mirasdan payın ayrılıb verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki iş vardır. X1 ilə X27 nikahlarından onunla yanaşı Nahid və Vurğun adlı qardaşları anadan olmuşdur. X49 01 mart 2011-ci il tarixdə, atası Cahangir Əliyev isə 24 may 2021-ci il tarixdə vəfat etmişdir. Valideynləri vəfat edənədək Masallı rayonu Yeddioymaq kəndində yaşamaqla həmin kənddə yerləşən torpağın mülkiyyətə verilməsinə dair JN-285B saylı Şəhadətnamə ilə paylı mülkiyyətlərində olan 0,09 ha həyətyanı torpağının 2/5-i, həmçinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2016-cı il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli, **********57 reyestr nömrəli seriya RX №0890480 saylı Çıxarışla mülkiyyətdə olan kənd təsərrüfatı təyinlatlı 0,77 ha payıbəlli torpaq sahəsinin 2/5-i onlara məxsus olmuşdur. Qardaşı Vurğun vəfat etsə də, onun arvadı İddiaçı iki azyaşlı uşağı ilə valideynldərindən qalan evdə yaşayırlar. Həmçinin o, da ümumi birgə mülkiyyətdə olan payıbəlli torpaq sahəsini əkib-becərməklə miras əmlakı qəbul etmişdir. Lakin mirasda paylarının müəvyənləşdirilməsində və cavabdehlə son zamanlarda aralarında narazılıqlar yaranmışdır. Qanunun tələbinə əsasən vəsiyyətnamə mövcud olmadığından hazırkı işlə bağlı qanun üzrə vərəsəliyə dair normalar tətbiq edilməli və miras birinci növbəli vərəsələr arasında bölünməlidir. Baba və nənələri daha öncədən vəfat etdiklərindən, valideynlərinin birinci növbəli vərəsələri kimi yalnız qardaşı ilə o qalmışlar. Qardaşı Vurğun da vəfat etdiyindən onun iki azyaşıl uşağı Vurğuna çatan payı almaq hüquqları vardır. Miras əmakın qəbul edilməsi barədə notariat kontoruna ərizə verməsələr də, ümumi birgə mülkiyyətdə olan paybəlli torpağı əkib-becərməklə təsərrüfatı idarə etməklə, həmin əmlaka sahiblik etməklə əmlakı idarə etməyə başlamışdır ki, qanunvericiliyin tələbinə əsasən bu hal da miras əmlakın qəbulu hesab edilir. Qanunvericiliyin tələbinə əsasən mirasın bölüşdürülməsi ilə bağlı aralarında ixtilaflar olduğundan mübahisə məhkəmə qaydasında həll edilməlidir. İddiaçı ona qarşı olan iddiası miras əmlakın mübahisəsi ilə bağlıdır. Onun tələbi də həmin miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi və bölgüsündən ibarətdir. Bu da iddia tələblərinin arasında qarşılıqlı əlaqənin olmasını göstərir. Hazırkı tələbinin ayrıca verilməsi tərəflərin uzun müddət məhkəmə çəkişmələrinə səbəb olardı ki, bu da tələbinin hazırkı işdə baxılmasının aralarında olan mirasla bağlı mübahisəyə daha tez və düzgün baxılacağı ilə nəticələnməsini göstərir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə bildirdi ki, ilk iddia üzrə cavabdehlər təmsil etdiyi şəxs üçün Abşeron rayonu, Xırdalan şəhərində 3 mənzil almalı idilər, lakin onu aldadaraq hər üç mənzili öz adlarına almışlar. Qızının adına ev alınsa da onu, Cavabdeh2 hədiyyə kimi almışdır. Sonradan həmin pulu tələb etmiş, lakin iddiası rədd edilmişdir. Cavabdeh1 miras əmlakdan imtina etmişdir, ona miras əmlakdan pay verilə bilməz. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçının nümayəndəsi Vəkil1 bildirdi ki, ilk iddia ərizəsində olan xüsusatları subut etmək üçün Abşeron Rayon Məhkəməsinin qətnaməsininin əsaslandırıcı hissəsində qeyd edilir ki, Cavabdeh1 notarial qaydada ərizə verir ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev 167 ünvanında “AAAF-Park” yaşayış massivin 12 saylı küçəsində inşa edilən bina 5, mərtəbə 2, ümumi sahəsi 51.5 kv.m ibarət, 1 otaqlı, 8 nömrəli mənizlidə payından imtina edir. Bu səbəbdən də qətnamə qəbul edərkən miras əmlakın 2 yerə bölünməsini və ilk iddianın təmin edilməsini xahiş edir. Qarşılıqlı iddia ərizəsində göstərilən əmlakda qarşılıqlı iddia üzrə iddiaçının payı varsa qanuna müvafiq həll edilsin. Məhkəmə iclasında ilk iddia üzrə Cavabdeh2 bildirdi ki, Abşeron rayonu, Xırdalan şəhərində olan evə atasının adına olsa da ona məxsusdur. Bu səbəbdən də həmin evi adına rəsmiləşdirərkən qardaşı ərizə verərək etiraz etməmişdir. Daşınmaz əmlakların bərabər bölünməsinə etiraz etmir. İlk iddia tələbinin pul hissəsinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə Cavabdeh1 nümayəndəsi Vəkil2 ilk iddianı qismən etiraf edib, qarılıqlı iddianı müdafiə edərək bildirdi ki, təmsil etdiyi şəxs X20 və X27 övladıdır. Onun pulunu miras əmlak kimi qarşı tərəf ələ keçirmək istəyir. O, Rusiya Federasiyasında yaşayır. Vərəsəliyin qəbul edilməsi üçün buraxılmış prossesual müddətin bərpa edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Masallı Rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə iddia təmin edilməmiş, lakin həmin qətnamədən verilmiş apellyasiya şikayəti təmin edilərək, iddia təmin edilmişdir. Bu səbəbdən də hesab edir ki, təmsil etdiyi şəxs mübahisə predmeti olan miras əmlakda payı vardır. Onun notarial qaydada veridiyi ərizə miras əmlakdan imtina ərizəsi deyil, atasının adına olan evin qardaşı Cavabdeh2 adına rəsmiləşdirilməsinə etiraz etməməsi barədə ərizədir. Həmin mənzil Cahangir Əliyevin adına olsa da, əslində Cavabdeh2 məxsus olmuşdur. Miras əmlakın pul hissəsində bildirir ki, 8000 manat pul olmayıb, 35000 ABŞ dolları olmuşdur. Həmin pul atasında olsa da, Cavabdeh1 məxsus pul olmuşdur. O, X9 ilə ev alqı-satqısı etmişlər. Cavabdeh1 Niyaməddin Abiyeva Rusiya Federasiyası, Arxanqelsk şəhərində olan mənzilini satmış, Niyaməddin Abiyev isə Cavabdeh1 Masallı şəhərində olan evini satmışdır. Evlər arasında fərqi X38 Əliyevin tapşırığına əsasən onun atası Cahangir Əliyevə ödəmişdir. Bununla bağlı X2 Federasiyasında olduğundan yaşadığından məhkəmə iclasında şahid qismindı ifadə verə bilməmiş, lakin Rusiyadan notarial qaydada ərizə vermiş və qeyd etdiyi xüsusatları həmin ərizədə göstərmişdir. Bu da onu sübut edir ki, 35000 ABŞ dolları miras əmlak deyil. Digər əmlakların qanuna müvafiq 3 yerə bölünməsini xahiş etdi. Əlavə olaraq Cavabdeh2 qardaşı uşaqlarına köməklik məqsədi ilə Abşeron rayonu, Xırdalan şəhərində mənzil almışdır. Buna səbəb tərəflərin aralarında razılıq olmuşdur ki, İddiaçı üçün mənizil alınacaq və o, miras əmlkadan imtina edəcək. Lakin məzil alındıqdan sonra razılaşmanı pozmuş və miras əmlakdan imtina etməmişdir. Həmin vaxt alınmış üç mənsildən biri İddiaçı adına, ikisi isə Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Mənzillər 18000 manata, 25400 manat və 15400 manata alınmışdır. Hər mənzilin sənədləşmə işləri üçün əlavə olaraq 2500 manat məbləğində pul ödənilmişdir. Toplam olaraq məbləğ 65000 manat təşkil edir, beləliklə həmin 35000 ABŞ dollar məbləğ xərclənmiş olur. Hesab edir ki, 35000 ABŞ dolları miras kütləsi olmasa da, kömək məqsədi ilə İddiaçı ev alınmışdır. İlk iddia üzrə üçüncü şəxs "xxxx" MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, tərəflərin və nümayəndələrin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, ilk iddia və qarşılıqlı iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Doğum haqqında arayışlardan görünür ki, 03 may 2014-cü il təvəllüdlü X14 və 26 yanvar 2016-cı il təvəllüdlü X22 atası X26, anası İddiaçıdır. Nikahın haqqında arayışdan görünür ki, X26 ilə İddiaçı arasında 19 iyun 2015-ci ildə Masallı rayon Qeydiyyat şöbəsində 416 nömrəli nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə (arvada) Əliyev (a) soyadı verilmişdir. Ölüm haqqında şəhadətnamədən görünür ki, X26 02 yanvar 2021-ci ildə Rusiya Federasiyasının, Arxanqelsk vilayətinin, Arxanqelsk şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 04 yanvar 2021-ci ildə qeydiyyat aparılmışdır. Nikahın haqqında şəhadətnamədən görünür ki, X36 ilə X31 arasında 04 noyabr 1977-ci ildə Masallı rayon Yeddioymaq kənd sovetliyində 31 nömrəli nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə (arvada) Əliyev (a) soyadı verilmişdir. Ölüm haqqında şəhadətnamədən görünür ki, X36 24 may 2021-ci ildə Masallı rayon Yeddioymaq kəndində ölmüşdür. Bu barədə Masallı Rayon Qeydiyyat şöbəsinin ölüm haqqında akt qeydləri kitabında 02 iyun 2021-ci ildə, 635 nömrəli qeydiyyat aparılmışdır. Ölüm haqqında şəhadətnamədən görünür ki, X37 01 mart 2011-ci ildə Masallı rayon Yeddioymaq kəndində ölmüşdür. Bu barədə Masallı rayon Yeddioymaq ərazi nümayəndəliyində ölüm haqqında akt qeydləri kitabında 14 mart 2011-ci ildə, 05 nömrəli qeydiyyat aparılmışdır. “Torpağın mülkiyyətə verilməsinə” dair JN-285B Kod 80510018 saylı şəhadətnamədən görünür ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 19 noyabr 1997ci il tarixli, 167 saylı qərarı ilə X28, X23, X24, Cavabdeh1 və X15 0.09 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat, **********57 reyestr nömrəli, seriya RX № ******* saylı çıxarışdan görünür ki, ümumi birgə mülkiyyət olan Masallı rayonu, Birinci Yeddioymaq kəndində yerləşən 0.77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X20, X16, Cavabdeh2, Cavabdeh1 və X10 mülkiyyət hüququ daşınmaz əmlakın Dövlət reyestrində 87 nömrəli reyestr kitabının 45 nömrəli vərəqində qeydiyyata alınmışdır. Masallı regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən İddiaçı ünvanlanmış 28 sentyabr 2022-ci il tarixli, 985 saylı məktubdan görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X13 və xx.xx.2011-ci il tarixdə vəfat etmiş X21 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə xx.xx.2022-ci il tarixli ərizə və ona əlavə olunmuş sənədlər nəzərdən keçirilərkən vərəsəliyin qəbul müddətinin keçməsinə görə və vərəsələr arasında mübahisə olduğuna görə vərəsəlik işini notarial qaydada rəsmiləşdirmək mümkün olmadığı üçün sənədlər məhkəməyə müraciət olunması ilə əlaqədar geri qaytarılmışdır. 09 oktyabr 2017-ci il tarixli, B0155 saylı mənzilin alqı-satqısına dair müqavilədən görünür ki, X36 "xxxx" MMC-dən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış massivin 12 saylı küçəsində inşa edilən bina 5, mərtəbə 2, ümumi sahəsi 51.5 kv.m ibarət, 1 otaqlı, 8 nömrəli mənizli almışdır. 28 yanvar 2022-ci il tarixli, 8059 saylı mənzilin alqı-satqısına dair müqavilədən görünür ki, Cavabdeh2 "xxxx" MMC-dən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış massivin 12 saylı küçəsində inşa edilən bina 5, mərtəbə 2, ümumi sahəsi 51.5 kv.m ibarət, 1 otaqlı, 8 nömrəli mənizli almışdır. 15 iyun 2021-ci il tarixli, 6987 saylı mənzilin alqı-satqısına dair müqavilədən görünür ki, İddiaçı "xxxx" MMC-dən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış massivin 28 saylı küçəsində inşa edilən bina 5, mərtəbə 8, ümumi sahəsi 36.3 kv.m ibarət, 1 otaqlı, 62 nömrəli mənizli 18000 manata almışdır. 15 iyun 2021-ci il tarixli, 6986 saylı mənzilin alqı-satqısına dair müqavilədən görünür ki, Cavabdeh1 "xxxx" MMC-dən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış massivin 19 saylı küçəsində inşa edilən bina E, mərtəbə 9, ümumi sahəsi 51.2 kv.m ibarət, 1 otaqlı, 48 nömrəli mənizli 25400 manata almışdır. 15 iyun 2021-ci il tarixli, 6988 saylı mənzilin alqı-satqısına dair müqavilədən görünür ki, Cavabdeh1 "xxxx" MMC-dən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev 167 ünvanında “AAAF-Park” yaşayış massivin 28 saylı küçəsində inşa edilən bina 5, mərtəbə 10, ümumi sahəsi 31.2 kv.m ibarət, 1 otaqlı, 78 nömrəli mənizli 15400 manata almışdır. Cavabdeh1 28 yanvar 2022-ci il tarixli, **********912 saylı notarial ərizəsindən görünür ki, "xxxx" MMC-nin Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış massivinin 12 saylı küçəsində inşa edilmiş bina 5, mərtəbə 2, 1 otaqlı, ümumi sahəsi 51.5 kv.m olan 8 nömrəli mənzildəki pay hüququnun "xxxx" MMC-yə geri qaytarılmasına və digər şəxsin adına sənədləşməsinə, rəsmiləşdirilməsinə heç bir etirazı yoxdur. Gələcəkdə "xxxx" MMC-yə qarşı hər hansı maddi iradı və tələbi olmayacaq. Payçılıqdan azad edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 2(012)-1161/2023 saylı qətnaməsindən görünür ki, iddiaçılar X14 və X22 qanuni nümayəndəsi İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi və əvvəlki müqavilənin bərpası tələbinə dair iddiasının təmin edilməsi, Cavabdeh2 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, M-8059 saylı alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, X36 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli, B/0155 saylı mənzilin alqı-satqı müqaviləsinin bərpa edilməsi qət edilmişdir. Mübahisəli məsələnin həlli ilə bağlı aşagıdakı maddi hüquq normaları tətbiq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə vərəsələr – ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) sayılırlar. Həmin Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1159.1.4-cü maddəsinə əsasən sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mülki Məcəllənin 223.1, 223.2 və 223.2-ci maddələrinə əsasən birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir. Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Məhkəmə qeyd edir ki, iş üzrə tərəflər (iddiaçılar və cavabdehlər) 01 mart 2011-ci ildə ölmüş X27 və 24 may 2021-ci ildə ölmüş X20 vərəsələridirlər. Belə ki, Cavabdeh2, Cavabdeh1 və 02 yanvar 2021-ci ildə ölmüş X3 Rəisə Aslan qızının X36 ilə birgə nikahlarından doğulmuş övladlarıdır. X4 və X35 isə mərhum X10 övladlarıdırlar. X37 01 mart 2011-ci il tarixdə öldüyü vaxt mərhum X5 olmaqla valideynləri ilə bir evdə yaşamış və evləndikdən sonrada ailəsi ilə birlikdə valideynləri ilə yaşamağa davam etmişdir. Buda onu göstərir ki, mərhum X26 anası X21 miras qalmış əmlakı faktiki olaraq qəbul etmişdir. Həmçinin mərhum X26 02 yanvar 2021-ci il tarixdə öldüyü zaman atası X12 omuş və X36 24 may 2021-ci il tarixdə ölmüşdür. Buda öz növbəsində mərhum X10 övladları X25 və X29 MM-nin 1159.1.3-cü maddəsinə əsasən vərəsə edir. Məhkəmə həmçinin qeyd edir ki, 01 mart 2011-ci il tarixdə ölmüş X21 və 24 may 2021-ci il tarixdə ölmüş X13 miras qalmış əmlakların siyahısı müəyyən edilməlidir. Çünki, məhkəmə araşdırılması nəticəsində ilk iddia tələbində miras əmlak kimi göstərilən bütün əmlakların mərhum X13 miras qalmadığı müəyyən olunmuşdur. Belə ki, mərhum X13 miras qalmış əmlak kimi tələb olunan 8000 manat məbləğində pul əslində X20 deyil, onun oğlu olan Cavabdeh1 məxsus olmuşdur. Belə ki, məhkəmə araşdırılması zaman tədqiq olunan iş materiallarından, CD (DVD) disklərdən və verilmiş izahatlardan məlum olmuşdur ki, Cavabdeh1 Rusiya Federasiyasında işləyərək atasına müəyyən məbləğdə pul göndərmiş və Cavabdeh1 Bakı və Masallı şəhərində yerləşən evlərinin kirayəyə verilməsi ilə bağlı atası tərəfindən alınmış pulların cəmidir. Eləcədə məhkəmə araşdırılması zaman həmin pulların X28 məxsus olması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Odur ki, iddia həmin hissədə təmin edilməməlidir. Həmçinin məhkəmə miras əmlak kimi tələb olunan 35.000 ABŞ dolları məbləğində pulla bağlı qeyd edir ki, iddia həmin hissədə də təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı tədqiq olunan iş materiallarından (tərəflər arasında olmuş əvvəlki məhkəmə çəkişmələri ilə bağlı verilmiş iddia tələbləri, qəbul edilmiş məhkəmə aktları, verilmiş apellyasiya şikayətləri və sairə), CD (DVD) disklərdə olan səs yazılarından və məhkəmə iclası zamanı tərəflərin vermiş olduqları izahatlarla 35.000 ABŞ dolları məbləğində pulun mərhum X28 məxsus olması və miras əmlak olması öz təsdiqini tapmışdır. Eləcədə müəyyən edilmişdir ki, X36 24 may 2021-ci il tarixdə öldükdən sonra 15 iyun 2021-ci il tarixdə həmin pul məbləği ilə "xxxx" MMC tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində inşa edilmiş yaşayış kompleksində (yaşayış massivində) İddiaçı adına bir mənzil, Cavabdeh1 adına isə iki mənzil alınmışdır. Həmçinin həmin mənzillərin alınmasına Cavabdeh2 etiraz etməmişdir və o, bununla bağlı vermiş olduğu izahatlarındada qeyd etmişdir (tərəflər arasında olmuş əvvəlki məhkəmə çəkişmələri ilə bağlı olmuş məhkəmə iclasları zamanı). Məhkəmə həmçinin 35.000 ABŞ dollarına münasibətdə iddiaçı cavabdehlər və onların nümayəndələrinin vermiş olduğu izahatlarına münasibət bildirərək qeyd edir ki, tərəflər bu yönümdə izahat verməklə öz mənafeylərini güdürlər. Belə ki, İddiaçı (eyni zamanda onun nümayəndələri) onun üçün alınmış mənzilin miras əmlak kimi qalmış 35.000 ABŞ dolları məbləğində pul hesabına alınmadığını bildirməklə həmin miras əmlakın yenidən bölünməsinə nail olmaq istəyir. Halbuki iddiaçı ilə cavabdehlər arasında olmuş əvvəlki məhkəmə çəkişmələri zamanı iddiaçı onun üçün alınmış mənzilin məhz miras əmlak kimi qalmış 35.000 ABŞ dolları məbləğində puldan alındığını qeyd etmişdir (“həmin puldan mənə və qızlarım üçün 3 (üç) ədəd bir otaqlı ev almalı olduğu halda bir ədəd ev alınmışdır”). Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (eyni zamanda onların nümayəndəsi) İddiaçı üçün alınmış mənzilin hazırda miras əmlak kimi mübahisələndirilən 35.000 ABŞ dolları məbləğində puldan alınmadığını onların şəxsi vəsaitləri hesabına alındığını qeyd etmişlər. Halbuki həmin şəxslərin əvvəlki məhkəmə çəkişmələri zaman qəbul edilmiş məhkəmə aktlarında olan izahatlarına nəzər salmış olsaq görərik ki, onlar izahatlarında gah İddiaçı üçün alınmış evin Cavabdeh1 vəsaiti hesabına alındığını, gahda Cavabdeh2 şəxsi təsərrüfatında olan mal-qaranı sataraq aldığını qeyd edirlər. Bu isə müxtəlif və qeyri-səmimi fikirlər deməkdir. Həmçinin tərəflər vermiş olduqları bu izahatlarını sübut edə biləcək hər hansı bir möhtəbər sübutları məhkəməyə təqdim etməmişlər. Məhkəmə ilk iddia tələbi üzrə araşdırma apararkən işdə olan xx.xx.2012-ci il tarixli İddiaçı adından məhkəməyə təqdim olunmuş ərizə ilə bağlı qeyd edir ki, həmin ərizənin məhkəmənin icraatına qəbul edilməsi ilə bağlı məhkəmə iclas protokolunda hər hansı bir qeyd yoxdur, eləcədə icraata qəbul edilməsi ilə bağlı qərardad qəbul edilməmişdir. Həmçinin ərizəyə daxil olma barədə qeyd vurulmadığı üçün və ilk iddia üzrə iddiaçı və onun nümayəndələri məhkəmə baxışında iddia tələbində olan 8000 manat və 35000 ABŞ dollar pulu miras kimi tələb edildiyindən ərizə tələbin azaldılması kimi qəbul edilməməlidir. Həmçinin ilk iddia tələbi üzrə iddiaçı tərəf (iddiaçı və onun nümayəndələri) Cavabdeh1 tərəfindən verilmiş və notarial qaydada təsdiq olunmuş 28 yanvar 2022-ci il tarixli, **********912 saylı notarial ərizədə qeyd etdiklərinin onun mirasdan imtina etməsi ilə əlaqədar iradəsini ifadə etməsi və həmin ərizənin mirasdan imtina kimi qəbul edilərək miras əmlakların iki hissəyə bölünməsi ilə bağlı məhkəmə iclasında etdikləri tələbi əsassız hesab etmişdir. Belə ki, Cavabdeh1 28 yanvar 2022-ci il tarixli, **********912 saylı notarial ərizəsində bildirmişdir ki, "xxxx" MMC-nin Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış massivinin 12 saylı küçəsində inşa edilmiş bina 5, mərtəbə 2, 1 otaqlı, ümumi sahəsi 51.5 kv.m olan 8 nömrəli mənzildəki pay hüququnun "xxxx" MMC-yə geri qaytarılmasına və digər şəxsin adına sənədləşməsinə, rəsmiləşdirilməsinə heç bir etirazı yoxdur. Gələcəkdə "xxxx" MMC-yə qarşı hər hansı maddi iradı və tələbi olmayacaq. Payçılıqdan azad edilməsini xahiş etmişdir. Lakin Cavabdeh1 həmin ərisəsində vəfat etmiş valideynlərindən miras qalmış miras əmlak paydan imina etməsi ilə bağlı hər hansı qeyd yoxdur. Eləcədə məhkəmə ilk iddia tələbində olan şəxsi yaşayış evində miras qəbul edilməsi ilə bağlı qeyd edir ki, iddia tələbində qeyd olunan şəxsi yaşayış evi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Eləcədə Masallı rayonu, 1-ci Yeddioymaq kəndində yerləşən “Torpağa mülkiyyət hüququna dair” JN-285B Kod 80510018 saylı ümumi birgə mülkiyyətdə olan 0.09 ha torpaq sahəsi üzrəndə inşa edilmiş fərdi yaşayış evilə bağlı və həmin evin məhrum X27 və X20 mülkiyyətində olması ilə bağlı hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişlər, həmin fərdi yaşayış evi Dövlət Reyestrində qeydiyyatda keçməmişdir. Odur ki, iddia həmin hissədə təmin edilməməlidir. Eyni zamanda Cavabdeh1 Rusiya Federasiyasının Arxangelsk şəhərində yerləşən mənzilini X6 2020-ci ildə satdığını, əldə olunmuş pulun bir qismini atasına göndərdiyi və bir qisminin əvəzində isə Niyaməddin Abıyevə məxsus Masallı şəhərində yerləşən evini aldığını qeyd etmişdir. Lakin Cavabdeh1 həmin məbləğdə pulu atasına göndərməsi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəməyə təqdim edilmiş Rusiya Federasiyasında əldə edilmiş verilmiş Daşınmaz Əmlaka dair çıxarışlardan görünür ki, Cavabdeh1 xx.xx.2020-ci il tarixdə Rusiya Federasiyası Arxangelsk vilayəti, Arxangelsk şəhəri, Çkalov küçəsi, ev 2-də yerləşən 34 saylı mənzili əldə etmiş və həmin mənzilə dair X6 xx.xx.2021-ci il tarixdə Daşınmaz Əmlaka dair çıxarış verilmişdir. Lakin Rusiya Federasiyasında qeyd edilmiş alqı-satqı ilə bağlı alqı-satqı müqaviləsi məhkəməyə təqdim olunmamışdır. Eyni zamanda X11 ilə Cavabdeh1 arasında Masallı regional ASAN xidmət mərkəzində notariat ofisində bağlanmış alqı-satqı müqaviləsindən görünür ki, X11 özünə məxsus olan ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 57.2 kv.m olan 3 otaqlı mənzilini xx.xx.2023-cü il tarixdə Cavabdeh1 satmışdır. Buda onu göstərir ki, X11 ilə Cavabdeh1 arasında Rusiya Federasiyasında xx.xx.2021-ci il tarixdə və Masallı şəhərində isə xx.xx.2023-cü il tarixdə bağlanmış müqavilələr Cavabdeh1 atası X20 ölümündən sonra baş tutmuşdur. Məhkəmə qeyd edir ki, Masallı rayonu, 1-ci Yeddioymaq kəndində yerləşən “Torpağa mülkiyyət hüququna dair” JN-285B Kod 80510018 saylı ümumi birgə mülkiyyətdə olan torpaq sahəsi üzrə və ********** qeydiyyat nömrəli, xx.xx.2016-ci il qeydiyyat tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla ümumi birgə mülkiyyətdə olan torpaq sahəsi üzrə paylar müəyyən edilməlidir. Nəzəri cəhətdən ümumi birgə mülkiyyətdə olan əmlakda mülkiyyətçilərin hər birinin 1/5 payı vardır. Belə olan halda ümumi mülkiyyətdə olan torpaq sahəsi üzrə paylar aşağıdakı kimi müəyyən edilir: X20 1/5, X16 1/5, X17 1/5, Cavabdeh1 1/5 və X10 1/5 payı vardır. Məhkəmə ilk iddia və qarşılıqlı iddia tələbləri üzrə tədqiq edilmiş faktiki və hüquqi hallara, tətbiq edilən maddi və prosessual hüquq normalarına əsasən nəticəyə gəlir ki, ilk iddia və qarşılıqlı iddia qismən təmin edilərək Masallı rayonu 1-ci Yeddioymaq kəndində yerləşən, Masallı Rayon Aqrar İslahat Komissiyasının 19 noyabr 1997-ci il tarixli, 167 saylı qərarına əsasən JN-285B Kod 80510018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə nəzərdə tutulmuş 0.09 hektar torpaq sahəsindən və ********** qeydiyyat nömrəli, xx.xx.2016-ci il qeydiyyat tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda nəzərdə tutulmuş 0.77 hektar torpaq sahəsindən 01 mart 2011-ci il tarixdə ölmüş X27 və 24 may 2021-ci il tarixdə ölmüş X20 payına düşən 1/5 hissəsi və 09 oktyabr 2017-ci il tarixli, B0155 saylı mənzilin alqı-satqı müqaviləsi üzrə 24 may 2021-ci il tarixdə ölmüş X28 məxsus "xxxx" MMC-dən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev 167 ünvanında “AAAF-Park” yaşayış massivin 12 saylı küçəsində inşa edilən 5 saylı binanın, 2-ci mərtəbəsində olan ümumi sahəsi 51.5 kv.m ibarət, 1 otaqlı, 8 nömrəli mənizil vərəsələri Cavabdeh1, Cavabdeh2, X30 və X35 arasında paylara mütənasib şəkildə bölünməli və paylar aşağıdakı qaydada müəyyən edilməlidir; "xxxx" MMC-nin Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev 167 ünvanında “AAAF- Park” yaşayış massivin 12 saylı küçəsində inşa edilən 5 saylı binanın, 2-ci mərtəbəsində olan ümumi sahəsi 51.5 kv.m ibarət, 1 otaqlı, 8 nömrəli mənzilə münasibətdə Cavabdeh1 2/6, Cavabdeh2 2/6, X30 1/6 və X35 1/6 payı müəyyən edilməlidir. Masallı rayonu 1-ci Yeddioymaq kəndində yerləşən, Masallı Rayon Aqrar İslahat Komissiyasının 19 noyabr 1997-ci il tarixli, 167 saylı qərarına əsasən JN-285B Kod 80510018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilən torpaq sahəsinə münasibətdə Cavabdeh1 5/15, Cavabdeh2 5/15, X26 3/15, X30 1/15 və X35 1/15 payı müəyyən edilməlidir. ********** qeydiyyat nömrəli, xx.xx.2016-ci il qeydiyyat tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda göstərilən torpaq sahəsinə münasibətdə Cavabdeh1 5/15, Cavabdeh2 5/15, X26 3/15, X30 1/15 və X35 1/15 payı müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İlk iddia və qarşılıqlı iddia qismən təmin edilsin. Masallı rayonu 1-ci Yeddioymaq kəndində yerləşən, Masallı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 167 saylı qərarına əsasən JN-285B Kod 80510018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə nəzərdə tutulmuş 0.09 hektar torpaq sahəsinin və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş qeydiyyat tarixi xx.xx.2016-cı il, qeydiyyat nömrəsi ********** saylı, **********57 reyestr nömrəli Çıxarışda nəzərdə tutulmuş 0.77 ha torpaq sahəsinin 01 mart 2011-ci il tarixdə vəfat etmiş mərhum X32 və 24 may 2021-ci il tarixdə vəfat etmiş mərhum X28 düşən hər birinin 1/5 hissəsi və xx.xx.2017-ci il tarixli, B/0155 saylı alqı-satqı müqaviləsi əsasında 24 may 2021-ci il tarixdə vəfat etmiş mərhum X20 mülkiyyətində olan Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında “AAAF-PARK” yaşayış massivin 12 saylı küçəsində olan bina 5, mərtəbə 2, ümumi sahəsi 51.5 kv.m-dən ibarət 1 otaqlı 8 №-li mənzil vərəsələr Cavabdeh2, Cavabdeh1, X30 və X35 arasında paylara mütənasib şəkildə bölünsün və paylar aşağıdakı qaydada müəyyən edilsin; "xxxx" MMC-nin Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış massivin 12 saylı küçəsində inşa edilən 5 saylı binanın, 2-ci mərtəbəsində olan ümumi sahəsi 51.5 kv.m ibarət, 1 otaqlı, 8 nömrəli mənzilə münasibətdə Cavabdeh1 2/6, Cavabdeh2 2/6, X30 1/6 və X35 1/6 payı: Masallı rayonu 1-ci Yeddioymaq kəndində yerləşən, Masallı Rayon Aqrar İslahat Komissiyasının 19 noyabr 1997-ci il tarixli, 167 saylı qərarına əsasən JN-285B Kod 80510018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilən torpaq sahəsinə münasibətdə Cavabdeh1 5/15, Cavabdeh2 5/15, X26 3/15, X30 1/15 və X35 1/15 payı: ********** qeydiyyat nömrəli, xx.xx.2016-ci il qeydiyyat tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda göstərilən torpaq sahəsinə münasibətdə Cavabdeh1 5/15, Cavabdeh2 5/15, X26 3/15, X30 1/15 və X35 1/15 payı. İlk iddia və qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X44

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar