Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1019/2025 08.04.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Musayeva Zəhraxanım Şahin qızının katibliyi ilə, İddiaçı, Cavabdehlər Cavabdeh5, Cavabdeh2, Cavabdeh6 və Cavabdeh7 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh2, Cavabdeh6, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh7 qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə Masallı rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia ərizəsində qeyd edilmiş işin halları: Valideynləri ailə həyatı qurub evlənmiş, onların 10 nəfər uşaqları olmuşdur. Valideynləri, eyni zamanda X5 vəfat etmişdir. Qeyd edir ki, X5 və digər iki şəxsə fərdi yaşayış evinin tikintisi məqsədi ilə Masallı şəhərində 0.06 ha torpaq sahəsi verilmişdir. Həmin əmlaka dair qeydiyyat nömrəsi ********** olan, qeydiyyat tarixi xx.xx.2021-ci il tarixi olan Dövlət Reyestrindən Çıxarış da vardır. X5 heç bir vaxt rəsmi nikahda olmamış və onun uşaqları olmamışdır. Bacısının vəfatından sonra onun birinci dərəcəli varisi kimi o və qardaş-bacıları qalmışdır. Qeyd edir ki, bacısı öldükdən sonra ondan miras qalmış əmlakı faktiki olaraq qəbul etmişdir. Miras əmlakın qəbulu ilə bağlı Notariat Kontoruna müraciət etsə də, notariat kontoru tərəfindən faktiki qəbul olmadığı və mirasın qəbul müddətinin buraxıldığı əsas gətirilərək imtina edilmişdir. Qeyd edir ki, cavabdeh olan qardaş və bacıları miras əmlakın onun tərəfindən qəbul edilməsinə etiraz etmirlər, hətta ona etibarnamə belə vermişlər ki, o, həmin əmlakı notarial qaydada miras əmlak kimi qəbul etsin. Lakin notariat kontoru mirasın qeydə alınmasından imtina etmişdir. Odur ki, miras əmlakın qəbul olunması barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının tələbi: Mərhum X5ndan miras qalmış Masallı şəhəri, M.F.Axundov küçəsində yerləşən fərdi yaşayış evinin tikintisi məqsədi ilə verilmiş və qeydiyyat nömrəsi ********** olan, qeydiyyat tarixi xx.xx.2021-ci il tarixi olan Dövlət Reyestrində verilmiş Çıxarışla təsdiqlənmiş 0.06 ha torpaq sahəsindən mərhum X5na düşən payın müəyyən edilməsi və həmin paya qanun üzrə vərəsə kimi onun, yəni İddiaçı tanınması və həmin daşınmaz əmlaka mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, mərhum X5ndan miras qalmış Masallı şəhəri, M.F.Axundov küçəsində yerləşən fərdi yaşayış evinin tikintisi məqsədi ilə verilmiş və qeydiyyat nömrəsi ********** olan, qeydiyyat tarixi xx.xx.2021-ci il tarixi olan Dövlət Reyestrində verilmiş Çıxarışla təsdiqlənmiş 0.06 ha torpaq sahəsini vərəsə kimi o qəbul etmişdir. Hazırda həmin miras əmlak onun istifadəsindədir. Digər vərəsələrin mirasın onun tərəfindən qəbul edilməsinə etirazları yoxdur. Cavabdehlər Cavabdeh5, Cavabdeh2, Cavabdeh6 və Cavabdeh7 hər biri ayrı-ayrılıqda məhkəmə iclasında izahat verərək mərhum bacıları X7 miras qalmış Masallı şəhəri, M.F.Axundov küçəsində yerləşən fərdi yaşayış evinin tikintisi məqsədi ilə verilmiş və qeydiyyat nömrəsi ********** olan, qeydiyyat tarixi xx.xx.2021-ci il tarixi olan Dövlət Reyestrində verilmiş Çıxarışla təsdiqlənmiş 0.06 ha torpaq sahəsinin faktiki olaraq qardaşıları İddiaçı istifadə və sahibliyində olduğunu və qeyd edilən miras əmlakın onun tərəfindən qəbul edilməsinə və gələcəkdə adına rəsmiləşdirilməsinə etiraz etmədiklərini bildirmişlər. Digər cavabdehlərə məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Odur ki, məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş sənədlər: Ölüm haqqında şəhadətnamədən görünür ki, X16 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. Ölüm haqqında şəhadətnamədən görünür ki, X17 xx.xx.1980-ci il tarixdə vəfat etmişdir. Ölüm haqqında şəhadətnamədən görünür ki, X14 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. Ölüm haqqında şəhadətnamədən görünür ki, X15 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Doğum haqqında arayışlardan görünür ki, X16 xx.xx.1953-cü ildə, İddiaçı xx.xx.1962ci ildə və Cavabdeh3 xx.xx.1960-ci ildə, X18 xx.xx.1970-ci ildə, Cavabdeh2 xx.xx.1967-ci ildə, Cavabdeh6 xx.xx.1965-ci ildə, Cavabdeh4 xx.xx.1973-cü ildə, Cavabdeh5 xx.xx.1990-cı ildə, Cavabdeh7 xx.xx.1955-ci ildə doğulmuşlar. X4, ataları isə X9r. Masallı Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2024-cü il tarixli, 05/09İS/106036-24 saylı arayışdan görünür ki, xx.xx.1953-cü il təvəllüdlü X10 rəsmi nikahı olmamışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindəm çıxarışdan görünür ki, Masallı şəhəri, M.F.Axundov küçəsində yerləşən 0.06 ha torpaq sahəsi X2, X6 və X1 ümumi birgə mülkiyyətindədir Masallı Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 1697 saylı məktubundan görünür ki, xx.xx.2013-cü il tarixdə vəfat etmiş X7 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə xx.xx.2024-cü il tarixli ərizəsi və ona əlavə olunmuş sənədlər nəzərdən keçirildikdə müəyyən olunmuşdur ki, faktiki qəbul olmadığından və mirasın qəbul edilməsi müddəti buraxıldığından müddətin bərpası üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Masallı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(050)-2222/2019 saylı qətnaməsindən görünür ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 19 aprel 1999-cu i tarixli 027 saylı qərarı əsasında kənd təsərrüfatı məhsulları istehsalı üçün 0.06 ha torpaq sahəsinin verilməsinə dair JN-525 nömrəli, KOD 80516028 saylı şəhadətnamənin X3 və X8 məxsus olması faktı müəyyən edilmişdir. Masallı RİHB-nın Təzə Alvadı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin arayışından görünür ki, xx.xx.2013-cü ildə vəfat etmiş X10 bacı qardaşları vardır: Bacısı Cavabdeh7, bacısı Cavabdeh3, qardaşı İddiaçı, bacısı Cavabdeh6, qardaşı Cavabdeh2, bacısı Cavabdeh1, bacısı Cavabdeh4, qardaşı Cavabdeh5dur. Qeyd: Mərhum qardaşı X15 xx.xx.2022-ci ildə vəfat etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəllənin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-ci maddəsinə əsasən mirasa miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. 1159.1 və 1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik hüququna birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) malikdirlər. Onlar qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1257.2-ci maddəsinə əsasən əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. 1274-cü maddəsinə müvafiq olaraq, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Mirasın bölüşdürülməsi dedikdə, mirasın onu qəbul edən vərəsələrin razılaşması ilə hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülməsi anlaşılır. Azərbaycan Respublikası Mülki Məcəlləninin 1291-ci maddəsinə görə miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2 və 152.7-ci maddələrində göstərilir ki, subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 223-cü maddəsinə əsasən: 223.1. Birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir. 223.2. Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. 223.3. Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2 -ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. S.Əliyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarına uyğun olaraq «Məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir». İşə baxan məhkəmənin mövqeyi. Məhkəmənin tədqiq etdiyi sübutlardan, iddiaçı tərəfin izahatından məlum olur ki, İddiaçı mərhum X5ndan qalmış mirası faktiki qəbul etməsi işin mübahisəsiz halıdır. Belə ki, məhkəmə araşdırması zamanı, hər iki tərəfin izahatları ilə, həmçinin iş materiallarına əlavə edilmiş sənədlər ilə bu fakt öz təsdiqini tapmışdır. İddiaçı mərhum bacısı Asiyə Lətifovanın vəfatından sonra torpaq sahəsinə faktiki sahiblik etmək, onu əkib-beçərməklə, təsərrüfatı idarə etmişdir. Bu əsas verir ki, İddiaçı mirası faktiki olaraq qəbul etmişdir. Belə olan halda onun nümayişkəranə sahibliyi faktiki qəbul kimi qiymətləndirilməlidir. Miras əmlak mirasın açıldığı vaxtdan onu qəbul etmiş şəxsin mülkiyyəti hesab edilir. Bununla yanaşı digər vərəsələrddən Cavabdeh5, Cavabdeh2, Cavabdeh6 və Cavabdeh7 miras əmlakı faktiki qəbul etmədiklərini məhkəmə iclasında verdikləri izahatları ilə təsdiq etmişlər. Digər cavabdehlərə isə məhkəmə rəsmi qaydada məhkəmə bildirişləri göndərilmiş və cavabdehlər iddiadan xəbərdar edilmişlər. Buna baxmayaraq onların iddiaya hər hansı etiraz etməmələri, məhkəmə tərəfindən iddianın etirafı kimi qiymətləndirilir. Belə olan halda yeganə qanun üzrə vərəsə İddiaçı mirası faktiki qəbul etməsi nəzərə alınmalı və iddia təmin olunmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Masallı şəhəri, M.F.Axundov küçəsində yerləşən Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışı ilə ümumi mülkiyyətdə olan əmlak üzrə paylar müəyyən edilməlidir. Belə ki, nəzəri cəhətdən ümumi birgə mülkiyyətdə olan əmlakda miras qoyan X10 1/3 payı vardır. Həmçinin qeyd olunmalıdır ki, ümumi mülkiyyətdə olan digər mülkiyyətçilərin də həmi ümumi mülkiyyətdə 1/3 payları vardır. Belə olan halda İddiaçı mirası qəbul etmiş olması nəzərə alınarsa, ümümi mülkiyyətdə olan torpaq sahəsi üzrə paylar aşağıdakı kimi müəyyən edilir: - X2 1/3, X10 1/3, X1 1/3 payı. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, Çıxarışla nəzərdə tutulmuş 0.06 ha torpaq sahəsində paylar aşağıdakı qaydada müəyyən edilsin: X2 1/3, X10 1/3, X1 1/3 payı. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********51 reyestr nömrəli Çıxarışla nəzərdə tutulmuş 0.06 ha torpaq sahəsinin 20 mart 2013-cü il tarixdə vəfat etmiş X12 məxsus 1/3 hissəsinin birinci növbədən vərəsəsi İddiaçı tərəfindən faktiki qəbul edilməsi müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerlşədirilməklə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Ellara Abbasova
Məhkəmə qərarları › İş №2(050)-1019/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1019/2025
08.04.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver