Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-1039/2023 02.06.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil1, cavabdehin vəkili və nümayəndəsi Vəkil3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı evdən çıxarılma və cavabdeh tərəfindən yaranmış maneələri aradan qaldırılmaqla onun hərəkətlərini qanunsuz hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı evdən çıxarılma və cavabdeh tərəfindən yaranmış maneələri aradan qaldırılmaqla onun hərəkətlərini qanunsuz hesab edilməsi tələbi barədə iddia ərizəsi ilə məhkənəyə müraciət edərək qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil1 məhkəməyə yazılı ərizə təqdim edərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını və işin baxılmamış saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi Vəkil3 işə mahiyyəti üzrə baxılmasını tələb etmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. MPM-in 260.1 və 260.6-cı maddələrinə görə iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır və həmin qərardaddan şikayət verilə bilər. Göstərilənlərə əsasən və MPM-in 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı evdən çıxarılma və cavabdeh tərəfindən yaranmış maneələri aradan qaldırılmaqla onun hərəkətlərini qanunsuz hesab edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədirlik edən Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №2(050)-1039/2023
Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-1039/2023
02.06.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver