Məhkəmə qərarları › İş №2(050)-1099/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1099/2023

05.05.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1099/2023 05.05.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclas katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi ilə, İddiaçı, Cavabdeh X3 iştirakı ilə İddiaçı cavabdeh X5 qarşı cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması və onun tərəfindən edilən qanunsuz hərəkətlərin qadağan edilməsi tələbinə dair mülki işə, Masallı rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh X5 qarşı fərdi yaşayış evinə baxış keçirilməsinə, ölçü və digər işlərin aparılmasına cavabdeh tərəfindən yaradılan maneələrin, qanunsuz hərəkətlərin aradan qaldırılması və onun tərəfindən edilən qanunsuz hərəkətlərin qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, iddiaçının X1 ilə X2 xx.xx.1938-cı ildə rəsmi ailə həyatı qurmuşlar. Nikahlarından 4 nəfər övladları İddiaçı, X8, X9 və X12 anadan olmuşdur. X1 xx.xx.1982-ci ildə, X2 xx.xx.2002-ci ildə, qardaşı X12 isə xx.xx.1999-cu ildə ölmüşlər. X2 vəfat etdikdən sonra anasından Masallı rayonu, Sərçuvar kəndində 0.22 ha həyətyanı torpaq sahəsi, həmin torpaq sahəsində 1954-1955-ci illərdə inşa edilmiş 1 mərtəbəli 4 otaqlı fərdi yaşayış evi və 0.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi miras qalmışdır. Həmin miras əmlakın qəbulu ilə bağlı Masallı Rayon Məhkəməsinə iddia tələbi ilə müraciət etmiş, Masallı Rayon Məhkəməsinin 2(050)-343/2020 saylı 12 may 2020-ci il tarixli qətnaməsi ilə iddiası rədd edilmişdir. Qətnamə ilə razı olmadığı üçün apellyasiya şikayəti vermiş, Şirvan Apelyasiya Məhkəməsinin 2(106)-2121/2020 saylı 17 noyabr 2020ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilərək Masallı Rayon Məhkəməsinin qətnaməsi ləğv edilmiş, X2ndan miras qalmış Masallı rayonu Sərçuvar kəndində yerləşən Masallı rayonu Aqrar İslahat Komissiyasının 05 noyabr 1998-ci il tarixli 58 saylı qərarı ilə JN-041A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən ayrılmış 0.22 hektar həyətyanı torpaq sahəsində, həmçinin Masallı rayon Aqrar İslahat Komissiyasının 05 noyabr 1998-ci il tarixli 58 saylı qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün JN-195 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən ayrılmış 0.35 hektar torpaq sahəsində özünün və bacısı Cavabdeh Hüseyn qızının ½ hissə paylarının olması qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli qətnaməsindən narazı qalan bacısı Əhmədova X18 Məhkəməyə kassasiya şikayəti vemiş, Ali Məhkəmənin 09 avqust 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Şirvan Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qəbul edilmiş yekun məhkəmə aktları artıq qanuni qüvvəsini almış və miras paya Dövlət Reyestrindən onun və bacısı Cavabdeh Hüseyn qızının adına Çıxarış verilmişdir. Anasından miras qalmış 0.22 ha həyətyanı torpaq sahəsinin üzərində 1954-1955-ci illərdə inşa edilmiş 1 mərtəbəli 4 otaqlı fərdi yaşayış evi vardır. Lakin bu günə kimi həmin evin statusu müəyyən edilmədən təsərrüfatbaşı kitabına əsasən anasının adında qalmışdır. Həmçinin həmin fərdi yaşayış evinə keçmiş XDS-in texniki pasportuda vardır. Hazırda həmin evdə özü və cavabdeh bacısı Cavabdeh Hüseyn qızı yaşayır. Qeyd edir ki, anasından miras qaymış 0.22 ha həyətyanı torpaq sahəsi cavabdeh bacısının adına Dövlət Reyestrindən Çıxarış verilmiş olsa da, həmin torpaq sahəsi üzərində 1954-1955-ci illərdə inşa edilmiş 1 mərtəbəli 4 otaqlı fərdi yaşayış evi isə dövlət reyestrində qeydiyyata alınmamışdır. Bu səbəbdən də həmin fərdi yaşayış evinə Dövlət Reyestrindən çıxarışın və plan-ölçünün alınması ilə bağlı Dövlət Əmlak Komitəsinin 8 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin həmin fərdi yaşayış evinə Dövlət Reyestrindən çıxarışın və plan-ölçünün alınması mümkün olmamışdır. Belə ki, cavabdeh həmin fərdi yaşayış evi ilə bağlı mübahisə yaradır. Əmlak Məsələləri Dövlət Komitəsinin əməkdaşlarına müayinə və ölçü işlərinin aparılmasına maneçilik törədir. Dəfələrlə cavabdehdən qanunsuz hərəkətlərinə son verməsini, həmin fərdi yaşayış evinə dövlət reyestrindən çıxarışın alınması ilə bağlı yaratdığı maneələri aradan qaldırılmasını tələb etsə də nəticəsi olmamışdır. Buna görə də Əmlak Məsələləri Dövlət Komitəsi çıxarışın verilməsindən imtina edir. Cavabdehin bu hərəkətləri nəticəsində onun mülkiyyətlə bağlı hüquqları kobud şəkildə pozulmuşdur. Odur ki, pozulmuş hüquqlarının bərpası ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əvvəllər bacısının evində yaşadığını, paylar müəyyən olunandan sonra, yəni 2019-cu ildən bəri qohumlarının evlərində yaşadığını, bacısının həmin evdə yaşamağa ona icazə vermədiyini bildirmiş və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh X9 iddianı qəbul etməyərək bildirmişdir ki, o, 73 ildir həmin evdə yaşayır. İddiaçı ona evi öz oğluna görə istəyir. Hal-hazırda o evdə qızları və nəvələri ilə birlikdə qalır. Hesab edir ki, ev ona məxsusdur, ona görə də qardaşı Əlimusanın sənədləşmə işi aparmaq hüququ yoxdur. Ona görə də iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: Masallı Rayon Məhkəməsinin 2(050)-343/2020 saylı, 12 may 2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, X4 miras qalmış Masallı rayonu, Sərçuvar kəndində yerləşən Masallı rayonu Aqrar İslahat Komissiyasının 05 noyabr 1998-ci il tarixli 58 saylı qərarı ilə JN-041A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0.22 hektar həyətyanı torpaq sahəsinin, həmçinin Masallı rayon Aqrar İslahat Komissiyasının 05 noyabr 1998-ci il tarixli 58 saylı qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün JN-195 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən ayrılmış 0.35 hektar torpaq sahəsinin qanun üzrə vərəsə Cavabdeh tərəfindən faktiki qəbul edilməsi müəyyən olunmuşdur. Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(106)-2121/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı apelyasiya şikayəti qismən təmin edilərək Masallı Rayon Məhkəməsinin 12 may 2020-ci il tarixli 2(050)-343/2020 saylı qətnaməsinin ləğv edilməsi, ilk və qarşılıqlı iddiaların qismən təmin edilməsi, İddiaçı və Cavabdeh 24 noyabr 2004-cü ildə vəfat etmiş anaları X4 miras qalmış torpaq sahələri üzrə mirası faktiki qəbul etmələrinin müəyyən edilməsi, X4 miras qalmış Masallı rayonu, Sərçuvar kəndində yerləşən, Masallı rayon Aqrar İslahat Komissiyasının 05 noyabr 1998-ci il tarixli 58 saylı qərarı ilə ayrılmış torpaq sahələri üzrə: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2019-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmiş 0.22 hektar həyətyanı torpaq sahəsində hər birinin ½ payları, kənd təsərrüfatı məhsullarının istehsalı üçün ayrılmış və torpağa mülkiyyət hüququna dair xx.xx.1999-cu il tarixli, JN-195 saylı dövlət aktı verilmiş 0.35 hektar torpaq sahəsində hər birinin ½ paylarının müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-2883/2021 saylı qərarının surətindən görünür ki, ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Əhmədova (Hüseynova) Zərnişan Əlihüseyn qızı tərəfindən verilən kassasiya şikayəti təmin edilməmişdir. Masallı Rayon Məhkəməsinin 2(050)-2837/2022 saylı, 19 oktyabr 2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X6 cavabdeh X5 qarşı evə köçürülmə tələbi barədə iddiasının təmin edilməsi, Masallı rayonu, Sərçuvar kəndində 0.22 hektar torpaq sahəsinin üzərində yerləşən və cavabdeh X3 yaşadığı fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. İşdə olan hüquqların dövlət qeydiyyatı haqqında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Masallı rayonu, Sərçuvar kəndində 0.22 hektar yaşayış məntəqələri təyinatlı torpaq sahəsi üzərində İddiaçı və Cavabdeh hər birinin ½ hissə paylı mülkiyyətləri vardır. Bu barədə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, xx.xx.2021-ci il qeydiyyat tarixi ilə qeydiyyat aparılmışdır. Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin məktubundan görünür ki, İddiaçı Masallı rayonu, Sərçuvar kəndində yerləşən fərdi yaşayış evinə reyestrdən çıxarış və texniki pasport almaq üçün müraciət etmiş, lakin 8 saylı Cəlilabad Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən aparılan müayinə baxış aktı tərtib olunan zaman məlum olmuşdur ki, ölçü işlərinin aparılmasına vətəndaş tərəfindən şərait yaradılmamışdır Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi əsaslıdır. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinı riayət edərək təqdim olunmuş ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. İşin faktiki hallarına, tədqiq olunmuş mötəbər və təkzibolunmaz sübutlara əsasən iddiaçının X2 vəfat etdikdən sonra anasından Masallı rayonu, Sərçuvar kəndində 0.22 ha həyətyanı torpaq sahəsi, həmin torpaq sahəsində 1954-1955-ci illərdə inşa edilmiş 1 mərtəbəli 4 otaqlı fərdi yaşayış evi və 0.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi miras qalmışdır. Torpaq sahələrinə dair vərəsəlik açılaraq paylar müəyyən olunsa da, evin hüquqi vəziyyəti müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin Məcəllənin 152.-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin özlərinə mənsub mülki hüquqlardan istifadə etməməsi, qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, bu hüquqlara xitam verilməsinə səbəb olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1., 152.2. və 152.7.-ci maddələrində göstərilir ki, subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Həmin Məcəllənin 157.8.-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 213.6.-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. Mülki Məcəllənin 1159.1. və 1159.1.1.-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik hüququna birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) malikdirlər. Onlar qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəlləsinin 1243.2. və 1243.3.-cü maddələrinə əsasən vərəsə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş hesab edilir. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mülki Məcəllənin 1274-cü maddəsinə müvafiq olaraq, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Mirasın bölüşdürülməsi dedikdə, mirasın onu qəbul edən vərəsələrin razılaşması ilə hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülməsi anlaşılır. Azərbaycan Respublikası Mülki Məcəlləninin 1291-ci maddəsinə görə miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Göstərilən maddi hüquq normalarına əsasən məhkəmə qeyd edir ki, mübahisə predmeti üzrə sənədləşmə aparılan evin iddiaçı və cavabdehin mərhum analarına məxsus olması mübahisə doğurmur. Bundan başqa evin yerləşdiyi torpaq sahəsi onların mərhum analarının mülkiyyətində olmuş və hal-hazırda da torpaq sahəsi qanun üzrə vərəsəlik yolu ilə tərəflərin paylı mülkiyyətlərindədir. Belə olan halda, 0,22 ha torpaq sahəsi üzərində olan evə də tərəflərin vərəsəlik yolu ilə mülkiyyət hüququ əldə etmək imkanları vardır. Nəzərə alınmalıdır ki, qanun qarşısında hər kəs bərabərdir və qanun hər kəsin mülkiyyət və ya vərəsəlik hüququnu bərabər şəkildə tanıyır. Bu baxımdan cavabdehin özünün vərəsəlik və ya mülkiyyət hüququndan imtina etməsi, iddiaçının də bundan məhrum edilməsi ilə nəticələnməməlidir. Mübahisəli evin hüquqmüəyyənedici sənədi olmadığına görə, miras toplusuna daxil edilməmişdir. Lakin məlumdur ki, ev faktiki olaraq mərhum Həlimə Şahmarovaya aid olmuşdur və onun, eləcə də onun qanun üzrə vərəsələrinin evə münasibətdə gözlənilən mülkiyyət hüquqları vardır. Mülki Məcəllənin 1243.3.-cü maddəsinə uyğun olaraq vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Belə olan halda cavabdehin hərəkətləri qanunsuz müdaxilə kimi qiymətləndirilməli və maneələr aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Masallı rayonu, Sərçuvar kəndində yerləşən 0.22 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən baxış keçirilməsinə, ölçü və digər işlərin aparılmasına cavabdeh X9 tərəfindən yaradılan maneələr, qanunsuz hərəkətlər aradan qaldırılsın və ona həmin qanunsuz hərəkətləri etməsi qadağan edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar