Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1101/2023 20.04.2023 MASALLI RAYON MƏHKƏMƏSİ X43 Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Aslanzadə Ramin Sakit oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Masallı Regional “ASAN-Xidmət” Mərkəzində Notariat Kontoruna, üçüncü şəxslər X14, X6, X7 qarşı mirasın qəbulu faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Masallı Regional “ASAN-Xidmət” Mərkəzində Notariat Kontoruna, üçüncü şəxslər X14, X6, X7 qarşı mirasın qəbulu faktının müəyyən edilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Torpağın mülkiyyətə verilməsinə dair JN- 047A saylı Şəhadətnamədə qeyd edilmiş torpaq sahəsində mərhum valideynləri X15 ilə X23 hər birinin 1/3, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli, **********33 reyestr nömrəli Çıxarışda və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli, **********34 reyestr nömrəli Çıxarışda qeyd edilmiş torpaq sahələrində isə ona və digər ailə üzvlərinin hər birinin 1/5 payının müəyyən edilməsi, valideyinlərindən miras qalmış Masallı rayonu Kəlbəhüseynli kəndində yerləşən Torpağın mülkiyyətə verilməsinə dair JN-047A saylı Şəhadətnamədə qeyd edilmiş 0,12 ha həyətyanı torpaq sahəsinin 2/3-dən, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli, **********33 reyestr nömrəli Çıxarışda qeyd edilmiş 1,2546 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2/5-dən və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli, **********34 reyestr nömrəli Çıxarışda qeyd edilmiş 0,2623 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2/5-dən ibarət miras əmlakı qəbul etməyi faktının müəyyən edilməsi və bütünlüklə miras əmlaka hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, valideynləri X15 ilə X35 nikahlarını Masallı rayonu Çaxırlı ərazi nümayəndəliyində qeyd etdirməklə ailə həyatı qurmuş və onların faktiki nikahlarından onunla yanaşı qardaşı Şahin Nəbiyev, bacıları Fəzilə Salmanova ilə Şərafət Salmanova anadan olmuşlar. Bacısı Şərafət ailə qurduqdan sonra Həsənova soyadını qəbul etmişdir. X33 31 may 2006-cı il tarixdə, anası Şərifə Nəbiyeva isə 02 iyul 2020-ci il tarixdə vəfat etmişdir. Valideynləri daha öncədən vəfat etdiyindən birinci növbəli vərəsə kimi onunla qeyd etdiyi qardaşı və bacıları qalmışdır. Vəfat edənədək valideynlərinin mülkiyyətində Torpağın mülkiyyətə verilməsinə dair JN-047A saylı Şəhadətnamə ilə Masallı rayonu Kəlbəhüseynli kəndində 0,12 ha həyətyanı torpaq sahəsi, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022ci il tarixli ********** qeydiyyat nömrəli, **********33 reyestr nömrəli Çıxarışa əsasən 1,2546 ha və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli, **********34 reyestr nömrəli Çıxarışa əsasən 0,2623 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuşdur. Həyətyanı torpaq sahəsinə mülkiyyət hüququna dair sənəddə valideynləri ilə yanaşı onun, kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə mülkiyyət hüququna dair sənədlərdə isə valideynləri ilə yanaşı qardaşının həyat yoldaşı və iki uşağının da adı qeyd edilmişdir. Göründüyü kimi miras torpaq sahələri ümumi birgə mülkiyyətdə olmaqla həyətyanı torpaq sahəsinin 1/3-i mərhum atasından, 1/3-i mərhum anasından, kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin isə 1/5-i mərhum atasından, 1/5-i mərhum anasından miras qalmışdır. Valideynlərinin sağlığında və valideyinlərinin ölümündən sonra qeyd olunan həyətdə yerləşən evdə ailə üzvləri ilə o yaşamaqla təsərrüfatı idarə edərək, kommunal xərcləri ödəmiş, həmçinin təsərrüfatı idarə edərək mirası faktiki qəbul etmişdir. Lakin mirasın qəbulu ilə bağlı notariusa ərizə verməmişdir. Mirası sənədləşdirmək istəyərkən notariat kontorunda mümkün olmamış, bu səbəbdən də valideynlərinə aid mirasla bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qanunvericiliyin tələbinə əsasən vəsiyyətnamə mövcud olmadığından hazırkı işlə bağlı qanun üzrə vərəsəliyə dair normalar tətbiq edilməli və miras birinci növbəli vərəsələr arasında bölünməlidir. Atasının və anasının valideynləri, yəni babaların və nənələrin daha öncədən vəfat etdiklərindən, atası ilə anasının birinci növbəli vərəsəsi kimi yalnız o, qardaşı və bacıları qalmışdır. Qardaş və bacıları miras əmlakı qəbul etməmiş və miras əmlakın onun adına sənədləşməsinə etiraz etməmişlər. Miras əmlakın tərkibinə gəlincə isə bu həyətyanı və kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ibarətdir. Həyətyanı torpaq sahəsi Torpağın mülkiyyətə verilməsinə dair JN- 047A saylı Şəhadətnamə ilə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi isə Hüquqların dövlət qevdiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli, **********33 reyestr nömrəli Çıxarışla və Hüquqların dövlət qeydiyvatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli ********** qeydiyvat nömrəli, **********34 reyestr nömrəli Çıxarışla birgə mülkiyyətdə olmuşdur. Birinci növbəli vərəsə kimi yalnız o miras əmlakı faktik qəbul etdiyindən miras ona çatmalıdır. Mərhum valideynlərindən miras qalmış əmlakı faktiki idarə etməklə qəbul etsə də, vərəsəlik şəhadətnaməsi verilməsi üçün notariat kontoruna vaxtında müraciət etməmişdir. Odur ki, iddia ərizəsi ilə məhkəməyə müracitə etmişdir. İddiaçının nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında verdiyi izahatında tələbi müdafiə edərək, təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Əlavə olaraq bildirdi ki, hazırda iki sənəd və iki torpaq sahəsi üzrə miras qəbul edilmişdir. Hazırda digər vərəsələr mirasın iddiaçı tərəfindən qəbul edilməsinə və rəsmiləşdirilməsinə etiraz etmirlər. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh Masallı Regional “ASAN-Xidmət” Mərkəzində Notariat Kontoru tərəfindən məhkəməyə ərizə göndərilərək işə səlahiyyətli nümayəndənin iştirakı olmadan baxaraq qanuna müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddələrinə əsasən işə üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsasən iddiaçının nümayəndəsinin (vəkili) izahatını, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan nikah haqqqında arayışdan görünür ki, X15 ilə X32 arasında 04 mart 1969-cu ildə Masallı rayonu Çaxırlı ərazi nümayəndəliyində 02 nömrə ilə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Nəbiyeva soyadı verilmişdir. İş materiallarında olan nikah haqqqında şəhadətnamədən görünür ki, X40 ilə X10 arasında 11 fevral 1986-cı ildə Masallı rayonu Çaxırlı ərazi nümayəndəliyində 04 nömrə ilə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Həsənova soyadı verilmişdir. İş materiallarında olan nikah haqqqında şəhadətnamədən görünür ki, X16 ilə X12 arasında 07 mart 1992-ci ildə Masallı rayonu Çaxırlı ərazi nümayəndəliyində 07 nömrə ilə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Salmanova soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, X19 23 fevral 1963cü il tarixdə Masallı rayonu Kəlbəhüseynli kəndində doğulmuş, atası ----- oğlu, anası X24r. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, X10 14 yanvar 1967ci il tarixdə Masallı rayonu Kəlbəhüseynli kəndində doğulmuş, atası X15, anası X24r. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, İddiaçı xx xxxx 1969cu il tarixdə Masallı rayonu Kəlbəhüseynli kəndində doğulmuş, atası X15, anası X24r. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, X12 13 mart 1973-cü il tarixdə Masallı rayonu Kəlbəhüseynli kəndində doğulmuş, atası X15, anası X24r. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X15 31 may 2006-cı ildə Beyinə qansızmadan ünvan 1ində ölmüşdür. Bu barədə 01 noyabr 2006-cı ildə 27 saylı qeyd aparılmışdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X32 02 iyul 2020-ci ildə Böyrək xəstəliyindən Masallı rayonu, Çaxırlı kəndində ölmüşdür. Bu barədə 02 iyul 2020-ci ildə 458 saylı qeyd aparılmışdır. İş materiallarında olan JN-047A Kod 80525028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1998-ci il tarixli, 25 saylı qərarı ilə X11, X25, İddiaçı fərdi yaşayış evinin tikilisi məqsədi ilə 0.12 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, X38, X20, X29, X11, X25 ünvan 1ində xüsusi mülkiyyətlərində 0.2623 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, xx.xx.2022-ci il qeydiyyat tarixi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, X38, X20, X29, X11, X25 ünvan 1ində xüsusi mülkiyyətlərində 1.2546 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, xx.xx.2022-ci il qeydiyyat tarixi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Masallı rayon icra hakimiyyəti başçısının Çaxırlı kənd inzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş 145 nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, mərhum X15 31 may 2006-cı il tarixdə vəfat etmişdir. Mərhumun daimi yaşayış yeri Masallı rayinu Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndi olmuş, mərhum ölənədək İddiaçı ilə birlikdə yaşamış və hazırda həmin evdə-oğlu İddiaçı yaşayır. X1 ailə tərkibindən qeydiyyatdadan çıxıb gedən övladları-qızı X12, qızı X9r. X1 qeyd olunan vərəsələrdən başqa digər vərəsələri yoxdur. İş materiallarında olan Masallı rayon icra hakimiyyəti başçısının Çaxırlı kənd inzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş 144 nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, mərhum X32 02 iyul 2020-ci il tarixdə vəfat etmişdir. Mərhumun daimi yaşayış yeri Masallı rayinu Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndi olmuş, mərhum ölənədək İddiaçı ilə birlikdə yaşamış və hazırda həmin evdə-oğlu İddiaçı yaşayır. X2 ailə tərkibindən qeydiyyatdadan çıxıb gedən övladları-qızı X12, qızı X9r. X2 qeyd olunan vərəsələrdən başqa digər vərəsələri yoxdur. İş materiallarında olan Masallı rayon icra hakimiyyəti başçısının Çaxırlı kənd inzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş 125 nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X15 və X32 vəfat etdikdən sonra oğlu İddiaçı onlara məxsus fərdi yaşayış evindı yaşamış və təsərrüfatı idarə etmişdir. İş materiallarında olan Masallı rayon Çaxırlı Bələdiyyəsi tərəfindən verilmiş 21 nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X15 ilə X25 məxsus fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsi ilə bağlı vergilər oğlu İddiaçı tərəfindən ödənilmişdir. İş materiallarına əlavə olunan Masallı Rayon “Asan Xidmət” Mərkəzinin Notariat Kontorunun İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli 173 saylı məktubun məzmunundan görünür ki, xx.xx.2006-cı il tarixdə vəfat etmiş mərhum atası X8 ünvan 1 ünvanda yerləşən miras əmlakların qəbulu ilə əlaqədar notariat ofisinə xx.xx.2023-cü il tarixdə yazılmış ərizəsinə baxılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən (vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.) Əsasən, mirasın qəbul edildiyi müddəti buraxıldığı üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248-ci maddəsinə əsasən, müddətin bərpası üçün məhkəməyə müraciət edilməsi təklif olunmuşdur. İş materiallarına əlavə olunan Masallı Rayon “Asan Xidmət” Mərkəzinin Notariat Kontorunun İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli 174 saylı məktubdan görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş mərhum anası X21 ünvan 1 ünvanda yerləşən miras əmlakların qəbulu ilə əlaqədar notariat ofisinə xx.xx.2023-cü il tarixdə yazılmış ərizəsinə baxılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən (vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.) Əsasən, mirasın qəbul edildiyi müddəti buraxıldığı üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248-ci maddəsinə əsasən, müddətin bərpası üçün məhkəməyə müraciət edilməsi təklif olunmuşdur. İş materiallarında olan X13 notariat qaydasında təsdiq edilmiş ərizəsindən görünür ki, atası X3 miras qalmış əmlakı faktiki qəbul etməmiş, qəbul etmək niyyətində deyildir. Gələcəkdə bununla bağlı heç bir məhkəmə orqanlarına müraciət etməyəcəkdir. Ona düşən payı qardaşı İddiaçı verməsini təsdiq etmişdir. İş materiallarında olan X13 notariat qaydasında təsdiq edilmiş ərizəsindən görünür ki, anası X17 miras qalmış əmlakı faktiki qəbul etməmiş, qəbul etmək niyyətində deyildir. Gələcəkdə bununla bağlı heç bir məhkəmə orqanlarına müraciət etməyəcəkdir. Ona düşən payı qardaşı İddiaçı verməsini təsdiq etmişdir. İş materiallarında olan X4 notariat qaydasında təsdiq edilmiş ərizəsindən görünür ki, atası X3 miras qalmış əmlakı faktiki qəbul etməmiş, qəbul etmək niyyətində deyildir. Gələcəkdə bununla bağlı heç bir məhkəmə orqanlarına müraciət etməyəcəkdir. Ona düşən payı qardaşı İddiaçı verməsini təsdiq etmişdir. İş materiallarında olan X4 notariat qaydasında təsdiq edilmiş ərizəsindən görünür ki, anası X17 miras qalmış əmlakı faktiki qəbul etməmiş, qəbul etmək niyyətində deyildir. Gələcəkdə bununla bağlı heç bir məhkəmə orqanlarına müraciət etməyəcəkdir. Ona düşən payı qardaşı İddiaçı verməsini təsdiq etmişdir. İş materiallarında olan X5 notariat qaydasında təsdiq edilmiş ərizəsindən görünür ki, atası X3 miras qalmış əmlakı faktiki qəbul etməmiş, qəbul etmək niyyətində deyildir. Gələcəkdə bununla bağlı heç bir məhkəmə orqanlarına müraciət etməyəcəkdir. Ona düşən payı qardaşı İddiaçı xeyrinə imtina etmişdir. İş materiallarında olan X5 notariat qaydasında təsdiq edilmiş ərizəsindən görünür ki, anası X17 miras qalmış əmlakı faktiki qəbul etməmiş, qəbul etmək niyyətində deyildir. Gələcəkdə bununla bağlı heç bir məhkəmə orqanlarına müraciət etməyəcəkdir. Ona düşən payı qardaşı İddiaçı xeyrinə imtina etmişdir. S.Əliyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarına uyğun olaraq «Məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir». “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə Məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsində qeyd edilir ki, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin1134.1-ci maddəsinə əsasənqanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci Maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-i maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə vərəsələr – ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) sayılırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Məhkəmə müəyyən edir ki, İddiaçı mərhum atası X3 və anası X17 miras qalmış torpaq sahələrini faktiki qəbul etməsi mülki işin mübahisəsiz halıdır. Belə ki, məhkəmə araşdırması zamanı iş materiallarına əlavə edilmiş Masallı rayon icra hakimiyyəti başçısının Çaxırlı kənd inzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş arayışla bu fakt öz təsdiqini tapır. İddiaçı bunu mərhum valideynlərindən miras qalmış fərdi yaşayış evində yaşamaqla, həmçinin ona və ailə üzvlərinə mülkyyət hüququ ilə verilmiş kənd təsərrüfatı təyinatlı pay torpağını əkib-becərməklə həyata keçirmişdir. Məhkəmə qeyd edir ki, Masallı rayonu Kəlbəhüseynli kəndində yerləşən, Masallı Rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1998-ci il tarixli 25 saylı qərarına əsasən JN- 047A Kod 80525028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə ümumi birgə mülkiyyətdə olan əmlak üzrə paylar müəyyən edilməlidir. Belə ki, ümumi birgə mülkiyyətdə olan əmlakda miras qoyan X8 və X21 1/3 payı vardır. Həmçinin qeyd olunmalıdır ki, ümumi mülkiyyətdə olan digər mülkiyyətçilərin də həmin ümumi mülkiyyətdə 1/3 payları vardır. Belə olan halda ümumi mülkiyyətdə olan torpaq sahəsi üzrə paylar aşağıdakı kimi müəyyən edilir: X8 1/3, X21 1/3, İddiaçı 1/3 payı. Odur ki, məhkəmə qeyd edir ki, iddiaçının mərhum anası X17 və atası X3 miras qalmış Masallı rayonu Kəlbəhüseynli kəndində yerləşən, Masallı Rayon Aqrar İslahat Komissiyasının16 iyun 1998-ci il tarixli 25 saylı qərarına əsasən JN-047A Kod 80525028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,12 hektar həyətyanı torpaq sahəsinin onların hər birinin payına düşən 1/3 paya miras əmlak olaraq birinci növbə vərəsə İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Həmçinin, məhkəmə qeyd edir ki, Masallı rayonu Kəlbəhüseynli kəndində yerləşən, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022ci il tarixli ********** qeydiyyat nömrəli, **********33 reyestr nömrəli Çıxarışla və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli, **********34 reyestr nömrəli Çıxarışla ümumi birgə mülkiyyətdə olan əmlak üzrə paylar müəyyən edilməlidir. Belə ki, nəzəri cəhətdən ümumi birgə mülkiyyətdə olan əmlakda miras qoyan X8 və X21 1/5 payı vardır. Həmçinin qeyd olunmalıdır ki, ümumi mülkiyyətdə olan digər mülkiyyətçilərin də həmin ümumi mülkiyyətdə 1/5 payları vardır. Belə olan halda ümumi mülkiyyətdə olan torpaq sahəsi üzrə paylar aşağıdakı kimi müəyyən edilir: X36 1/5, X18 1/5, X26 1/5, X8 1/5, X21 1/5 payı. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının mərhum atası X8 və anası X21 miras qalmış Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli, **********33 reyestr nömrəli Çıxarışda göstərilən 1.2546 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli, **********34 reyestr nömrəli Çıxarışda göstərilən 0.2623 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən X1 və X21 payına düşən 1/5 paya miras əmlak olaraq birinci növbə vərəsə İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Məhkəmə İddiaçı mərhum anası X21 və atası X8 payını faktiki qəbul etməsini müəyyən etdiyindən, son nəticədə onun payının 3/5 kimi müəyyən edilməli olduğunu hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 87.2-ci maddəsinə əsasən məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Şərh olunanları və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 31 may 2006-cı ildə vəfat etmiş X3 və 02 iyul 2020-ci ildə vəfat etmiş X17 miras qalmış Masallı rayonu Kəlbəhüseynli kəndində yerləşən, Masallı Rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1998-ci il tarixli 25 saylı qərarına əsasən JN-047A Kod 80525028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə nəzərdə tutulmuş torpaq sahəsinin mərhumların payına düşən hissəsinə birinci növbəli vərəsə kimi İddiaçı hüquqları tanınmaqla onun mirası faktiki qəbul etməsi müəyyən edilsin. 31 may 2006-cı ildə vəfat etmiş X3 və 02 iyul 2020-ci ildə vəfat etmiş X17 miras qalmış Masallı rayonu Kəlbəhüseynli kəndində yerləşən, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli, **********33 reyestr nömrəli Çıxarışda nəzərdə tutulmuş torpaq sahəsinin mərhumların payına düşən hissəsinə birinci növbəli vərəsə kimi İddiaçı hüquqları tanınmaqla onun mirası faktiki qəbul etməsi müəyyən edilsin. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli, **********33 reyestr nömrəli Çıxarışa əsasən verilmiş 1.2546 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində paylar aşağıdakı kimi müəyyən edilsin: X36 1/5, X18 1/5, X26 1/5, İddiaçı 3/5. 31 may 2006-cı ildə vəfat etmiş X3 və 02 iyul 2020-ci ildə vəfat etmiş X17 miras qalmış Masallı rayonu Kəlbəhüseynli kəndində yerləşən, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli, **********34 reyestr nömrəli Çıxarışda nəzərdə tutulmuş torpaq sahəsinin mərhumların payına düşən hissəsinə birinci növbəli vərəsə kimi İddiaçı hüquqları tanınmaqla onun mirası faktiki qəbul etməsi müəyyən edilsin. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli, **********34 reyestr nömrəli Çıxarışa əsasən verilmiş 0.2623 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində paylar aşağıdakı kimi müəyyən edilsin: X36 1/5, X18 1/5, X26 1/5, İddiaçı 3/5. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-1101/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1101/2023
20.04.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver