Məhkəmə qərarları › İş №2(050)-1108/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1108/2024

10.10.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1108/2024 10.10.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, üçünçü şəxslər Masallı Regional “Asan Xidmət” mərkəzində notariat ofisinə və qeyrilərinə qarşı miras əmlakın qəbul edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum əmisi X9 miras qalmış Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət reyestri xidmətinin 18 yanvar 2008-ci il tarixli, **********2 qeydiyyat nömrəli, **********41-10301 reyestr nömrəli çıxarışa əsasən Masallı şəhəri, Qurtuluş küçəsində yerləşən 0.6 ha torpaq sahəsində olan 1 mərtəbəli, 3 otaqlı, 59,04 kv.metr yaşayış, 49,62 kv.metr köməkçi sahədən ibarət olan evə və həyətyanı torpaq sahəsinə qanun üzrə vərəsə kimi onun tanınması və həmin daşınmaz əmlaka mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Masallı şəhərində qeydiyyatda olmaqla yaşayır. Fərdi əməklə məşğul olaraq ailəsini dolandırır. X2 onun əmisi olmuş, xx.xx.1941ci ildə Masall rayonunda anadan olmuş, xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Mərhum əmisi X40 ilə rəsmi nikaha daxil olmuş, övladları olmadığından X22 rəsmi olaraq övladlığa götürmüşdür. Əmisi Nəriman və onun arvadı Mərifət xəstə olduqlarından onlara o, qulluq etmiş, onların maddi və mənəvi tələbatlarını qarşılamışdır. Nərimanın qızı Arzu Salayeva iflic xəstəsi olmuş və xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. Qızlarının vəfatından sonra əmisi və yoldaşının səhətləri daha da pisləşdiyindən yataq xəstəsi olmuşlar. Əmisi və onun həyat yoldaşı vəfat edənə kimi o, baxmışdır. Qeyd etdiyi kimi X33 xx.xx.2022-ci il tarixdə, arvadı X40 xx.xx.2022-ci il tarixdə vəfat etmişlər. Mərhum əmisi X15 evi Masallı şəhəri, Qurtuluş küçəsində yerləşən 0.6 ha torpaq sahəsində olan 1 mərtəbəli, 3 otaqlı, 59,04 kv.metr yaşayış, 49,62 kv.metr köməkçi sahədən ibarətdir. Mərhumların sağlığında və ondan sonrakı dövrdə də, miras qalmış evi və həyətyanı sahəsini o, istifadə və idarə edir. Mərhum əmisi X15 bacı və qardaşları hamısı vəfat etmiş, mərhumun birinci növbə vərəsəsi qalmamışdır. Mərhumun ikinci növbə vərəsəsi olaraq mirası o, qəbul etmişdir. Mirasla bağlı cavandehlər və digər şəxslərlə aralarında fikir ayrılığı yoxdur. Masallı regional “Asan xidmət” mərkəzində yerləşən notariat orqanı hansı əsasa görə imtina etdiyini anlamır. Ona görə də, məhhəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclası zamanı iddiasını müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək məhkəmədən iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Masallı regional “Asan Xidmət” mərkəzinin notariat məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəməyə gəlməmişdir. Lakin, notarius X57 məhkəməyə ünvanladığı məktubda məhkəmə iclasına iş yükünün ağırlığı ilə əlaqədar gələ bilmədiyi üçün işə onların iştirakı olmadan baxaraq müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, üçünçü şəxslər X34, X16, X10, X35, X11, X5, X12, X6, X17, X3 və X7 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsələr də, onlar məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş: - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya MH, 18 yanvar 2008-ci il tarixli, ******* nömrəli çıxarışdan görünür ki, Masallı şəhəri, Qurtuluş küçəsində istifadəsində olan 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 59.04 kv.m yaşayış, 49,62 kv.m köməkçi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X15 adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 53 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Ölüm haqqında arayışdan görünür ki, X41 17 mart 1993-cü il tarixdə kəskin ürək, qan-damar çatmazlığı səbəbindən Masallı rayonunda ölmüşdür. - Ölüm haqqında şəhadətnamədən görünür ki, X33 30 aprel 2022-ci ildə miokard infarkt səbəbindən Masallı rayonunda ölmüşdür. - Ölüm haqqında arayışdan görünür ki, X36 31 dekabr 2008-ci ildə serebral iflic səbəbindən Masallı rayonunda ölmüşdür. - Ölüm haqqında şəhadətnamədən görünür ki, X23 19 dekabr 2001-ci ildə şəkərli diabet səbəbindən Masallı rayonunda ölmüşdür. - “X14” AQİS-dən çıxarışdan görünür ki, X40 24 dekabr 2022-ci il tarixdə vəfat etmişdir. -31 yanvar 2024-cü il tarixli, 121 nömrəli notariat hərəkətlərin aparılmasından imtina edilməsi haqqında qərardan görünür ki, İddiaçı vərəsəlik işi üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilməsi qərar alınmışdır. - Cavabdeh4 notariat qaydada təsdiq olunmuş 10 avqust 2024-cü il tarixli ərizəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X9 qalmış mirası qəbul etməmiş və qəbul etmək niyyətində deyil. Gələcəkdə müddətin bərpası ilə əlaqədar məhkəmə və digər orqanlarda iddia qaladırmayacaqdır. - Cavabdeh3 notariat qaydada təsdiq olunmuş 16 avqust 2024-cü il tarixli ərizəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş əmisi X15 ölümündən sonra miras qalmış əmlakdan xx.xx.1993-cü ildə atası X27 düşən paydan ona çatası hissəni faktiki qəbul etməmiş, qəbul etmək niyyətində deyil. Gələcəkdə bununla bağlı heç bir məhkəmə orqanlarına müraciət etməyəcək. Bununla bağlı hər-hansı mübahisə olarsa bütün məsuliyyəti öz üzrəinə götürür. - Cavabdeh1 notariat qaydada təsdiq olunmuş 16 avqust 2024-cü il tarixli ərizəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş əmisi X15 ölümündən sonra miras qalmış əmlakdan xx.xx.1993-cü ildə atası X27 düşən paydan ona çatası hissəni faktiki qəbul etməmiş, qəbul etmək niyyətində deyil. Gələcəkdə bununla bağlı heç bir məhkəmə orqanlarına müraciət etməyəcək. Bununla bağlı hər-hansı mübahisə olarsa bütün məsuliyyəti öz üzrəinə götürür. - Cavabdeh2 notariat qaydada təsdiq olunmuş 13 avqust 2024-cü il tarixli ərizəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş əmisi X15 ölümündən sonra miras qalmış əmlakdan xx.xx.1993-cü ildə atası X27 düşən paydan ona çatası hissəni faktiki qəbul etməmiş, qəbul etmək niyyətində deyil. Gələcəkdə bununla bağlı heç bir məhkəmə orqanlarına müraciət etməyəcək. Bununla bağlı hər-hansı mübahisə olarsa bütün məsuliyyəti ğz üzrəinə götürür. -Masallı RİHB-nin Masallı şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəsinin 26 aprel 2023-cü il tarixli, 972 nömrəli məktubdan görünür ki, İddiaçı ünvan 1 ünvanında yaşayır və onun ailə üzvləri-anası xx.xx.1935-ci il təvəllüdlü X28, qardaşı xx.xx.1971-ci il təvəllüdlü Cavabdeh1 və qızı xx.xx.1998-ci il təvəllüdlü X13r. -Masallı RİHB-nin Masallı şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəsinin 09 sentyabr 2024-cü il tarixli, 5-66-1/2-318/2024 nömrəli məktubdan görünür ki, Masallı şəhər sakini olmuş X2nun onunla yaşamış X23 (həyat yoldaşı, vəfat edib), X40 (ikinci həyat yoldaşı, vəfat edib), X36 (vəfat edib). Masallı şəhər sakini olmuş mərhum Zərbiyeva (Salayeva) Gülarə Saleh qızının onunla yaşayan və yaşamış X8 (həyat yoldaşı, vəfat edib), X18, X19, X12, X4, X6, X20 (vəfat edib), X21 (vəfat edib) adlı vərəsələri müəyyən edilmişdir. Məhkəmə iddiaçını dinləyib, işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Eyni Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə vərəsələr – ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) sayılırlar. 1159.2-ci maddəsinə əsasən ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı miras qoyan X2nun qardaşı qızı olmaqla ikinci növbə vərəsəsidir. Miras qoyan Nəriman Salayev 30 aprel 2022-ci ildə vəfat etmişdir. Miras əmlak Masallı şəhəri, Qurtuluş küçəsində yerləşən 0.6 ha torpaq sahəsində olan 1 mərtəbəli, 3 otaqlı, 59,04 kv.metr yaşayış, 49,62 kv.metr köməkçi sahədən ibarət olan ev və həyətyanı torpaq sahəsindən ibarətdir. Miras qoyanın birinci növbə vərəsəsi yoxdur. İkinci növbə olan digər vərəsələr (cavabdehlər) isə onlara çatası paydan imtina etmişlər. Qeyd olunan miras əmlak ikinci növbə vərəsə kimi iddiaçı tərəfindən faktiki olaraq qəbul edilmiş və onun tərəfindən idarə olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna obyektiv, hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməklə X1 miras qalmış Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya MH, 18 yanvar 2008-ci il tarixli, ******* nömrəli çıxarışa əsasən Masallı şəhəri, Qurtuluş küçəsində yerləşən 0.6 ha torpaq sahəsində olan 1 mərtəbəli, 3 otaqlı, 59,04 kv.metr yaşayış, 49,62 kv.metr köməkçi sahədən ibarət olan fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin qanun üzrə ikinci növbə vərəsə İddiaçı tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. X1 miras qalmış Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya MH, 18 yanvar 2008-ci il tarixli, ******* nömrəli çıxarışa əsasən Masallı şəhəri, Qurtuluş küçəsində yerləşən 0.6 ha torpaq sahəsində olan 1 mərtəbəli, 3 otaqlı, 59,04 kv.metr yaşayış, 49,62 kv.metr köməkçi sahədən ibarət olan fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin qanun üzrə ikinci növbə vərəsə İddiaçı tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar