Məhkəmə qərarları › İş №2(050)-1109/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1109/2024

13.06.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1109/2024 13.06.2024 MASALLI RAYON MƏHKƏMƏSİ X12 Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Vəkil və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, üçüncü şəxs Masallı Regional “ASAN- Xidmət” Mərkəzində Notariat Kontoruna qarşı miras əmlakın qəbul edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 üçüncü şəxs Masallı Regional “ASAN- Xidmət” Mərkəzində Notariat Kontoruna qarşı miras əmlakın qəbul edilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum əri X2 miras qalmış BMW 530 minik markalı ** SV *** dövlət qeydiyyat nişanlı avtomobilə qanun üzrə vərəsə kimi onun, yəni İddiaçı tanınması və həmin avtomobilə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində tələbi onunla əsaslandırmışdır ki, xx.xx.1983-cü il tarixdə Masallı rayonunda anadan olmuşdur. Hal-hazırda Masallı şəhərində yaşayır. Mərhum əri X6 ilə xx.xx.2016-cı ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Rəsmi nikahlarından övladları olmamışdır. X10 uzun sürən xəstəlikdən sonra xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Mərhum əri Pərviz Abdullayevlə birgə nikahda olarkən alğı-satqı müqaviləsi əsasında onun adına BMW 530 minik markalı ** SV *** dövlət qeydiyyat nişanlı avtomobili almışdır. Pərviz Abdullayev vəfat etdikdən sonra mərhumun valideyinləri onu yola vermədiklərindən evi tərk etmək məcburiyyətində qalmıdşır. Mərhumun 40 mərasimini keçirdikdən sonra mərhumun valideyinlərində olan cehiz əmlaklarında götürmüşdür. Avtomobili isə qarşılıqlı razılıq əsasında bölə bilməmişlər. Avtomobili notariat orqanında rəsmiləşdirmək istəsə də, cavabdehlər səbəbsiz mübahisə çıxartdıqlarından rəsmiləşdirə bilməmişdir. Hətta onun tərəfindən avtomobilin mərhumun valideyinlərinə çatası hissəsinə münasibətdə pulunu vermək istəsə də razılaşa bilməmişlər. Miras əmlakın qəbul olunması barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı nümayəndəsi Vəkil məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddia tələbi üzrə qanuna uyğun qərar qəbul edilməsini məhkəmənin öhdəsinə buraxdığını bildirdi. Üçüncü şəxs Masallı Regional “ASAN-Xidmət” Mərkəzində Notariat Kontoru tərəfindən məhkəməyə ərizə göndərilərək işə səlahiyyətli nümayəndənin iştirakı olmadan baxaraq qanuna müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddələrinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsasən tərələrin izahatını, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan AD N 965758 nömrəli X7 Şəhadətnaməsindən görünür ki, ** SV *** dövlət qeydiyyat nömrəli, BMW 530 minik markalı avtomobilin sahibi X4r. İş materiallarında olan Masallı rayon icra hakimiyyəti başçısının Masallı şəhər inzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2247 nömrəli arayışdan görünür ki, Eminova (Abdullayeva) Şəfa Əbülfəz qızının mərhum əri X6 xx.xx.2023-cü ildə vəfat etmişdir. Mərhumun daimi yaşayış yeri Masallı şəhəri Seybətin küçəsi ev 9 olmuş, vəfat edənədək onunla yaşamış X9, Cavabdeh1, Cavabdeh2 adlı vərəsələri qalmışdır. X1 qeydiyyatından çıxıb gedənləri yoxdur. X1 yuxarıda qeyd olunan vərəsələrindən başqa digər vərəsələri barədə məlumat yoxdur. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X6 03 iyul 2023cü ildə Bədxassəli yenitörəmə xəstəliyindən Masallı şəhərində ölmüşdür. Bu barədə xx.xx.2023-cü ildə 587 saylı qeyd aparılmışdır. İş materiallarında olan nikah haqqqında şəhadətnamədən görünür ki, X6 ilə X9 arasında 02 dekabr 2016-cı ildə Masallı rayon Qeydiyyat şöbəsində 698 nömrə ilə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Abdullayeva soyadı verilmişdir. İş materiallarına əlavə olunan Masallı Rayon “Asan Xidmət” Mərkəzinin Notariat Kontorunun İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli 15 saylı məktubdan görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X2 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə xx.xx.2024-cü il tarixli ərizə və ona əlavə olunmuş sənədlər nəzərdən keçirildikdə müəyyən olundu ki, vərəsələr arasında mübahisə olduğuna görə vərəsəlik işini notarial qaydada rəsmiləşdirmək mümkün olmadığı üçün sənədlər məhkəməyə müraciət olunması təklif olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-i maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı Birinci növbədə vərəsələr – ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) sayılırlar. Eyni məcəllənin 1159.2-ci maddəsində qeyd edilmişdir ki, İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar Həmin Məcəllənin 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasənvərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-ci maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Göstərilənlərə əsasən məhkəmə belə hesab edir ki, İddiaçı mərhum əri X5 münasibətdə birinci növbədə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mərhum oğlanları X5 münasibətdə birinci növbə vərəsədirlər. İddiaçı miras əmlak olan avtomobili faktiki qəbul etmişdir. Həmçinin ölmüş şəxsin digər vərəsələri miras əmlakı faktiki qəbul etməmişlər. Odur ki, iddia qeyd olunan hissədə əsaslıdır və təmin edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməklə AD N 965758 nömrəli X7 Şəhadətnamədə göstərilən xx.xx.2023-cü il tarixdə ölmüş X2 miras qalmış ** SV *** dövlət qeydiyyat nömrəli, BMW 530 minik markalı avtomobilin vərəsə İddiaçı tərəfindən faktiki qəbul edilmiş hesab edilməli, o həmin miras əmlaka qanun üzrə vərəsə kimi tanınmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanları və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. AD N 965758 nömrəli X7 Şəhadətnamədə göstərilən xx.xx.2023-cü il tarixdə ölmüş X2 miras qalmış ** SV *** dövlət qeydiyyat nömrəli, BMW 530 minik markalı avtomobil vərəsə İddiaçı tərəfindən faktiki qəbul edilmiş hesab edilsin və o həmin miras əmlaka qanun üzrə vərəsə kimi tanınsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar