Məhkəmə qərarları › İş №2(050)-1127/2024

Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-1127/2024

01.04.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-1127/2024 01.04.2024 MASALLI RAYON MƏHKƏMƏSİ X1 (sədrlik edən), məhkəmə iclas katibi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cehiz əşlayarının çıxarılması tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, işin baxılmağa hazırlanması mərhələsində baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı cehiz əşlayarının çıxarılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus yastıq 6 ədəd, döşəkcə 4 ədəd, uşaq ədyalı 2 ədəd, döşək üzü 1 ədəd, böyük yorğan 2 ədəd, uşaq yorğanı 1 ədəd, xalça 1 ədəd, yataqüstü pokrıval 2 ədəd, yastıq üzü 3 ədəd, pərdə 1 ədəd, yorğan çexolu 4 ədəd, prastina 6 ədəd, yastıq üzü 6 ədəd, qətvə 3 ədəd, uşaq qətvəsi 1 ədəd, əl üz dəsmalı 4 ədəd, stol üstü süfrə 1 ədəd, kreslo üstü 3 ədəd, ütü stolu 1 ədəd, çay qaşığı 6 ədəd, xörək qaşığı 12 ədəd, çəngəl 8 ədəd, yağ bıçağı 5 ədəd, servislər 1 böyük, 1 kiçik yağ qabı, meyvə qabı 2 ədəd, uzun aş buludu 1 ədəd, yumuru aş buludu 2 ədəd, dayaz boşqab 5 ədəd, dərin boşqab 6 ədəd, şimiyyat boşqabı 6 ədəd, salat boşqabı 6 ədəd, böyük salat qabı 2 ədəd, kiçik bulud 1 ədəd, böyük dəm çayniki 1 ədəd, pesok qabı 2 ədəd, qəhvə fincanı 6 ədəd, kompot qrafıni 1 ədəd, yaşıl bəzəkli kompot stəkanı 5 ədəd, cəhrayı bəzəkli kompot stəkanı 5 ədəd, üç mərtəbəli konfet qabı 1 ədəd, kauçuk çörək qabı 1 ədəd, kiçik bəzəksiz armudu stəkan 10 ədəd, kiçik sarı bəzəkli armudu stəkan 5 ədəd, balaca qənd qabı 6 ədəd, altı qənd-konfet qabı 1 ədəd, kauçuk qənd qabı 3 ədəd, mürəbbə üçün razetka 3 ədəd, sadə dayaz yemək boşqabı 5 ədəd, dərin boşqab 3 ədəd, kiçik salat pendir boşqabı 6 ədəd, kiçik kasa 2 ədəd, kauçuk duz qabı 6 ədəd, üstur 1 ədəd, yataq mebeli (şifoner, taxt, termo, servant) 1 ədəd, qənd kəlbətini 1 ədəd, ləpəçəkən maşın 1 ədəd, tava 2 ədəd, qazan 6 ədəd, sini 1 ədəd, aşsüzən 1 ədəd, qazan qapağı 6 ədəd, kəfkir 1 ədəd cehiz əşyalarının onun mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq y/m, 18-ci küçə, ev 161 nömrəli evdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında mülki işə baxılması ilə əlaqədar ərazi aidiyyəti məsələsi mübahisələndirilmiş, iddiaçının qeydiyyatda olduğu ünvan üzrə işin aidiyyəti üzrə göndərilməsinin qanuna uyğun olduğunu müəyyən etmişdir. İddiaçının Azərbaycan Respublikası vətandaşının şəxsiyyət vəsiqəsindən və qeydiyyat vəsiqəsindən görünür ki, İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq y/m, 18-ci küçə, ev 161-də qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. 32.3. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 35.2. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. 39.1. Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. 40.1. Ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumun 2 iyun 2021-ci il tarixli qərarına əsasən qeyd olunur ki, Mülki prosessual qanunvericiliyin ərazi aidiyyətinə dair normalarından görünür ki, qanunvericinin ərazi aidiyyətinin müəyyənləşdirilməsində başlıca məqsədi: - şəxslərin məhkəməyə əlçatanlığının; - işlərə ağılabatan müddətdə baxılmasının; - prosessual qənaət prinsipinin; - ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsidir. Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: - daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; - daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; - sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Beləliklə, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Məhz bu baxımdan məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Bununla əlaqədar, Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqeyə əsasən məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə o, qanunla dəqiq müəyyən edilməlidir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə icraatı qaydasında baxılmasına dair qeyrimüəyyənlik yaranmış olur. Belə qeyri-müəyyənlik işə məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarada, son nəticədə isə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün edə bilər (Konstitusiya Məhkəməsi Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair” 6 oktyabr 2012-ci il tarixli; “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” 4 aprel 2012-ci il tarixli qərarları). Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini və aydın başa düşülməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyri-müəyyənliyin yaranması ilə yanaşı, məhkəmələr tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının 10 iyun 1997-ci il tarixli Qanununun 15-ci maddəsinə əsasən işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Məhkəmə iş materialları ilə birlikdə müzakirə edərək hesab edir ki, mülki prosessual qanunvericiliyə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Qanunda başqa hal nəzərdə tutulmamışdırsa, iddia iddiaçının rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İş materillarından göründüyü kimi iddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq y/m, 18-ci küçə, ev 161-də qeydiyyatdadır, qanunda da bu kateqoriya işlərə baxılmasını başqa cür qaydası nəzərdə tutulmamışdır, buna görə də mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44,45,167,184,263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı cehiz əşlayarının çıxarılması tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar