Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1129/2023 18.05.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X5 miras qalmış Masallı rayonu, Kolatan kəndində yerləşən Torpağa mülkiyyət hüququna dair JN-176A saylı şəhadətnamədə qeyd edilmiş 0.06 ha həyatyanı torpaq sahəsin onun tərəfindən miras əmlak kimi qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Masallı rayonu, Kolatan kəndində yaşayır. X3 26 fevral 2007-ci ildə Masallı rayonu, Kolatan kəndində vəfat etmişdir. O, vəfat edənə qədər mülkiyyətində 0.06 ha həyətyanı topaq sahəsi olmuşdur. Hal-hazırda həmin torpaq sahəsi miras əmlak kimi qalmışdır. Həmin torpaq sahəsi hal-hazırda onun istifadəsindədir. X3 vəfat edənə qədər onun yeganə birinci növbəli vərəsəsi olan qızı X13, yəni onun doğma anası nənəsinin yeganə övladı olmuş və 24 iyun 1976-cı ildə vəfat etmişdir. Nənəsi Z.Abbasovanın vəfatından sonra qalan miras əmlakdan onun qızı, yəni anası X4 olsa idi pay almaq hüquqi var idi. O, anasının vəfatından sonra anasının yeganə övladıdır. Ondan başqa miras qoyan nənəsinin birinci növbəli vərəsəsi yoxdur. Ərizəçinin nümayəndəsi-vəkili Nümayəndə məhkəmə iclası zamanı ərizəni müdafiə edib, ərizədə göstərilənlərə uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Masallı regional “Asan Xidmət” mərkəzinin notariat kontoruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəməyə gəlməmişdir. Lakin, notarius Əlövsət İbrahimov məhkəməyə ünvanladığı məktubda məhkəmə iclasına iş yükünün ağırlığı ilə əlaqədar gələ bilmədiyi üçün işə onların iştirakı olmadan baxaraq müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş: Ölüm haqqında arayışdan görünür ki, X14 24 fevral 2007-ci ildə kəskin böyrək çatmazlığı səbəbindən Masallı rayonu, Kolatan kəndində ölmüşdür. Ölüm haqqında arayışdan görünür ki, X13 24 iyun 1976-cı ildə mədəaltı vəzinin xərçəngi səbəbindən Masallı rayonu, Kolatan kəndində ölmüşdür. Doğum haqqında arayışdan görünür ki, X15 xx xxxx 1958-ci ildə Masallı rayonu, Kolatan kəndində anadan olmuşdur. X2r. Masallı rayon Qeydiyyat şöbəsinin 28 fevral 2023-cü il tarixli arayışından görünür ki, Masallı rayon Qeydiyyat şöbəsinin arxivində 1947-1953-cü illər üzrə aparılmış yoxlama zamanı X7 doğum haqqında akt qeydi aşkar edilməmişdir. JN-176A, kod 80506029 nömrəli torpağa mülkiyyətə hüququna dair şəhadətnamədən görünür ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 24 iyul 1998-ci il tarixli, 34 saylı qərarı ilə Masallı rayonu, Kolatan kənd sakini X11 fərdi yaşayış evinin tikintisi üçün 0.06 hektar həyatyanı torpaq sahəsi verilmişdir. Masallı RİHB-nin Böyük Kolatan kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsinin 20 fevral 2023-cü il tarixli, 5-66-13/2-17/2023 nömrəli məktubdan görünür ki, X8 hal-hazırda nəvəsi X6 başqa heç bir vərəsəsi yoxdur. (Qohumlarının dediyinə istinadən). Məhkəmə ərizəçinin nümayəndəsi-vəkilinin dinləyib, işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Eyni Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə vərəsələr – ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) sayılırlar. 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, Ərizəçi miras qoyan X8 nəvəsidir. Miras qoyan Zeynəb Abbasova 24 fevral 2007-ci ildə, onun övladı (ərizəçinin anası) X13 isə 24 iyun 1976-cı ildə vəfat etmişdir. Miras əmlak Masallı rayonu, Kolatan kəndində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsindən ibarətdir. Miras qoyanın Ərizəçi başqa vərəsəsi yoxdur. Ərizəçi qanun üzrə yeganə birinci növbə vərəsədir. Qeyd olunan miras əmlak birinci növbəli vərəsə kimi ərizəçi tərəfindən faktiki olaraq qəbul edilmiş və onun tərəfindən idarə olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna obyektiv, hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməklə X1 miras qalmış Masallı rayonu, Kolatan kəndində yerləşən 0.06 hektar həyatyanı torpaq sahəsinin Ərizəçi tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. X1 miras qalmış Masallı rayonu, Kolatan kəndində yerləşən 0.06 hektar həyatyanı torpaq sahəsinin Ərizəçi tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №2(050)-1129/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1129/2023
18.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver