Məhkəmə qərarları › İş №2(050)-1139/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1139/2024

25.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1139/2024 25.04.2024 MASALLI RAYON MƏHKƏMƏSİ X5 (sədrlik edən), məhkəmə iclasının katibi X4, maraqlı şəxs X7 iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X8 ilə birgə nikahlarından anadan olmuş X6 adlı uşaqlarının xx.xx.2023-cü il tarixdə doğulması faktının müəyyən edilməsi, doğum akt qeydlərində ata adının X8, ana adının Ərizəçi, doğum yerinin Masallı rayonu, Köhnə Zuvand kəndi kimi göstərilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, xx.xx.1992-ci ildə Masallı rayonu Zuvandlı kəndində anadan olmuş və hazırda Masallı rayonu, Zuvandlı kəndində yaşayır. X8 ilə xx.xx.2011-ci il tarixdə nikaha daxil olmuş və birgə nikahlarından 3 uşaqları anadan olmuşdur. Uşaqlarından sonuncusu xx.xx.2023-cü il tarixdə X6 adında oğlan uşağı anadan olmuşdur. X19 kəndində ev şəraitində anadan olmuş, uşağın həmin gün xəstəxanaya aparılması mümkün olmamışdır. Buna görə də məcburi olaraq doğuş ev şəraitində olmuşdur. Doğuşun səhəri günü Masallı Rayon Mərkəzi Xəstəxanasına məlumat verilmiş, lakin uşaq xəstəxanada anadan olmadığı üçün xəstəxana tərəfindən doğumla bağlı qeydiyyat aparılmamışdır. O, uşağının hamiləlik dövründə dəfələrlə xəstəxanada müayinə və müalicələrdə olmuş, lakin doğuş zamanı xəstəxanaya çatıdırılması mümkün olmadığı üçün ev şəraitində uşaq anadan olmuşdur. Masallı RMX-sı tərəfindən verilmiş xx.xx.2024cü il tarixli arayışdan görünür ki, uşağın dünyaya gətirilməsi ilə bağlı heç bir məlumat daxil olmamışdır. Həmçinin, Maraqlı şəxs tərəfindən verilmiş arayışdan görünür ki, doğumla bağlı qeydiyyat aparılmamışdır. Hazırda uşağın doğulması ilə bağlı sənədlər alınması zəruridir, həmin sənədlərin alınması başqa qaydada mümkün deyildir. Odur ki, ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, ərizəçi onun gəlinidir. Oğlu Rövşən ilə Rəvanə ailə həyatı qurmuşlar. Nikahlarını rəsmi qeyd etdirmişlər birgə nikahlarından üç nəfər uşaqları olmuşdur. Uşaqlardan biri yəni, Bəxtiyar ev şəraitində dünyaya gəlmişdir. O, da həmin doğuş zamanı orada olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, ərizəçi onun qonşusudur. Rövşən ilə Rəvanə ailə həyatı qurmuşlar. Birgə nikahlarından üç nəfər uşaqları olmuşdur. Uşaqlardan biri yəni, Bəxtiyar ev şəraitində dünyaya gəlmişdir. O, da həmin doğuş zamanı orada olmuşdur. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini diləyib, iş materillarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Masallı rayon Mərkəzi Xəstəxanası “Publik Hüquqi şəxsi” tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 18-1-60/3-398/2024 nömrəli arayışda qeyd olunmuşdur ki, Ərizəçi Masallı rayon Mərkəzi Xəstəxanası “Publik Hüquqi şəxsi”də uşaq dünyaya gətirməsi ilə bağlı heç bir məlumat daxil olmamışdır. İş materiallarında olan Masallı rayonu X20 məntəqəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2 nömrəli arayışda qeyd olunmuşdur ki, Ərizəçi 01 noyabr 2023-cü il tarixdə Köhnə Zuvand kəndində ev şəraitində hamiləlikdən azad olunmuş və bir oğlan uşağı dünyaya gəlmişdir. Uşaq hal-hazırda sağ-salamat Köhnə Zuvand kəndində yaşayır. İş materiallarında olan Maraqlı şəxs tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 3-16-5/8-215-2023 nömrəli məktubdan görünür ki, Maraqlı şəxs arxivində saxlanılan ilkin və doğum bərpa akt qeydləri, eləcədə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və 01 noyabr 2023-cü il tarixdə X1 doğum haqqında akt qeydi aşkar edilməmişdir. Doğum haqqında şəhadətnamə doğum haqqında akt qeydi əsasında verildiyindən ərizəni təmin etmək mümkün olmamışdır. Doğum faktının müəyyən edilməsi ilə əlaqədar aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüquqları ərizəçiyə izah edilmişdir. İş materiallarına əlavə olunmuş nikah haqqında şəhadətnamədən görünür ki, X8 ilə X9 arasında 10 noyabr 2011-ci il tarixdə Masallı RİHB-nin Güllütəpə ərazi nümayəndəliyində 43 saylı nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Bəşirova soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X12 21 yanvar 2011-ci ildə Masallı şəhərində anadan olmuşdur. X2, anası Ərizəçidır. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, Bəşirova zəhra Rövşən qızı 16 fevral 2013-cü ildə Masallı rayonu, Köhnə Zuvand kəndində anadan olmuşdur. X2, anası Ərizəçidır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2 və 159.1-ci maddələrinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 168.1-ci maddəsinə əsasən doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. Həmin Məcəllənin 166.1-ci maddəsinə əsasən doğumun qeydiyyatı uşaqların doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə aparılır. «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli Qərarının 2.6-cı bəndinə əsasən həmin Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hüquqi faktın müəyyən edilməsi üçün əsaslar vardır. Ərizəçi həmin faktı təsdiq edən lazımi sübutları başqa qaydada ala bilmir. Buna görə də ərizə təmin edilməli, X1 01 noyabr 2023-cü il tarixdə Masallı rayonu Köhnə Zuvand kəndində doğulması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 234, 305, 307-311, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. X1 01 noyabr 2023-cü il tarixdə Masallı rayonu Köhnə Zuvand kəndində doğulmasının qeyd edilmə faktı müəyyən edilsin. X3 məxsus doğum akt qeydinin ata qrafasında X8, ana qrafasında isə Ərizəçi yazılsın. Doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar