Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-1142/2024 07.05.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ləyaqətsiz övlad elan edilməsi tələbinə dair mülki işə açıq məhkəmə baxış iclasında baxaraq, müəyyənetdi: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Masallı Rayon İcra Hakimiyyətinin 26 iyun 1996-cı il 556 saylı sərəncamı və Masallı VVAQ bürosunun 18 iyul 1996-cı il tarixli A3 № 003733 saylı övladlığa götürmə haqqında şəhadətnaməsi ilə övladlığa götürdüyü Cavabdeh ləyaqətsiz övlad elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını və mülki işin baxılmamış saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, ərizəni və mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0-cu və 259.0.11-cu maddələrinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 114.1.5, 259, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh qarşı ləyaqətsiz övlad elan edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddia ərizəsi ilə məhkəməyə müraciət edilən zaman dövlət rüsumuna görə ödənilmiş 100 (bir yüz) manat məbləğində pul büdcədən İddiaçı qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №2(050)-1142/2024
Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-1142/2024
07.05.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver