Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-1149/2023 04.05.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzyev Təbriz Əliniyaz oğlunun katibliyi, İddiaçı, Cavabdeh X1 iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işə məhkəmə hazırlıq iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Masallı rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 30 mart tarixli 12 nömrəli qərarı əsasında torpağın mülkiyyət hüququna dair JN-190 kod ******* saylı Dövlət Aktı ilə ona və ailə üzvlərinə verilmiş 0,94 ha zəbt olunmuş torpaq sahəsindən cavabdeh X1 çıxarılması və iddia tələbinin məhkəmədə baxılması ilə bağlı ödəmiş olduğu 100 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclası zamanı İddiaçı ərizə ilə müraciət edərək mülki işin baxılmadan geri qaytarılmasını, ödənilmiş dövlət rüsumunun geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh X3 məhkəmə hazırlıq iclası zamanı iddia ərizəsinin geri qaytarılmasına etirazının olmadığını bildirdi. Məhkəmə tərəfləri dinləyib, ərizəni və mülki işin sənədlərini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya icraata xitam verilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 114.1.3,170.1, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh X2 qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu büdcədən özünə qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №2(050)-1149/2023
Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-1149/2023
04.05.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver