Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1212/2025 21.05.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı iştirakı ilə. İddiaçı Cavabdeh və üçüncü şəxslər X8, X9, X14, X11 və Masallı Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinə qarşı mirasın qəbulu faktının müəyyən edilməsi və miras hüququnun tanınması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh, üçüncü şəxslər X8, X9, X12, X11 və Masallı Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinə qarşı mirasın qəbulu faktının müəyyən edilməsi və miras hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2009-cu ildə vəfat etmiş mərhum anası X15 miras qalmış Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********07-10301 reyestr nömrəli Çıxarışla mülkiyyətində olmuş Masallı rayonu Mollaoba kəndində yerləşən fərdi yaşayış evi ilə 0.0568 ha həyətyanı torpaq sahəsindən və xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********09 reyestr nömrəli Çıxarışla mülkiyyətində olmuş Masallı rayonu Mollaoba kəndində yerləşən 0.0432 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlakı qəbul etməyi faktının müəyyən edilməsi və həmin miras əmlaka bütünlüklə hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum valideynləri X16 ilə X28 nikahlarını xx.xx.1965-ci ildə rəsmi qeyd etdirməklə ailə həyatı qurmuşlar. Onların birgə nikahlarından onunla yanaşı Tamara, Zenfira, Afayət adlı bacıları, Əliağa, Təvəkkül, Sədaqət adlı qardaşları olmuşdur. X38 xx.xx.1966-cı il tarixdə, anası Nisə Quliyeva xx.xx.2009-cu il tarixdə, bacısı Afayət Məmmədova isə xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Vəfat edənədək mərhum anası Nisə Quliyevanın mülkiyyətində Masallı rayonu Mollaoba kəndində 0.0568 ha həyətyanı torpaq sahəsi, onun üzərində olan 2 mərtəbəli fərdi yaşayış evi, həmçinin 0.0432 ha həyətyanı torpaq sahəsi və onun üzərində 1 mərtəbəli fərdi yaşayış evi olmuşdur. Həmin daşınmaz əmlaklar Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********07-10301 reyestr nömrəli və xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********09 reyestr nömrəli Çıxarışlarla mülkiyyətdə olmaqla, qeyd olunan mülkiyyət sənədlərində yalnız mərhum anasının adı qeyd edilmişdir. Yəni sözügedən daşınmaz əmlaklar mərhum anasından miras qalmışdır. Bacıları və qardaşları ailə həyatı qurub, təsərrüfatdan ayrılmışdır. Yalnız o, mərhum anasından qalan həyətyanı torpaq sahəsində yerləşən evdə yaşamaqla təsərrüfatı idarə edib, kommunal xərcləri ödəyib mirası faktiki qəbul etmişdir. Lakin mirası sənədləşdirmək istəyərkən 3-cü şəxslər buna etiraz etməsələr də, cavabdeh notarial qaydada razılıq verməmişdir. Bu səbəbdən də mərhum anasına aid mirasla bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qanunvericiliyin tələbinə əsasən vəsiyyətnamə mövcud olmadığından hazırkı işlə bağlı qanun üzrə vərəsəliyə dair normalar tətbiq edilməli və miras birinci növbəli vərəsələr arasında bölünməlidir. Mərhum anasının valideynləri, eləcə də atası daha öncədən vəfat etdiklərindən, mərhumun birinci növbəli vərəsələri kimi yalnız övladları qalmışdır. Miras əmlakın tərkibinə gəlincə isə bu fərdi yaşayış evlərindən və həyətyanı torpaq sahələrindən ibarətdir. Həmin daşınmaz əmlaklar Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********07-10301 reyestr nömrəli və xx.xx.2021-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********09 reyestr nömrəli Çıxarışlarla mərhum anasının mülkiyyətində olmuşdur. Birinci növbəli 6 vərəsə olmaqlarına baxmayaraq, vərəsələrdən hamısı ailə qurub başqa ünvana köçmüş, yalnız o, miras əmlakı faktiki qəbul etdiyindən miras ona çatmalıdır. Miras əmakın qəbul edilməsi barədə notariat kontoruna vaxtında ərizə verməsə də, məruhmlardan qalan miras əmlaka sahiblik etməklə, təsərrüfatı idarə etməyə başlamışdır ki, qanunvericiliyin tələbinə əsasən bu hal da miras əmlakın qəbulu hesab edilir. Mərhum anasından miras qalmış əmlakı faktiki idarə etməklə qəbul etsə də, vərəsəlik şəhadətnaməsi verilməsi üçün notariat kontoruna vaxtında müraciət etməmişdir. Hazırda isə mirasın adına sənədləşdirilməsi məsələsində cavabdehlə aralarında narazılıqlar yaranmışdır. Qanunvericiliyin tələbinə əsasən miras əmlakla bağlı ixtilaflar olduğundan və miras əmlak olan torpaq sahəsi Masallı rayonu ərazisində yerləşdiyindən hazırkı iddia ərizəsinə Masallı Rayon Məhkəməsində baxılmalıdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Həmçinin iddiaçı məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, cavabdeh olan qardaşı Cavabdeh analarından miras qalmış qeyd olunan miras əmlakda özünə məxsus fərdi yaşayış inşa edərək həmin evdə yaşayır. Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X17, X18, X21, X22 və Masallı Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəməyə gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: nikahın haqqında arayışdan görünür ki, X16 ilə X28 arasında 12 fevral 1965-ci ildə Masallı rayon Boradigah qəsəbə ərazi nümayəndəliyində 01 nömrəli nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə (arvada) Quliyev (a) soyadı verilmişdir. ölüm haqqında arayışdan görünür ki, X29 xx.xx.2009-cu ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2009-cu ildə 48 saylı qeydiyyat aparılmışdır. ölüm haqqında arayışdan görünür ki, X16 xx.xx.1966-cı ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1966-cı ildə 24 saylı qeydiyyat aparılmışdır. ölüm haqqında arayışdan görünür ki, X13 xx.xx.2019-cu ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2019-cu ildə 1805 saylı qeydiyyat aparılmışdır. Doğum haqqında arayışdan görünür ki, İddiaçı xx xxxx 1958-ci il tarixdə doğulmuşdur, atası X25, anası X26r. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat, **********07-10301 reyestr nömrəli çıxarışa əsasən Masallı rayonu, Mollaoba kəndində mülkiyyətdə olan 0.0568 ha torpaq sahəsi və onun üzərində yerləşən 2 mərtəbəli, 193.6 kv.metr yaşayış sahəsindən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X23 adına daşınmaz əmlakın dövlət reyestrində 39 nömrəli reyestr kitabının 85 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat, **********09 reyestr nömrəli çıxarışa əsasən Masallı rayonu, Mollaoba kəndində mülkiyyətdə olan 0.0432 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X23 adına daşınmaz əmlakın dövlət reyestrində 156 nömrəli reyestr kitabının 85 nömrəli vərəqində qeydiyyata alınmışdır. Masallı Rayon İcra Hakimiyyəti başçısının Boradigah qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin “EV təsərrüfatlarının uçotu” kitabından çıxarışdan görünür ki, Masallı Rayon İcra Hakimiyyəti başçısının Boradigah qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Mollaoba kənd üzrə 05 saylı kitabının 38-ci səhifəsində X3 0.0432 ha torpaq sahəsində 2010-cu ildə tikilmiş 1 mərtəbəli fərdi yaşayış evi vardır. Masallı Rayon İcra Hakimiyyəti başçısının Boradigah qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 29 iyun 2021-ci il tarixli, 606 saylı arayışından görünür ki, İddiaçı anası X28 xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. Mərhumun daimi yaşayış yeri Masallı rayon Mollaoba kəndi olmuş, ölənədək onunla birlikdə yaşamış və hazırda həmin evdə yaşayan ailə üzvləri qalmışdır: oğlu Cavabdeh, qızı İddiaçı, oğlu X17 və oğlu X21. X2 ailə tərkibindən qeydiyyatdan çıxıb gedən qohumları aşağıdakılardır: qızı X19 və qızı X18. X2 yuxarıda qeyd olunan vərəsələrdən başqa digər vərəsələri yoxdur. Masallı Rayon İcra Hakimiyyəti başçısının Boradigah qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 15 oktyabr 2024-cü il tarixli, 1101 saylı arayışından görünür ki, İddiaçı mərhum anası X29 vəfat etdikdən sonra təsərrüfat onun qızı İddiaçı adına keçirilmiş və təsərrüfatı o idarə edir. 15 yanvar 2025-ci il tarixli, **********789 saylı X4 notariat ofisinə olan ərizəsindən görünür ki, xx.xx.2009-cu ildə vəfat etmiş anası X23 ölümündən sonra miras qalmış ona çatası hissəsini faktiki qəbul etməmiş, qəbul etmək niyyətində də deyil. Bununla bağlı heç bir məhkəmə orqanlarına müraciət etməyəcək. Bununla bağlı hər hansı mübahisə olarsa bütün məsuliyyəti öz üzərinə götürür. 01 sentyabr 2021-ci il tarixli, **********652 saylı X5 notariat ofisinə olan ərizəsindən görünür ki, o, xx.xx.2009-cu il tarixdə vəfat etmiş anası X23 ölümündən sonra miras əmlakı faktiki qəbul etməmiş, etmir və gələcəkdə bununla bağlı iddia qaldırmayacaq. 27 avqust 2021-ci il tarixli, **********239 saylı X6 notariat ofisinə olan ərizəsindən görünür ki, o, xx.xx.2009-cu il tarixdə vəfat etmiş anası X23 ölümündən sonra miras əmlakı faktiki qəbul etməmiş, etmir və gələcəkdə bununla bağlı iddia qaldırmayacaq. 24 avqust 2021-ci il tarixli, **********629 saylı X10 notariat ofisinə olan ərizəsindən görünür ki, o, anası X23 xx.xx.2009-cu il tarixdə vəfatından sonra qalmış miras əmlakla dair vərəsəliyi nə faktiki və yaxud notariat ofisinə ərizə verməklə qəbul etməmiş və qanunla nəzərdə tutulan vərəsəliyin qəbuluna dair 6 aylıq müddəti buraxmışdır. Hərəkətsizliyinin nəticələri ona aydındır və buraxılmış müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcək. Masallı regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən İddiaçı ünvanlanmış 15 oktyabr 2024-cü il tarixli, 1485 saylı məktubdan görünür ki, 17 dekabr 2009-cu il tarixdə vəfat etmiş anası X20 miras qalmış əmlakla vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə xx.xx.2024-cü il tarixli ərizəsi və ona əlavə olunmuş sənədlər nəzərdən keçirilərkən vərəsələr arasında mübahisə olduğu səbəbindən vərəsəlik işini notarial qaydada rəsmiləşdirmək mümkün olmadığı üçün sənədlər məhkəməyə müraciət olunması ilə əlaqədar qaytarılmışdır. S.Əliyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarına uyğun olaraq «Məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir». “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 100-cü maddəsinin 3-cü bəndinə görə Məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsində qeyd edilir ki, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Eyni Məcəllənin1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-i maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə vərəsələr – ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) sayılırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Məhkəmə qeyd edir ki, İddiaçı və Cavabdeh mərhum X15 qalmış mirası faktiki qəbul etmələri mülki işin mübahisəsiz halıdır. Belə ki, məhkəmə araşdırması zamanı iddia və ona əlavə olunmuş sənədlərlə iddiaçının mərhum anasından miras qalmış əmlakda yaşamaqla həmin əmlakı faktiki olaraq qəbul edib həmin əmlakı idarə etdiyi, həmin əmlakla bağlı kommunal xərcləri ödədiyi müəyyən edilmişdir. Həmçinin iddiaçı məhkəmə iclasında verdiyi izahatında cavabdeh olan qardaşı Cavabdeh anasından miras qalmış əmlakda fərdi yaşayış evi inşa etdiyini və həmin evdə yaşadığını qeyd etmişdir. Həmçinin məhkəmə iş üzrə araşdırma apararkən müəyyən etmişdir ki, miras əmlakla bağlı vəsiyyətnamə yoxdur, miras qoyan X23 qanun üzrə vərəsələri övladları İddiaçı, Cavabdeh, X17, X18, X21, X22 və X7r. X1 07 oktyabr 2019-cu ildə vəfat etmişdir. Həmçinin məhrum xx.xx.2009-cu il tarixdə ölmüş X15 miras əmlak olaraq - hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat, **********07-10301 reyestr nömrəli çıxarışa əsasən Masallı rayonu, Mollaoba kəndində yerləşən tam mülkiyyət hüququ ilə 0.0568 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş 2 mərtəbəli, ümumi sahəsi 193.6 kv.metrdən ibarət fərdi yaşayış evi və hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat, **********09 reyestr nömrəli çıxarışa əsasən Masallı rayonu, Mollaoba kəndində yerləşən tam mülkiyyət hüququ ilə 0.0432 ha torpaq sahəsi qalmışdır. X3 digər vərəsələri olan X17, X18, X21, X22 isə miras əmlakı faktiki qəbul etmədiklərini notariat qaydada təsdiqlənmiş ərizələri ilə etiraf etmişlər. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalı və X15 miras qalmış əmlaklar onun birinci növbəli qanun üzrə vərəsələri olan İddiaçı və Cavabdeh arasında bərabər şəkildə bölünməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Mərhum 17 dekabr 2009-cu il tarixdə ölmüş X15 miras qalmış hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat, **********07-10301 reyestr nömrəli çıxarışa əsasən Masallı rayonu, Mollaoba kəndində yerləşən 0.0568 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş 2 mərtəbəli, ümumi sahəsi 193.6 kv.metrdən ibarət fərdi yaşayış evi və hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021ci il qeydiyyat tarixli, ********** qeydiyyat, **********09 reyestr nömrəli çıxarışa əsasən Masallı rayonu, Mollaoba kəndində yerləşən 0.0432 ha torpaq sahəsinin birinci növbədən olan vərəsələr İddiaçı və Cavabdeh tərəfindən faktiki qəbul edilməsi müəyyən edilsin və həmin miras əmlakdan İddiaçı 1/2 hissədə və Cavabdeh 1/2 hissədə payları müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-1212/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1212/2025
21.05.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver