Məhkəmə qərarları › İş №2(050)-1333/2025

Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-1333/2025

19.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-1333/2025 19.03.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızı, Ərizəçi maraqlı şəxs Masallı Regional Maraqlı şəxs Notariat Ofisinə qarşı qohumluq faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsinin mümkünlüyünü yoxlayaraq müəyyən etdim: Ərizəçi, maraqlı şəxs Masallı Regional Maraqlı şəxs Notariat Ofisinə qarşı qohumluq faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ərizə onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanmışdır. Belə olan halda, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, təqdim edilmiş ərizə X1 tərəfindən imzalanmış və iş materiallarına etibarnamə əlavə edilmişdir. Həmin etibarnamədə iddiaçını məhkəmədə təmsil etmək, onun adından iddia ərizəsi vermək, imzalamaq və s səlahiyyətlər nəzərədə tutulmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin-nin 152.1.2. iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-152.4-cü maddələrinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 5.1.2-ci maddəsinə əsasən ərizələrin (şikayətlər) qaytarılması və ya baxılmamış saxlanılması, habelə notariat əməliyyatlarının icrasından imtina edilməsi dövlət rüsumunun qaytarılması əsaslarından biridir. Odur ki, iddia verilməsi üçün ödənilmiş (xx.xx.2025-ci il tarixli, qəbz nömrəsi ********** olan) 100 manat məbləğində dövlət rüsumu da iddiaçıya qaytarılmalıdır. Yuxarıdakılara əsasən və MPM-in 152, 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Ərizəçi maraqlı şəxs Masallı Regional Maraqlı şəxs Notariat Ofisinə qarşı qohumluq faktının müəyyən edilməsi tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər, həmçinin ödənilmiş (xx.xx.2025-ci il tarixli, qəbz nömrəsi ********** olan) 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə geri qaytarılsın. Şikayət qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Masallı rayon məhkəməsinə verilə bilər. Hakim: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar