Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1343/2024 23.05.2024 MASALLI RAYON MƏHKƏMƏSİ X7 (sədrlik edən), məhkəmə iclasının katibi X5, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və X4 11 saylı X2rşı «işə bərpa və məcburi iş buraxma müddətinə görə orta aylıq əmək haqqının ödənilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və X4 11 saylı X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və X4 11 saylı X9 Mərkəzinin direktoru Nəsimi Nəsibovun 05 fevral 2024-cü il tarixli, 021/K nömrəli əmrini ləğv edilərək onun əvvəlki işlədiyi fəhlə işinə bərpa olunması və məcburi iş buraxma müddətinə görə orta aylıq əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2013-cü il tarixdə Azərbaycan Dövlət Aqrar Universitetini bitirmiş və ona Ekologiya, Ətraf mühitin mühafizəsi üzrə bokalavr dərəci almışdır. 1 oktyabr 2014-cü il tarixdə əmək fəaliyyətinə Yardımlı Müşə bərpası müəssisəsində əkin mühəndisi kimi işə başlamışdır. Həmin vaxtdan həmin müəssisədə bir sıra vəzifələrdə çalışmışdır. Sonuncu dəfə 20 aprel 2023-cü il tarixdə Masallı X9 İdarəsində fəhlə kimi çalışmışdır. İşlədiyi müddətdə gənc kadr kimi öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmişdir. Lakin son dövrdə işlədiyi meşə dolayında və Yardımlı rayonu ərazisində olan meşələrdə olan qanunsuzluqları görüb aidiyyatı tədbirlər görülməsi ilə əlaqədar rəhbərliyə məlumat vermişdir. Bununla əlaqədar 2023-cü ilin dekabr ayında bir neçə dəfə rəhbərliyə meşələrdə olan qanunsuzluqların qarşısının alınması istiqamətində tədbirlər görülməsini diqqətinə çatdırmışdır. Bununla əlaqədar müəssisənin ünvanına rəsmi qaydada ərizə və teleqram göndərək lazımı tədbirlər görülməsini nəzərlərinə çatdırmışdır. Sonuncu dəfə baş verən qanunsuzluqlarla razılaşmayaraq lazımı tədbirlər görülmədiyi halda onun tutduğu işdən azad edilməsi barədə müəssisəsinin rəhbərliyindən xahiş etmişdir. Onun ərizəsi nəzərə alınaraq Əmək Qanunvericiliyinin tələblərinə əsasən onunla bağlanmış əmək müqaviləsinə ərizəsi nəzərə alınaraq xitam veriləcəkdi. Lakin 2024-cü il fevral ayında onun ünvanına göndərilmiş əmrdən çıxarışdan ona məlum olmuşdur ki, o, öz ərizəsinə görə deyil, Əmək Məcəlləsinin 70-ci maddəsinin "Ç" bəndinə əsasən işdən azad olunmuşdur. Onun əmək məcəlləsinin 70-ci maddəsinin "Ç" bəndinə əsasən işdən azad edilməsi qanunsuz və əsassızdır. Ona görə ki, bu əmrə qədər o, müəssisəyə müraciət edərək baş verən qanunsuzluqların qarşısının alınmasını, əks təqdirdə etiraz əlaməti olaraq ərizəsini nəzərə alaraq işdən azad edilməsini özü xahiş etmişdir. Azərbaycan Respublikası Ekologiya X15 Nazirliyi Yanında Meşələrin İnkişafi Xidmətinin 11 Saylı X1 barəsində olan 05 fevral 2024-cü il tarixli əmrin surətini rəsmi qaydada 08 fevral 2024-cü il tarixdə almış və 13 fevral 2024-cü il tarixdə mediasiya prosesinin tətbiqi barədə cavabdeh tərəfə təklif göndərmişdir. 11 mart 2024-cü il tarixdə ilkin mediasiya sessiası keçirilmiş, lakin qarşı tərəf mediasiya prosesində iştirak etməmiş bu barədə ona arayış təqdim edilmişdir, iddia müddətini ötürməmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, 1 oktyabr 2014-cü il tarixdə əmək fəaliyyətinə Yardımlı Müşə bərpası müəssisəsində əkin mühəndisi kimi başlamışdır, həmin müəssisədə bir sıra vəzifələrdə çalışmış, sonuncu dəfə 20 aprel 2023-cü il tarixdə Masallı X9 İdarəsində fəhlə kimi çalışmışdır, işlədiyi müddətdə gənc kadr kimi öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmişdir. Lakin son dövrdə işlədiyi meşə dolayında və Yardımlı rayonu ərazisində olan meşələrdə olan qanunsuzluqları görüb aidiyyatı tədbirlər görülməsi ilə əlaqədar rəhbərliyə məlumat vermiş, 2023-cü ilin dekabr ayında bir neçə dəfə rəhbərliyə meşələrdə olan qanunsuzluqların qarşısının alınması istiqamətində tədbirlər görülməsini bildirmişdir, bununla əlaqədar müəssisənin ünvanına rəsmi qaydada ərizə və teleqram göndərək lazımı tədbirlər görülməsini nəzərlərinə çatdırmışdır. 2023-cü ilin dekabr ayının 1-dən 6dək ambulator müalicədə olmuş və 6 dekabrda X10 idarəsinə teleqram vuraraq onu 6 dekabrdan işdən azad edilməsini xahiş etmişdir və onunla telefon əlaqəsi saxlanılmış teleqram vurduğu üçün onu öz xahişi ilə işdən azad edilməsini bildirmişdir, işdən azad olunmadığı üçün 2023-cü ilin dekabr ayının 28-də təkrar olaraq teleqramla X10 idarəsinə müraciət edərək işdən çıxarılmasını bildirmişdir. Sonuncu dəfə baş verən qanunsuzluqlarla razılaşmayaraq lazımı tədbirlər görülmədiyi halda onun tutduğu vəzifədən işdən azad edilməyi barədə müəssisənin rəhbərliyindən xahiş etmişdir və hesab etmişdir ki, onun ərizəsi nəzərə alınaraq Əmək Qanunvericiliyinin tələblərinə əsasən onunla bağlanmış əmək müqaviləsinə ərizəsi nəzərə alınaraq öz təşəbbüsü ilə xitam veriləcəkdir. Lakin 2024-cü fevral ayında onun ünvanına göndərilmiş əmrdən çıxarışdan ona məlum olmuşdur ki, o, öz ərizəsinə görə deyil, Əmək Məcəlləsinin 70-ci maddəsinin "Ç" bəndinə əsasən işdən azad olunmuşdur. Onun əmək məcəlləsinin 70-ci maddəsinin "Ç" bəndinə əsasən işdən azad edilməsi qanunsuz və əsassızdır. Ona görə ki, bu əmrə qədər o, müəssisəyə müraciət edərək baş verən qanunsuzluqların qarşısının alınmasını, əks təqdirdə etiraz əlaməti olaraq ərizəsini nəzərə alaraq işdən azad edilməsini özü xahiş etmişdir. Ona görə də cavabdehin onu işdən azad etməsi barədə əmri qanunsuz olduğundan iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh təşkilata məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına nümayəndəsi gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə 22 may 2024-cü il tarixli məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə Rəvfaq oğlu izahatında iddia tələbi üzrə qanuna uyğun qərar qəbul edilməsini məhkəmənin öhdəsinə buraxdığını bildirmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş yazılı sübutlar aşağıdakılardan ibarətdir; İddiaçı tərəfindən Masallı X9 müəssisəsinin direktoru Nəsimi Nəsibova ünvanlanmış AZ 6500/********** nömrəli, xx.xx.2023-cü il tarixli teleqramın məzmunundan görünür ki, “mən ali təhsilli mütəxəssisəm 7 ay müddətdir sizin müəssisədə işliyirəm. Rəhbərliyin qanunsuz və ədalətsiz hərəkətlərinə görə 6 dekabr 2023-cü il tarixdən fəhləlikdən azad edəsiniz əks halda işə davam etməyəcəm”. İddiaçı tərəfindən Masallı X9 müəssisəsinin direktoru Nəsimi Nəsibova ünvanlanmış AZ 6500/********** nömrəli, xx.xx.2023-cü il tarixli teleqramın məzmunundan görünür ki, “06 dekabr 2023-cü il tarixdə sizə vurduğum teleqramda sizin və X8 meşələrində törətdiyiniz cinayət əməllərinizə görə işə çıxmayacağımı və işdən çıxartmağınızı göstərmişəm”. Əmək qabiliyyətinin olmaması barədə Seriya SN 00008 № ******* saylı vərəqədən görünür ki, İddiaçı xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixədək ambulator rejimdə müalicə olunmuşdur. Əmək haqqı barəsində Məlumatdan görünür ki, fəhlə İddiaçı xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək işləməməsi 11 saylı X9 Mərkəzinin direktoru Nəsimi Nəsibov tərəfindən təsdiq edilmişdir. Azərbaycan Respublikası Ekologiya və X4 11 saylı X9 Mərkəzinin direktoru Nəsimi Nəsibov tərəfindən verilmiş 05 fevral 2024-cü il tarixli 021/K saylı əmrdən çıxarışdan görünür ki, Bu Əmrin preambulasında göstərilənlər nəzərə alınaraq 11 saylı X9 Mərkəzinin fəhləsi İddiaçı ilə bağlanmış əmək müqaviləsi uzun müddət işə çıxmadığı üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç" bəndinə (işçi özünün əmək funkisyasını və ya əmək müqaviləsi üzrə öhədliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xx.xx.2024-cü il tarixdən ləğv edilməsi əmr edilmişdir. Azərbaycan Respublikası Ekologiya və X4 11 saylı X9 Mərkəzinin direktoru Nəsimi Nəsibov tərəfindən verilmiş 05 fevral 2024-cü il tarixli 021/K saylı Bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə əmrdə qeyd edilir ki, Mərkəzdə fəhlə vəzifəsində çalışan Yardımlı rayon Bərcan kənd sakini İddiaçı 01 dekabr 2023-cü il tarixdən işə çıxmır. O, 01-06 dekabr tarixlərində Yardımlı rayon Mərkəzi xəstəxanasında ambulator müalicədə olması barədə Mərkəzə əmək qabiliyyətinin olmaması barədə ******* seriyalı vərəqə təqim etmişdir. Həmin vərəqədə İddiaçı 01-06 dekbar 2023-cü il tarixlərdə xəstə olduğu qeyd edilmişdir. İddiaçı 06 dekabr 2023-cü il tarixdə müalicədə olduğu vaxtda Mərkəzə teleqram vuraraq 06 dekabr 2023-cü il tarxdə işdən azad edilməsini bildirmişdir. Əmək qabiliyyətinin olmadığı üçün xəstəxanada müalicə aldığına görə həmin günü işdən azad edilməsi əmək qanunvericiliyinə ziddir. 07 dekbar 2023-cü ii tarixdən İddiaçı işə çıxmalı olduğu halda yenədə işə çıxmır. Bu barədə onun işə çıxmadığı günlərə aktlar yazılmışdır. Mərkəz tərəfindən İddiaçı işə çıxmadığı barədə Mərkəzə rəsmi məlumat verilməsi üçün xx.xx.2023-cü il tarixdə müraciət olunmuşdur. İddiaçı cavab olaraq teleqram vuraraq 06 dekabrda işdən çıxmasını bildirdiyini qeyd etmişdir. Bütün qeyd olunanlarla bağlı xx.xx.2024-cü il tarixdə İddiaçı teleqram vurularaq xx.xx.2024-cü il tarixdə onun işə çıxmaması ilə bağlı məsələ Həmkarlar İttifaqı Komitəsinin iclasında müzakirəyə çıxarılacağı və onun da iclasda olmağı bildirilmişdir. xx.xx.2024-cü il tarxidə İddiaçı iclasa gəlmədiyi üçün ona müəyyən vaxt verilmişdir. xx.xx.2024-cü il tarixdə Həmkarlar İttifaqı Komitəsi tərəfindən İddiaçı ünvanına məktub göndərilərək xx.xx.2024-cü il tarixdə keçiriləcək iclasda iştirak etməsi bildirilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə də heç bir səbəb göstərmədən iclasa gəlməmişdir. Bununla da İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən əmək vəzifələrini kobud şəkildə pozmuşdur. 11 saylı RMTM-nin Həmkarlar İttifaqı Komitəsi tərəfindən 02.02 2024-cü il tarixdə bu məsələ müzakirə edilmiş və İddiaçı ilə bağlanmış əmək müqaviləsinin uzun müddət səbəbsiz işə çıxmadığı üçün Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə ləğv edilməsinə razılıq verilməsi barədə qərar qəbul edilmişdir. Qeyd olunan halların bir daha təkrarlanmaması, nöqsan və çatışmazlıqlara səbəb olan şəraitin aradan qaldırılması, əmək funksiyaları pozmuş işçi barəsində tədbir görülməsi məqsədi ilə Azərbaycan Respublikası Ekologiya X15 Nazirliyinin xx.xx.2023-cü il tarixli, 677/Ü nömrəli Əmri ilə təsdiq edilmiş 11 saylı X9 Mərkəzi haqqında Əsasnamə” nin 5.6.3 yarımbəndini rəhbər tutaraq Bu Əmrin preambulasında göstərilənlər nəzərə alınaraq 11 saylı X9 Mərkəzinin fəhləsi İddiaçı ilə bağlanmış əmək müqaviləsi uzun müddət işə çıxmadığı üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç" bəndinə (işçi özünün əmək funkisyasını və ya əmək müqaviləsi üzrə öhədlikiərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xx.xx.2024-cü il tarixdən ləğv edilmişdir. Məhkəmə iş üzrə sübutları tədqiq edərək iddiaçının izahatını dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə qismən uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə qismən uzlaşdığından, əmr ləğv edilməklə iddia qismən təmin edilməlidir. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar Əmək Məcəlləsinin yuxarıda göstərilən normalarının dispozisiya şərtləri ilə qismən uzlaşırdı və cavabdehin etiraz və müdafiə hüquqlarına görə də tam aradan qalxmadığından iddia əmrin ləğv edilməsi hissəsində haqlı sayılır. Əvvəla ona görə ki, cavabdeh tərəfindən təqdim edilən sənədlərdə iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tələblərini pozması açıq-aşkar təsdiq olunmur. Belə ki, 70-ci maddənin “ç” bəndində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi üçün iki əsas nəzərdə tutulmuşdur. 1) işçi ya özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməlidir; 2) yaxud da 72-ci maddədə sadalanan hallarda əmək vəziflərini kobud şəkildə pozmalıdır. Hazırki iş üzrə cavabdeh əmək müqaviləsini iddiaçının 70-ci maddəsinin “ç” bəndinin (bu Məcəllənin 72-ci maddəsində sadalan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda-heç bir səbəb olmadan bütün iş günü işə gəlməməsi əsası ilə) tələblərini pozması əsası ilə ləğv etmişdir. İddiaçı ilə üzürlü səbəb olmadan işə gəlməməsi əsası əmək müqaviləsinə xitam verilməsi üçün mötəbər sübutlar olmalıdır. İşdə yalnız cavabdeh tərəfin iddiaçının işə çıxmamasının səbəbi məlum olduğu halda xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli aktları mövcuddur. Bu aktlar qeyd olunan əsasla iddiaçının işdən azad edilməsi üçün mötəbər sübut və yetərli əsas ola bilməzdi. Çünki, cavabdeh tərəfin işdə bilavasitə maraqlı şəxsləri tərəfindən tərtib edilmiş, üstəlik həmin şəxslər iddiaçının işə çıxmaması barədə məlumatlı olmuşlar, bu hal iddiaçının göndərdiyi teleqramla müəyyən olunur. İşdə olan digər sübutlarla iddiaçının üzrsüz səbəbdən işə gəlmədiyi faktı təkzib edilir. Əksinə iddiaçının göstərdikləri iş materialları ilə tam təsdiq olunur. İddiaçı tərəfindən Masallı X9 müəssisəsinin direktoru Nəsimi Nəsibova ünvanlanmış AZ 6500/********** nömrəli, xx.xx.2023-cü il tarixli teleqramı, AZ 6500/********** nömrəli, xx.xx.2023-cü il tarixli teleqramı. Eyni zamanda cavabdehin mübahisələndirilən 05 fevral 2024-cü il tarixli 021/K saylı Bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə əmrdə də bu fakt təsdiq edilir. Göstərilənlərdən əlavə, işçinin təşəbbüsü ilə əmək müqaviləsi ləğv edildiyi halda Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndi xəbərdarlıq müddətini 1 ay müəyyən edib. Bu müddətin axımı işçi tərəfindən əmək müqaviləsinin ləğvi barədə ərizənin verilməsi ilə başlayır. Əgər işçi əmək münasibətini dayandırmaq istədiyi günü ərizədə göstərmək istəyirsə bunu yalnız xəbərdarlıq müddətinin (bir ayın) daxilində göstərə bilər. Əmək Məcəlləsi işçiyə xəbərdarlıq müddətini artırmaq səlahiyyəti verməyib. Əgər işçiyə xəbərdarlıq müddətini artırmaq səlahiyyəti verilsə istənilən işçi ərizə yazaraq 2 ay, 3 ay və s. müddətdən sonra əmək müqaviləsinin ləğv edilməsini tələb edə bilər. Əgər işçinin əmək münasibətini dayandırmaq istədiyi gün xəbərdarlıq müddətindən (1 aydan) kənardadırsa ərizə həmin günə aid hissədə etibarsız sayılır və hesab olunur ki, işçi ərizədə əmək münasibətini dayandırmaq istədiyi günü göstərməyib. Bu halda 1 ay bitən kimi əmək müqaviləsi ləğv edilmiş sayılır. Hazırki iş üzrə iddiaçının hansı tarixdə teleqram yazdığı və öz təşəbbüsü ilə hansı tarixdən işdən çıxmaq istəməsinə dair cavabdeh quruma həm yazılı, həm də telefon vasitəsilə ünvanladığı və bildirdiyi məlumatlar mövcuddur, cavabdeh tərəf teleqramın göndərilməsini, müəssisəyə daxil olmasını əmrdə təsdiq etmişdir. Əslində bu dəlillərlə iddiaçının öz təşəbbüsü ilə 6 dekabr 2023-cü il tarixdən işdən azad olunması barədə onlarda məlumat olduğunu təsdiq etmiş olur. İddiaçının işdə olub-olmadığı dövr burada xüsusi əhəmiyyət kəsb etmir və həmin dövr xəbərdarlıq müddətinə daxil edilməlidir. O başqa məsələ ki, cavabdeh qurumun səlahiyyətli şəxsi iddiaçının öz təşəbbüsü ilə işdən çıxma barədə teleqramının olduğunu bildirmişdir. Ancaq buda o demək deyil ki, işçi işə çıxmadığı halda, öz təşəbbüsü ilə tarixi göstərməklə işdən çıxmaq istədiyi halda, işəgötürən süni şəkildə onun işə gəlmədiyini əsas gətirib əmək müqaviləsini məhz 70-ci maddənin “ç” bəndi ilə xitam verməlidir. Demək, mübahisəli hal həm də odur ki, iddiaçının hansı tarixdə teleqram vurduğu, hansı tarixdən əmək müqaviləsinin ləğv edilməsini istədiyi, əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydaları barədə Əmək Məcəlləsinin tələblərinin düzgün yerinə yetirilib-yetirilməməsi də aydınlaşdırılmalı idi. Bu halları sübut etmək yükü isə artıq işəgötürən olaraq cavabdeh tərəfin üzərinə düşür. Lakin cavabdeh tərəf bu hallara dair heç bir sübut təqdim etməmişdir. Bununla yanaşı, bəzən belə mübahisələrin həlli zamanı "əmək müqaviləsinin ləğv edilməsi" anlayışı ilə "əmək müqaviləsinin ləğv edilməsinin rəsmiləşdirilməsi" anlayışı səhvən eyniləşdirilir. İşçinin təşəbbüsü ilə əmək müqaviləsi ləğv edildiyi halda müqaviləni işçi ləğv edir, işəgötürən isə ləğvi rəsmiləşdirir (Əmək Məcəlləsi, maddə 83. hissə 1). İşçi əmək müqaviləsinin tərəfi kimi həmin müqaviləni ləğv etmək hüququna malikdir, bu hüququnu həyata keçirmək üçün müqavilənin digər tərəfinin (işəgötürənin) əmrindən asılı deyil, sadəcə xəbərdarlıq müddətinə (1 aya) əməl etməlidir. Ancaq hazırki mübahisənin mahiyyətinə diqqət yetirdikdə aydın olur ki, əmək müqaviləsinin ləğv edilməsini işçi olan iddiaçı öz təşəbbüsü ilə tələb edir, ancaq cavabdeh olan işəgötürən isə nəinki bunu təmin etmir, həm də buna hər vəchlə maneə olmağa çalışaraq (işdə olan məlumatlar və.s) qanunsuz və əsassız olaraq öz təşəbbüsü ilə, özü də əmək funksiyasının və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi əsası ilə iddiaçı ilə əmək müqaviləsini ləğv edilməsinə çalışmış və buna da nail olmuşdur. Lakin Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci bəndi bunu yəni,... hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etməyi qadağan edir. Bu halın özü də iddianın təmin edilməsinin müstəqil əsası kimi çıxış edir. Göstərilənlərə baxmayaraq, iddiaçı mübahisələndirilən əmrin ləğv edilməsini tələb etməklə yanaşı, onun yenidən həmin vəzifəyə bərpa edilməsini və iş buraxma müddəti üçün əmək haqqının ödənilməsini tələb etməkdə haqlı olmamışdır. Çünki, bir tərəfdən iddiaçı öz təşəbbüsü ilə işdən çıxmaq barədə cavabdeh quruma dəfələrlə teleqram ilə müraciət edir, digər tərəfdən isə yenidən həmin vəzifəyə bərpa olunmaq istəyir. Bu istəyin biri ilə digəri arasında ziddiyyət mövcuddur. Yəni, birinin təmin olunduğu halda, digəri təmin edilə bilməz. Başqa sözlə, iddiaçının öz təşəbbüsü ilə müraciət etdiyi tarixdən əmək müqaviləsinə xitam verildiyi qənaətinə gəlinirsə, demək onun yenidən həmin vəzifəyə bərpa olunması və işləmədiyi müddətdə əmək haqqı tələb etməsi də yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ hissəsinə əsasən Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. İİ. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları: Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 12 “c” bəndi. Əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 68.2 “a” bəndi. Tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsasıdır. Maddə 69.1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Maddə 69.2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Maddə 69.3. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Maddə 69.5. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Maddə 69.7. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Maddə 70 “ç” bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 72 “a” bəndi. Özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Maddə 76. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68,69,70,73,74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Maddə 83.1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Madddə 83.2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Maddə 300.1. Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. İşin materiallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinə işçinin öz əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi əsası ilə xitam verilmişdir. Göründüyü kimi Azərbaycan Respublikası Əmək Məcəlləsi işəgötürən tərəfindən işçi barəsində intizam tənbehinin tətbiq edilməsi əsaslarını şərtləndirmişdir. Yuxarıda sadalanan normalara əsasən işçi əmək funksiyasını yerinə yetirmədikdə, əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda barəsində intizam tənbehi tətbiq oluna bilər. Hazırki mübahisəli məsələ ilə əlaqədar müəyyən edilmişdir ki, iddiaçı öz təşəbbüsü ilə işdən çıxmaq istədiyi halda cavabdeh tərəf iddiaçını işçi əmək funksiyasını yerinə yetirməməsi, əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozması əsasları ilə barəsində intizam tənbehi tətbiq etməsinə baxmayaraq işin hallarına uyğun olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğu üçün qismən təmin edilərək İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi barədə Azərbaycan Respublikası Ekologiya və X4 11 saylı X9 Mərkəzinin 05 fevral 2024-cü il tarixli, 021/K saylı əmri ləğv edilərək İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 69-cu maddəsi ilə (işçinin öz təşəbbüsü ilə) ləğv edilməsinin rəsmiləşdirilməsi öhdəliyi Azərbaycan Respublikası Ekologiya və X4 11 saylı X9 Mərkəzinin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prossual Məcəlləsinin 216-220, 233 və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi barədə Azərbaycan Respublikası Ekologiya X15 Nazirliyinin 11 saylı X9 Mərkəzinin 05 fevral 2024-cü il tarixli, 021/K saylı əmri ləğv edilsin. İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 69-cu maddəsi ilə (işçinin öz təşəbbüsü ilə) ləğv edilməsinin rəsmiləşdirilməsi öhdəliyi Azərbaycan Respublikası Ekologiya X15 Nazirliyinin 11 saylı X9 Mərkəzinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-1343/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1343/2024
23.05.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver