Məhkəmə qərarları › İş №2(050)-136/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-136/2025

01.09.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-136/2025 01.09.2025 MASALLI RAYON MƏHKƏMƏSİ İZeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı, Cavabdeh (Mamedov Guseinağa) X3 iştirakları ilə. İddiaçı cavabdeh (Mamedov Guseinağa) X6 qarşı «torpaq sahəsinin qanunsuz sahiblikdən geri qaytarılması, yolun açılması və torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi» barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X22 qarşı «zəbt olunmuş torpaq sahəsindən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X4 ona və ailə üzvlərinə məxsus Masallı rayonu, Mişkəmi (Hişkədərə) kəndində yerləşən Masallı rayon Aqrar İslahat Komissiyasının 11 noyabr 1997-ci il tarixli, 166 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulların istehsalı üçün verilmiş 1.86 ha torpaq sahəsindən qanunsuz istifadəsinə qadağa qoyulması, onun həmin zəbt enilmiş torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsindən istifadəyə görə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 11 noyabr 1997-ci il tarixli, 166 nömrəli qərarı ilə ona və ailə üzlərinə kənd təsərrüfatı məhsulların istehsalı üçün 1.86 ha pay torpağı verilmişdir. Bu barədə onlara müvafiq Dövlət Aktı da verilmişdir. Qonşuluqda yerləşən torpaq sahəsinin istifadəçisi X19 onların istifadələrində olan torpaq sahəsini qeyri-qanuni olaraq zəbt etmiş, həmin torpaq sahəsindən istifadə edir. Cavabdeh torpaq torpaq sahəsinin boşaldılması barədə xəbərdar edilməsinə baxmayaraq Müseyib Məmmədov torpaq sahəsini boşaltmamışdır. Sonda məcbur qalıb məhkəməyə müraciət etmişdir. Masallı Rayon Məhkəməsinin 2(050)- 104/2016 saylı, 04 mart 2016-cı il tarixi qətnaməsi ilə iddia tələbləri təmin edilərək cavabdeh X13 iddiaçılara məxsus Masallı rayonu, Mişkəmi (Hişkədərə) kəndində yerləşən 0.46 ha torpaq sahəsini qanunsuz olaraq zəbt etmiş və cavabdeh X19 həmin torpaq sahəsindən çıxarılması qət edilmişdir. X19 məhkəmə qətnaməsi çıxdıqdan bir müddət yəni 2016-cı ildə öldü. Məhkəmə qətnaməsi ilə ona və ailə üzvlərinə aid olan torpaq sahəsi onlara verildikdən sonra o, torpaq sahəsinin sərhədlərini müəyyənləşdirmək üçün DƏDRX 8 saylı Cəlilabad Ərazi İdarəsindən mütəxəssislər çağırmışdır ki, sərhədlərini dəqiqliklə ona göstərsinlər və o, ora nişan vursun. Belədə oldu həmin idarənin mütəxəssisləri gəlib torpaq sahəsinin sərhədlərini göstərdilər və o, orada nişan vurmuşdur. Lakin onlar həmin torpaq sahəsini istifadə edə bilmədilər. X28 öldükdən sonra onun övladları həmin torpaq sahəsini zəbt etməyə başladılar. Cavabdehdə mərhum Müseyib Məmmədovun oğludur. Dəfələrlə cavabdehə mərhum atasının səhvini təkrarlayıb onlara aid olan məhkəmə qətnaməsi ilədə təsdiq olunan torpaq sahəsindən çıxmasını bildirsə də cavabdeh buna məhəl qoymamışdır. Odur ki, məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, aralarında razılaşmaq istəmişlər. Onlara bildirmiş ki, təklif edilən torpaq sahəsinin sənədləri vardırsa razılaşar. Lakin ona təklif edilən torpaq sahəsi ilə bağlı sənəd təqdim etməmişlər. İddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh (Mamedov Guseinağa) X11 iddianı qəbul etməyərək bildirdi ki, torpaq sahəsi ona verilmişdir və o çox müddətdir ki oranı istifadə edir. İddiaçının sənədi saxtadır. Bununla bağlı icra gakimiyyəti başçısına şikayət etmiş və o məsələni nəzarətə götrüb. Öz aralarında razılaşmaq istəmişlər, lakin iddiaçı razılaşmamışdır. Mübahisəli torpaq sahəsinin əvəzində ona başqa torpaq sahəsi vermək niyyətində olmuşdur. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: JN-0099 kod 80523059 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 11 noaybr 1997-ci il tarixli, 166 nömrəli qərarı ilə Masallı rayonu, Mişkəmi kəndində X8, X14, X15, İddiaçı, X23 və X17 1.86 hektar kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. JN-0078 kod 80523059 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 11 noaybr 1997-ci il tarixli, 166 nömrəli qərarı ilə Masallı rayonu, Mişkəmi kəndində X16, X6, X5, X9 və X10 1.47 hektar kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən təqdim edilmiş 04 mart 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Masallı rayonu, Mişkəmi kəndi “Mişkəmi“ birgə kəndli fermer təsərrüfatı ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu layihəsində Torpağa müfkiyyət hüququna dair JN- 0099 nömrəli Dövlət Aktı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş (üç hissəli 99/1.16 ha, 99A/0.46 ha və 99/0.24 ha) cəmi 1.86 ha torpaq sahəsi olsa da, Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialında mübahisələndirilən iki hissənin 99/0.96 ha **********22) və 99A/0.38 ha, cəmi 1.34 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olduğu müəyyən edilərək rəyə əlavə olunmuş yerquruluşu planında öz əksini tapmışdır. Masallı rayonu, Mişkəmi kəndi ərazisində Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialında mübahisələndirilən iki hissənin 99/0.96 ha (**********22) və 99A/0.38 ha, cəmi 1.34 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin iddia tələbinə görə cavabdeh X4 faktiki istifadəsində olan metal torla çəpərlənmiş ərazinin hüdudları daxilində yerləşmə vəziyyəti, ölçüləri və koordinatları müəyyən edilərək rəyə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş 02 iyun 2025-ci il tarixli, 10/2379 saylı ekspert rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-44/2-1928/2025 saylı mütəxəssis rəyinə əsasən, Masallı rayonu, Mişkəmi kəndi "Mişkəmi” birgə kəndli fermer təsərrüfatı ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu layihəsində Torpağa mülkiyyət hüququna dair JN-0099 nömrəli Dövlət Aktı ilə İddiaçı Terlan oğlunun və ailə üzvlərinin mülkiyyətinə verilmiş (üç hissəli 99/1.16 ha, 99A/0.46 ha və 99L/0.24 ha) cəmi 1.86 ha torpaq sahəsi olsa da, Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialında mübahisələndirilən iki hissənin 99/0.96 ha (**********22) və 99A/0.38 ha, cəmi 1.34 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olduğu müəyyən edilmişdir. (mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında öz əksini tapmışdır). Masallı rayonu, Mişkəmi kəndi ərazisində Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialında mübahisələndirilən iki hissənin 99/0.96 ha (**********22) və 99A/0.38 ha, cəmi 1.34 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin iddia tələbinə görə cavabdeh X4 faktiki istifadəsində olan metal torla çəpərlənmiş ərazinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir, (yerləşmə vəziyyəti, ölçüləri və koordinatları mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir). Azərbaycan Respublikasının Konstitusiyası: 29-cu maddəsininə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 111-ci maddəsinin 1-ci bəndində əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci bəndinə əsasən özbaşına tutulmuş, zəbt olunmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililərin, qurğuların da sökülməsi daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 6-cı maddəsi ilə nəzərdə tutulan mülki qanunvericiliyin prinsiplərindən biri də mülkiyyətin toxunulmazlığıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 170.2-ci maddəsinin tələbinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə birbirinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Qeyd edilən hüquq normalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Qanunvericiliyin tələbinə görə ilk növbədə mübahisəli əmlakın iddia edən şəxsin mülkiyyətində olub-olmaması, həmin əmlakın digər şəxsin (şəxslərin) sahibliyində olubolmaması və bu sahibliyin qanunsuz olub-olmaması müəyyən olunmalıdır. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş 02 iyun 2025-ci il tarixli, 10/2379 saylı ekspert, həmçinin həmin ekspert rəyinin verilməsinə əsas olmuş mütəxəssis rəyi ilə qeyd edilən hissədə iddianın qismən əsaslı olması qənaətinə gəlinir. Həmin rəylərdən görünür ki, İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 1.86 ha kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsinin cavabdeh tərəfindən 1.34 ha hissəsi istifadə edilir. Bu hal isə onu deməyə əsas verir ki, iddiaçıya məxsus torpaq sahəsi cavabdehin sahibliyindədir və həmin sahiblik qanunsuzdur. Odur ki, iddia qeyd edilən hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, cavabdeh (Mamedov Guseinağa) X2 müştərək qaydada iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 50 (əlli) manat pul vəsaiti X7 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************6, SVİFT BİK-CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE ********************) xeyrinə tutulmalıdır. Bundan başqa iş materiallarından görünür ki, mütəxəssis rəyinin alınması üçün iddiaçı tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin hesablaşma hesabına 95 (doxsan beş) manat məbləğində pul vəsaiti ödənilmişdir. Odur ki, həmin məbləğ də cavabdehə aid edilməli və ondan tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh (Mamedov Guseinağa) X1 rayon Aqrar İslahat Komissiyasının 11 noyabr 1997-ci il tarixli, 166 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulların istehsalı üçün verilmiş Masallı rayonu, Mişkəmi kəndində yerləşən İddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan 1.86 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1.34 ha hissəsindən çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh (Mamedov Guseinağa) X2 iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 50 (əlli) manat məbləğində pul vəsaiti X7 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************6, SVİFT BİK-CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE ********************) xeyrinə tutulsun. Cavabdeh (Mamedov Guseinağa) X2 mütəxəssis rəyinin alınması üçün iddiaçı tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin hesablaşma hesabına ödənilmiş 95 (doxsan beş) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar