Məhkəmə qərarları › İş №2(050)-1366/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1366/2023

26.07.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1366/2023 26.07.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi ilə, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Vəlişova (Mirzəyeva) Aynurə Rəhim qızına qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi barədə mülki işə Masallı rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı mərhum X2ndan və atası X8 miras qalmış Masallı rayonu, Təkdam kəndində yerləşən Masallı rayon Aqrar İslahat Komissiyasının 19 noyabr 1997-ci il tarixli, 167 saylı qərarı ilə torpağın mülkiyyət hüququna dair JN 0014, kod 80507048 saylı dövlət aktı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilmiş 2.44 ha torpaq sahəsindən mərhum valideynləri X9 və X12 düşən payın müəyyən edilməsi və həmin paya qanun üzrə vərəsə kimi onun, yəni İddiaçı tanınması və həmin daşınmaz əmlaka mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə məhkəmədə iddia qaldırmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, atası X20 25 fevral 2016-cı ildə, X2 26 aprel 2016-cı ildə və bacısı X14 25 iyun 2002-ci ildə Masallı rayonu,Təkdam kəndində ölmüşlər. Vəlişova (Mirzəyeva) Aynurə Rəhim qızı və Cavabdeh4 bacısı X4 uşaqlarıdır. Qeyd edir ki, valideynlərinin birgə nikahlarından o və cavabdeh olan qardaş və bacısı anadan olmuşlar. Masallı rayon X19 xx.xx.1997-ci il tarixli, 167 saylı qərarı ilə atası, anası, o və digər ailə üzvləri də daxil olmaqla, ümumilikdə 6 nəfərə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə paylı mülkiyyət hüququ üzrə 2.44 ha torpaq sahəsi verilmişdir. X2 və atası X20 vəfat etdikdən sonra onlardan miras kimi torpaq sahələri qalmışdır. Qeyd edir ki, birgə paylı mülkiyyət əsasında Masallı rayon Aqrar İslahat Komissiyasının qərarı ilə verilmiş 2.44 ha paybəlli torpaq sahələri bərabər bölündüyü zaman hər bir payçıya paybəlli torpaq sahəsi üzrə təxminən 0.407 ha torpaq düşür. X2 və atası X20 öldükdən sonra onların birinci dərəcəli varisləri kimi o, bacı və qardaşları qalmışdır. Atası və anası öldükdən sonra onlardan miras qalmış əmlakı faktiki olaraq o qəbul etmiş və həmin əmlakı o istifadə edir. Valideynlərindən miras qalmış əmlakı faktiki olaraq idarə etmişdir. Miras əmlakın qəbulu ilə bağlı Notariat Kontoruna müraciət etsə də, vərəsələr arasında mübahisə olduğu əsas gətirilərək notariat kontoru tərəfindən imtina verilmişdir. Odur ki, miras əmlakın qəbul olunması barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 iddianı qəbul etməyərək, hər birinin miras payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Cavabdehlər Vəlişova (Mirzəyeva) Aynurə Rəhim qızına və Cavabdeh4, üçüncü şəxs Masallı Regional “ASAN xidmət” Mərkəzində Notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxsin nümayəndəsi məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəblərini bildirməmişlər. Odur ki, məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: JN-0014 kod 80507048 saylı Torpağın mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 19 noyabr 1997-ci il tarixli, 167 saylı qərarı əsasında X15 ailə üzvləri ilə birlikdə 2.44 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin dövlət aktında həmçinin X5, Cavabdeh2, X4, X16 və Cavabdeh1 adları qeyd olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 19 noyabr 2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki X6 xüsusi mülkiyyətinə Masallı rayonu Təkdam kəndində 2.4396 ha kənd təsərrüfatı təynatlı torpaq sahəsi verilmişdir. Hüquq sahibləri kimi Cavabdeh1, Cavabdeh2, X11, X7, X4, X17 adları qeyd olunmuşdur. Ölüm haqqında arayışlardan görünür ki, X21 25 fevral 2016-cı ildə, X13 26 aprel 2016-cı ildə, X14 25 iyun 2002-ci ildə ölmüşdür. Nikah akt qeydi barədə arayışdan görünür ki, X28 və İddiaçıarasında nikah 17 oktyabr 1960-cu ildə bağlamışlar. Masallı rayon Həsənli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 17 yanvar 2023-cü il 88 saylı arayışdan görünür ki, İddiaçı atası X21 25 fevral 2016-cı ildə vəfat etmişdir. Mərhumun daimi yaşayış yeri Masallı rayonu, Təkdam kəndi olmuş və İddiaçı ölənədək onunla birlikdə yaşamışdır. Həmçinin mərhum X11 övladları Cavabdeh2 və Cavabdeh1 ailə tərkibindən qeydiyyatdan çıxmışlar. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. Mülki Məcəllənin 1159.1. və 1159.1.1.-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik hüququna birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) malikdirlər. Onlar qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəlləsinin 1243.2. və 1243.3.-cü maddələrinə əsasən vərəsə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş hesab edilir. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mülki Məcəllənin 1274-cü maddəsinə müvafiq olaraq, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Mirasın bölüşdürülməsi dedikdə, mirasın onu qəbul edən vərəsələrin razılaşması ilə hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülməsi anlaşılır. Azərbaycan Respublikası Mülki Məcəlləninin 1291-ci maddəsinə görə miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1., 152.2. və 152.7.-ci maddələrində göstərilir ki, subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Həmin Məcəllənin 213.1., 213.1. və 213.5.-ci maddələrinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Məhkəmə göstərilən maddi hüquq normalarına əsasən qeyd edir ki, tərəflər arasında mirasın bölüşdürüməsi barədə mübahisə olduğuna görə, mirasın bölüşdürülməsi məhkəmə tərəfindən həyata keçirilməlidir. Tərəflərin birinci növbə qanun üzrə vərəsələr olması, eləcə də miras qoyan mərhum Şahmar Abdullayevin miras açılan vaxt mülkiyyətində həyətyanı torpaq sahələrinin olması mübahisəli deyil. Məhkəmənin tədqiq etdiyi sübutlardan məlum olur ki, 2.44 ha torpaq sahəsi X11, Abdullayeva (Nurullayeva) Xədicə Nüsrət qızının, Cavabdeh2, X4, Cavabdeh1, X16 ümumi mülkiyyətindədir. Belə olan halda həmin torpaq sahəsi üzərində onların hər birinin 1/6 hissə payları müəyyən olunmalıdır. Bu halda miras mübahisəsi mərhum Yasər Abdullayevin və Xədicə Abdullayevanın hər birinin payına düşən 1/6 hissə torpaq sahəsinə uyğun həll edilməlidir. Məhkəmə qeyd edir ki, nə qədər ki, digər qanun üzrə vərəslər miras paylarını qəbul etməkdən imtina etmələri barədə rəsmi olaraq notariusa müraciət etməmişlər, onların hər birinin payı müəyyən olunmalıdır. İşin hallarından göründüyü kimi, mərhum X11, X7 qanun üzrə vərəsələri Cavabdeh2, X14, İddiaçıdur. X1 isə qanun üzrə vərəsələri Cavabdeh4 və Vəlişova (Mirzəyeva) Aynurə Rəhim qızıdır. Belə olan halda Cavabdeh1, Cavabdeh2 və İddiaçı hər birinin 1/6:4=1/24 hissə, mərhum X10 münasibətdə onun qanun üzrə vərəsələri Cavabdeh4 və Vəlişova (Mirzəyeva) Aynurə Rəhim qızının hər birinin 1/24:2=1/48 hissə bərabər miras payları müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla, tərəflərin verdiyi izahatlarla və sənədlərlə əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Masallı rayon Aqrar İslahat Komissiyasının 19 noyabr 1997-ci il tarixli, 167 saylı qərarı əsasında X15, Abdullayeva (Nurullayeva) Xədicə Nüsrət qızına, Cavabdeh2, X10, Cavabdeh1, X18 verilmiş 2.44 ha torpaq sahəsi üzərində onların hər birinin 1/6 hissə pay hüquqları müəyyən edilsin. 2.44 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən X11 və X7 payına düşən və miras qalmış 1/6 hissə torpaq sahəsi üzərində Cavabdeh1, Cavabdeh2 və İddiaçı hər birinin 1/24 hissə, Cavabdeh4 və Vəlişova (Mirzəyeva) Aynurə Rəhim qızının hər birinin 1/48 hissə miras payları müəyyən olunsun. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar