Məhkəmə qərarları › İş №2(050)-146/2023

Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-146/2023

07.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-146/2023 07.03.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədirliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, Ərizəçi, ərizəçinin vəkili Vəkil, maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə1 iştirakları ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əlilliyi olan uşağa qulluq etmə faktının müəyən edilməsi” tələbinə dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı ərizə ilə məhkəməyə müraciət edərək, anadangəlmə serebral iflic xəstəliyindən əziyyət çəkməklə İ dərəcəli əlil olan 20 sentyabr 1992-ci il təvəllüdlü X1 anadan olduğu vaxtdan ölən günədək, yəni 20 sentyabr 1992-ci il tarixdən 16 dekabr 2015-ci ilədək, 23 il 2 ay 26 gün qulluq etmə faktının müəyyən edilməsinə dair qətnamə çıxaılmasını xahiş etmişdir. Ərizəçi iddianı müdafiə edərək bildirdi ki, övladı 20 sentyabr 1992-ci il təvəllüdlü X2 anadan gəmə serebral iflic xəstəliyindən əziyyət çəkib. Ona 7 yaşı tamam olanda muavinət, yetkinlik yaşına çatanda isə pensiya təyin olunub. Sonda Ərizəçi ərizənin təmin edilməsini xahiiş etdi. Ərizəçinin vəkili Vəkil iddianı müdafiə edərək bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxsin övladı 20 sentyabr 1992-ci il təvəllüdlü X2 vəfat etmişdir. O, anadangəlmə serebral iflic xəstəliyindən əziyyət çəkmiş və İ dərəcəli əlil olmuşdur. Şərifə Müzəffərovanın 7 yaşı tamam olanda ona xəstəliyinə görə muavinət, 18 yaşın tamamında isə pensiya təyin edilmişdir. Uşaq doğulduğu vaxtdan ölən günədək, yəni 20 sentyabr 1992-ci il tarixdən 16 dekabr 2015-ci ilədək ərizəçi ona qulluq etmişdir. Ərizəçi pensiya təyin edilməsi üçün zəruri sənədləri müvafiq dövlət orqanına təqdim etmiş, lakin qulluq aktı olmadığından ərizəçinin İ dərəcəli əlil olan övladına 20 sentyabr 1992-ci il tarixdən 16 dekabr 2015-ci ilədək qulluq etdiyi, 23 il 2 ay 26 gün müddət sığorta stajı kimi nəzərə alınmamışdır. Şirvan İnzibati Məhkəməsinə müraciət edilmiş, lakin sonradan məlum olmuşdur ki, hüquqi fakt kimi rayon (şəhər) məhkəməsinə müraciət edilməlidir. Bu səbəbdən də faktın təsdiqi ilə bağlı məhkəməyə müraciət edilmişdir. Muavinət işinin olması hələ qulluq etmə faktının olması demək deyil. Sonda Vəkil ərizənin təmin edilməsini xahiiş etdi. Maraqlı şəxsin nümayəndəsi Nümayəndə1 iddianı qəbul etməyərək, bildirdi ki, ərizəçi iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmiş, lakin sonradan iddiasını geri götürərək, hüquqi faktın təsdiq edilməsi barədə ərizə ilə Masallı Rayon Məhkəməsinə müraciət etmişdir. Şirvan İnzibati Məhkəməsində işə baxılarkən müavinət işi inzibati orqandan alınmamışdır. Müavinət işi ola-ola hüquqi faktın təsdiqlənməsindən söhbət gedə bilməz. Sonda Nümayəndə1 göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq aşağıda göstərilənlərə əsasən hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. İşin araşdırılması zamanı ərizəçinin övladı mərhum X1 aid müavinət işi müvafiq qurumdan alınmışdır. Həmin sənədlərin araşdırılması zamanı müəyyən edilmişdir ki, mərhum X2 ilə bağlı ödənişlər Dövlət tərəfindən onun anası (hazırda ərizəçi) Ərizəçi ödənilmişdir. Həmçinin, ərizəçiyə xx.xx.2022-ci il tarixdən yaş həddi 5 il azaldılmaqla sağlamlıq imkanları məhdud uşağını 8 yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə müavinət təyin edilmişdir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarında göstərilir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir (1.2). Lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur (1.4). Əmək stajını təsdiq edən sənədlər ( əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir (13.2). Əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir (13.3). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 aprel 2012-ci il tarixli Qərarında göstərilir ki, “… inzibati hüquq münasibətləri (idarəçilik sahəsində ümumi (publik) hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində yaranır və bilavasitə dövlət idarəetmə fəaliyyətinin həyata keçirilməsi prosesində inzibati orqanların vəzifə və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlıdır.” “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 aprel 2015-ci il tarixli № 4 nömrəli Plenum Qərarının 2, 3.1, 5.1, 15.4-cü bəndlərində göstərilir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir; ümumi (publik) hüquq, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir.; inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir.; inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 aprel 2015-ci il tarixli № 4 nömrəli Plenum Qərarının 15.4-cü bəndindəki göstərişə əsasən ərizəçiyə izah edir ki, səlahiyyətli məhkəmə kimi Şirvan İnzibati Məhkəməsinə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-nin MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı anadangəlmə serebral iflic xəstəliyindən əziyyət çəkməklə İ dərəcəli əlil olan 20 sentyabr 1992-ci il təvəllüdlü X1 anadan olduğu vaxtdan ölən günədək, yəni 20 sentyabr 1992-ci il tarixdən 16 dekabr 2015-ci ilədək, 23 il 2 ay 26 gün qulluq etmə faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Ərizəçiyə izah edilsin ki, səlahiyyətli məhkəmə kimi Şirvan İnzibati Məhkəməsinə müraciət edə bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar