Məhkəmə qərarları › İş №2(050)-147/2024

Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-147/2024

22.01.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-147/2024 22.01.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi, İlk iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi və vəkili X1 iştirakları ilə. İlk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2, onun nümayəndəsi və vəkili Vəkil, İlk İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ailə üzvləri ilə birlikdə Masallı rayonu, Sığıncaq kəndində yerləşən ona məxsus evdən çıxarılmaları, qarşılıqlı iddiaçı Cavabdeh2 qarşlıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı evə köçürülmə tələbinə dair mülki işə, Masallı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İlk İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ailə üzvləri ilə birlikdə Masallı rayonu, Sığıncaq kəndində yerləşən ona məxsus evdən çıxmasını tələb etmişdir. Qarşılıqı iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı azyaşlı uşaqları xx.xx.2009-cu il təvəllüdlü X4, xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X3 ilə birlikdə İddiaçı mülkiyyətində olan Masallı rayonu Sığıncaq kəndində yerləşən evə köçürülməsini və dövlət rüsumuna görə ödədiyi 100 manat pulu tələb etmişdir. İlk İddiaçı ərizə təqdim edərək, iddia ərizəsinin baxılmamış saxlanılmışdır. Belə ki, o, izahatında bildirdi ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 evi tərk etdikləri üçün mübahisəsi qalmamışdır. Ona görə iddiasını geri götürür. İlk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2, onun nümayəndəsi və vəkili Vəkil ilk İddiaçı iddia ərizəsinin baxılmamış saxlanılmasına etirazlarının olmadığını bildirmişlər. Məhkəmə hesab edir ki, mülki iş üzrə ilk iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11.-ci maddəsinə əsasə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263-268, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İlk İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ailə üzvləri ilə birlikdə Masallı rayonu, Sığıncaq kəndində yerləşən ona məxsus evdən çıxarılmaları tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar