Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-1487/2023 20.04.2023 MASALLI RAYON MƏHKƏMƏSİ X2 Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «zəbt olunmuş torpaq sahəsindən çıxarılma və torpaq sahəsində cavabdeh tərəfindən quraşdırılımış tranformatorun cavabdehin hesabına götürülməsi» tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «zəbt olunmuş torpaq sahəsindən çıxarılma və torpaq sahəsində cavabdeh tərəfindən quraşdırılımış transformatorun cavabdehin hesabına götürülməsi» tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. 20 aprel 2023-cü il tarixdə iddiaçının nümayəndəsi Vəkil məhkəməyə ərizə təqdim edərək, iddiaçı ilə cavabdeh barışdıqlarından iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını, iddia ərizəsi geri qaytarılarkən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddələrinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) “İşin məhkəmə baxışına hazırlanması zamanı iş üzrə icraatın dayandırılması, xitam verilməsi və ərizənin qaytarılması” adlanan 170-ci maddəsinə müvafiq olaraq bu Məcəllənin 254, 255, 261.0.1- 261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinin tələbinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılmalıdır. Odur ki, İddiaçı tərəfindən Masallı rayonu Kapital banka ("xxxx" ASC Masallı branch) ödənilmiş (03 aprel 2023-cü il tarixli, terminal nömrəsi K0161013, əməliyyat İD ********* GPP qəbz nömrəsi **********, büdcə səviyyə kodu 142213) 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 170.1, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «zəbt olunmuş torpaq sahəsindən çıxarılma və torpaq sahəsində cavabdeh tərəfindən quraşdırılımış transformatorun cavabdehin hesabına götürülməsi» tələbi üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən Masallı rayonu Kapital banka ("xxxx" ASC Masallı branch) ödənilmiş (03 aprel 2023-cü il tarixli, terminal nömrəsi K0161013, əməliyyat İD ********* GPP qəbz nömrəsi **********, büdcə səviyyə kodu 142213) 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-1487/2023
Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-1487/2023
20.04.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver