Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1497/2023 13.06.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Masallı regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı miras əmlakın qəbul edilməsi üçün buraxılmış müddətin bərpa edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum anası X2 miras qalmış "xxxx" ASC-də əmanətə qoyulmuş pul məbləğindən ibarət mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsinin üzürlü hesab edilərək uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, anası X8 xx.xx.2018-ci ildə ölmüşdür. Anası ölənədək "xxxx" ASC-də əmanətə pul qoymuşdur. Anasının birinci növbəli vərəsələri o, bacısı və qardaşıdır. Bunu kənd icra nümayəndəliyi tərəfindən verilmiş vərəsələrin dairəsi barədə arayış da təsdiq edir. X1 2015-ci ildə vəfat etmişdir. X8 xx.xx.2018-ci ildə öldükdən sonra vərəsəliyin qəbulu ilə bağlı notariat kontoruna müraciət etməmişdir. Bu yaxınlarda notariat kontoruna müraciət etdikdə isə mirasın qəbul müddətinin buraxıldığı üçün vərəsəlik işinin notarial qaydasında sənədləşdirilməsinin mümkün olmaması barədə ona imtina verilmişdir. Mirası qəbul etmək istəsə də, Rusiya Federasiyasında yaşadığından və işlədiyindən mütəmadi gəlib-gedə bilməmişdir. Bu səbəbdən də mirasın qəbulu barədə notariat kontoruna vaxtında ərizə verməmişdir. Our ki, mirasın qəbulu ilə bağlı buraxılmış müddətin bərpa edilməsi barədə məhkəməyə müraciət etmişdir. Ərizəçi tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133, 1134.1, 1159.1, 1159.1.1, 1243.1, 1243.2, 1246 və 1248.1-ci maddələrinə istinad etmişdir. Ərizəçi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, digər birinci növbəli vərəsələr olan bacı və qardaşı mirasın qəbulundan imtina etmişdilər. Sonda Ərizəçi ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Masallı regional “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu Əlövsət İbrahimov məhkəməyə ərizə göndərərək xx.xx.2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iş yükünün ağırlığı ilə əlaqədar gələ bilməyəcəyi üçün işə onun iştirakı olmadan baxaraq müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.1958ci ildə Masallı rayonu, Ərkivan kəndində doğulmuşdur. İş materiallarında olan doğum haqqında arayışlardan görünür ki, X9 01 may 1977-ci ildə, Ərizəçi 17 aprel 1980-ci ildə, X7 16 fevral 1982-ci ildə doğulmuşlar. Onların X1, anası İsmayılova (Nəzərova) şövkət Yusif qızıdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X5 11 noyabr 2015-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 28 dekabr 2015-ci tarixdə 92 № ilə qeyd edilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, xx.xx.1958-ci il təvəllüdlü X8 10 mart 2018-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 12 mart 2018-ci tarixdə 171 № ilə qeyd edilmişdir. İş materiallarında olan Masallı RİHB-nin Ərkivan qəsəbə ərazi nümayəndəsi tərəfindən verilmiş 27 mart 2023-cü il tarixli, 572 saylı arayışda göstərilir ki, Ərizəçi anası X8 xx.xx.2018-ci ildə vəfat etmişdir. Mərhumənin ailə tərkibindən qeydiyyatdan çıxıb gedən vərəsələri 01 may 1977-ci il təvəllüdlü X9, 17 aprel 1980-ci il təvəllüdlü Ərizəçi və 16 fevral 1982-ci il təvəllüdlü X3r. Ş.Nəzərovanın qeyd olunan vərəsələrdən başqa digər vərəsələri yoxdur. İş materiallarında olan X9 və X7 tərəfindən imzalanmış notarail qaydada təsdiqlənmiş xx.xx.2023-cü il tarixli ərizələrdə göstərilir ki, “...10 mart 2018-ci ildə vəfat etmiş X4 ölümündən sonra mirasın açılması haqqında mənə məlumdur. Mirasın alınması üçün müddət mənim tərəfimindən buraxılmışdır. Mirası qəbul etmək üçün müddətin bərpası edilməsinə görə məhkəməyə müraciət etməyəcəm. Miras əmlakı faktiki idarə etməyə daxil olmamışam. Ərizəçi tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamənin alınmasına etiraz etmirəm.” xx.xx.2015-ci il tarixli, AZ94BRES******************** nömrəli Bank əmanəti müqaviləsindən görünür ki, X8 24 ay müddətinə illik faiz dərəcəsi 5 faiz olmaqla 1100 USD xarici valyutada olan pul vəsaitini "xxxx" ASC-də əmanət qoymuşdur. Kassa mədaxil qəbzinin surətindən görünür ki, X8 1100 USD xarici valyutada olan pul vəsaitini "xxxx" ASC-nin kassasına mədaxil etmişdir. Masallı regional “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu Vüsal Sadıqov tərəfindən Ərizəçi ünvanlanmış 28 mart 2023-cü il tarixli, 284 saylı məktubdan görünür ki, xx.xx.2018-ci il tarixdə vəfat etmiş X2 miras qalmış əmlakların qəbulu ilə əlaqədar notariat ofisinə xx.xx.2023-cü il tarixdə yazılmış ərizəyə baxılmışdır. Mirasın qəbul edildiyi müddət buraxıldığından müddətin bərpa edilməsi üçün məhkəməyə müraciət edilməsi təklif olunmuşdur. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Mülki Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mülki Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Qeyd edilən Məcəllənin 1243-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Göstərilən Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mülki Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə qeyd edir ki, Ərizəçi mərhum anası X4 birinci növbə vərəsəsidir, digər birinci növbədən olan vərəsələr mirasın qəbulundan imtina etmişlər. Ərizəçi Rusiya Federasiyasında yaşadığından və işlədiyindən mütəmadi gəlib-gedə bilməmiş və mirasın qəbulu üçün vaxtında müarciət edə bilməmişdir. Odur ki, ərizə təmin edilməli və mərhum X2 miras qalmış əmlakın qəbul edilməsi üçün ötürülmüş müddət üzürlü hesab edilməklə 3 (üç) ay uzadılmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.2018-ci il tarixdə ölmüş X2 miras qalmış "xxxx" ASC-də əmanətə qoyulmuş pul məbləğindən ibarət mirasın qəbul edilməsi üçün Ərizəçi tərəfindən buraxılmış müddət üzrlü hesab edilsin və Ərizəçi mirası qəbul etməsi müddəti 3 (üç) ay uzadılsın. 3 (üç) aylıq müddət qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №2(050)-1497/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1497/2023
13.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver