Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1503/2023 05.07.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı (üçüncü şəxs Masallı regional “ASAN xidmət” mərkəzində notariat ofisi) miras əmlakın qəbul edilməsi tələbi üzrə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı (üçüncü şəxs Masallı regional “ASAN xidmət” mərkəzində notariat ofisi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum X1 miras qalmış Masallı şəhərində yerləşən Masallı Rayon Aqrar İslahat Komissiyasının 19 aprel 1999-cu il tarixli, 027 saylı qərarı ilə “Torpağın mülkiyyətə verilməsinə dair” JN 507A, kod 80501004 saylı şəhadətnaməsi ilə fərdi yaşayış evinin tikilməsi məqsədi ilə ayrılmış 0.09 ha torpaq sahəsindən mərhum X2 payına düşən miras əmlaka qanun üzrə vərəsə kimi onun tanınması, həmin daşınmaz əmlakdan mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, X13 onun əmisidir. X3 ilə X20 xx.xx.1980-ci ildə rəsmi nikaha daxil olub ailə həyatı qurmuşlar. Onların birgə nikahlarından övladları olmamışdır. X13 xx.xx.2021-ci il tarixdə, əmisi arvadı Hərsaba isə xx.xx.2021-ci il tarixdə ölmüşdür. X3 və arvadı X20 öldükdən sonra onlardan miras olaraq Masallı Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 027 saylı qərarı ilə fərdi yaşayış evinin tikilməsi üçün verilmiş 0.09 ha torpaq sahəsi qalmışdır. X1 miras qalmış əmlakı faktiki olaraq qəbul edib idarə etmiş və həmin əmlakı istifadə edir. X2 vərəsləri kimi o və bibisi qalmışdır. Miras əmlakın qəbulu ilə bağlı notariat kontoruna müraciət etsə də, notariat kontoru tərəfindən imtina verilmişdir. Atası Təyyar ilə əmisi Bayram qardaşdırlar. Belə ki, onların anaları bir olsada, ataları fərqli insanlardır. Odur ki, miras əmlakın qəbul olunması barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 22 iyun 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, bibisi Cavabdeh notariat kontorunda ərizə verərək qardaşı Bayram Şirəliyevdən qalan mirasdan imtina etmişdir. Mərhum X3 vəfat etdikdən sonra onun fərdi yaşayış evinə və torpaq sahəsinə sahiblik və nəzarət edir. Sonda İddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, növbəti məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxs Masallı regional “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu Əlövsət İbrahimov ərizə ilə məhkəməyə müraciət edərək, iş yükünün ağırlığı ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiklərini bildirmiş və işə onların iştirakları olmadan baxılaraq, müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: “Torpağın mülkiyyətə verilməsinə dair” JN 507A, kod 80501004 saylı şəhadətnamədən görünür ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 19 aprel 1999cu il tarixli, 027 nömrəli qərarı ilə X8 və X9 0.09 hektar torpaq sahəsi verilmişdir. Doğum haqqında arayışdan görünür ki, X14 15 mart 1941-ci ildə Masallı şəhərində doğulmuşdur, atası X21, anası X12r. Nikah haqqında arayışdan görünür ki, X13 ilə X20 arasında 16 dekabr 1980-ci ildə Masallı rayon VVAQ şöbəsində 184 saylı nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə (arvada) Şirəliyev (a) soyadı verilmişdir. Ölüm haqqında arayışlardan görünür ki, X13 22 dekabr 2021-ci ildə, X15 27 dekabr 2021-ci ildə ölmüşdür. Masallı Rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 21 iyul 2022-ci il tarixli, 1684 saylı arayışında göstərilir ki, İddiaçı ögey əmisi Masallı şəhəri, C.Cabbarlı küçəsi, ev 54-də yaşamış mərhum X13 və onun həyat yoldaşı X10 məxsus olan fərdi yaşayış evi vardır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, onlar vəfat etdikdən sonra daimi olaraq həmin fərdi yaşayış evində heç kim yaşamır və həmin fərdi yaşayış evinə İddiaçı sahiblik və nəzarət edir. Masallı Rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 21 iyul 2022-ci il tarixli, 1685 saylı arayışda göstərilir ki, Cavabdeh mərhum qardaşı X13 xx.xx.2021-ci ildə vəfat etmişdir. Mərhumun daimi yaşayış yeri Masallı şəhəri, C.Cabbarlı küçəsi, ev 54 olmuş, vəfat edənədək onunla yaşamış və hazırda yaşayan qeydiyyatdan çıxıb gedən Cavabdeh qalmışdır. Digər vərəsələri barədə məlumat yoxdur. Masallı Rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 21 iyul 2022-ci il tarixli, 1683 saylı arayışda göstərilir ki, X17 mərhum bacısı X15 xx.xx.2021-ci ildə vəfat etmişdir. Mərhumun daimi yaşayış yeri Masallı şəhəri, C.Cabbarlı küçəsi, ev 54 olmuş, vəfat edənədək onunla yaşamış və hazırda yaşayan vərəsələri qeydiyyatdan çıxıb gedənlər X24, X18, X22, X23, X19 və X25 qalmışdır. Digər vərəsələri barədə məlumat yoxdur. Doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx xxxx 1975-ci ildə Masallı şəhərində doğulmuşdur, atası X26, anası X11r. Doğum haqqında şəhadətnamədən görünür ki, X26 01 iyul 1947-ci ildə doğulmuşdur. X4r. Ata qrafasında qeyd yoxdur. Ölüm haqqında arayışdan görünür ki, X26 xx.xx.1997-ci ildə ölmüşdür. Cavabdeh notarial qaydada təsdiq edilmiş ərizəsində göstərilir ki, “xx.xx.2021-ci il tarixdə qardaşım - X13 vəfat etmişdir. Vərəsəlik işi ilə əlaqədar bildirirəm ki, ondan miras qalmış əmlakı faktiki qəbul etməmişəm, qəbul etmək niyyətində də deyiləm. Bununla bağlı hər hansı mübahisə olarsa bütün məsuliyyəti öz üzərimə götürürəm.” Masallı regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 177 saylı məktubdan görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X5 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə xx.xx.2023-cü il tarixli ərizə və sənədlər nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, vərəsəliyin qəbul müddəti keçdiyi, vərəsələr arasında mübahisə olduğuna görə vərəsəlik işini notarial qaydada rəsmiləşdirmək mümkün olmadığı üçün sənədlər məhkəməyə müraciət olunması ilə əlaqədar geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsində qeyd edilir ki, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin1134.1-ci maddəsinə əsasənqanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci Maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ikinci növbədə vərəsələr-ölənin bacıları və qardaşları sayılırlar. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Məhkəmə qeyd edir ki, İddiaçı mərhum İddiaçı miras qalmış əmlakı (torpaq sahəsini) faktiki qəbul etmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının izahatı ilə, həmçinin iş materialları ilə bu fakt öz təsdiqini tapır. Masallı Rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 21 iyul 2022-ci il tarixli, 1684 saylı arayışında göstərilir ki, İddiaçı ögey əmisi Masallı şəhəri, C.Cabbarlı küçəsi, ev 54-də yaşamış mərhum X13 və onun həyat yoldaşı X10 məxsus olan fərdi yaşayış evi vardır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, onlar vəfat etdikdən sonra daimi olaraq həmin fərdi yaşayış evində heç kim yaşamır və həmin fərdi yaşayış evinə İddiaçı sahiblik və nəzarət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 223-cü maddəsinə əsasən: 223.1. Birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir. 223.2. Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. 223.3. Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Məhkəmə qeyd edir ki, X15 əri X13 22 dekabr 2021-ci ildə vəfat etdikdən sonra mirası qəbul etməsi ilə bağlı iş materiallarında hər hansı bir sübut yoxdur. Onun özü isə ərindən 5 gün sonra 27 dekabr 2021-ci ildə ölmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Şərh olunanları və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Masallı Rayon Aqrar İslahat Komissiyasının 19 aprel 1999-cu il tarixli, 027 saylı qərarı ilə verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN 507A, kod 80501004 saylı şəhadətnamədə nəzərdə tutulmuş 0.09 ha torpaq sahəsinin X6 payına düşən hissəsinə ikinci növbədə vərəsə kimi İddiaçı hüququ tanınmaqla onun mirası faktiki qəbul etməsi müəyyən edilsin. Masallı Rayon Aqrar İslahat Komissiyasının 19 aprel 1999-cu il tarixli, 027 saylı qərarı ilə verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN 507A, kod 80501004 saylı şəhadətnamədə nəzərdə tutulmuş 0.09 hektar torpaq sahəsinə münasibətdə paylar aşağıdakı kimi müəyyən edilsin: İddiaçı - 1/2 və X7 - 1/2. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №2(050)-1503/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1503/2023
05.07.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver