Məhkəmə qərarları › İş №2(050)-1504/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1504/2023

02.06.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1504/2023 02.06.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, iddiaçı Baxşəlı̇ yeva Nüşabə Heydər qızı və onun vəkili Vəkil, cavabdeh “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələri Nümayəndə1 və Nümayəndə2 iştirakları ilə, İddiaçı Baxşəlı̇ yeva Nüşabə Heydər qızının cavabdeh “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra - MMC) qarşı işə bərpa və əmək haqınını ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Baxşəlı̇ yeva Nüşabə Heydər qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 05 yanvar 2023-cü il tarixli əmrin etibarsız hesab edilməsi, onun “X1” MMC-yə xadimə vəzifəsinə bərpa edilməsi və əmək haqqının cavabdeh təşkilatdan alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 05 yanvar 2022-ci il tarixdə qızı “X1” MMC ilə əmək müqaviləsi bağlayaraq xadimə vəzifəsinə qəbul olunmuşdur. İşlədiyi müddətdə əmək qanunvericiliyinin tələblərinə raiyət etməklə işinin öhdəsindən gəlmiş, heç bir vaxt barəsində intizam tənheh tədbiri tətbiq edilməmişdir. Əmək müqaviləsində nəzərdə tutulmuş bütün vəzifələrini vaxtlı-vaxtında icra etmişdir. Lakin işəgötürən heç bir səbəb olmadan əmək müqaviləsinə xitam verərək, onu işdən azad etmişdir. İşdən azad edildiyi vaxtdan hazırki vaxtadək əmək kitabçası verilməmiş, həmçinin, verilməli olan son haqqhesab ödənilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsin 73.1-ci maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İşəgötürən əmək müqaviləsinin xitam olunması ilə bağlı ona heç bir rəsmi məlumat verməmiş və bunu öz qərarında əsaslandırmamışdır. İşəgötürən qanunvericiliyin tələblərini pozaraq, 05 yanvar 2023-cü il tarixli əmrində öz adı, soyad və atasının adını qeyd etməmiş, əmək müqavilləsinin ləğv edilməsinin əsasını, Əmək Məcəlləsinin müvafiq maddəsinin hissəsini göstərməmiş, müqavilənin ləğv edilməsi barədə əmrin verilməsi üçün əsas hesab olunan rəsmi sənədləri qeyd etməmişdir. Bundan başqa, Cəmiyyətin hüquqi ünvanını dəqiq qeyd etməmişdir. Həmçinin, əmrdə qanunvericiliyin tələbini pozmaqla işçiyə son haqq-hesabın verilməsi işçi Nümayəndə2 həvalə edilmişdir. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsin 70, 73, 77, 83, 84, 85 və 87-ci maddələrinə istinad edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, bildirdi ki, 15 ildən çox həmin təşkilatda işləmişdir. İşlədiyi müddətin müəyyən hissəsi rəsmiləşdirilməmişdir. İşlədiyi müddətdə kollektiv ilə heç bir problemi olmamışdır. 2022-ci ilin dekabr ayında qolu qırıldığı üçün xəbəri olmadan işdən azad olunmuşdur. Qolu işdə qırılmışdır. Hadisə ilə bağlı əvvəl şikayət etməmiş, işdən çıxarıldıqdan sonra şikayət etmişdir. Son haqq-hesab ödənilməmiş, əmək kitabçası verilməmişdir. İddia ərizəsinə əlavə edilmiş mübahisələndirilən 05 yanvar 2023-cü il tarixli əmr medasiya prosesində verilmişdir. Əmək haqqı kartının müddəti bitmişdir. Son haqq-hesab üzrə ödənilməli olan pulun alınması üçün əmək haqqı kartının məxsus olduğu "xxxx" ASC-yə müraciət etməmişdir. Sonda N.H.Baxşəlı̇ yeva iddianın təmin edilməsini xahiş etdi. İddiaçının vəkili iddianı müdafiə, Baxşəlı̇ yeva Nüşabə Heydər qızının izahatında göstərilən xüsusatları təsdiq etdiyini bildirdi. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddianı qəbul etməyərək, bildirdi ki, Baxşəlı̇ yeva Nüşabə Heydər qızı 2019-cu ildə müddətli əmək müqaviləsi ilə “X1” MMC-yə işə götürülmüşdür. Tərəflər arasında sonuncu əmək müqaviləsi tərəflərin razılığı əsasında müddətli əmək müqaviləsi olmaqla 05 yanvar 2022ci il tarixdə bağlanmış, müqavilənin müddəti 31 dekabr 2022-ci ilədək müəyyən edilmişdir. Müqavilə müddəti bitmiş, yeni müqavilə bağlanmamış və 05 yanvar 2023-cü il tarixli, 03 saylı əmrlə Baxşəlı̇ yeva Nüşabə Heydər qızı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 (b) maddəsinə əsasən əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar olaraq xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. İşçiyə əmək müqaviləsinin müddətinin uzadılmayacağı ilə bağlı şifahi şəkildə əvvəlcədən məlumat verilmişdir. Müddətli əmək müqaviləsində əmək müqaviləsinə xitam verilməsi barədə əvvəlcədən işçiyə xəbərdarlıq edilməsi tələb olunmur. Əmək müqaviləsinə xitam verilməsi barədə əmr və əmək kitabçası işçiyə təqdim edilmiş, lakin o, həmin sənədləri götürməkdən imtina etmişdir. Bu barədə video görüntü var. Digər hər hansı bir problemin olmaması (əmək kitabçasının itirilməsi) səbəbindən əmək kitabçası poçt vasitəsi ilə göndərilməmişdir. İşçiyə ödənilməli olan bütün son haqq-hesab onun kartına ödənilmişdir. Həmkarlar ittifaqları ilə bağlı məsələ ixtiyari məsələdir. Belə ki, müəssisə istəsə həmkarlar ittifaqları təşkilatlarına qoşula bilər, istəsə yox. İddiaçının vəzifəsinə başqa bir işçi işə götürülmüşdür. “X1” MMC-də əlavə ştat yoxdur. Sonda Nümayəndə2 iddianın rədd edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etmədiyini, Nümayəndə2 izahatında göstərilən xüsusatları təsdiq etdiyini bildirdi. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, məhkəmə proses iştitakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnaməsindən görünür ki, Cəmiyyətin balansında ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və cavabdeh olmaq hüququna malikdir. Cəmiyyət müstəqil balansa, təsərrüfat fəaliyyətinin təmin edilməsi məqsədilə istifadəsinə verilmiş Dövlət əmlakına, möhürə, müvafiq ştamplara, blanklara və blanklarda müvafiq hesablara malikdir (bənd 1.2).; Cəmiyyətinin təsisçisi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsidir (bənd 3.2).; Direktor cəmiyyətin bütün fəaliyyət istiqamətlərinin nəticələrinə görə məsuliyyət daşıyır. O, müəssisə adından vəkalətnaməsiz fəaliyyət göstərir, cəmiyyətin operativ idarə edilməsini həyata keçirir, üçüncü şəxslərə olan münasibətdə, o cümlədən məhkəmədə cəmiyyəti təmsil edir, ümumi yığıncağın təsdiqinə dair sənədləri hazırlayır, cəmiyyətin adından əqdlər bağlayır, rəsmi sənədləri imzalayır, cəmiyyətin işçilərini vəzifəyə təyin edir, başqa işə keçirir, vəzifəsindən azad edir, onların vəzifə maaşlarını müəyyən edir, onların barəsində həvəsləndirmə və tənbeh tədbirlərinin görülməsi haqqında əmrlər verir (bənd 4.2.2). 03 dekabr 2019-cu il tarixli, 04 saylı, 03 yanvar 2021-ci il tarixli, 02 saylı və 05 yanvar 2022-ci il tarixli, 01 saylı əmək müqavilələrindən görünür ki, “X1” Məhdud Məsuliyyətli Cəmiyyət ilə Baxşəlı̇ yeva Nüşabə Heydər qızı arasında bağlanmış əmək müqavilələrinə əsasən sonuncu Cəmiyyətə xadimə vəzifəsinə qəbul edilmişdir. Əmək müqavilələrində göstərilmişdir ki, bu əmək müqaviləsi müddətli bağlanmışdır. Müvafiq əmək müqavilələrinin müddəti kimi - 03 dekabr 2019-cu ildən 31 dekabr 2020-ci ilədək, 03 yanvar 2021-ci ildən 31 dekabr 2021-ci ilədək və 05 yanvar 2022-ci ildən 31 dekabr 2022ci ilədək (bənd 2.1). 05 yanvar 2023-cü il tarixli, 03 saylı əmrdən görünür ki, Baxşəlı̇ yeva Nüşabə Heydər qızı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 (b) maddəsinə əsasən əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar olaraq xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, bildiriş sistemə xx.xx.2023-cü ildə daxil edilmişdir. Baxşəlı̇ yeva Nüşabə Heydər qızına aid ******* saylı əmək kitabçasında göstərilmişdir ki, o, 01 may 2017-ci ildə Azərbaycan Respublikasının Alternativ və X2 Mənbələri üzrə Dövlət Agentliyinin tabeliyindəki "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Mərkəzi təchizat və təsərrüfat şöbəsinə xadimə vəzifəsinə təyin edilmiş, 30 sentyabr 2019-cu ildə işdən azad edilmişdir.; 03 dekabr 2019-cu ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində xadimə vəzifəsinə qəbul edilmiş, 05 yanvar 2023-cü ildə Əmək Məcəlləsinin 68.2.(b) bəndinə əsasən işdən azad edilmişdir. Haqq-hesab vərəqəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, Baxşəlı̇ yeva Nüşabə Heydər qızına ödənilməli olan ödənişlər ödənilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş CD diskə baxış keçirilmiş, videogörüntüdən məlum olmuşdur ki, Baxşəlı̇ yeva Nüşabə Heydər qızına əmək kitabçası və əmək müqaviləsinə xitam verilməsi barədə 05 yanvar 2023-cü il tarixli, 03 saylı əmr təqdim edilmiş, lakin, o, onları qəbul etməkdən imtina etmişdir. İşin araşdırılması zamanı müəyyən edilmişdir ki, işəgötürən və işçi arasında müddətli əmək müqaviləsi bağlanmış, əmək müqaviləsinin müddəti bitdikdən sonra müqavilənin müddəti artırılmamış və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin b) yarımbəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə 05 yanvar 2023-cü il tarixli, 03 saylı əmr ilə əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin b) yarımbəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsasıdır. Həmin Məcəllənin 73-cü maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur. Həmin Məcəllənin 79-cu maddəsinin 1 və 2-ci bəndlərinə əsasən işəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəalar bu Məcəllənin 70-ci maddəsinin «a» bəndi və 73-cü maddəsi ilə xitam verilən hallara şamil edilmir. Qeyd edilən maddi hüquq normalarına görə əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsasıdır. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Müddətli əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi zamanı həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur. Əmək Məcəlləsinin 79-cu maddəsinin 2-ci bəndi müddətli əmək müqaviləsinə şamil edilmir. İşin araşdırılması zamanı CD diskə keçirilmiş baxış nəticəsində müəyyən edilmişdir ki, Baxşəlı̇ yeva Nüşabə Heydər qızına əmək kitabçası və əmək müqaviləsinə xitam verilməsi barədə 05 yanvar 2023-cü il tarixli, 03 saylı əmr təqdim edilmiş, lakin, o, onları qəbul etməkdən imtina etmişdir. Haqq-hesab vərəqəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, ödənilməli olan ödənişlər ödənilmişdir. Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğuna görə təmin edilməməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Baxşəlı̇ yeva Nüşabə Heydər qızının cavabdeh “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı 05 yanvar 2023-cü il tarixli əmrin etibarsız hesab edilməsi, onun “X1” MMC-yə xadimə vəzifəsinə bərpa edilməsi və əmək haqqının cavabdeh təşkilatdan alınıb ona verilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar