Məhkəmə qərarları › İş №2(050)-1515/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1515/2025

05.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1515/2025 05.06.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Kərimli Famil Ələskər oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi doğum faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə, Masallı rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, onun mərhum anası Rəhimova (Şahbazova) Xumnaz Aslan qızının 17 noyabr 1929-cu ildə Masallı rayonu Bədəlan kəndində, mərhum X1nın 10 iyul 1934-cü ildə Masallı rayonu Bədəlan kəndində doğulmaları faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, anası Rəhimova (Şahbazova) Xumnaz Aslan qızı 17 noyabr 1929-cu ildə doğulmuş və 28 noyabr 2015-ci ildə vəfat etmişdir. X1 10 iyul 1934-cü ildə doğulmuş, 24 yanvar 2017-ci ildə vəfat etmişdir. Anası və xalasının doğumu haqqında “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsində doğumu haqqında qeydiyyat aşkar edilməmişdir. Onların doğum akt qeydinin olmaması nəticəsində bir sıra hüquqlardan məhrum olur. Onların doğum faktlarının müəyyən olunması başqa qaydada mümkün olmamışdır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, ərizəçi onun anasıdır. X9 ana nənəsi, mərhum Nazdar Şahbazova isə onun anasının xalası olmuşdur. Onun anası Leyla Babayeva öz xalası Nazdar Şahbazovanın övladı olmadığından onun himayəsində böyüyüb başa çatmış, ailə qurduqdan sonra da elə onunla bir yerdə yaşamışdır. Hazırda həmin evdə ailəlikcə birlikdə yaşayırlar. O, həmçinin ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, mərhumların anaları X13, ataları isə X17 olmuşdur. Mərhum anasının xalası Nazdarın onlardan başqa heç kimi olmamışdır. Onların doğulması faktının və bir-biri ilə bacı kimi qohumluq münasibətində olmalarının müəyyən edilməsi vərəsəlik işləri ilə əlaqədar sənədləşmə işlərinin aparılması məqsədi üçün lazımlıdır. Odur ki, onların doğum faktlarının müəyyən olunması və doğum haqqında şəhadətnamədə müvafiq düzəlişlərin aparılmasını xahiş etmişdir. Maraqlı şəxs Masallı regional “Asan-Xidmət” Mərkəzində Notariat Kontoruna məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, nümayəndə məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Ərizəçi onun bacısıdır. X9 anası, Nazdar Şahbazova isə onun xalası olmuşdur. Mərhumların anaları, yəni nənəsi X13, ataları isə, yəni babası X17 olmuşdur. X25 uşaqlıqdan öz xalası Nazdar Şahbazovanın övladı olmadığından onun yanında böyüyüb başa çatmış, ailə qurduqdan sonra da elə onunla bir yerdə yaşamışdır. Onun anasından eşitdiyinə görə anası Rəhimova (Şahbazova) Xumnaz Aslan qızı 17 noyabr 1929-cu ildə, X1 10 iyul 1934-cü ildə doğulmuşdur. Anası Rəhimova (Şahbazova) Xumnaz Aslan qızı 28 noyabr 2015-ci ildə, X1 24 yanvar 2017-ci ildə vəfat etmişdir. Məhkəmə işin materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: Fərdi uçot kartoçkalarının surətlərindən görünür ki, X6 doğum tarixi 1929-cu il, X2 doğum tarixi xx.xx.1934-cü il qeyd edilmişdir. Mərhumların anaları X13, ataları isə X5 qeyd edilmişdir. Ölüm haqqında arayışdan görünür ki, X14 21 noyabr 2015-ci ildə ölmüşdür. Ölüm haqqında şəhadətnamədən görünür ki, X11 24 yanvar 2017-ci ildə ölmüşdür. Masallı regional "ASAN" Xidmət Mərkəzində Qeydiyyat şöbəsinin 08 aprel 2025-ci il tarixli, 3-16-5/8-21xx-xx/2025 saylı arayışından görünür ki, "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X3 doğumu haqqında akt qeydi aşkar olunmamışdır. Masallı regional "ASAN" Xidmət Mərkəzində Qeydiyyat şöbəsinin 08 aprel 2025-ci il tarixli, 3-16-5/8-21xx-xx/2025 saylı arayışından görünür ki, "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X2 doğumu haqqında akt qeydi aşkar olunmamışdır. Doğum haqqında arayışdan görünür ki, X18 xx.xx.1954-cü ildə doğulmuşdur. Onun atası X30, anası X10r. Nikah haqqında arayışdan görünür ki, X30 ilə X15 arasında 30 mart 1952-ci il tarixdə Masallı rayon Qızılavar kənd ərazi nümayəndəliyində bağlanmış nikah, 04 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Ağayev, arvada Rəhimova soyadı verilmişdir Masallı regional "ASAN" Xidmət Mərkəzində Qeydiyyat şöbəsinin 17 mart 2025-ci il tarixli, 05/09İS/037529-25 saylı arayışından görünür ki, "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat sisteminə xx.xx.2017-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X2 nikahı haqqında akt qeydi aşkar olunmamışdır. Masallı Rayon Dövlət Arxivi tərəfindən verilmiş 2001-2005-ci illərə aid 3 saylı təsərrüfatbaşına kitabın 185-ci təsərrüfatından 2-3-cü səhifələrindən çıxarışdan görünür ki, ailə başçısı xx.xx.1934-cü il təvəllüdlü X12 təsəsrrüfatda olan şəxs kimi tək olaraq göstərilmişdir. Ondan başqa ailə üzvləri haqqında məlumat qeydləri yoxdur. Materiala əlavə edilmiş qəbirdaşının fotoşəklindən görünür ki, qəbirin baş daşının üzərinə “X14” “17.Xİ.1929-21.Xİ.2015” rəqəmləri və sözləri yazılmışdır. Materiala əlavə edilmiş qəbirdaşının fotoşəklindən görünür ki, qəbirin baş daşının üzərinə “X11” “10-Vİİ-1934-2017-İ-24” rəqəmləri və sözləri yazılmışdır. İşin faktiki halları ilə müyyən olunmuşdur ki, Masallı rayonu Qızılavar kəndində yaşamış mərhum X14 ərizəçinin anası, X11 isə onun xalası olmuşdur. Mərhumların anaları X13, ataları isə X17 olmuşdur. X14 xx.xx.1929-cu il tarixdə, X11 xx.xx.1934-cü il tarixdə doğulmuşdur. Belə ki, hər iki şəxsin soyadları və ata adlarının eyniliyi, Masallı rayonunda anadan olmaları və orada yaşamaları, həmin şəxslərin qohumluq münasibətlərində olmasına əsas verir. Digər tərəfdən, fərdi uçot kartoçkalarında qeyd edilmiş məlumatlara əsasən X7 Masallı rayonu Qızılavar kəndində 1929-cu il tarixdə doğulduğu, atasının adının X17 olduğu, X4 xx.xx.1934-cü il tarixdə Masallı rayonu Bədəlan kəndində doğulduğu, atasının X17 olduğu, anasının isə X16 olduğu göstərilmişdir. Məhkəmə, sözügedən sənədlərin səlahiyyətli qurum tərəfindən verildiyini və həmin sənədlərdəki məlumatların həqiqiliyinə şübhə yaradan halların müəyyən olunmadığını, habelə iş üzrə dindirilən şahidlərin ifadələri ilə də göstərilən məlumatların həqiqiliyi təsdiq edilmişdir. Eyni zamanda mərhumların qəbirdaşlarının üzərinə həkk edilmiş tarixlərdən görünür ki, onların doğum tarixləri orada dəqiqliklə göstərilmişdir. Şahidlər məhkəmə iclasında izahat verdikləri zaman X7 qəbir daşının üzərinə yazılmış doğum tarixinin günü və ayı ilə bağlı məlumatı mərhumun sağlığından özündən eşitdiklərini bildirmişdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2. və 307.2.1.-ci maddələrinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilənlərə əsasən, X6 xx.xx.1929-cu il tarixdə, X2 isə 10 iyul 1934-cü il tarixdə Masallı rayonunda doğulması faktları müəyyən edilməli, həmin şəxslərin doğum akt qeydlərində analarının X13, atalarının isə X17 olması ilə bağlı məlumatlar göstərilməlidir. Beləliklə, məhkəmə ərizəçinin anasının və xalasının doğum faktının məhkəmədə müəyyən olunmadan hüquqlarını həyata keçirə bilməməsi qənaətinə gələrək hesab edir ki, ərizə təmin olunmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Rəhimova (Şahbazova) Xumnaz Aslan qızının 17 noyabr 1929-cu ildə Masallı rayonu Qızılavar kəndində, X2 isə 10 iyul 1934-cü ildə Masallı rayonu Bədəlan kəndində doğulmaları faktı müəyyən edilsin. Rəhimova (Şahbazova) Xumnaz Aslan qızı və X8 məxsus doğum akt qeydinin ata qrafasında X17, ana qrafasında X13 yazılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar