Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1537/2024 21.05.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Masallı Regional Cavabdehndə Notariat ofisinə qarşı miras əmlakın qəbul edilməsi üçün müddətin uzadılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Masallı Regional Cavabdehndə Notariat ofisinə qarşı miras əmlakın qəbul edilməsi üçün müddətin uzadılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum qardaşı X3 miras qalmış, Masallı rayonu Qızılavar kəndində yerləşən **********26 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2024-cü il tarixli dövlət reyestrindən arayışa əsasən mülkiyyətində olmuş 0,07 ha həyətyanı torpaq sahəsinin və Masallı rayon Aqrar İslahat Komissiyasının 06 yanvar 1998-ci il tarixli 01 saylı qərarı əsasında verilmiş JN-109 kod 80514018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə mülkiyyətində olmuş Masallı rayonu Qızılavar kəndində yerləşən 0,75 ha payıbəlli torpaq sahəsinin 1/6-dən ibarət mirasın qəbul edilməsi üçün müddətin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, valideynləri X15 ilə X4 nikahlarından onunla yanaşı Yadigar adlı qardaşı anadan olmuşdur. Atası 25 avqust 1965-ci ildə, anası 01 dekabr 2012-ci ildə, qardaşı isə 30 mart 2005-ci ildə vəfat etmişdir. Qardaşı vəfat edənədək Masallı rayonu Qızılavar kəndində yaşamaqla həmin kənddə 0,07 ha həyətyanı torpaq sahəsi, həmçinin Torpağa mülkiyyət hüququna dair JN-109 kod 80514018 saylı Dövlət Aktı ilə paylı mülkiyyətində olan 0,75 ha payıbəlli torpağın 1/6-i qardaşına məxsus olmuşdur. Mərhum qardaşının ondan başqa birinci növbəli ata və anasından ibarət vərəsəsi valdır ki, onlar da vəfat etmişlər. O, Rusiya Federasiyasında yaşamaqla qardaşının ölümündən sonra miras əmlakın qəbulu barədə Notariat Ofisinə vaxtında müraciət etməmişdir. Lakin qardaşının yas mərasimində iştirak etmiş, ümumi birgə mülkiyyətində olan torpaq sahəsini əkmişdir. Bu yaxınlarda Notariat Ofisinə müraciət etdikdə isə, mirasın qəbul müddətinin buraxıldığı üçün vərəsəlik işinin notarial qaydasında sənədləşdirişlməsinin mümkün olmaması barədə məktub verilmişdir. Mərhum qardaşının vəfatından sonra onun birinci növbəli vərəsələri olmadığından, ikinci növbəli vərəsəsi kimi yalnız o, olduğundan qanunvericiliyin tələbinə əsasən ikinci növbəli yeganə vərəsə hesab edilir. Qanunvericiliyin tələbinə əsasən mərhum qardaşının birinci növbəli vərəsəsi olmadığından, o, isə yeganə ikinci növbəli vərəsə olduğundan miras əmlaka yalnız onun hüquqları yaranır. Lakin o, mirası qəbul etmək istəsə də, Rusiya Federasiyasında yaşamağı ilə bağlı ölkə hüdudlarından kənarda olmuşdur. Bu səbəbdən də mirasın qəbulu barədə notariat kontoruna vaxtında ərizə verməmişdir. Odur ki, mirasın qəbulu ilə bağlı buraxılmış müddət uzadıla bilər. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək məhkəmədən iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Masallı Cavabdehndə Notariat Ofisinin notariusu X23 məhkəməyə məktub göndərərək 21 may 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iş yükünün ağırlığı ilə əlaqədar gələ bilməyəcəyi üçün işə onun iştirakı olmadan baxaraq qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan; doğum haqqında arayışdan görünür ki, İddiaçı 15 dekabr 1963-cü il tarixdə Masallı rayonu Qızılavar kəndində anadan olmuşdur. X10, anası X5r. doğum haqqında arayışdan görünür ki, X14 01 yanvar 1965-ci il tarixdə Masallı rayonu Qızılavar kəndində anadan olmuşdur. X10, anası X5r. ölüm haqqında arayışdan görünür ki, X15 25 avqust 1965-ci il tarixdə Masallı rayonu Qızılavar kəndində, Miokard infarkt səbəbindən ölmüşdür. ölüm haqqında arayışdan görünür ki, X12 01 dekabr 2012-ci il tarixdə Masallı rayonu Qızılavar kəndində, Beyinə qansızma səbəbindən ölmüşdür. ölüm haqqında şəhadətnamədən görünür ki, X14 30 mart 2005-ci il tarixdə Masallı rayonu Qızılavar kəndində, Miokard infarkt səbəbindən ölmüşdür. Masallı RİHB-nin Qızılavar kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2024-cü il tarixli, 66 nömrəli arayışından görünür ki, İddiaçı qardaşı X14 xx.xx.2005ci il tarixdə vəfat etmişdir. Mərhumun daimi yaşayış yeri Masallı rayonu Qızılavar kəndi olmuş, ölənədək onunla birlikdə yaşamış və hazırda həmin evdə yaşayan ailə üzvü- İddiaçıdur. X2 ailə tərkibindən qeydiyyatdan çıxıb gedən övladları yoxdur. X2 qeyd olunan vərəsədən başqa digər vərəsəsi yoxdur. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən arayışdan görünür ki, X11 Masallı rayonu, Dəlləkoba kəndində xüsusi mülkiyyətlərində 0.07 hektar yaşayış məntəqələri torpaq sahəsi verilmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, xx.xx.2024-cü il qeydiyyat tarixi ilə qeydiyyata alınmışdır. JN-109 Kod 80514018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 06 yanvar 1998-ci il tarixli, 01 saylı qərarı ilə Masallı rayonu Qızılavar kənd sakini X7, X11, İddiaçı, X13, X8, X9 0.75 hektar kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. Masallı Rayon Cavabdeh Notariat ofisinin xüsusi notariusu X22 tərəfindən tərtib edilmiş 25 mart 2024-cü il tarixli, 336 nömrəli məktubdan görünür ki, xx.xx.2005-ci il tarixdə vəfat etmiş X6 ünvan 1i ünvanında yerləşən 0.07 ha torpaq sahəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə notariat ofosinə xx.xx.2024-cü il tarixdə yazılmış ərizəyə baxılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246cı maddəsinə (vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.) əsasən, mirasın qəbul edildiyi müddəti buraxıldığı üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248-ci maddəsinə əsasən, müddətin bərpası üçün məhkəməyə müraciət edilməsi təklif olunmuşdur. Bundan əlavə İddiaçı özündən başqa vərəsələrin olmadığını, yalnız tək özünün vərəsə olduğunu bildirmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133-cü maddəsinin tələbinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1159.1 və 1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) sayılırlar. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Məhkəmə işin tədqiq edilmiş faktiki və hüquqi hallarına əsasən müəyyən etmişdir ki, İddiaçı mərhum qardaşı X6 ikinci növbə vərəsəsidir. İddiaçı tələbində mərhum qardaşı X3 miras qalmış Masallı rayonu Qızılavar kəndində yerləşən **********26 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2024-cü il tarixli dövlət reyestrindən arayışa əsasən mülkiyyətində olmuş 0,07 ha həyətyanı torpaq sahəsinin və Masallı rayon Aqrar İslahat Komissiyasının 06 yanvar 1998-ci il tarixli 01 saylı qərarı əsasında verilmiş JN-109 kod 80514018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə mülkiyyətində olmuş Masallı rayonu Qızılavar kəndində yerləşən 0,75 ha payıbəlli torpaq sahəsinin 1/6-dən ibarət mirasın qəbul edilməsi üçün müddətin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi iddiaçının mərhum qardaşı X3 miras qalmış əmlakın qəbul edilməsi üçün ötürülmüş müddətin üzürlü hesab edilərək uzadılmasından ibarət olduğu və həmin hissədə əsaslı olduğu üçün iddia ərizəsi qismən təmin edilməli və X1 miras qalmış əmlakın qəbul edilməsi üçün ötürülmüş müddət üzürlü hesab edilərək uzadılmalıdır. Belə ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən arayışdan görünür ki, hüququ rəsmiləşdirilən şəxs X11 Masallı rayonu, Dəlləkoba kəndində xüsusi mülkiyyətlərində 0.07 hektar yaşayış məntəqələri torpaq sahəsi verilmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, xx.xx.2024-cü il qeydiyyat tarixi ilə qeydiyyata alınmışdır, JN-109 Kod 80514018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 06 yanvar 1998-ci il tarixli, 01 saylı qərarı ilə Masallı rayonu Qızılavar kənd sakini X7, X11, İddiaçı, X13, X8, X9 0.75 hektar kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. X1 miras qalmış Masallı rayonu Qızılavar kəndində yerləşən **********26 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2024-cü il tarixli dövlət reyestrindən arayışa əsasən mülkiyyətində olmuş 0,07 ha həyətyanı torpaq sahəsindən ibarət mirasın qəbul edilməsi və Masallı rayonu Qızılavar kəndində yerləşən Masallı rayon Aqrar İslahat Komissiyasının 06 yanvar 1998-ci il tarixli 01 saylı qərarı əsasında verilmiş JN-109 kod 80514018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən mülkiyyətində olmuş 0,75 ha torpaq sahəsindən ibarət mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsi üzürlü hesab edilərək uzadılsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-1537/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1537/2024
21.05.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver