Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-1584/2024 05.07.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı5, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı5 cavabdeh Masallı Rayonu Yeyənkənd bələdiyyəsinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2) qarşı kiçik həcmli su kanallarının açılması tələbi barədə iddia ərizəsi üzrə mülki işə məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı5 cavabdeh Masallı Rayonu Yeyənkənd bələdiyyəsinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2) qarşı kiçik həcmli su kanallarının açılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı5 ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına etirazının olmamasını bildirdi. Cavabdeh Masallı Rayonu Yeyənkənd bələdiyyəsinə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının vəsatəti təmin edilərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin “İşin məhkəmə baxışına hazırlanması zamanı iş üzrə icraatın dayandırılması, xitam verilməsi və ərizənin qaytarılması” adlanan 170-ci maddəsinə müvafiq olaraq bu Məcəllənin 254, 255, 261.0.1- 261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər (170.1). Qeyd olunanlara əsasən və MPM-in 170.1, 263, 264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı5 cavabdeh Masallı Rayonu Yeyənkənd bələdiyyəsinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2) qarşı kiçik həcmli su kanallarının açılması tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. X3
Məhkəmə qərarları › İş №2(050)-1584/2024
Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-1584/2024
05.07.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver