Məhkəmə qərarları › İş №2(050)-1599/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1599/2024

15.07.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1599/2024 15.07.2024 MASALLI RAYON MƏHKƏMƏSİ X4 (sədrlik edən), məhkəmə iclasının katibi X3, İddiaçı və iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh, üçüncü şəxs X2 qarşı “evdən və torpaqdan çıxarılma” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 alqı-satqı yolu ilə almaqla daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli **********09-10301 reyestr nömrəli Çıxarışa əsasən mülkiyyətində olan Masallı rayonu Böyük Xocavar kəndində yerləşən 0,11 ha torpaq sahəsinin və evin ona təhvil verilməsi, Cavabdeh həmin torpaq sahəsi və orada olan fərdi yaşayış evindən çıxarılaraq qeyd olunan daşınmaz əmlakdan istifadəsinə olan maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, həmkəndlisi X1 Böyük Xocavar kəndində yerləşən 0,11 ha həyətyanı torpaq sahəsini və orada olan fərdi yaşayış evini alqı-satqı qaydasında almışdır. Bununla bağlı Afəddinə xx.xx.2019-cu ildə 26000 manat pul vermişdir. Daha sonra isə həmin alqı-satqını notariat kontorunda rəsmiləşdirərək xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Afəddinə əlavə olaraq 15000 manat pul vermişdir. Ümumilikdə qey olunan evə görə Afəddin Qurbanova 41000 manat pul vermişdir. Həmin torpaq sahəsi ilə ev Afəddin Qurbanovun mülkiyyətində olmuş, başqa paylı mülkiyyətçi olmamışdır. Həmin torpaq sahəsi ilə evə dair onun hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə ona xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli **********09-10301 reyestr nömrəli X6 tərtib edilmişdir. X9 hazırkı vaxtadək evi ona təhvil verməmiş, əsas kimi isə qardaşı Cavabdeh həmin evin açarlarını özbaşına dəyişməsini göstərmişdir. Cavabdeh həmin torpaq sahəsini və evi özbaşına tutaraq oradan çıxmır. Bununla bağlı dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq nəticəsi olmamış, hətta onu və ailə üzvlərini evə yaxın düşəcəyi halda öldürməklə hədələmişdir. Halbuki cavabdehin özünün qonşuluqda ayrıca evi vardır. Cavabdehin razılığı olmadan mülkiyyətində olan evdə məskunlaşması qeyri-qanuni olmaqla mülkiyyət hüquqlarının pozuntusudur. Yuxarıda göstərdiyi kimi Afəddin Qurbanovun ona satdığı daşınmaz əmlakı yerində təhvil verməməsi, digər Cavabdeh isə həmin evin açarlarını dəyişməsi, evdən və evə aid torpaqdan istifadəsinə imkan verməməsi mülkiyyət hüquqlarının kobud pozuntusudur. Qanunvericiliyin tələbinə əsasən Afətdin Qurbanov satdığı daşınmaz əmlakı ona təhvil verməməklə, digər Cavabdeh isə mülkiyyətində olan həmin evdən və torpaqdan istifadəsi qanunsuz olmaqla mülkiyyət hüquqlarının pozuntusu olduğundan alqısatqı yolu ilə aldığı daşınmaz əmlak ona verilməli və Cavabdeh həmin evdən və torpaq sahəsindən çıxarılmalıdır. İddiaçı məhkəmə iclasında iddia tələbinin məzmununa uyğun izahat verərək bildirdi ki, həmkəndlisi X1 Böyük Xocavar kəndində yerləşən 0,11 ha həyətyanı torpaq sahəsini və orada olan fərdi yaşayış evini alqı-satqı qaydasında almışdır, bununla bağlı Afəddinə xx.xx.2019-cu ildə 26000 manat pul vermişdir. Daha sonra isə həmin alqı-satqını notariat kontorunda rəsmiləşdirərək xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Afəddinə əlavə olaraq 15000 manat pul vermişdir, qeyd olunan evə görə Afəddin Qurbanova 41000 manat pul vermişdir, həmin torpaq sahəsi ilə ev Afəddin Qurbanovun mülkiyyətində olmuş, başqa paylı mülkiyyətçi olmamışdır. Həmin torpaq sahəsi ilə evə dair onun hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə ona xx.xx.2024-cü il tarixli qeydiyyat nömrəli X6 tərtib edilmişdir. X9 hazırkı vaxtadək evi ona təhvil verməmiş, əsas kimi isə qardaşı Cavabdeh həmin evin açarlarını özbaşına dəyişməsini göstərmişdir, Cavabdeh həmin torpaq sahəsini və evi özbaşına tutaraq oradan çıxmır, bununla bağlı dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq nəticəsi olmamış, hətta onu və ailə üzvlərini evə yaxın düşəcəyi halda öldürməklə hədələmişdir, cavabdehin özünün qonşuluqda ayrıca evi var, cavabdehin razılığı olmadan mülkiyyətində olan evdə məskunlaşması qeyri-qanuni olmaqla mülkiyyət hüquqlarının pozuntusudur, Afəddin Qurbanovun ona satdığı daşınmaz əmlakı yerində təhvil verməməsi, Cavabdeh isə həmin evin açarlarını dəyişməsi, evdən və evə aid torpaqdan istifadəsinə imkan verməməsi mülkiyyət hüquqlarının pozuntusudur, iddia tələbinin təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında izahatında iddia tələbi əsaslı olduğundan təmin edilməsini Cavabdeh daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli çıxarışla İddiaçı mülkiyyətinə verilmiş ünvan 1 ünvanında yerləşən 0.11 ha torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 270.3 kv.m olan fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh və üçüncü şəxs X5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və onun nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan; 09 fevral 2024-cü il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı MASALLİ RAYONU, BÖYÜK XOCAVAR Y-M KONDİ YENİ QAYDALARLA: MASALLİ RAYONU, BÖYÜK XOCAVAR KƏNDİ. MİKAYİL MÜŞFİO KÜÇƏSİ, 16 ünvanında yerləşən, ümumi sahəsi 270.3 kv/m olan fərdi yaşayış evinin tam mülkiyyət üzrə on(lar)a maxsus hissəsindən aşağıda göstərilən hissəni (hissələri) "Alıcının" mülkiyyətinə verir(lər): -Satıcı X5 (tam hissə, 270.3 kv/m) - Alıcı İddiaçı VƏ MASALLİ RAYONU BÖYÜK XOCAVAR Y-M KƏNDİ, YENİ QAYDALARLA: MASALLİ RAYONU, BÖYÜK XOCAVAR KƏNDİ, MİKAYİL MUÇFİQ KÜÇƏSİ, 16 ünvanında yerləşən, ümumi sahəsi 0.11 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə on(lar)a məxsus hissəsindən aşağıda göstərilən hissəni (hissələri) "Alıcının" mülkiyyətinə verir(lər): Satıcı X5 (tam hissə, 0.11 ha) Alıcı İddiaçı MÜLKİYYƏTİNƏ VERİR. 2. Satılan daşınmaz emlak aşağıdakı hüquqmüəyyənədici sənədə əsasən Satıcıya məxsusdur: -ƏMDK-nin yanında DƏDRX-nin Cəlilabad Ərazi İdarəsi tərəfindən xx.xx.2024 tarixdə X2 verilmiş **********09- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə, 270.3 kv/m; ƏMDK-nin yanında DƏDRX-nin Calilabad Ərazi -ƏMDKnin İdarəsi tərəfindən xx.xx.2024 tarixdə X2 verilmiş **********09-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə, 0.11 ha; Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2024 il tarixli, qeydiyyat nömrəsi **********BF33502 olan arayışa əsasən müqavilə bağlananadək MASALLİ RAYONU, BÖYÜK XOCAVAR Y-M KƏNDİ, YENİ QAYDALARLA: MASALLİ RAYONU, BÖYÜK XOCAVAR KƏNDİ, MİKAYİL MÜŞFİQ KÜÇƏSİ, 16 ünvanında yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmarmışdır. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrinden əldə edilmiş xx.xx.2024 il tarixli, qeydiyyat nömrəsi **********8F33502 olan arayışa əsasən müqavilə bağlananadək MASALLİ RAYONU. BÖYÜK XOCAVAR Y-M KƏNDİ, YENİ QAYDALARLA: MASALLİ RAYONU, BÖYÜK XOCAVAR KƏNDİ, MİKAYİL MÜŞFİQ KÜÇƏSİ, 16 Ünvanında yerləşən torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. Satıcı(lar) daşınmaz əmlakı 15000 manat 00 qəpik (on beş min manat sıfır qəpik) qiymətinə satdı(lar), Alıcı(lar) isə həmin qiymətə aldı(lar): Alıcı İddiaçı Satıcı X5-dan satdığı tam hissəni (270.3 kv/m) ondan 12000 manat 00 qəpik (on iki min manat sıfır qəpik) qiymətinə aldı: Alıcı İddiaçı Satıcı X5dan saldığı tam hissəni (0.11 ha) ondan 3000 manat 00 qəpik (üç min manat sıfır qəpik) qiymətinə almışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, İddiaçı Masallı rayonu, Böyük Xocavar y-m kəndi, yeni qaydalarla: ünvan 1 ünvanında xüsusi mülkiyyətində 0.11 hektar yaşayış məntəqələri təyinatlı torpaq sahəsi və onun üzərində yerləşən 270.3 kv.m olan fərdi yaşayış evinin tikilisi üçün torpaq sahəsi verilmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azdlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir.Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsi ilə nəzərdə tutulan mülki qanunvericiliyin prinsiplərindən biri də mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndində əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Qeyd edilən hüquq normalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Qanunvericiliyin tələbinə görə ilk növbədə mübahisəli əmlakın iddia edən şəxsin mülkiyyətində olub-olmaması, həmin əmlakın digər şəxsin (şəxslərin) sahibliyində olubolmaması və bu sahibliyin qanunsuz olub-olmaması müəyyən olunmalıdır. Məhkəmə araşdırmaları zamanı İddiaçı ünvan 1 ünvanında xüsusi mülkiyyətində 0.11 hektar yaşayış məntəqələri təyinatlı torpaq sahəsi və onun üzərində yerləşən 270.3 kv.m olan fərdi yaşayış evinin olması və həmin torpaq sahəsinin və fərdi yşayış evinin cavabdehin qanunsuz istifadəsində olması iş materilları ilə müəyyən və sübut olunduğu üçün Cavabdeh İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 0.11 hektar yaşayış məntəqələri təyinatlı torpaq sahəsindən və onun üzərində yerləşən 270.3 kv.m olan fərdi yaşayış evindən çıxarılmalıdır. Məhkəmə tərəfindən iddianın zəbt olunmuş torpaq sahəsindən və evdən çıxarılma hissəsinə münasibətdə iddianın əsaslı olması qənaətinə gəlinir. Belə ki, Cavabdeh İddiaçı mülkiyyətinə verilmiş ünvan 1 ünvanında yerləşən 0.11 hektar yaşayış məntəqələri təyinatlı torpaq sahəsi və onun üzərində yerləşən 270.3 kv.m olan fərdi yaşayış evi cavabdeh tərəfindən bütövlüklə istifadə edilir. Bu hal isə onu deməyə əsas verir ki, iddiaçıya məxsus torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi cavabdehin sahibliyindədir və həmin sahiblik qanunsuzdur. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin mənasına görə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını göstərir. Bu ümumi qaydaya görə, iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər.Bu normaya görə, sübutetmə vəzifələri iddia icraatında tərəflər, xüsusi iddia icraatında və xüsusi icraatda ərizəçi və maraqlı şəxslər arasında uyğun olaraq bölünür. Sübutemə vəzifəsi iş iştirakçıları arasında 77.1-ci maddədə göstərilən qaydada və maddi hüquq normalarında göstərilən xüsusi qaydalar əsasında bölünür. Sübutemə yükü sübutların verilməsi, onları istəmək barədə vəsatət verilməsi, məhkəməyə sübutların yerləşdiyi yer barədə bilgi verilməsi, sübutların araşdırılmasında iştirak etməklə işdə olan sübutlarla tanış olmaq yolu ilə yerinə yetirilir. Məhkəmə işdə olan sübutların işə baxmaq üçün yetərsizliyi düşüncəsinə gəldiyi bütün hallarda sübutetmə yükünü daşıyan tərəfə uyğun sübutları verməyi təklif etməli, sübutların verilməsinin və ya gec verilməsinin nəticələrini ona anlatmalıdır. «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli Qərarında qeyd edilir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir.Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli çıxarışla İddiaçı mülkiyyətinə verilmiş ünvan 1 ünvanında yerləşən 0.11 ha torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 270.3 kv.m olan fərdi yaşayış evindən çıxarılsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar