Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-16/2025 08.08.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdeh və digər Cavabdeh2 nümayəndəsi Nümayəndə2, Cavabdeh Nümayəndə2 nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Nümayəndə2 və Cavabdeh2 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad ərazi idarəsi) qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında audio və video çəkiliş vasitəsi ilə baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" MMC cavabdehlər Nümayəndə2 və Cavabdeh2 qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Masallı rayonu Qəriblər kəndi ərazisində İddiaçı MMC-yə Masallı Rayon Xalq X9 Heyətinin 28 dekabr 1994-cü il tarixli, 12 saylı Qərarı ilə ayrılmış torpaq sahəsinə dair tərtib edilmiş A-000916 saylı “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair Dövlət Aktı” əsasında məxsus olan ərazidə olan torpaq sahəsi və tiklilərdən mülki iddia tələbləri üzrə cavbdehlərin çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Masallı rayon Xalq X9 Heyətinin 28 dekabr 1994-cü il tarixli 12 saylı qərarı ilə Masallı rayonu Qəriblər kəndi ərazisində "xxxx" X17 sabiq «Qodman» sovxozu ərazisindən 4 hektar torpaq sahəsi ayrılmışdır. Bu əsasla həmin vaxt qüvvədə olan torpaq qanunvericiliyinə uyğun olaraq hüquqlar qeydiyyata alınmış və "xxxx" X17 A-000916 saylı «Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair Dövlət aktı» verilmişdir. Həmin dövrdən torpaq sahəsi "xxxx" X11 istifadəsində olmuşdur. Sonradan "xxxx" X11 çevrilmə yolu ilə yenidən təşkili nəticəsində İddiaçı yaranmış və İddiaçı MMC "xxxx" KFT-nin hüquqi varsidir. Bununla bağlı İddiaçı MMC-nin Nizamnaməsi təsdiq edilmiş və dövlət reyestrində müvafıq qeydiyyat aparılmışdır. Təxminən 2007-2008ci illərdə cavabdeh Nümayəndə2 İddiaçı MMC-nə (əvvəlki "xxxx" KFT-na) yuxarıda göstərilən A-000916 saylı «Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair Dövlət aktı» ilə məxsus olan torpaq sahəsini zəbt etmiş, torpaq sahəsində yerləşən tikililəri Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsindən alqı-satqı yolu ilə əldə etmiş, bundan sonra tikililərin yerləşdiyi torpaq sahəsini yenə də eyni təşkilatdan alqı-satqı yolu ilə əldə edərək hər iki daşınmaz əmlaka, yəni əvvəl tikililərə sonra isə torpaq sahəsinə dair Mülkiyyət şəhadətnaməsi almışdır. Bundan sonra, MMC tərəfindən məhkəməyə müraciət edilmiş, məhkəmənin yekun qərarına əsasən Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə Nümayəndə2 arasında baş tutmuş alqı-satqıya dair hüquqmüəyyənedici sənədlər, o cümlədən Mülkiyyət hüququ haqqında Şəhadətnamələr ləğv edilmişdir. Hal-hazırda, Masallı Rayon Xalq X9 Heyətinin 28 dekabr 1994-cü il tarixli 12 saylı Qərarı ilə Masallı rayonu, Qəriblər kəndi ərazisində "xxxx" X17 ayrılmış və Dövlət Aktı verilmiş həmin sahənin əhəmiyyətli hissəsi, yəni təxminən 1 hektardan artıq ərazi heç bir hüquqi və qanuni əsas olmadan cavabdehlərin faktiki sahiblik və istifadəsindədir. Cavabdehlər bu dəfə, Cəbrayıl rayonundan məcburi köçkün olduqlarını əsas gətirərək, torpaq sahəsini və orada yerləşən tikililəri boşaltmaqdan imtina edilrər. Daha dəqiq yuxarıda qeyd edilmiş məhkəmə mübahisəsinin predmeti hüquqmüəyyənedici sənədlərin ləğvi ilə bağlı olduğundan torpaq sahəsinin və orada olan tikililərin boşaldılması mübahisə predmeti olmamışdır. Hesab edilir ki, cavabdehlərin qanunvericiliyin pozulması hesabına əldə etdikləri sənədlərin məhkəmə qaydasında ləğv edilməsindən sonra məhkəmədən kənar qaydada daşınmaz əmlakın boşaldılmasına nail oluna bilinər. Eyni zamanda, müəyyən bir müddət cavabdehlərin özlərinə şərait quraraq könüllü şəkildə çıxa bilməsi üçün zəruri olduğunu düşünülmüş və bir müddət gözləmişlər. Lakin, bunun heç bir nəticəsi olmamış və hal-hazıra qədər cavabdehlər Dövlət Aktı ilə MMC-yə məxsus olan daşınmaz əmlakı tərk etməkdən imtina edirlər. MMC tərəfindən Azərbaycan Respublikası Qaçqınların və X20 üzrə Dövlət Komitəsinə də müraciət olunmuşdur. Müraciətə cavab olaraq xx.xx.2021-ci il tarixli 01/1376 saylı məktub verilmişdir. Məktubda, iddia tələbləri üzrə cavabdeh Nümayəndə2 torpaq sahəsinin müvafıq sənədlər əsasında özünə məxsus olması və hasarı da sökməyəcəyini bildirdiyi göstərilir, mübahisəli vəziyyət yarandığı üçün məhkəməyə müraciət etmək tövsiyyə olunur. Belə olduqda iddia tələbləri ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Hal-hazırda cavabdehlər, mübahisəli daşınmaz əmlakdan qanunsuz sahiblik və istifadə etmələrinin hüquqi əsası olaraq yalnız məcburi köçkün olmalarını əsas tuturlar. Qanunveriliciyə əsasən normativ aktlarda məcburi köçkünlərin məskunlaşdığı yaşayış, inzibati, yardımçı və digər binaların özəlləşdirilməsi müvəqqəti dayandırılmışdır. Lakin, burada məqsəd, məhz 1992-1994-cü illərdə məcburi köçkünlərin yaşadıqları mənzillərdən çıxarılmasının qarşısını almaq olaraq göstərilir. Deməli, istinad etdikləri normativ aktlar, cavabdehlərin məhz 1992-1994-cü illərdə məskunlaşmış olduğu, başqa sözlə məcburi köçkün olaraq ilk məskunlaşdığı və müvəqqəti qeydiyyata düşdüyü yaşayış, inzibati, yardımçı və digər binaları nəzərdə tutur. Həmçinin, cavabdehlər ilk olaraq Masallı rayonunun Şərəfə kəndinə məcburi köçkün kimi müvəqqəti qeydiyyata düşmüşlər və hal-hazırda da Masalı rayonu Şərəfə kəndində müvəqqəti qeydiyyatdadırlar. Cavabdehlər mübahisəli torpaq sahəsində 2007-2008-ci illərdən sonra məskunlaşmışlar və bu məskunlaşma məcburi köçkün olaraq deyil, özəlləşdirdikləri dövlət əmlakından istifadə qaydasında olmuşdur. İndiki vəziyyətdə, bu özəlləşmə və onun hüquqi nəticələri ləğv edildiyindən, cavabdehlərin mübahisəli daşınmaz əmlaka dair hər hansı bir hüququ mövcud deyil. Belə olan halda cavabdehlərin İddiaçı MMC-yə məxsus olan torpaq sahəsindən, eləcə də həmin torpaq sahəsində olan tikililərdən çıxarılması tamamilə qanunvericiliyə uyğundur. Göründüyü kimi, cavabdehlərin məcburi köçkün statusunu müəyyən edən normativ akt belə, digər şəxslərin hüquqlarının və qanuni maraqlarının pozulmasını qadağan edir. Beləliklə, yekun olaraq və qanunvericilik normaları məcmusunun mübahisəyə tətbiqi ilə mübahisəli torpaq sahəsi "xxxx" MMC-nin qanuni istifadəsinə ayrılmışdır. Bu baxımdan hal-hazırki situasiyada İddiaçı MMC-nin hüquqlarının məhkəmə qaydasında müdafiəsi zəruridir. Cavabdehlərin mübahisəli daşınmaz əmlaka dair hüquqları 2008-ci ildə əldə edilmiş olsa da, həmin əldə etmə qanunvericiliyə zidd yollarla həyata keçirildiyindən, mübahisəli daşınmaz əmlaka dair cavabdeh tərəfə məxsus olan həm ilkin sənədlər, həm də onların hüquqi nəticələri məhkəmə qaydasında ləğv edilmişdir. Hal-hazırda cavabdehlərin mübahisəli torpaq sahəsinə dair hər-hansı bir hüququ yoxdur. Cavabdehlərin məcburi köçkün statusu vardır. Lakin, məcburi köçkünlərin statusu, eləcə də məskunlaşması haqda normativ aktlar məcburi köçkünlərin 1992-1994-cü illər ərzində məskunlaşdıqları, ilk məskunlaşdıqları daşınmaz əmlak obyektləri ilə bağlı hüquqlarını müəyyən edir. Hətta bu halda da, digər şəxslərin hüquqlarının pozulmasına yol verilmədiyi də qanunvericilikdə əksini tapmışdır. Avropa İnsan Hüquqları Məhkəməsinin yanaşması əmlak hüquqlarının bir çoxunu “mülkiyyət” hüququ ilə eyniləşdirməklə, mülkiyyət hüququnun qorunma vasitələrinin digər əmlak hüquqlarına şamil edilməsini ehtiva edir. Qeyd edilənlər əsasında hesab edilir ki, iddia tələbləri təmin edilməli, iddia tələbləri üzrə cavabdehlər Nümayəndə2 və Cavabdeh2 mübahisəli daşınmaz əmlakı boşaltmaları haqda qətnamə qəbul edilməlidir. İddia tələbində Masallı rayonu Qəriblər kəndi ərazisində İddiaçı MMC-yə Masallı Rayon Xalq X9 Heyətinin 28 dekabr 1994-cü il tarixli, 12 saylı Qərarı ilə ayrılmış torpaq sahəsinə dair tərtib edilmiş A-000916 saylı “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair Dövlət Aktı” əsasında məxsus olan ərazidə olan torpaq sahəsi və tiklilərdən mülki iddia tələbləri üzrə cavbdehlərin çıxarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdehlər Nümayəndə2 və Cavabdeh2 məhkəməyə yazılı etiraz ünvanlayaraq bildirmişlər ki, onlara qarşı yazılmış iddia ərizəsi ədalətsiz, qərəzli və qanunsuzdur. İddia ərizəsində göstərilən "xxxx" sonradan çevirilib “Turan FF" X11 heç bir vaxt heç bir fəaliyyəti olmamışdır. Bu torpaq ələ keçirmək üçün saxta kağız üzərindən yaradılmış bir firmadır. Subut kimi onlardan Bank köçürmələrini, vergi ödəmələrini tələb edilsə hər şey aydın olacaq. (Çunki heç bir Bank köçürməsi, heç bir ödənişi yoxdur). O, 2008-ci ildə Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsindən alqı-satqı yolu ilə tikililəri və tikililərin yerləşdiyi torpaq sahəsini rəsmi qaydada dövlətdən almışdır. İddia ərizəsində göstərilir ki, tərəflərindən məhkəməyə müraciət edilmiş və məhkəmə alqı-satqını ləğv etmişdir. Azərbaycan Qanunverciliyinə əsasən Azərbaycan Respublkasında 3 torpaq növü var. Dövlət torpağı, Bələdiyyə torpağı və Fərdi torpaq sahəsi. Katastr İdarəsi Dövlətə məxsus torpaq sahəsini hansı yolla Bələdiyyə (Paybəli) torpaq sahəsinə çevirib. Bax bunu məhkəmə araşdırmayıb. Deməli iddia tərəfinin təqdim etdiyi sənədlər qanusuzdur. Nəhayət iddia tərəfi nə üçün Xətai Rayon Məhkəməsinin qərarını təqdim etməyib. Orada qanunsuz olaraq Dövlət topağı, Paybəli torpağı kimi salınıb. 3 İnstansiya Məhkəməsinin heç birinin qərarında onun oradan çıxarılmağı göstərilməyib. Hal-hazırda sözü qedən torpaq sahəsi Dövlət Əmlak Komitəsinin salahiyyətindədir və Dövlət Əmlak Komitəsi həmin torpaq sahəsini satışa çıxarıb. Həmin torpaq sahəsi üzərində sərəncam vermək Dövlət Əmlak komitəsinə aiddir. Ona görədə iddia Dövlət Əmlak Komitəsinə yönəldilməlidir. Bütün bunları nəzərə alaraq onlara qarşı yönəldilmiş iddianın rədd edilməsini xahiş etmişdir. Sonradan cavabdeh və digər Cavabdeh2 nümayəndəsi Nümayəndə2 məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, 1993-cü ildə məcburi köçkün olaraq Masallı rayonunun Qəriblər kəndində məskunlaşmış və məcburi olaraq ailəsi ilə birlikdə Masallı rayonu, Qəriblər kəndində yerləşən 26 saylı SMD-nin 1 və 3 saylı sahəsini əhatə edən “Viləş Su Tikinti” İdarəsinə məxsus evdə yaşayır. 2008-ci ildə “Mülkiyyət” qəzetində verilmiş elana əsasən Masallı rayonu, Qəriblər kəndində yerləşən həmin bu sözü gedən 26 saylı SMDnin 1 və 3 saylı sahəsini əhatə edən “Viləş Su Tikinti” İdarəsinə məxsus evlər və ərazinin açıq hərracda satıldığı üçün, o da müvafiq sənədləri toplayaraq, həmin hərracda iştirak edərək 100 % hərracın tam qalibi olaraq, qanuni şəkildə həmin binaları və tikinti altı torpaq sahəsini almışdır. Həmin ərazidə o, illərlə təmizlik işləri apararaq, orada müxtəlif növ yüzlərlə ağac əkərək, müxtəlif tikililər inşa edərək yaşayışa tam yararlı vəziyyətə gətirmişdir. Lakin, həmin vaxt Masallı rayonu, Qəriblər kənd ərazi nümayəndəsi işləyən Nümayəndə1 ona müraciət edərək həmin yerin əsil sahibi özü olduğunu dilə gətirərək həmin binaları və torpaq sahəsini almaq istədiyini, razılaşacağı halda bunun üçün ona 50000 manat pul verəcəyini söyləyərək, qanuni şəkildə əldə olunan evi və torpaq sahəsini boşaltmağını tələb edib. Onun tələbi ilə razılaşmadığı üçün o, həmin pulu onu buradan çıxartmaq üçün xərcləyəcəyini bildirmişdir. Nümayəndə1 dediyini edərək ona qarşı qaldırılmış iddia tələbi üzrə işin süründürməçilik və şantaj yolu ilə aparılmasına nail olaraq, ona və ailəsinə qarşı hüquqa zidd hərəkətlərini davam etdirdi. Mülki işə aylarla baxılmadı və süründürməçilik yolu ilə Nümayəndə1 saxta sənədlər əldə edilməsinə şərait yaradıldı. Ciddi qanunsuzluğa yol verilərək, onun, keçirilən hərrac zamanı qanuni şəkildə əldə etdiyi sənədləri təsirsiz kağız parçasına çevirməklə və Nümayəndə1 məhkəmə prosesi davam edə-edə saxta yolla əldə etdiyi sənədlərin hesabına əleyhinə qərar qəbul edildi. Hal hazırda da Nümayəndə1lə aralarında münaqişə davam edir. Hazırda iddiaçı Masallı Rayon Məhkəməsində mülki iş icraatda baxılır. O, pulu, var-dövləti hesabına ona təyziqlər edərək həyatını zindan etmişdir. Bir dəfə qaçqın düşdüyü vətənində Nümayəndə1 hesabına ikinci dəfə də qaçqın kimi yaşayır. İndi də Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinin əməkdaşları Sirac Abdullayevin vasitəsi ilə ikinci dəfə korrupsiya əməli törədərək dövlətin adından saxta rəy verərək həmin əmlakı onun əlindən almağa çalışır. Belə ki, Nümayəndə1 naməlum şəraitdə hazırladığı heç bir hüquqi əsası olmayan bir kooperativə məxsus sənədləri hazırlayaraq və məhkəməyə müraciət edərək bildirir ki, hal-hazırda Nümayəndə2 hərrac yolu ilə aldığı bu ərazi güya Masallı rayonu, Qəriblər kəndində yerləşən 26 saylı SMD-nin 1 və 3 saylı sahəsi onun koperativinə məxsus bir ərazidir və bu ərazini ələ keçirmək üçün yalandan məhkəməyə sənədlər təqdim edərək bildirib ki, bu ərazi güya ona 1994-cü ildə verilib. Halbu ki, 1998-ci ilə qədər bu idarə dövlətin idarəsi olub və bu idarədə insanlar çalışıb. Nümayəndə1 əvvəllər məhkəməyə müraciət edərək bu ərazinin güya ona məxsus olan pay torpağı ilə üst-üstə düşməsini bəhanə edirdisə sonradan məlum oldu ki, onun iddia etdiyi pay torpaqları 26 saylı SMD-nin 1 və 3 saylı sahəsindən 2-3 km aralıdadır. Nümayəndə1 vaxtı ilə Qəriblər kəndində İcra Nümayəndəsi işlədiyi müddətdə özünün naməlum şəraitdə hazırladığı bir kooperativə məxsus sənədlər əsasında indi daha irəli gedərək Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8-saylı Cəlilabad idarəsində işləyən çox yaxın tanışı olan Sirac Abdullayevin vastəsilə birgə əl birliyinə girərək bu işə idarənin rəisi Adil Həbiyevi və idarənin şöbə müdiri Kənan Fətəliyevi bu işə qataraq Masallı Rayon Məhkəməsi tərəfindən 8 saylı Cəlilabad idarəsində daxil olmuş bu torpaqla bağlı ekspertiza məlumatlarının əldə edilməsi üçün edilən müraciətə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8-saylı Cəlilabad idarəsinin adlarını qeyd etdiyi əməkdaşları Nümayəndə1 naməlum şəraitdə hazırladığı koperativin heç bir hüquqi bazası olmayan qeyri-qanuni sənədlərini qanuniləşdirərək ehtimal nəzəriyyəsi əsasında heç bir kontur əlaqələri olmayan qonşu sərhədləri müəyyənləşməyən naməlum şəraitdə hazırlanan kooperativin sənədlərinin uzun illərdir onun istifadəsində olan bu mübahisəli torpaq sahəsi ilə üst-üstə düşməsi barədə yalandan Masallı Rayon Məhkəməsinə və Ədliyyə Nazirliyinin Məhkəmə X12 yollayaraq Dövlətin adından digər dövlət qurumlarını məqsədli çəkildə aldadıblar. Bütün bu illər ərzində baş vermiş hadisələrin qaranlıq məqamları, 2024-cü il tarixdə Nümayəndə1 ikinci dəfə onu və dövləti aldatmaq istəyərkən aşkar olundu. Belə ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2-(011)-35/2011 saylı mülki işdən çıxarılmış sənədlərin surətlərdən görünür ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Masallı rayon şöbəsi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin sorğusuna cavabında qeyd edir ki, “Sizin 21 noyabr 2011-ci il tarixli 2(011)-35/11 saylı məktubunuza cavab olaraq bildirik ki, “Turan” Kooperativinin Masallı rayonunda mülkiyyətində torpaq sahəsinin olması barədə Masallı rayon Torpaq və Xəritəçəkmə şöbəsində saxlanılan “Torpağa mülkiyyət, torpaqdan daimi istifadə hüququna dair Dövlət aktlarının, torpağın mülkiyyətə verilməsinə dair və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamələrin qeydiyyatı” kitabında heç bir qeydiyyat yoxdur”. Xətai Rayon Məhkəməsinə ünvanlanan Viləşçay SAİİ-nin arayışında qeyd olunur ki, xx.xx.1997-ci ildən hal-hazıra kimi X32 İstismarı İdarəsinin, X18 və Nümayəndə1 ilə heç bir müqaviləsi olmamışdır. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsindən verilən arayışda qeyd olunur ki, “Masallı rayonu, Qəriblər kəndi ünvanında tərəfimizdən özəlləşdirilmiş 26 saylı X1 1 və 3 saylı xətti istismar sahələrinin yerləşdiyi mülkiyyətinizdə olan torpaq sahəsinin əvvəllər başqa şəxslərin istifadəsində olubolmaması ilə bağlı məlumat verilməsi barədə xx.xx.1012-ci il tarixli müraciətinizə Əmlak Məsələləri Dövlət Komitəsində baxılmışdır. Bununla əlaqədar bildiririk ki, qeyd olunan torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 659 nömrəli fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq özəlləşdirilmişdir. Özəlləşdirmə anında həmin torpaq sahəsinin digər hüquqi və fiziki şəxslərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada istifadəsində və ya mülkiyyətində olması müəyyən edilməmişdir”. Azərbaycan Respublikası Masallı Rayon İcra Hakimiyyətinin, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin sorğusuna cavabında qeyd edilir ki, “Masallı Rayon İcra Hakimiyyətindən Masallı Rayon Arxivinə məsələ ilə bağlı müraciət olunmuş, lakin göstərilənlərlə bağlı hər hansı bir arxiv sənədinin olmaması bildirilmişdir. Qeyd edək ki, Masallı rayonunda “Turan” kooperativi adlı bir qurumun fəaliyyət göstərməsi aşkar olunmamışdır. Xaiş edirik nəzərə alasınız”. Yuxarıda şözü gedən 4 ədəd arayışların surətlərini qoşmaya əlavə edir. Nümayəndə1 2012-ci il tarixdən bu günə kimi maddi marağına qulluq edərək ona zülüm etmişdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi iddiaçının iddia ərizəsində qeyd etdikləri tamamilə cəfəngiyyat olduğundan əsassızdır. Ona görə də iddia rədd edilməlidir. Yuxarıda sadalananları və Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 47, 154-cü maddəsini rəhbər tutaraq məhkəmədən iddiaçının verdiyi iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkil və nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh və digər Cavabdeh2 nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməyərək, iddia ərizəsinə etirazlarda göstərilənlərə uyğun izahat verərək, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh Nümayəndə2 nümayəndəsi Nümayəndə3 iddianı qəbul etməyərək, iddianın rədd edilməsini xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: A-000916 saylı torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktından görünür ki, "xxxx" X11 başçısı Nümayəndə1 Masallı Rayon XDS-nin Rəyasət heyətinin 28 dekabr 1994-cü il tarixli, 12 nömrəli qərarı ilə və torpaq sahəsinin satın alınması barədə notarius qaydasında təsdiq edilmiş müqaviləyə əsasən 4 hektar cizgidə (xəritədə) göstərilən sərhəd daxilində kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq mülkiyyətçisinə, sahibinə və istifadəçisinə verilir. Dövlət aktı iki nüsxədən ibarət tərtib edilmişdir, onun bir nüsxəsi "xxxx" X17, ikinci nüsxəsi rayon torpaq şöbəsində saxlanılır. Masallı Rayon Dövlət Arxivindən 26 aprel 2021-ci il tarixli, T/C-15 saylı arxiv çıxarışından görünür ki, Masallı Rayon Xalq X13 Heyətinin 28 dekabr 1994-cü il tarixli, 12 saylı protokolu ilə Masallı Rayon İcra Hakimiyyəti başçısının Qodman ərazisi üzrə nümayəndəsinin 31 oktyabr 1994-cü il tarixli, 46 saylı təqdimatı, rayon icra hakimiyyəti başçısının 14 noyabr 1994-cü il tarixli, 1819 saylı və rayon kənd təsərrüfatı və ərzaq idarəsinin 11 noyabr 1994-cü il tarixli, 1958 saylı məktubları “Qodman” sovxoz əmək kollektivi ilə həmkarlar təşkilatının 20 oktyabr 1994-cü il tarixli (protokol №-9) ümumi yığıncaq və rayon sovetinin torpaq komissiyasının 27 dekabr 1994-cü il tarixli (protokol №- 10) iclas qərarlarının nəzərə alınması, Qəriblər kəndində yaradılmış 5 ailəli, paybəlli olan "xxxx" kəndli (fermer) təsərrüfatının nizamnaməsinin qeydə alınması, “Qodman” sovxozunun əkinə yararlı torpaq sahəsindən "xxxx" kəndli (fermer) təsərrüfatının istifadəsinə orta torpaq norması daxilində 4 hektar torpaq sahəsinin ayrılması barədə rayon Sovetinin torpaq komissiyasının 25 noyabr 1994-cü il tarixli aktının təsdiq edilməsi, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 7, 15, 22, 23 və 60-cı maddələrinə və “kəndli (fermer) təsərrüfatı haqqında” Azərbaycan Respublikası Qanunun 7, 9, 10, 12 və 16-cı maddələrinə uyğun olaraq Qəriblər kəndində yaradılmış 5 ailəli, paybəlli olan "xxxx" KFT-nın kənd təsərrüfatı məhsulları istehsal etmək üçün “Qodman” sovxozunun əkinə yararlı torpaq sahəsindən 4 hektar torpaq sahəsinin ayrılması, Rayon aqrosənaye bankına və rayon polis şöbəsinə tapşırılması ki, "xxxx" KFT-nin bankda hesablaşma hesabının açılmasına, möhür və ştampın hazırlanmasına köməklik göstərilməsi, "xxxx" KFT-nın maliyyə təsərrüfat fəaliyyətinə nəzarət etmək rayon dövlət vergi müfəttişliyinə tapşırılması, Qərarın surəti və müvafiq sənədlər Respublika dövlət torpaq komitəsinə göndərilməsi, Qərarın icrasına nəzarət rayon Soveti aparatının ümumi şöbəsinə və torpaq komissiyasına tapşırılması qərara alınmışıdır. Qaçqınların və X20 üzrə Dövlət Komitəsinin Nümayəndə1 ünvanlanmış 12 mart 2021-ci il tarixli məktubundan görünür ki, Cəbrayıl rayonundan məcburi köçkün Nümayəndə2 ailə üzvləri ilə birgə 2008-ci ildən Masallı rayonu, Qəriblər kəndində yerləşən keçmiş “Azərsutikinti” DK 26 saylı SMD-nin 1 və 3 saylı xətti istismar sahəsinə, sonradan "Turan SV” kooperativinə məxsus bir hektar torpaq sahəsində yerləşən inzibati binada kommunal qeydiyyatda olmaqla müvəqqəti məskunlaşıb və hazırki dövrə qədər yaşayır. Müraciətdə qeyd edilən məsələ ilə əlaqədar məcburi köçkün Nümayəndə2 məskunlaşdığı binanın ərazisindəki bir hektar torpaq sahəsinə Masallı rayonunun Qəriblər kəndinin ərazi nümayəndəsi tərəfindən baxış keçirilmişdir. Baxış zamanı məcburi köçkün Nümayəndə2 bildirmiş ki, torpaq sahəsi "xxxx" kooperativinin sahibi Nümayəndə1 məxsus deyil və həmin torpaq sahəsi müvafiq sənədlər əsasında özünə məxsusdur və özünə məxsus olan torpaq sahəsinə çəkdiyi dəmir hasarının sökməyəcəyini də bildirmişdir. Müraciətdə göstərilən torpaq sahəsi ilə bağlı mübahisəli vəziyyət yarandığı üçün aidiyyəti məhkəməyə müraciət etmək tövsiyyə olumuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 may 2012-ci il tarixli, 2(103)- 1305/2012 saylı qətnaməsindən görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-35/2011 saylı, 30 noyabr 2011-ci il tarixli qətnaməsi ilə iddiaçılar “Turan” Kooperativinin, X8, X3, Nümayəndə1 cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə və Nümayəndə2 qarşı özəlləşdirmənin ləğvi, bu özəlləşdirmə ilə bağlı keçirilmiş hərrac protokolunun, verilmiş şəhadətnamələrin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiasının qismən təmin edilməsi, Nümayəndə2 Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən torpağa dair verilmiş 24 sentyabr 2008-ci il tarixli, 001540 nömrəli şəhadətnamənin etibarsız hesab edilməsi, Masallı rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 02 may tarixli, 15 nömrəli qərarı ilə Nümayəndə1 və X3 adına verilmiş JN0099 kod 80513048 saylı və JN-100 kod 80513048 saylı torpağa mülkiyyət hüququna dar dövlət aktlarına əsasən payçıların pay hissələri nəzərə alınmaqla Nümayəndə2 qeyd olunan torpağa dair yeni şəhadətnamənin verilməsi Azərbaycan Respublikasi Əmlak Məsələbri Dövlət Komitəsinə həvalə edilməsi, iddia qalan hissədə təmin edilməməsi, habelə Nümayəndə2 dövlət aktlarının ləğv olunması, maddi zərərin ödənilməsi və cinayət işinin başlanılması ilə bağlı xüsusi qərardadın çıxarılması tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 may 2012-ci il tarixli, 2(103)- 1305/2012 saylı qətnaməsi ilə ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Nümayəndə2 və onun nümayəndəsi və vəkili X6 apellyasiya şikayətinin təmin edilməməsi, ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh Nümayəndə1, onun və digər ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh Səbirə Mirzəyevamn nümayəndəsi, eyni zamanda ilkin iddia üzrə iddiaçıların və qarşılıqlı iddia izrə cavabdehlərin vəkili X14 və nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilməsi, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin hazırkı iş üzrə olan 2(011 )-35/2011 saylı, 30 noyabr 2011-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsi, iddiaçılar “Turan” Kooperativinin, X8, X5, Nümayəndə1 cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə və Nümayəndə2 qarşı özəlləşdirmənin ləğvi, bu özəlləşdirmə ilə bağlı keçirilmiş hərrac protokolunun, verilmiş çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddianın təmin edilməsi, ünvan 5ində yerləşən ləğv edilmiş Azərsutikinti DK 26 saylı SMD-nin 1 və 3 saylı xətti istismar sahələrinin Nümayəndə2 satılması barədə 15 iyul 2008-ci il tarixli, 01 nömrəli hərrac protokolu etibarsız hesab edilməsi, həmin protokol əsasında Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi (indiki Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi) tərəfindən Nümayəndə2 verilmiş özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin 1627 saylı, 08 sentyabr 2008-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Masallı rayonu, Qəriblər kəndində yerləşən ləğv edilmiş Azərsutikinti DK 26 saylı SMD-nin 1 və 3 saylı xətti istismar sahələri (ümumi sahəsi 894,8 kv.m.) barədə Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi (indiki Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi) tərəfindən Nümayəndə2 verilmiş dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair 003767 saylı, 29 iyul 2008-ci il tarixli şəhadətnamənin etibarsız hesab olunaraq ləğv edilməsi, Masallı rayonu, Qəriblər kəndində yerləşən ləğv edilmiş Azərsutikinti DK 26 saylı SMD-nin 1 və 3 saylı xətti istismar sahələrinin yerləşdiyi 11050 kv.m olan Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi (indiki Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi) tərəfindən Nümayəndə2 verilmiş özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair 001540 saylı, 24 sentyabr 2008-ci il tarixli şəhadətnamənin etibarsız hesab olunaraq ləğv edilməsi, qətnamənin qalan hissəsi, yəni Nümayəndə2 dövlət aktlarının ləğv olunması, maddi zərərin ödənilməsi və cinayət işinin başlanılması ilə bağlı xüsusi qərardadın çıxarılması tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsinə dair hissəsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının 16 oktyabr 2012-ci il tarixli, 2(102)-3505/12 saylı qərarı ilə Nümayəndə2 verdiyi kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 may 2012-ci il tarixli, 2(103)-1305/2012 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair verilmiş şəhadətnamədə qeyd olunur ki, bu şəhadətnamə verilir Nümayəndə2 ondan ötrü ki, o, həqiqətən Masallı rayonu, Qəriblər kəndi ünvanında yerləşən ləğv edilmiş «Azərsutikinti» DK 26 saylı SMD-nin 1 və 3 saylı xətti istismar sahələrini qanunvericiliklə müəyyənləşdirilmiş qaydada satın almışdır. Alınmış əmlakın tərkibi 26 saylı SMD-nin 1 və 3 saylı xətti istismar sahələri (ümumi sahəsi 894.8 kv.m). Bu şəhadətnamə müəssisə və obyekt üzərində hüquqların qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədi ilə verilir. Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən 24 sentyabr 2008-ci il tarixli, 001540 nömrəli şəhadətnamədə qeyd olunur ki, bü şəhadətnamə verilir Nümayəndə2 ondan ötrü ki, o, həqiqətən Masallı rayonu, Qəriblər kəndi ünvanında yerləşən 26 saylı SMD-nin 1 və 3 saylı xətti istismar sahələrinin terləşdiyi 11050 kv.m olan torpaq sahəsini qanunvericiliklə müəyyən edilmiş qaydada satın almışdır. Torpaq sahəsinin ümumi satış qiyməti 2356 manat təşkil edir. Bu şəhadətnamə torpaq sahəsi üzərində hüquqların qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınması məqsədi ilə verilir. Masallı Rayon İcra Hakimiyyəti başçısının Qəriblər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 02 dekabr 2021-ci il tarixli, 51 saylı məktubundan görünür ki, onlarda olan məlumata əsasən Cəbrayıl rayonundan məcburi köçkün düşmüş Nümayəndə2 və onun həyat yoldaşı Ağayeva X21 rayonu, Şərəfə kəndində qeydiyyatda olmalarına baxmayaraq 2009-cu il tarixdən "xxxx" MMC-nin yerləşdiyi ərazidə qeydiyyatsız yaşayırlar. Masallı Rayon İcra Hakimiyyəti başçısının Şərəfə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 02 dekabr 2021-ci il tarixli, 134 saylı məktubundan görünür ki, Cəbrayıl rayon sakinləri 1952-ci il təvəllüdlü Nümayəndə2 və 1956-cı il təvəllüdlü Cavabdeh2 1993cü ildə Şərəfə kəndində məcburi köçkün kimi müvəqqəti qeydiyyata düşməklə məskünlaşmışlar. Təqribən 2010-cu ildən ərazidən köçmüşlər və Masallı rayonu, Şərəfə kəndində yaşamırlar. Şərəfə bələdiyyəsi tərəfindən onlara icarəyə verilmiş torpaq sahəsinin müddəti 2018-ci il tarixdə bitmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxlərin dövlət qeydiyyat idarəsinin çıxarışından görünür ki, "xxxx" X22 xx.xx.1994cü ildə qeydiyyata alınmışdır. "xxxx" MMC "xxxx" KFT-nin cevirmə yolu ilə yenidən təşkil nəticəsində yaradılmışdır və onun hüquqi varisidir. Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının 28 noyabr 2011-ci il tarixli, 1357 saylı Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə məktubundan görünür ki, Masallı Rayon İcra Hakimiyyətindən Masallı Rayon Arxivinə müraciət olunmuş, lakin hər hansı bir arxiv sənədinin olmaması bildirilmişdir. Masallı rayonunda “Turan” kooperativi adlı bir qurumun fəaliyyət göstəməməsi aşkar edilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin Nümayəndə2 ünvanlanmış məktubundan görünür ki, ünvan 3ləşdirilmiş 26 saylı X1 1 və 3 saylı xətti istismar sahələrinin yerləşdiyi mülkiyyətlərində olan torpaq sahəsinin əvvəllər başqa səxlərin istifadəsində olubolmaması ilə bağlı məlumat verilməsi barədə xx.xx.2012-ci il tarixli müraciətə Əmlak Məsələləri Dövlət Komitəsində baxılmışdır. Qeyd olunan torpaq sahəsi Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli, 659 nömrəli fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən müəssisə və obyerktlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq özəlləşdirilmişdir. Özəlləşmə anında həmin torpaq sahəsinin digər hüquqi və fiziki şəxlərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada istifadəsində və ya mülkiyyətində olması müəyyən edilməmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Masallı Rayon şöbəsinin Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə ünvanlanmış 24 noyabr 2011-ci il tarixli, 574 saylı məktubundan görünür ki, “Turan” Kooperativinin Masallı rayonunda mülkiyyətində torpaq sahəsinin olması barədə Masallı rayon Torpaq və Xəritəçəkmə şöbəsində saxlanılan “Torpağa mülkiyyət, torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktlarının, torpağın mükiyyətə verilməsinə dair və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamələrin qeydiyyatı kitabında heç bir qeydiyyat yoxdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad ərazi idarəsinin 17 iyul 2024-cü il tarixli, 3-2/-3-44/2-3555/2024 saylı məktubundan görünür ki, "xxxx" KFT-nin (hazırda İddiaçı MMC) barəsində hər hansı bir sənəd publik hüquqi şəxsin 8 saylı Cəlilabad ərazi idarəsinin arxiv məlumatlarında aşkar edilməmişdir. Torpağa mülkiyyət hüququna dair JN-0099, kod 80513048 olan dövlət aktından görünür ki, ünvan 5 sakini Nümayəndə1, X10, X15 və X16 Masallı rayonu, Aqrar İslahat Komissiyasının 1998-ci il 02 may tarixli 15 nömrəli qərarı ilə cizgidə göstərilən sərhəd daxilində 0.31 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün mülkiyyətinə verilmişdir. Torpağa mülkiyyət hüququna dair JN-100, kod 80513048 olan dövlət aktından görünür ki, ünvan 5 sakini X7 Masallı rayonu, Aqrar İslahat Komissiyasının 1998-ci il 02 may tarixli 15 nömrəli qərarı ilə cizgidə göstərilən sərhəd daxilində 0.08 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad ərazi idarəsi tərəfindən təqdim edilmiş 27 mart 2024-cü il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, mülki iş üzrə mübahisə predmeti olan, Masallı rayonu Qəriblər kəndində yerləşən Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair A-000916 nömrəli Dövlət aktı ilə Masallı rayon Xalq X9 Heyətinin 28 dekabr 1994-cü il tarixli 12 saylı qərarı ilə "xxxx" X11 istifadəsində olan 4 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilmiş torpaq sahəsi kimi iddia olunan 1.09 ha torpaq sahəsinə yerində baxış keçirilməklə koordinatları müəyyən edildi. Cavabdehlər Nümayəndə2 və Cavabdeh2 faktiki istifadə etdiyi 1.09 ha torpaq sahəsinə və üzərində olan tikililərə yerində baxış keçirilməklə koordinatları müəyyən edildi. Cavabdehlər Nümayəndə2 və Cavabdeh2 faktiki istifadə etdiyi torpaq sahəsi Masallı rayonu Qəriblər kəndində yerləşən Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair A-000916 nömrəli Dövlət aktı ilə Masallı rayon Xalq X9 Heyətinin 28 dekabr 1994-cü il tarixli 12 saylı qərarı ilə "xxxx" X11 istifadəsində olan 4 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilmiş torpaq sahəsi kimi iddia olunan 1.09 ha torpaq sahəsidir. Cavabdehlər Nümayəndə2 və Cavabdeh2 faktiki istifadə etdiyi torpaq sahəsinə və üzərində olan tikililər iddiaçıya Masallı rayonu Qəriblər kəndində yerləşən Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair A-000916 nömrəli Dövlət aktı ilə Masallı rayon Xalq X9 Heyətinin 28 dekabr 1994-cü il tarixli 12 saylı qərarı ilə “Turan- SV" X11 istifadəsində olan 4 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilmiş torpaq sahəsi kimi iddia olunan 1.09 ha torpaq sahəsinin hüdudları daxilində inşa edilmişdir. İddia olunan 1.09 ha torpaq sahəsinin hüdüdları daxilində yerləşən bir tikilidən cavabdehlər istifadə edir. Digər tikililər yararsız vəziyyətdədir. Rəyə əlavə olunmuş yerquruluşu planında həmin tikililərin yerləşmə vəziyyəti və iddia olunan, mübahisəli 1.09 ha torpaq sahəsinin koordinatları və ölçüləri göstərilmişdir. Mülki iş üzrə mübahisə predmeti olan, Masallı rayonu Qəriblər kəndində yerləşən torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair A-000916 nömrəli Dövlət aktı ilə Masallı rayon Xalq X9 Heyətinin 28 dekabr 1994-cü il tarixli 12 saylı qərarı ilə "xxxx" X11 istifadəsində olan 4 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilmiş torpaq sahəsi kimi iddia olunan 1.09 ha torpaq sahəsi cavabdehlər Nümayəndə2 və Cavabdeh2 faktiki istifadəsindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş 30 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/2848 saylı ekspert rəyində qeyd edilmişdir ki, “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” A- 000916 nömrəli Dövlət Aktında 4,0 ha torpaq sahəsinin koordinatları, döngə nöqtələri arasındakı məsafələr, bucaqlar göstərilmədiyindən, eyni zamanda mütəxəssis rəyində qərardadın sualları konkret olaraq cavablandırılmadığından və rəyə əlavə edilmiş yerquruluşu planında “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” A- 000916 nömrəli Dövlət Aktı ilə ayrılan 4,0 ha torpaq sahəsinin koordinatları, ölçüləri, xəritə üzərində planlı yerləşməsi və digər göstəriciləri qeyd olunmadığınan Masallı rayonu Qəriblər kəndində yerləşən “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” A-000916 nömrəli Dövlət Aktı ilə Masallı rayon Xalq X9 Heyətinin 28 dekabr 1994-cü il tarixli 12 saylı qərarı ilə "xxxx" X11 istifadəsində olan 4 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilmiş torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi, cavabdehlər Nümayəndə2 və Cavabdeh2 faktiki istifadə etdiyi torpaq sahəsinin iddiaçıya daimi istifadə hüququ ilə məxsus torpaq sahəsinin bir hissəsi olub-olmamasını, cavabdehlər Nümayəndə2 və Cavabdeh2 faktiki istifadə etdiyi tikilinin iddiaçıya daimi istifadə hüququ ilə məxsus torpaq sahəsinin hüdudları daxilində inşa edilib-edilməməsini, Masallı rayonu Qəriblər kəndində yerləşən Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair A- 000916 nömrəli Dövlət Aktı ilə Masallı rayon Xalq X9 Heyətinin 28 dekabr 1994-cü il tarixli 12 saylı qərarı ilə "xxxx" X11 istifadəsində olan 4 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilmiş torpaq sahəsinin cavabdehlər Nümayəndə2 və Cavabdeh2 tərəfindən istifadə edilib- edilməməsini dəqiqliklə müəyyənləşdirmək mümkün olmamışdır. Odur ki, mütəxəssis rəyinin nəticələrinə məhkəmə tərəfindən qiymət verilə bilər. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən təqdim edilmiş 07 fevral 2025-ci il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, mülki iş üzrə mübahisə predmeti olan, Masallı rayonu Qəriblər kəndində yerləşən Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair A-000916 nömrəli Dövlət aktı ilə Masallı rayon Xalq X9 Heyətinin 28 dekabr 1994-cü il tarixli 12 saylı qərarı ilə "xxxx" X11 istifadəsində olan 4 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin məkan göstəricilərini əks etdirən torpaq sahəsinin plan və ölçüsü (koordinatları) sənədi olmadığından həmin torpaq sahəsinin sənəd üzrə yerini təyin etmək mümkün olmadı. Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatına əsasən iddiaçının iddia etdiyi naturadan plana alınmış torpaq sahəsinin koordinatları müəyyən edildi (yerquruluşu planında göstərilmişdir). Cavabdehlər Nümayəndə2 və Cavabdeh2 faktiki istifadə etdiyi 1.04 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin hüdudları» daxilində mövcud olan tikililərə yerində baxış keçirilməklə koordinatları müəyyən edildi (yerquruluşu planında göstərilmişdir). Cavabdehlərin faktiki istifadələrində olan 1.04 ha torpaq sahəsi iddiaçının iddia etdiyi ərazi kimi naturadan plana alınmış 4.02 ha torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edildi (ölçüləri yerquruluşu planında göstərilmişdir). Nümayəndə2 və Cavabdeh2 faktiki istifadə kimi plana alınmış 1.04 ha torpaq sahəsi və həmin torpaq sahəsinin sərhədləri daxilində mövcud olan tikililər iddiaçının iddia etdiyi ərazi kimi naturadan plana alınmış 4.02 ha torpaq sahəsinin hüdüdları daxilində yerləşdiyi müəyyən edildi (yerquruluşu planında göstərilmişdir). Masallı rayonu Qəriblər kəndi ərzisində Torpağa Mülkiyyət, sahiblik və Daimi istifadə hüququna dair A-000916 nömrəli Dövlət Aktının yerləşdiyi ərazinin məkan göstəricilərini əks etdirən “torpaq sahəsinin plan və ölçüsü” (koordinatları) sənədi təqdim olunmadığına görə həmin torpaq sahəsinin sənəd üzrə yerini təyin etmək mümkün olmadı. İddiaçının iddia etdiyi ərazi kimi naturadan plana alınmış iki hissədən ibarət 5.22 ha (4.02 ha və 1.2 ha) torpaq sahəsi və cavabdehlərin faktiki istifadə etdikləri 1.04 ha torpaq sahəsinə yerində baxış keçirilərək koordinatları müəyyən edildi (yerquruluşu planında göstərilmişdir). Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatına əsasən iddiaçının iddia etdiyi torpaq sahəsinin 1.04 ha hissəsi dövlət mülkiyyəti, 2.31 ha hissəsi bələdiyyə mülkiyyəti, 1.87 ha xüsusi mülkiyyət və cavabdehlər Nümayəndə2 və Cavabdeh2 faktiki istifadə etdikləri 1.04 ha torpaq sahəsi dövlət mülkiyyəti kimi göstərilmişdir. Cavabdehlər Nümayəndə2 və Cavabdeh2 yaşadıqları eyni zamanda faktiki istifadə etdikləri ərazinin Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin, Özəlləşdirilən müəssisə və obyektərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair, ünvan 5i ünvanında yerləşən 26 saylı SMD-nin 1 və 3 saylı xətti istismar sahələrinin yerləşdiyi 11050 kv.m olan ərazinin məkan göstəricilərini əks etdirən “torpaq sahəsinin plan və ölçüsü” (koordinatları) sənədi təqdim olunmadığına görə həmin torpaq sahəsinin sənəd üzrə yerini təyin etmək mümkün olmadı. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş 07 may 2025-ci il tarixli, 10/2112 saylı ekspert rəyində qeyd edilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-44/2-1240/2025 saylı mütəxəssis rəyinə əsasən, Masallı rayonu Qəriblər kəndində yerləşən Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair A-000916 nömrəli Dövlət aktı ilə Masallı rayon Xalq X9 Heyətinin 28 dekabr 1994-cü il tarixli 12 saylı qərarı ilə "xxxx" X11 istifadəsində olan 4 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin məkan göstəricilərini əks etdirən torpaq sahəsinin plan və ölçüsü (koordinatları) sənədi olmadığından həmin torpaq sahəsinin sənəd üzrə yerini təyin etmək mümkün olmadı. Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatına əsasən iddiaçının iddia etdiyi naturadan plana alınmış torpaq sahəsinin koordinatları müəyyən edildi (mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir). Cavabdehlər Nümayəndə2 və Cavabdeh2 faktiki istifadə etdiyi 1.04 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin hüdudları daxilində mövcud olan tikililərə yerində baxış keçirilməklə koordinatları müəyyən edildi (mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir). Cavabdehlərin faktiki istifadələrində olan 1.04 ha torpaq sahəsi iddiaçının iddia etdiyi ərazi kimi naturadan plana alınmış 4.02 ha torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edildi (mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir). Nümayəndə2 və Cavabdeh2 faktiki istifadə kimi plana alınmış 1.04 ha torpaq sahəsi və həmin torpaq sahəsinin sərhədləri daxilində mövcud olan tikililər iddiaçının iddia etdiyi ərazi kimi naturadan plana alınmış 4.02 ha torpaq sahəsinin hüdüdları daxilində yerləşdiyi müəyyən edildi (mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir). Masallı rayonu Qəriblər kəndi ərzisində Torpağa Mülkiyyət, sahiblik və Daimi istifadə hüququna dair A-000916 nömrəli Dövlət Aktının yerləşdiyi ərazinin məkan göstəricilərini əks etdirən “torpaq sahəsinin plan və ölçüsü” (koordinatları) sənədi təqdim olunmadığına görə həmin torpaq sahəsinin sənəd üzrə yerini təyin etmək mümkün olmadı. İddiaçının iddia etdiyi ərazi kimi naturadan plana alınmış iki hissədən ibarət 5.22 ha (4.02 ha və 1.2 ha) torpaq sahəsi və cavabdehlərin faktiki istifadə etdikləri 1.04 ha torpaq sahəsinə yerində baxış keçirilərək koordinatları müəyyən edildi (mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir). Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatına əsasən iddiaçının iddia etdiyi torpaq sahəsinin 1.04 ha hissəsi dövlət mülkiyyəti, 2.31 ha bələdiyyə mülkiyyəti, 1.87 ha xüsusi mülkiyyət və cavabdehlər Nümayəndə2 və Cavabdeh2 faktiki istifadə etdikləri 1.04 ha torpaq sahəsi dövlət mülkiyyəti kimi göstərilmişdir. Cavabdehlər Nümayəndə2 və Cavabdeh2 yaşadıqları eyni zamanda faktiki istifadə etdikləri ərazinin Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin, Özəlləşdirilən müəssisə və obyektərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair, ünvan 5i Ünvanında yerləşən 26 saylı SMD-nin 1 və 3 saylı xətti istismar sahələrinin yerləşdiyi 11050 kv.m olan ərazinin məkan göstəricilərini əks etdirən “torpaq sahəsinin plan və ölçüsü” (koordinatları) sənədi təqdim olunmadığına görə həmin torpaq sahəsinin sənəd üzrə yerini təyin etmək mümkün olmadı. Masallı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(050)-284/2022 saylı qərardadından görünür ki, iddiaçı "xxxx" MMC-nin cavabdehlər Nümayəndə2 və Cavabdeh2 qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli bildirişi ilə müəyyən edilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı Masallı Rayon Xalq X9 Heyətinin 28 dekabr 1994-cü il tarixli, 12 saylı Qərarı ilə "xxxx" KFT-yə ayrılmış 4 hektar torpaq sahəsinə onun hüquqi varisi kimi İddiaçı daimi istifadə hüququnun qeydiyyata alınaraq müvafiq çıxarışla plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi Şirvan İnzibatı Məhkəməsinin icraatındadır. Masallı rayon məhkəməsinin icraatında olmuş 16(050)-13/2023 saylı mülki işdən görünür ki, müvəqqəti təminat tədbiri kimi mübahisə predmeti olan Masallı rayonu Qəriblər kəndində yerləşən torpaq sahəsində və onun üzərində olan tikililərlə bağlı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hərrac keçirilməsinə qadağa qoyulması barədə İddiaçı ərizəsi təmin edilməmişdir. Məhkəmə iddianın rədd edilməsi barədə nəticəyə gələrkən öz hüquqi mövqeyini aşağıdakı kimi əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi; 66-cı maddə;
1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.
2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. 67-ci maddə;
1. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 1-1. Dövlət və bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə (istifadəyə) verilməsi ilə əlaqədar müvafiq məlumatlar (torpaq üzərində qeydiyyata alınmış hüquqlar, hüquqların yüklülüyü (məhdudlaşdırılması), hüquq sahibləri, icarə və ya istifadə barədə əqdlərin tərəfləri, əqdin müddəti və məqsədi) daşınmaz əmlakın dövlət reyestrindən informasiya sisteminə real vaxt rejimində ötürülür, habelə on bir aydan az müddətə bağlanılmış istifadə və ya icarə müqavilələri istifadəyə verən və ya icarəyəverən tərəfindən bilavasitə informasiya sisteminə daxil edilir.
3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.
4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. 68-ci maddə Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. İş materilları, ekspert rəyi və məhkəmə araşdırmaları ilə iddiaçının mübahisələndirdiyi torpaq sahəsinin cavabdehlər Nümayəndə2 və Cavabdeh2 tərəfindən zəbt edilməsi müəyyən və sübut olunmamışdır. Ona görə də tətbiq edilən maddi və prosessual hüquq noramalarının tələbləri baxımından iddiaçının mübasiləndirdiyi torpaq sahəsinin və tikililərin zəbt edilməsi, qanunsuz istifadə olunması halı müəyyən olunmadığı üçün iddia tələbi rədd edilməlidir. Belə ki, iş materialları, iş üzrə ekspert və mütəxəssis rəyləri ilə iddiaçının mübahisələndirdiyi torpaq sahəsinə subyektiv hüququ müəyyən olunmadığından məhkəmə iddianın əsassız olması qənaətinə gəlmişdir. Belə ki, iş materilları və ekspert rəyi ilə müəyyən edilmişdir ki, cavabdehlər Nümayəndə2 və Cavabdeh2 tərəfindən iddiaçının mübahisələndirdiyi torpaq sahəsinin zəbt edilməsi sübut olunmamışdır. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 30 iyul 2008-ci il tarixli qərarında təsbit edilmişdir ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməli və ondan iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 100 (bir yüz) manat məbləğində pul vəsaiti X2 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SVİFT BİK-CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE ********************) hesabına xeyrinə tutulmalıdır. Bundan başqa iddiaçının nümayəndəsi tərəfindən mütəxəssis rəyinin verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin hesablaşma hesabına ödənilmiş 95 manat məbləğində pul vəsaiti iddiaçının özünə aid edilməlidir. Bundan başqa cavabdeh Nümayəndə2 tərəfindən mütəxəssis rəyinin verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin hesablaşma hesabına ödənilmiş 95 manat məbləğində pul vəsaiti iddiaçıya aid edilməklə, iddiaçıdan tutularaq cavabdeh Nümayəndə2 ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə,
Q Ə T E T D İ:
İddiaçı cavabdehlər Nümayəndə2 və Cavabdeh2 qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair iddiası rədd edilsin. İddiaçı MMC-dən iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 100 (bri yüz) manat məbləğində pul vəsaiti X2 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SVİFT BİK-CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE ********************) xeyrinə tutulsun. İddiaçının nümayəndəsi Nümayəndə1 tərəfindən mütəxəssis rəyinin verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin hesablaşma hesabına ödənilmiş 95 (doxsan beş) manat məbləğində pul vəsaiti iddiaçıya aid edilsin. Cavabdeh Nümayəndə2 tərəfindən mütəxəssis rəyinin verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin hesablaşma hesabına ödənilmiş 95 manat məbləğində pul vəsaiti iddiaçıya aid edilməklə, İddiaçı MMC-dən tutularaq cavabdeh Nümayəndə2 ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Zeynal Zeynalov