Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-160/2025 05.02.2025 MASALLI RAYON MƏHKƏMƏSİ X1, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «70 yaşına çatmış qocaya qulluqetmə faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı «70 yaşına çatmış qocaya qulluqetmə faktının müəyyən edilməsi» tələbinə dair xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 15 iyun 2001-ci ildən 12 avqust 2017-ci ilədək 70 yaşına çatmış yataq xəstəsi olan qoca X5na qulluq etmə faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, xx xxx 1961-ci ildə Masallı rayonu Ərkivan qəsəbəsində anadan olmuşdur. Əvvəllər işləsə də səhhəti ilə bağlı hazırda heç bir yerdə işləmir. X16 15 iyun 1931-ci il təvəllüdlü olmaqla səhhətində problemlər olmuş, psixoloji durumu pis olmuşdur. 1994-cü ildə anası vəfat etdiyindən atasının qulluğunda duran olmamışdır. 1996-cı ilin dekabr ayında onu yaşadığı evə gətirərək, ölən günədək, yəni 12 avqust 2017-ci ilədək yataq xəstəsi olan atasının qulluğunda durmuşdur. Lakin bunu təsdiq edən sənədi başqa qaydada almaq mümkün deyildir. Bu xüsusatın təsdiq olunması isə ona pensiya təyin edilməsi üçün lazımdır. X5 15 iyun 1931-ci il təvəllüdlü olmaqla 15 iyun 2001-ci ildə onun 70 yaşı olmuşdur. 12 avqust 2017-ci ilədək o, yataq xəstəsi olmaqla qulluğunda o durmuşdur. Qanunvericiliyin tələbinə əsasən isə 15 iyun 2001-ci ildən 12 avqust 2017-ci ilədək ona qulluq etdiyi məhkəmə qaydasında müəyyən edildiyi təqdirdə, həmin müddət sosial sığorta stajına daxil edilir. Onun 15 iyun 2001-ci ildən 12 avqust 2017-ci ilədək 70 yaşına çatmış yataq xəstəsi olan qoca X5na qulluq etməyini, bu hüquqi faktın müəyyən olunmasının ona pensiya təyin edilməsi üçün lazım olmasını və həmin faktı təsdiq edən sənədi başqa qaydada ala bilməməyini təsdiq edir. Maraqlı şəxs məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, Masallı Rayon Məhkəməsinin icraatında iddiaçı Ərizəçi (FİN xxxxxxx) "ahıllara qulluqetmə faktının müəyyən olunması tələbinə dair 2(050)-3722/2024 nömrəli iş vardır. İş uzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 3 Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı maraqlı şəxs qismində cəlb olunmuşdur. 2(050)- 3722/2024 nömrəli iş uzrə ərizəsi əsassızdır və təmin edilməməlidir. Ərizəçi məhkəməyə müraciət edərək, 1931-cı il təvəllüdlü atası- X7 (2001-2017-ci illərdə) qulluqetmə faktının müəyyən edilməsini xahiş etmişdir. Göründüyü kimi həm qanunun, həm Ali Məhkəmənin Plenumunun Qərarına əsasən ərizəçinin hüquqi fakt qismində müəyyən etmək istədiyi tələb əsassızdır. Eyni zamanda, sözügedən iş uzrə vahid məhkəmə təcrübəsi mövcud olmuş Azərbaycan Respublikasının Alı Məhkəməsinin analoji işlə bağlı xx.xx.2024-cu il tarixli, 2(102)-1876/2024 nomrəli qərarına əsasən iddiaçı tərəfindən verilmiş kassasıya şikayəti təmin edilməmişdir. Bütün bunları nəzərə alaraq X2 ahıllara qulluqetmə faktının müəyyən olunması" tələbinə dair iddia ərizəsinin təmin olunmaması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi Nümayəndə bildirdi ki, qulluq etmə faktı qulluq etməyə dair qulluqolunanın və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə əsasən müəyyən edilir. Ərizəçi qeyd edilən ərizələri təqdim etməyib. Ərizənin rədd edilməsini xahiş etdi. Həmçinin qulluq etmə barədə tərtib edilmiş akt ərizəçinin X17nin ölümündən sonra tərtib edilmişdir və sübut kimi qəbul edilə bilməz. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, ərizə təmin edilməməlidir. İş materiallarında olan: doğum haqqında arayışdan görünür ki, xx xxx 1961-ci il təvəllüdlü Ərizəçi X5, anası X8r. ölüm haqqında şəhadətnamədən görünür ki, X10 12 avqust 2017-ci il tarixdə vəfat etmişdir. Masallı RİHB-nın Ərkivan qəsəbə İƏD-si üzrə nümayəndəsi tərəfindən təsdiq edilmiş və Masallı RİHB-nın Ərkivan qəsəbə İƏD-si üzrə nümayəndəsinin müavini Elmir Əliyevin, Masallı rayon Ərkivan qəsəbə bələdiyyəsinin sədr əvəzi Manijə Yəhyayevanın, Masallı rayon Ərkivan qəsəbə sakini Ərizəçi, Masallı rayon Ərkivan qəsəbə sakini X6, Masallı rayon Ərkivan qəsəbə sakini X9 və Masallı rayon Ərkivan qəsəbə sakini X4 iştirakları ilə tərtib edilmiş 26 iyul 2023-cü il tarixli aktdan görünür ki, Masallı rayon Ərkivan qəsəbə sakini Ərizəçi xx.xx.1931-ci il təvəllüdlü X5na 1996-cı ilin dekabr ayından 12 avqust 2017ci il tarixədək öz evində saxlamaqla, yəni bir evdə yaşamaqla qulluq etmişdir. X5 ömrünün sonuna kimi psixoloji durumu pis olmağına baxmayaraq Ərizəçi himayəsində olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu 307.2.11-ci maddəsindəki qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 21.2. Siğortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; yaradıcılıq ittifaqlarının və peşəkar birliklərin üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr, 1991-ci il yanvarın 1-dən isə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödədikləri müddət; müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti: müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və va 18 yaşinadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti; işsizlikdən sığorta ödənişinin verildiyi müddət, yaxud işsizin peşə hazırlığı keçdiyi müddət; istehsalatda bədbəxt hadisələr və ya peşə xəstəliyi nəticəsində işləməyən orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş həddinə çatanadək pensiyada olduqları müddət; zabit heyəti, gizir, miçman və müddətindən artıq qulluqda olan hərbi qulluqçuların arvadlarının öz ixtisası üzrə işə düzəlmək imkanı olmadığı yerlərdə ərləri ilə yaşadıqları müddət; şəxsin qanunsuz tutulma, həbsdə olma və cəzaçəkmə müddətləri, eləcə də qeyriqanuni olaraq işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət; əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti ərzində həm işəgötürənin vəsaiti, həm də məcburi dövlət sosial sığortası vəsaitləri hesabına müavinət alındığı müddət; mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət; hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli Qərarı: Bənd 4. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: Bənd 4.1.8. Ahıllara qulluqetmə müddəti üzrə: 1. patronajın təyin edilməsi barədə qərara əsasən; 2. qulluq etməyə dair qulluqolunanın (fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə əsasən; 3. qulluqolunan vəfat etmişdirsə, bu yarımbəndin 1-ci və 2-ci abzasları ilə müəyyən edilən sənədlər olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı: Bənd. 13.4. Məhkəmələrə tövsiyə olunur ki, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olubolmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə, yəni ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarına və işin digər hallarına əsaslanaraq hesab edir ki, ərizəçinin tələbinin əsası kimi təqdim etdiyi sübutlar, tələbinin təmin edilməsi üçün yetərli deyil, ərizəçi tələbi ilə bağlı əsaslı şübhə yaratmayan hər hansı bir sübut təqdim etməmişdir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmiş hallardan da məlum olmuşdur ki, Ərizəçi 15 iyun 2001-ci ildən 12 avqust 2017-ci ilədək ahıl olan 15 iyun 1931-ci il təvəllüdlü X5na qulluq etməsi öz təsdiqini tapmamışdır. Belə ki, iş üzrə ərizəçi tələbinin sübutu kimi Masallı RİHB-nın Ərkivan qəsəbə İƏD-si üzrə nümayəndəsi tərəfindən təsdiq edilmiş və Masallı RİHB-nın Ərkivan qəsəbə İƏD-si üzrə nümayəndəsinin müavini Elmir Əliyevin, Masallı rayon Ərkivan qəsəbə bələdiyyəsinin sədr əvəzi Manijə Yəhyayevanın, Masallı rayon Ərkivan qəsəbə sakini Ərizəçi, Masallı rayon Ərkivan qəsəbə sakini X6, Masallı rayon Ərkivan qəsəbə sakini X9 və Masallı rayon Ərkivan qəsəbə sakini X4 iştirakları ilə tərtib edilmiş 26 iyul 2023-cü il tarixli aktı göstərir, lakin ərizəçi tərəfindən məhkəmə iclasına heç bir şahid dindirilməsi ilə bağlı vəsatəti olmamışdır. Ərizəçi atasının səhhətində problemlərinin olması və psixoloji durumunun pis olmasını bildirsə də, bununla bağlı hər hansı bir sübut təqdim edilməmişdir. Beləliklə Ərizəçi 15 iyun 1931-ci il təvəllüdlü X5na qulluq etməsi və ya onun hər hansı xəstəlikdən əziyyət çəkməsi öz təsdiqini tapmamaqla ona qulluq etməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi mövcuddur ki, agentliyin fəaliyyət istiqamətlərindən biri də evdə (səyyar) sosial xidmət göstərilməsidir. Bu Qayda “Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən hazırlanmışdır və əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamayan və sosial xidmətə ehtiyacı olan tənha ahıllara, ahıl ər-arvadlara, əlilliyi olan şəxslərə, xəstəliyin terminal (son) mərhələsində olan şəxslərə evdə (səyyar) sosial xidmətin göstərilməsi məsələlərini tənzimləyir. Evdə (səyyar) sosial xidmət həmin xidmətin xarakterindən asılı olaraq, sosial işçi və sosial xidmətçi tərəfindən göstərilir. Sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 234, 305, 307-311, 360-cı, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizəçi 15 iyun 2001-ci ildən 12 avqust 2017-ci ilədək 70 yaşına çatmış yataq xəstəsi olan qoca X5na qulluqetmə faktının müəyyən edilməsinə dair ərizəsi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-160/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-160/2025
05.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver