Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1618/2025 15.09.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin vəkili və nümayəndəsi Vəkil iştrakları ilə. İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X21, X24, X22, X25, X9, X26 və X27) qarşı nikahın etibrasız hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı nikahın etibrasız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5 ilə Cavabdeh arasında Masallı rayonu Qızılavar kənd İcra Nümayəndəliyində rəsmiləşdirilmiş xx.xx.1976-cı il tarixli nikahın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X28 iddiaçının atasıdır. Belə ki, o, xx.xx.1974-cü il tarixdə onun anası X11 ilə nikaha daxil olmuş və onların birgə nikahından xx.xx.1976-cı il tarixdə o doğulmuşdur. X33 xx.xx.2021ci il tarixdə vəfat etmişdir. Hazırda Cavabdeh məhkəmədə ona qarşı iddia qaldırmaqla, mərhum atasından miras qalmış əmlaklara payların müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddiasını onunla əsaslandırmışdır ki, guya o, xx.xx.1976-cı il tarixdə onun X41 ilə nikaha daxil olmuşdur və bu baxımdan o, atasının vərəsəsi hesab olunmalıdır. Cavabdeh irəli sürdüyü dəlillər tamamilə əsassız və qanunsuzdur. Belə ki, onun atası xx.xx.1974-cü il tarixdən X33 ilə nikahda olduğu halda, həmin nikahı pozulmadan xx.xx.1976-cı il tarixdə Cavabdeh ilə nikaha girməsi tam mümkünsüz idi. Digər bir tərəfdən, atası X23 Xəlilova ilə nikahının rəsmiləşdirilməsi zamanı hər hansı bir ərizəsi, imzası və iradə ifadəsi mövcud olmamışdır. Həmin nikah Cavabdeh istəyi əsasında birtərəfli qaydada qeydə alınmışdır. X41 xx.xx.1974-cü il tarixdən X33 ilə nikahda olduğu halda, həmin nikahı pozulmadan onunla xx.xx.1976-cı il tarixdə Cavabdeh arasında rəsmiləşdirilmiş nikah (saxta nikah) etibarsız hesab edilməlidir. Belə ki, həmin nikah hazırki vəziyyətdə X41un birinci dərəcəli vərəsəsi olaraq onun hüquqlarını pozur. Cavabdeh vəkili və nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, Masallı Rayon Məhkəməsinin icraatında olan İddiaçı Asil qızının «nikahın etibarsız hesab edilməsi barədə» iddia ərizəsinə dair 2(050)-1618/2025 saylı mülki iş üzrə iddia müddətini tətbiq edərək müddətin ötürülməsinə görə iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı «nikahın etibarsız hesab edilməsi barədə» iddia ərizəsi üzrə mülki iş vardır. Həmin iş üzrə iddia müddəti ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal (vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd) istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisələndirə bilər. Qanunvericiliyin tələbinə əsasən mübahisəli nikah xx.xx.1976-cı ildə bağlanılmaqla həmin vaxtdan Asif Xəlilov ilə Cavabdeh ər-arvad kimi yaşamışlar. Bunu iddiaçı da bilmiş, hətta Dəstəgülün uşaqlarını da tanımış, onlarla əlaqələrinin olması da buna sübutdur. Yəni ötən 39 il ərzində Asif ilə Dəstəgülün ər-arvad olmasını bilən iddiaçı bununla razılaşmış. Asif Xəlilovun sağlığında bunu mübahisələndirməmişdir. Bu isə iddiaçının qeyd olunan nikahdan vaxtında məlumatlı olmasını, lakin bir il ərzində nikah akt qeydini mübahisələndirməməklə (bunun üçün əsaslar mövcud olmuş olsaydı) iddia müddətini ötürməsini göstərir. Hüquq münasibəti yarandığı zaman, yəni 1976-cı ildə qüvvədə olan Mülki Məcəllənin 73-cü maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların, kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, iddia ərizəsində göstərildiyi kimi, 1976-cı ildə birtərəfli, saxta sənədlər əsasında Cavabdeh tərəfindən saxta nikah bağlanmışdır. Onun atasının razılığı olmadan, o iştirak etmədən, o imza etmədən, evli ola-ola bağlanmış nikahın etibarsız hesab edilməsini xahiş etdi. X5 1974-cü ildən 2004-cü ilə kimi anası X6 ilə nikahda olmuşlar. Vərəsəliklə bağlı iddia ərizəsi məhkəməyə verildikdən sonra məlum olmuşdur ki, atası Cavabdeh ilə 1976-cı ildə nikaha daxil olmuşdur. Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi Vəkil iddianı qəbul etməyərək bildirdi ki, hüquq münasibətləri yaranan zaman qüvvədə olan maddi hüquq normalar tətbiq edilməlidir. Həmin dövrdə iddia tələbi 3 il olmuşdur. Hazırda mübahisələndirilən əqd 1976cı ildə bağlanmışdır. İddia müddəti ötürülmüşdür. Həmçinin nikahın bağlanması şəxsin öz iradə ifadəsi olmuşdur və Asif Xəlilov ölən günə kimi nikahda olmuşdur. İddia müddəti tətbiq edilərək, iddianın rədd edilməsini xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X21, X24, X22, X25, X9, X26 və X27 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: nikah haqqında şəhadətnamədən görünür ki, X28 ilə X12 arasında 15 sentyabr 1974-cü il tarixdə Bakı şəhəri Binəqədi rayonu “Leyla” nikah evində, 327 nömrəli nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə (arvada) Xəlilov (a) soyadı verilmişdir. doğum haqqında şəhadətnamələrdən görünür ki, 28 avqust 1976-cı il təvəllüdlü İddiaçı, 25 iyun 1980-cı il təvəllüdlü X14 və 05 mart 1986-cı il təvəllüdlü X7 X5, anası X4. Masallı Rayon Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, xx.xx.1954-cü il təvəllüdlü X2 xx.xx.1976-cı ildə Qızılavar İ.N. №1 akt qeydi ilə X28 ilə nikaha daxil olmuşdur. Nikah bağlanarkən Xəlilova soyadını qəbul etmişdir. xx.xx.2023-cü il tarixdə Asif Xəlilov öldükdən sonra nikaha xitam verilmişdir. Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X28 ilə X19 arasında olan nikah Bakı şəhəri Xətai rayonu VVADQ şöbəsində 23 dekabr 2006-ci ildə, 420 saylı akt qeydi ilə pozulmuşdur. Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X28 ilə X15 arasında olan nikah Bakı şəhəri Xətai rayonu Qeydiyyat şöbəsində 06 avqust 2014-cü ildə, 290 saylı akt qeydi ilə pozulmuşdur. Notariat, qeydiyyat və reyestr baş idarəsinin İddiaçı müraciəti əsasında ona ünvanlanmış məktubundan görünür ki, müəyyən edilmişdir ki, Asif Xəlilov ilə Taisa Xəlilova xx.xx.1974-cü ildə Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsində nikaha daxil olmuş və bu nikahın pozulması xx.xx.2004-cü ildə Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsində qeydə alınmışdır. X44 Xəlilova ilə bağlanmış nikahı pozulmadan xx.xx.1976-cı ildə Masallı rayonunun Qızılavar icra nümayəndəliyində Cavabdeh ilə nikaha daxil olmuşdur. Beləliklə, araşdırma nəticəsində 1976-cı ildə Masallı rayonunun Qızılavar icra nümayəndəliyi tərəfindən qanunvericiliyin tələblərinin pozulduğu, A.Xəlilovun nikahda olmasına baxmayaraq onun digər şəxslə yeni nikaha daxil olduğu məlum olmuşdur. Nikahın qeydə alındığı vaxt qüvvədə olmuş Azərbaycan SSR Nikah və Ailə Məcəlləsinin tələblərinə əsasən ikisindən biri başqası ilə nikahda olan şəxslər arasında nikah bağlandıqda həmin nikah etibarsız sayıla bilər. Nikah məhkəmə qaydası ilə etibarsız hesab edilir (bu müddəalar hazırda qüvvədə olan Azərbaycan Respublikasının Ailə Məcəlləsində də nəzərdə tutulmuşdur). Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 25.1-ci maddəsinə görə bu Məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. 25.2-ci maddəsinə görə nikah məhkəmə qaydasında etibarsız sayılır. 12-ci maddəsinə əsasən yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar); övladlığa götürənlər və övladlığa götürülənlər; ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər; tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı təqdim etməkdən imtina edən şəxslər; ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər arasında nikahın bağlanmasına yol verilmir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X28 ilə X12 arasında 15 sentyabr 1974-cü il tarixdə Bakı şəhəri Binəqədi rayonu “Leyla” nikah evində, 327 nömrəli nikah bağlanmışdır. Sonradan qeyd edilən nikah pozulmadan X28 ilə X2 arasında xx.xx.1976-cı ildə Qızılavar İ.N. №1 akt qeydi ilə nikah bağlanmışdır. Hazırda iddiaçı mərhum X16 qızı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.1976-cı ildə Qızılavar İ.N. №1 akt qeydi ilə X28 ilə X2 arasında bağlanmış nikahın etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin vəkili və nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddətini tətbiq edərək müddətin ötürülməsinə görə iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Beləliklə, məhkəmə hesab edir ki ki, X1 Dəstəgül Bürcəli qızı ilə nikaha daxil olarkən X11 ilə nikahda olduğuna görə, X28 ilə X3 arasında xx.xx.1976-cı ildə Masallı rayon Qızılavar icra nümayəndəliyində bağlanmış, 1 nömrəli nikah akt qeydi bağlandığı gündən etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxslərdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 03 aprel 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktyabr 2007-ci il tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Cavabdehin iddia müddətinin tətbiq edilməsinə dair ərizəsinə münasibtədə qeyd edilir ki, İddiaçı mərhum X5 ilə Cavabdeh arasında nikahlarının olmasını, ona qarşı Masallı Rayon Məhkəməsində vərəsəliyə dair iddia verildikdən sonra bilməsini bildirir. Masallı Rayon Məhkəməsinə iddiaçılar Cavabdeh, X17, X8 cavabdehlər İddiaçı, X10 qarşı miras əmlakın qəbul edilməsinə və mirasda payların müəyyən edilməsi tələbi barədə iddia ərizəsi 29 noyabr 2024-cü il tarixdə daxil olmuşdur. Cavabdeh tərəf iddiaçıya onun mərhum X5 ilə cavabdeh arasında olan nikahın olmasını uzun illərdir məlum olmasını bildirsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, hazırki iddia tələbi ilə bağlı iddia müddəti ötürülməmişdir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. X28 ilə X2 arasında xx.xx.1976-cı ildə Masallı rayon Qızılavar icra nümayəndəliyində bağlanmış, 01 nömrəli nikah akt qeydi bağlandığı gündən etibarsız hesab edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-1618/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1618/2025
15.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver