Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1652/2023 15.05.2023 MASALLI RAYON MƏHKƏMƏSİ X2 (sədrlik edən), məhkəmə iclasının katibi X1, Ərizəçi və ərizəçinin vəkili Vəkil iştirakları ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı doğum faktının müəyyən olunması barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun xx xxxx 1947-ci ildə Səmidxan kəndində doğulmağı faktının müəyyən edilməsi və doğum haqqında şəhadətnamə verilərkən doğum yerinin Masallı rayonu, Səmidxan kəndi, doğum tarixinin xx xxxx 1947cü il, adının, soyadının və ata adının oldğu kimi Ərizəçi kimi göstərilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, xx.xx.1947-cü ildə Azərbaycan Respublikasında Masallı rayonu Səmidxan kəndində anadan olmuşdur. Anadan olduqdan sonra ona doğum haqqında şəhadətnamə verilmişdir. Həmin doğum haqqında şəhadətnamə ilə o ailə həyatı qurmuş, nikah haqqında şəhadətnamə verilmiş, orta məktəbdə oxumuş və ona orta təhsili bitirməyi barədə Attestat, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi və sairə sənədlər verilmişdir. Hal-hazırda o, Masallı rayonu, Şərəfə kəndində qeydiyyatdadır. Bütün bunlarla bağlı ona hüquqmüəyyənedici sənədlər verilmişdir. Bütün bu sənədlərdə onun doğum tarixi xx.xx.1947-ci il və doğum yeri Səmidxan kəndi kimi qeyd edilmişdir. Lakin o, özünə məxsus doğum haqqında şəhadətnaməni itirdiyi üçün təkrarən özünə doğum haqqında şəhadətnamə almaq məqsədi ilə Maraqlı şəxsnə müraciət etdiyi zaman ons aid doğum akt qeydlərinin aşkarlanmadığı barədə rəsmi qaydada imtina məktubu verilmişdir. Həmçinin ona doğum haqqında şəhadətnamə verilməsinin mümkün olmadığı və doğum faktının müəyyən edilməsindən ötrü məhkəməyə müraciət etmək hüququ izah olunaraq ona rəsmi qaydada imtina məktubu verilmişdir. Doğum haqqında şəhadətnaməsi olmadığı üçün o, özüə hazırda bir çox sənədləri ala bilmir və qanunla müəyyənləşdirilmiş bir çox hüquqlarından istifadə edə bilmir. Odur ki, pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi və Vəkil məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdilər. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X3 ifadəsində göstərdi ki, Ərizəçi ilə həmyaşıd olmuşlar və birlikdə məktəbə getmişlər. Ərizəçinin doğum gününü isə hər zaman xx xxxx 1947-ci ildə qeyd etmişlər. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid2 Hacığa qızı ifadəsində göstərdi ki, Ərizəçi ilə qanşu olmuşlar. Ərizəçi xx xxxx 1947-ci ildə ev şəraitində doğulmuşdur. Məhkəmə ərizəçinin, onun vəkilinin izahatlarını və şahidlərin ifadəsini dinləyib və iş materillarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan nikah haqqında şəhadətnamədən görünür ki, Seyfullayev Vəkil Zülfüqar oğlu ilə Ərizəçi arasında 27 noyabr 1964-cü il tarixdə Masallı rayon Şərəfə kənd sovetliyində 47 nömrəli nikah bağlanmışdır. Həmin şəhadətnamədə Ərizəçi doğulduğu tarixi xx xxxx 1947-ci il, doğulduğu yer isə Masallı rayonu, Səmidxan kəndi göstərilmişdir. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Maraqlı şəxs arxivində saxlanılan ilkin və doğum və bərpa, eləcədə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş akt qeydləri üzrə yoxlama aparılmış və Ərizəçi doğum haqqında akt qeydi aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2 və 159.1-ci maddələrinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 168.1-ci maddəsinə əsasən doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. Həmin Məcəllənin 166.1-ci maddəsinə əsasən doğumun qeydiyyatı uşaqların doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə aparılır. «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli Qərarının 2.6-cı bəndinə əsasən həmin Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hüquqi faktın müəyyən edilməsi üçün əsaslar vardır. Ərizəçi həmin faktı təsdiq edən lazımi sübutları başqa qaydada ala bilmir. Buna görə də ərizə təmin edilməli, Ərizəçi xx xxxx 1947-ci il tarixdə Masallı rayonu Səmidxan kəndində doğulması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 233, 234, 305, 307-311, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi xx xxxx 1947-cü il tarixdə Masallı rayonu Səmidxan kəndində doğulması faktı müəyyən edilsin. Doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-1652/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1652/2023
15.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver