Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1743/2025 10.07.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, ərizəçinin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi (Alekberov Rafiq) maraqlı şəxs Masallı Regional Maraqlı şəxsndə Notariat ofisinə qarşı «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi (Alekberov Rafig) ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X2ndan miras qalmış əmlakı Masallı şəhəri, Nərimanov küçəsi ünvanında yerləşən 0.10 ha torpaq sahəsi və iki mərtəbəli dörd otaqdan ibarət fərdi yaşayış evini faktik sahibliyi həyata keçirməklə qəbul etməyi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş "Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid Pasport"a əsasən Masallı şəhəri Kirov küçəsi, ev 20 (hazırki ünvan: ünvan 1 X2na məxsus olmuşdur. Masallı Rayon dövlət notariusu tərəfindən verilmiş xx.xx.2001-ci il tarixli vəsiyyatnamə ilə mərhum X2 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus olan bütün əmlakını, o cümlədən Masallı şəhəri, Nərimanov küçəsi ünvanında yerləşən 0.10 ha torpaq sahəsini və iki mərtəbəli dörd otaqdan ibarət evini ona vəsiyyət etmişdir. X2 xx.xx.2005-ci ildə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 2005-ci il iyun ayının 18 günüdə 55 № ilə qeyd edilmişdir. X11 xx.xx.1964-cü ildə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 1964-cü il 8 ayının 07 günündə 1237 № ilə qeyd edilmişdir. X6 xx.xx.2018-ci ildə Rusiya Federasiyasının Moskva vilayətinin Fryazino şəhərində ölmüşdür. X7 xx.xx.2024-cü il tarixində 6 saylı Bakı "ASAN xidmət" Mərkəzində Notariat ofisində təsdiq edilmiş ərizə ilə təsdiq etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-ci maddəsində (xx.xx.2023-cü il tarixdən əvvəlki redaksiyada) nəzərdə tutulmuş müddət ərzində xx.xx.2005-ci il tarixdə vəfat etmiş X2ndan harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq qalmış miras əmlakı qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququnu) notariat orqanına müraciət etməklə və ya faktiki olaraq mirası qəbul edərək həyata keçirməmişdir. Miras əmlaka dair istənilən əsaslarla ona çatası vərəsəlik payına dair hüquqlarını rəsmiləşdirmək istəmir, onu vərəsələr sırasına daxil etmədən vərəsəliyin rəsmiləşdirilməsinə etirazı yoxdur. Mərhum qardaşı X15 arvadı X17 4 saylı Bakı "ASAN xidmət" Mərkəzində Notariat ofisində təsdiq edilmiş ərizə ilə təsdiq etmişdir ki, xx.xx.2005-ci il tarixdə vəfat etmiş qaynX2ndan və xx.xx.2017-ci il tarixdə vəfat edən əri X14 irs qalmış miras əmlakdan ona çatası payı qəbul etməmiş və etmək fikri də yoxdur. Mərhum qardaşı X15 oğlu X28 7 saylı Bakı "ASAN xidmət" Mərkəzində Notariat ofisində təsdiq edilmiş ərizə ilə təsdiq etmişdir ki, xx.xx.2005-ci il tarixdə vəfat etmiş nənəsi X4 ona çatan mirası nə notariat ofisinə ərizə verməklə, nə də miras əmlaka faktik sahibliyi həyata keçirməklə qəbul etməmiş və qəbul etmək niyyətində deyil. Mirası qəbul etmiş digər vərəsələrin vərəsəlik hüququ haqqında şəhadətnamə almaqlarına heç bir etirazı yoxdur. Cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Masallı Regional "ASAN Xidmət" Mərkəzində Notariat Ofisinin 06 dekabr 2024-cü il tarixli 1831 №-li məktubu ilə ona bildirilmişdir ki, "xx.xx.2005-ci il tarixdə vəfat etmiş X2ndan miras qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə xx.xx.2024-cü il tarixli ərizəsi və ona əlavə olunmuş sənədlər nəzərdən keçirilərkən faktiki qəbul olmadığı, vərəsəliyin qəbul müddətinin keçdiyi səbəbindən vərəsəlik işini notarial qaydada rəsmiləşdirmək mümkün olmadığı üçün sənədlər məhkəməyə müraciət olunması ilə əlaqədar Sizə qaytarılır." Miras qalmış əmlakı faktiki qəbul etməyi faktı müəyyən edilməlidir. X1, X34, X18 və X3 tərtib etdikləri və Masallı RİHB-nin Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş xx.xx.2025-ci il tarixli Aktla təsdiq edilir ki, o, həqiqətən anası ölənədək sonuncuya məxsus olmuş ünvan 2 ünvanında yerləşən 0.10 ha torpaq sahəsi və iki mərtəbəli dörd otaqdan ibarət ev 162 inventar nömrəli evdə qeydiyyatsız olaraq anası ilə birgə yaşamış və kommunal xidmət haqlarını ödəmişdir. Bundan əlavə, o, anası xx.xx.2005-ci ildə öldükdən sonra dəfn mərasimini (mərhumun 3-ü, 7-ci, cümə axşamları, 40-ı və ilini) ona məxsus evdə təşkil edərək keçirmiş, anası öldükdən sonra da, uzun müddət anasının sözügedən evində yaşamış, kommunal xidmət haqlarını ödəmiş, həyətdə hasar çəkmiş, təsərrüfatı idarə etmiş, evdə və həyətdə təmir işləri aparmışdır. Həmin qonşular məhkəmədə şahid qismində ifadə verə bilərlər. O, sözügedən əmlaka sahiblik etmiş, əmlakı idarə etməyə faktiki başlamışdır. Odur ki, mirasın faktiki olaraq tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Məhkəmə iclasında ərizəçinin vəkili və nümayəndəsi Vəkil ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə ilə müraciət edərək işə səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəçinin izahatını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan: Masallı Rayon Maraqlı şəxsndə Notariat Ofisindən ərizəçiyə ünvanlanmış 06 dekabr 2024-cü il tarixli 1831 saylı məktubda qeyd edilmişdir ki, xx.xx.2005-ci il tarixdə vəfat etmiş X2ndan miras qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə veriməsi barədə xx.xx.2024-cü il tarixli ərizəsi və ona əlavə olunmuş sənədlər nəzərdən keçirilərkən faktiki qəbul olmadığı, vərəsəliyin qəbul müddətinin keçdiyi səbəbindən vərəsəlik işini notarial qaydada rəsmiləşdirmək mümkün olmadığı üçün sənədlər məhkəməyə müraciət olunması ilə əlaqədar ərizəçiyə qaytarılmışdır. ölüm haqqında şəhadətnamədən görünür ki, X13 xx.xx.2005-ci ildə ölmüşdür. ölüm haqqında şəhadətnamədən görünür ki, X26 xx.xx.1964-cü ildə ölmüşdür. ölüm haqqında şəhadətnamədən görünür ki, X33 xx.xx.2018-ci ildə ölmüşdür. 14 yanvar 2025-ci il tarixli, **********366 saylı X12 6 saylı Bakı "ASAN xidmət" Mərkəzində Notariat ofisində təsdiq olan ərizəsindən görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-ci maddəsində (xx.xx.2023-cü il tarixdək qüvvədə olmuş redaksiyada) nəzərdə tutulmuş müddət ərzində xx.xx.2005-ci il tarixdə vəfat etmiş X2ndan harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq qalmış miras əmlakı qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququnu) notariat orqanına müraciət etməklə və ya faktiki olaraq mirası qəbul edərək həyata keçirməmişdir. Miras əmlaka dair istənilən əsaslarla ona çatası vərəsəlik payına dair hüquqlarını rəsmiləşdirmək istəmir, onu vərəsələr sırasına daxil etmədən vərəsəliyin rəsmiləşdirilməsinə etirazı yoxdur. 19 sentyabr 2024-cü il tarixli, **********381 saylı X16 adından X29 tərəfindən 6 saylı Bakı "ASAN xidmət" Mərkəzində Notariat ofisində təsdiq olan ərizəsindən görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-ci maddəsində (xx.xx.2023-cü il tarixdən əvvəlki redaksiyada) nəzərdə tutulmuş müddət ərzində xx.xx.2005-ci il tarixdə vəfat etmiş X2ndan harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq qalmış miras əmlakı qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququnu) notariat orqanına müraciət etməklə və ya faktiki olaraq mirası qəbul edərək həyata keçirməmişdir. Miras əmlaka dair istənilən əsaslarla ona çatası vərəsəlik payına dair hüquqlarını rəsmiləşdirmək istəmir, onu vərəsələr sırasına daxil etmədən vərəsəliyin rəsmiləşdirilməsinə etirazı yoxdur. 19 oktyabr 2024-cü il tarixli, **********095 saylı X19 tərəfindən 4 saylı Bakı "ASAN xidmət" Mərkəzində Notariat ofisində təsdiq olan ərizəsindən görünür ki, xx.xx.2005-ci il tarixdə vəfat etmiş qaynX2ndan və xx.xx.2017 -ci il tarixdə vəfat edən əri X14 irs qalmış miras əmlakdan ona çatası payı qəbul etməmiş və etmək fikri də yoxdur. 16 oktyabr 2024-cü il tarixli, **********649 saylı X28 tərəfindən 7 saylı Bakı "ASAN xidmət" Mərkəzində Notariat ofisində təsdiq olan ərizəsindən görünür ki, xx.xx.2005-ci il tarixdə vəfat etmiş nənəsi X4 ona çatan mirası nə notariat ofisinə ərizə verməklə, nə də miras əmlaka faktik sahibliyi həyata keçirməklə qəbul etməmiş və qəbul etmək niyyətində deyil. Mirası qəbul etmiş digər vərəsələrin vərəsəlik hüququ haqqında şəhadətnamə almaqlarına heç bir etirazı yoxdur. Masallı RİHB-nın Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 25 noyabr 2024-cü il tarixli, 2591 saylı arayışından görünür ki, Ərizəçi mərhum X2 xx.xx.2005-ci ildə vəfat etmişdir. Mərhumun daimi yaşayış yeri Masallı şəhəri, N.Nərimanov küçəsi olmuşdur. Onun qeydiyyatından çıxıb gedənlər X20r, X9r, Ərizəçidur, vəfat etmiş X21r və vəfat etmiş X25r. Masallı RİHB-nın Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 24 yanvar 2025-ci il tarixli və ünvan 5 ünvanında qeydiyyatda olan X24, ünvan 6nvanında qeydiyyatda olan X34 və X18, ünvan 7 ünvanında qeydiyyatda olan X10 tərəfindən imzalanmış aktından görünür ki, imza edənlər, bu Aktı tərtib etməklə təsdiq ediblər ki, həqiqətən qonşuları Ərizəçi X2 ölənədək sonuncuya məxsus olmuş ünvan 8 ünvanında yerləşən 0.10 ha torpaq sahəsi və iki mərtəbəli dörd otaqdan ibarət ev 162 inventar nömrəli evdə qeydiyyatsız olaraq anası ilə birgə yaşamış və kommunal xidmət haqlarını ödəmişdir. Bundan əlavə, həqiqətən X13 xx.xx.2005-ci ildə öldükdən sonra onun oğlu Ərizəçi mərhum anasının dəfn mərasimini (mərhumun 3-ü, 7-ci, cümə axşamları, 40-ı və ilini) X8 məxsus olmuş ünvan 2 ünvanında yerləşən 0.10 ha torpaq sahəsi və iki mərtəbəli dörd otaqdan ibarət ev 162 inventar nömrəli evdə təşkil edərək keçirmişdir. Eyni zamanda, anası öldükdən sonra da, Ərizəçi uzun müddət anasının sözügedən evində yaşamış, kommunal xidmət haqlarını ödəmiş, həyətdə hasar çəkmiş, təsərrüfatı idarə etmiş, evdə və həyətdə təmir işləri aparmışdır. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş "Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid Pasport"dan görünür ki, ünvan 8 ünvanında yerləşən 162 inventar nömrəli ev X8 məxsus olmuşdur. Masallı Rayon dövlət notariusu tərəfindən verilmiş xx.xx.2001-ci il tarixli vəsiyyatnamədən görünür ki, X13 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus olan bütün əmlakını, o cümlədən Masallı şəhəri, Nərimanov küçəsi ünvanında yerləşən 0.10 ha torpaq sahəsini və iki mərtəbəli dörd otaqdan ibarət evini Ərizəçi vəsiyyət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Eyni Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci Maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-i maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə vərəsələr – ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) sayılırlar. 1159.2-ci maddəsinə əsasən ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Ərizəçi mərhum X2nın birinci növbədə vərəsəsidir. Ərizəçi miras əmlak olan torpaq sahəsini və onun üzərində olan fərdi yaşayış evini faktiki qəbul etmiş və onları idarə etmişdir. Həmçinin mərhumun Ərizəçi başqa vərəsləri olsada, onlar mirasdan imtina etmişlər. Odur ki, ərizə təmin edilməlidir. Şərh olunanları və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 18 iyun 2005-ci il tarixdə ölmüş X4 miras qalmış Masallı şəhəri, Nərimanov küçəsi ünvanında yerləşən 0.10 ha torpaq sahəsinin və iki mərtəbəli dörd otaqdan ibarət fərdi yaşayış evinin birinci növbədən vərəsə olan Ərizəçi (Alekberov Rafiq) tərəfindən faktiki qəbul edilməsi müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-1743/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1743/2025
10.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver