Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1748/2023 07.06.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Ərizəçi qızının iştirakı ilə. Ərizəçi qızının doğum faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə, Masallı rayon məhkəməsinin inizbati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi qızı məhkəməyə ərizə ilə müraciət edərək, 14 avqust 2007-ci il təvəllüdlü X3 doğum faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs Seyfulla oğlu evlənmiş və 07 avqust 2006-cı ildə Masallı rayonu Ərkivan ərazi nümayəndəliyində nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından 14 avqust 2007-ci ildə Hüseyn, 11 mart 2010-cu ildə Leyla və 04 aprel 2014-cü ildə Mehdi adlı uşaqları anadan olmuşdur. O, ərinin təhsili ilə əlaqədar 2006-cı ildə onunla Suriya Respublikasına getmişdir. 14 avqust 2007-ci ildə X5 şəhərində doğulmuşdur. Suriyada verilmiş doğum haqqında müvafiq sənədləri əri təhsili başa vurduqdan sonra Azərbaycana gətirmiş, lakin naməlum şəraitdən sonra doğum sənədlərinin bəzilərini itirmişlər. Hazırda doğum haqqında şəhadətnamə olmadığından Hüseynin şəxsiyyət vəsiqəsini dəyişə bilmir, vəsiqəsi dəyişmədiyi üçün onun təhsilində problemlər yaşanır, imtahanlarda iştirak etmək üçün sənədlərini verə bilmir, digər çətinliklərlə üzləşir. Bununla bağlı Masallı rayonu Qeydiyyat şöbəsinə müraciət etsə də şəhadətnamənin alınması mümkün olmamış və məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Odur ki, hazırda həmin faktın müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Ona görə də doğum faktının müəyyən olunması xahiş olunur. Məhkəmə iclasında Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək Maraqlı şəxs Seyfulla oğlu ilə rəsmi nikaha girmiş, birgə nikahdan 14 avqust 2007-ci ildə anadan olmuş Hüseynin doğum haqqında şəhadətnaməsi olmadığından bir sıra çətinliklərlə üzləşdiyini bildirmişdir. Ona görə ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Masallı rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini bildirməmişdir. Odur ki, məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını məqsədəuyğun sayır. Məhkəmə iclasında şahid Maraqlı şəxs Seyfulla oğlu bildirdi ki, Hüseyn Abbasov onun övladıdır və o, 14 avqust 2007-ci ildə Suriyanın Dəməşq şəhərində doğulmuşdur. İşdə olan AZE-10362517 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 14 avqust 2007-ci ildə Suriyada, X7 şəhərində anadan olmuşdur. İşdə olan nikah akt qeydi barədə arayışdan görünür ki, Maraqlı şəxs oğu və X1 07 avqust 2006-cı ildə rəsmi nikah bağlamışlar. İşdə olan Masallı rayon Qeydiyyat şöbəsinin 18 aprel 2023-cü i il tarixli, 3-16-5/8- 1131-2023 saylı məktubundan məlum olur ki, X2 doğumu haqında şəhadətnamə verilməsi ilə əlaqədar müraciətdən imtina edilmişdir. Məhkəmə işin materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işin faktiki halları ilə müyyən olunmuşdur ki, X3 14 avqust 2007-ci ildə 14 avqust 2007-ci ildə Suriya Ərəb Respublikasında anadan olmuş, doğum akt qeydi aparılmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın təsdiq edilməsi haqqında 31 oktyabr 2003-cü il tarixli, 145 saylı Qərarına görə doğum haqqında yazılı və ya şifahi məlumatlar valideynlər və ya onlardan biri tərəfindən verilir, valideynlər xəstə olduqda, öldükdə və ya başqa səbəblərə görə onların məlumat verməsi mümkün olmadıqda məlumat qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və başqa şəxslər tərəfindən verilir. (qayda2.2.) Doğum haqqında məlumat uşağın doğulduğu gündən ən geci 3 ay ərzində, uşaq ölü doğulduqda isə ən geci doğum vaxtından ötən 3 gün müddətində verilməlidir. (qayda 2.3.) Valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır; (qayda 2.8.2.) Azərbaycan Respublikası 46.3.-cü maddəsinə görə uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə məhkəmə ərizəçinin doğum akt qeydinin aparılması ilə əlaqədar sənədləri doğum faktının məhkəmədə müəyyən olunmadan ala bilməməsi qənaətinə gələrək hesab edir ki, ərizə təmin olunmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X2 14 avqust 2007-ci il tarixdə Suriya Ərəb Respublikasının Dəməşq şəhərində doğulması faktı müəyyən edilsin. X2 doğum akt qeydində doğulduğu yer Suriya Ərəb Respublikasının Dəməşq şəhəri, doğum tarixi 14 avqust 2007-ci il, adı Hüseyn, soyadı Abbasov, ata qrafasında ata adı Maraqlı şəxs, ana qrafasında ana adı Ərizəçi qeyd edilsin. Qətnamə rəsmi qasydada verildiyi gündən bir ay müddətinə tərəflər Masallı rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №2(050)-1748/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1748/2023
07.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver