Məhkəmə qərarları › İş №2(050)-1808/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1808/2024

27.08.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1808/2024 27.08.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və onun nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştrakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı (üçüncü şəxs Masallı regional “ASAN xidmət” mərkəzində notariat ofisi) miras əmlakın qəbul edilməsi faktının müəyyən olunması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı1 və Cəlilov X16 Natiqə Baloğlan qızına qarşı (üçüncü şəxs Masallı regional “ASAN xidmət” mərkəzində notariat ofisi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhrum X7 miras qalmış Masallı rayonu, Şərəfə kəndində yerləşən X43 Komissiyasının xx.xx.1998-ci il tarixli 62 saylı qərarı ilə torpağın mülkiyyət hüququna dair JN 373A, kod 80526018 saylı şəhadətnaməsi ilə fərdi yaşayış evinin tikilməsi məqsədi ilə ayrılmış 0,30 ha torpaq sahəsinə qanun üzrə vərəsə kimi onların, yəni İddiaçı1 və İddiaçı2 tanınması və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının dəliləri İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh olmaqla, onun (İddiaçı1) doğma xalasıdır. X4 2009-cu ildə vəfat etmişdir. Cavabdeh nənələri X7 qalmış 0,30 hektar torpaq sahəsini onları, yəni vərəsələri gözləmədən öz adına rəsmi qeyd etdirmişdir. Halbuki, anası Xatirə Məmmədova nənəsi Yaxşıxanımın övladı olmaqla, birinci növbəli vərəsəsidir. Onlar hazırda anaları Xatirəyə çatmalı olan və hazırda Cavabdeh tərəfindən miras kimi qəbul edilmiş torpaq sahəsindən öz paylarını tələb edirlər. Bununla bağlı notariat orqanlarına müraciət etmişlər və onlara bildirmişdilər ki, bununla bağlı məhkəməyə müraciət edin. Sözügedən 0,30 hektar torpaq sahəsi Masallı rayonu, Şərəfə kədində yerləşir. Həmin torpaq sahəsi üzərində olan yaşayış evində babası Baloğlanın ikinci arvadı və övladı Baloğlan orada yaşayırlar. Hazırda Cavabdeh digər vərəsələrin, yəni sözü gedən vərəsələrin həmin evdə yaşamasına da etirazını bildirir. Habuki, sözü gedən torpaq sahəsi vərəsələr arasında bərabər qaydada bölünməli və onların payı ayılıb vərəsələrin mülkiyyətlərinə verilməlidir. Bundan əlavə, Yaxşıxanım Cəlilovadan qalmış miras əmlak torpaq sahəsinin yerləşdiyi evə sərbəst gedib gəlirlər. Həmin evdə qohumları yaşamaqla onların da həmin evə gedib-gəlməyinə heç bir maneə yoxdur. Torpaq sahəsini faktiki olaraq miras əmak kimi qəbul etmişdir. Onun məhrum anası Xatirə Cəlilova miras əmlakdan imtina etməmişdir. Ona görə də o, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən miras əmlakdan payını tələb edir. Bundan başqa Masallı rayon X29 xx.xx.1998-ci il tarixli, 62 saylı qərarı ilə məhrum nənələri X8 mülkiyyətinə verilmiş və vərəsəlik üzrə keçmiş 0,30 ha torpaq sahəsi də Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsində qeydiyyata alınmışdır. İddiaçı2 hal-hazırda yuxarıda qeyd olunan ünvanda yaşayır. Məhrum atası İddiaçı2 anası Sadıqova Bacıxanımla ailə qurmuş və o, onların nikahlarından anadan olmuşdur. Hazırda da atasından miras qalmış yaşayış evindən və torpaq sahəsindən istifadə edir. Lakin Cavabdeh qanunsuz olaraq onu atasından qalmış miras əmlakdan məhrum etmək istəyir. O, da belə bir vəziyyətdə ona düşən miras payını tələb edir. Odur ki, 0,30 hektar torpaq sahəsi vərəsələr arasında bölünməli və torpaq sahəsi miras əmlak kimi tərəflərindən qəbul edilməsi məqsədəmüvafıq hesab edilməlidir. İddiaçı1 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, cavabdeh mirasla bağlı müraciət edərkən məlumatı olmamışdır. Hazırda isə mərhum anası Xatirə Cəlilovanın payına düşən mirası tələb edir. Xalası onları aldadaraq həmin mirası öz adına keçirmişdir. Sonda İddiaçı1 iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. İddiaçı2 nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-889/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən verdiyi şikayət təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. İddiaçılardan İddiaçı2 onun atsının ikinci arvadından doğulmuş qardaşı, digər İddiaçı1 isə onun vəfat etmiş bacısı Xatirə Cəlilovanın qızı, Cavabdeh isə onun bacısıdır. Cavabdeh onu və digər vərəsələri aldadaraq atasının bələdiyyə torpaq sahəsini öz adına keçirəcəyi adı ilə mərhum anaları Yaxşıxanım Cəlilovadan qalmış mirası öz adına keçirmişdir. Onlar Notariat kontorunda vərəsəlikdən imtina edərkən onlara atalarının bələdiyyə torpaq sahəsindən imtina etdiklərini bildirərək onları aldatmışdır. Sonradan ögey qardaşı Baloğlan ona həyəti ölçdüklərini dediyi zaman bilmişdir ki, bacısı Natiqə onları atalarının torpağını sənədləşdirmək adı ilə anası Yaxşıxanıma məxsus olan 0.30 ha torpaq sahəsini öz adına keçirəmək istədiyini bilmişdir. Hazırda Yaxşıxanımdan qalan evdə ögey qardaşı Baloğlan və onun anası Bacıxanım yaşayır. Lakin, onlar vərəsə kimi qeydə alınmamışdır. Həmçinin digər vəfat etmiş bacısı Xatirə Cəlilova da vərəsə kimi müəyyən edilməmiş və onun qızına çatası pay da verilməmişdir. Baloğlanın və onun anası Bacıxanımın qalmağa başqa yerləri yoxdur. Onları da həmin evə onun mərhum anası gətirmiş, hər şeyi onların adına keçirmiş, bu barədə arxiv arayışları və ərazi nümayəndəliyinin arayışları da vardır. Anası vəfat etdikdən bu günə kimi onlar həmin evdə yaşayırlar. Təsərrüfatı idarə edirlər. Baloğlanın iki uşağı və həyat yoldaşı vardır. Onların qalmağa yerləri yoxdur. O, öz payına düşən 5 sot torpaq istəyir. Cavabdeh özü Bakı şəhərində yaşayır. Onun öz evi vardır, əlavə olaraq burada olan torpağı da ələ keçirmişdir. Sonda Nümayəndə iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin etirazı Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, mübahisə ilə bağlı məhkəmənin qanuni qüvvəsini almış qətnamə və qərarlar vardır. İddiaçı Cavabdehlər X5 və İddiaçı2, üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 08 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı «ölçü işlərinin aparılmasına yaradılan maneələrin aradan qaldırılması» tələbi barədə iddia qismən təmin edilmiş, Masallı rayonu, Şərəfə kəndində yerləşən JN-373A Kod 80526018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə nəzərdə tutulmuş 0.30 hektar torpaq sahəsində cavabdehlər X9 və İddiaçı2 tərəfindən ixtiyarlı şəxslərin ölçü işlərinin aparılmasına yaradılan maneələr qadağan edilməsi qət edilmişdir. X30 Məhkəməsininə və Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayətlər verilmiş, lakin qətnamə qüvvədə saxlanılmışdır. Bundan başqa miras qalmış əmlaka dair iddiaçılar heç bir müraciət etməmişlər. Baxmayaraq ki bunun üstündən 25 ildən artıq vaxt keçmişdir. Həmçinin iddiaçılar özləri də mirasdan imtina barədə notariat kontorunda ərizə vermişlər. Bundan başqa, cavabdeh iddiaçılara Baloğlanın həmin evdə yaşamasına rəsmi olaraq barışıq sazişi ilə razılıq verməsinə də razı olmuş, lakin iddiaçı tərəf israrla onların payının verilməsini tələb etmişdir. Sonda Vəkil iddianın rədd edilməsini xahiş etdi. Üçüncü şəxs Masallı regional “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu Əlövsət İbrahimov ərizə ilə məhkəməyə müraciət edərək, iş yükünün ağırlığı ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiklərini bildirmiş və işə onların iştirakları olmadan baxılaraq, müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməməlidir. Təsviri hissə Belə ki, iş materiallarında olan: Doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı1 02 avqust 1992-ci ildə Masallı rayonu, Səmidxan kəndində doğulmuşdur, atası X26, anası X17r. Doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı2 xx xxxxxx 1999-cu ildə Masallı rayonu, Bambaşı kəndində doğulmuşdur, atası İddiaçı2 Xanlar oğlu, anası X6r. Ölüm haqqında şəhadətnamədən görünür ki, X20 13 sentyabr 2009-cu ildə ölmüşdür. Doğum haqqında arayışdan görünür ki, X22 15 iyul 1969-cu ildə Masallı rayonu, Şərəfə kəndində doğulmuşdur, atası İddiaçı2 Xanlar oğlu, anası X12r. Ölüm haqqında şəhadətnamədən görünür ki, X22 24 mart 2009-cu ildə ölmüşdür. Masallı Rayon İcra Hakimiyyəti başçısının Şərəfə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 01 aprel 2024-cü il tarixli, 173 saylı arayışdan görünür ki, X13 anası X20 13 sentyabr 2009-cu ildə vəfat etmişdir. Mərhumun daimi yaşayış yeri Masallı rayonu Şərəfə kəndi olmuş, vəfat edənədək onunla birlikdə yaşamış və hazırda həmin evdə yaşayan ailə üzvlərindən İddiaçı2 qalmışdır. Mərhumun ailə tərkibindən çıxıb gedən rəsmi və qeyri-rəsmi nikahdan doğulmuş övladları X10 (2017-ci ildə vəfat edib), X21, Cavabdeh, X27 (1993-cü ildə vafat edib), Nümayəndə, X22 (2009-cu ildə vəfat edib), X28, X18r (1980-ci ildə vəfat edib). İddiaçı2 Xanlar oğlu xx.xx.1999-cu ildə vəfat edən gündən bu günə qədər həmin evdə oğlu İddiaçı2, anası X9 ilə birlikdə yaşamış və həmin evin altında torpaq sahəsindən istifadə etməklə təsərrüfatı birgə idarə edirlər. Masallı Rayon İcra Hakimiyyəti başçısının Şərəfə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 07 iyul 2022-ci il tarixli, 362 saylı arayışdan görünür ki, 1959-cu il təvəllüdlü X9 1999-cu ildən Masallı rayonu Şərəfə kəndində daimi qeydiyyatı olmadan azyaşlı oğlu İddiaçı2 ilə yaşayır. 2009-cu ildən isə daimi qeydiyyata düşüb. Qeydiyyata düşdüyü ev mərhum X14 məxsus olub və mərhum X20 vəfat edənə kimi yəni 2009-cu ilə kimi onunla bir evdə yaşayıb. X9 mərhum X8 vəfatından sonra həmin təsərrüfatı idarə edir. Masallı Rayon İcra Hakimiyyəti başçısının Şərəfə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 22 iyun 2022-ci il tarixli, 40 saylı arayışdan görünür ki, Masallı rayonu Şərəfə kənd sakini olmuş xx.xx.1999-cu ildə vəfat etmiş İddiaçı2 Xanlar oğlu vəfat edənədək anadan olmuş uşaqları X10 (xx.xx.2017-ci ildə vəfat edib), X22 (xx.xx.2009-cu ildə vəfat edib), X27 (1994-cü ildə vafat edib), X21, Cavabdeh, Nümayəndə, X28, İddiaçı2dur (qeyri-rəsmi nikahla doğulan uşaq (atalığı müəyyən edilib). Mərhum İddiaçı2 Xanlar oğlunun 1967-ci ildə Masallı rayonu Şərəfə kəndində inşa etdiyi fərdi yaşayış evində hal-hazırda İddiaçı2 və anası X9 ilə birlikdə yaşayır. Masallı regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən İddiaçı1 ünvanlanmış xx.xx.2024-cü il tarixli, 356 saylı məktubdan görünür ki, xx.xx.2009-cu il tarixdə vəfat etmiş nənəsi X7 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə xx.xx.2024-cü il tarixli ərizə və sənədlər nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, vərəsəliyin qəbul müddəti keçdiyi, faktiki qəbul barədə sənədlər olmadığına və vərəsəliyə dair sənədlər olmadığına görə vərəsəlik işini notarial qaydada rəsmiləşdirmək mümkün olmadığı üçün sənədlər məhkəməyə müraciət olunması ilə əlaqədar geri qaytarılmışdır. Masallı Rayon İcra Hakimiyyəti başçısının Şərəfə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 15 iyul 2022-ci il tarixli, 369 saylı arayışdan görünür ki, X1 rayonu Şərəfə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində hal-hazırda 08 saylı təsərrüfatbaşı kitabının 20-ci səhifəsində 690 saylı təsərrüfatın başçısıdır. Ölüm haqqında şəhadətnamədən görünür ki, İddiaçı2 Xanlar oğlu xx xxxxxx 1999-cu ildə ölmüşdür. Masallı Rayon Dövlət Arxivi tərəfindən verilmiş 2006-2010-ci illərə aid 6 saylı təsərrüfatbaşına kitabın 548-ci təsərrüfatından 128-129-cu təsərrüfatdan çıxarışdan görünür ki, ailə başçısı 1938-ci il təvəllüdlü X3 ailə başçısı 1959-cu il təvəllüdlü X9 olmuşdur, ailə üzvü isə onun oğlu 1999-cu iıl təvəllüdlü İddiaçı2 təsəsrrüfatda olan şəxslər kimi göstərilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-889/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, ərizəçi Cavabdeh maraqlı şəxs Masallı Regional „ASAN xidmət“ Mərkəzində Notariat Ofisinə qarşı „miras əmlakın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə“ dair ərizəsi təmin edilmiş, X2 qalan mirasın açılma vaxtı xx.xx.2009-cu il tarixi, açılma yeri Masallı rayonu, Şərəfə kəndi müəyyən edilməsi, ərizəçi Cavabdeh mərhum anası X7 miras qalan Masallı rayonu, Şərəfə kəndində yerləşən 0.30 ha həyətyanı torpaq sahəsinə dair mirası qəbul etməsi faktının müəyyən edilməsi qət edilmişdir. X28, X21 və Nümayəndə notarial qaydada təsdiq edilmiş ərizələrində göstərmişdilər ki, “xx.xx.1999-cu il tarixdə atam – İddiaçı2 Xanlar oğlu vəfat etmişdir. Vərəsəlik işi ilə əlaqədar bildirirəm ki, ondan miras qalmış əmlakı faktiki qəbul etməmişəm, qəbul etmək niyyətində də deyiləm. Gələcəkdə bununla bağlı heç bir məhkəmə orqanlarına müraciət etməyəcəyəm. Bununla bağlı hər hansı mübahisə olarsa bütün məsuliyyəti öz üzərimə götürürəm.” X28, X21 və Nümayəndə notarial qaydada təsdiq edilmiş ərizəsində göstərilir ki, “xx.xx.2009-cu il tarixdə anam – X20 vəfat etmişdir. Vərəsəlik işi ilə əlaqədar bildirirəm ki, ondan miras qalmış əmlakı faktiki qəbul etməmişəm, qəbul etmək niyyətində də deyiləm. Gələcəkdə bununla bağlı heç bir məhkəmə orqanlarına müraciət etməyəcəyəm. Bununla bağlı hər hansı mübahisə olarsa bütün məsuliyyəti öz üzərimə götürürəm.” Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-889/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, Nümayəndə 2(004)-889/2022 saylı mülki iş üzrə maraqlarına toxunan şəxs kimi tanınması, İddiaçı2 Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-889/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən verdiyi apelyasiya şikayəti baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-889/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, Nümayəndə tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-889/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən apelyasiya şikayətinin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddətin buraxılması üzürlü hesab edilərək bərpa olunması və verilmiş apelyasiya şikayətinin mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6884/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, ərizəçi Cavabdeh “miras əmlakın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi” barədə ərizəsinə dair mülki üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli, 2(004)-889/2022 saylı qətnaməsindən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs X15 və İddiaçı2 Xanlar oğlu tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş və mülki iş apelyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8581/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, ərizəçi Cavabdeh “miras əmlakın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi” barədə ərizəsinə dair mülki üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli, 2(004)-889/2022 saylı qətnaməsindən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs X15 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməsi və mülki iş apelyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Tərəflərin məhkəmə iclasında verdiyi izahatlardan məlum olmuşdur ki, apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsində mahiyyəti üzrə baxılaraq müvafiq qərar qəbul edilməmişdir. “Torpağın mülkiyyətə verilməsinə dair” JN 373A, kod 80526018 saylı şəhadətnamədən görünür ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 11 noyabr 1998ci il tarixli, 62 nömrəli qərarı ilə X14 0.30 hektar torpaq sahəsi verilmişdir. Masallı Rayon Məhkəməsinin 2(050)-1630/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdehlər X5 və İddiaçı2, üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 08 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı «ölçü işlərinin aparılmasına yaradılan maneələrin aradan qaldırılması» tələbi barədə iddia qismən təmin edilmiş, Masallı rayonu, Şərəfə kəndində yerləşən JN-373A Kod 80526018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə nəzərdə tutulmuş 0.30 hektar torpaq sahəsində cavabdehlər X9 və İddiaçı2 tərəfindən ixtiyarlı şəxslərin ölçü işlərinin aparılmasına yaradılan maneələr qadağan edilməsi, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1985/2022 saylı, 15 noyabr 2022-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Masallı Rayon Məhkəməsinin 2(050)-1630/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1332/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)- 1985/2022 nömrəli mülki iş üzrə 15 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Əsaslandırma hissəsi Mülki işə baxılarkən müəyyən edilmişdir ki, İddiaçı2 ögey anası, X2 (atasının əvvəlki arvadından) miras əmlak kimi qalmış Masallı rayonu, Şərəfə kəndində yerləşən JN-373A Kod 80526018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə nəzərdə tutulmuş 0.30 hektar torpaq sahəsini faktiki qəbul edərək idarə etmişdir. Eyni zamanda digər İddiaçı1 mərhum nənəsi X8 birinci növbə vərəsəsi olmuş, yəni nənəsi ölməmişdən qabaq X4 dünyasını dəyişmiş, ona görə də nənəsi ölərkən birinci növbə vərəsə kimi miras qalmış 0,30 ha torpaq sahəsini qəbul etmək hüququ olmuşdur. Lakin, o, nənəsi öldükdən sonra miras əmlakı qəbul etmək üçün notariat ofisinə müraciət etməmiş, eyni zamanda Masallı rayonu Şərəfə kəndində yerləşən torpaq sahəsini faktiki olaraq qəbul etməmiş, özü uzun müddətdir ki, Bakı şəhərində yaşamışdır. X2 miras qalmış 0,30 ha torpaq sahəsi üzrə 2022-ci il tarixdə Yasamal Rayon Məhkəməsində işə baxılarkən birinci növbə vərəsələr X21, Nümayəndə və X28 miras əmlakın qəbulundan imtina etdiklərindən Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə miras əmlakın bötövlükdə mərhumun qızı Cavabdeh tərəfindən qəbul edilməsi faktı müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı2 ögey anasında (atasının əvvəlki arvadından) qalmış miras əmlaka faktiki sahib olmaqla onu idarə etməsinə baxmayaraq, miras əmlakı qəbul etmək üçün subyektiv hüququ yaranmamışdır. Belə ki Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddədə qeyd edilir ki, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1159.1.1-ci maddəyə əsasən birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər) valideynlər (övladlığa götürənlər) vərəsə sayılırlar. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Göründüyü kimi, miras əmlak kimi qalmış 0,30 ha torpaq sahəsi torpaq haqqında şəhadətnaməyə əsasən X8 mülkiyyətində olmuş, İddiaçı2 qanunvericiliyin tələblərinə əsasən birinci növbə vərəsə hesab edilmədiyindən həmin miras əmlakı qəbul etmək hüququ olmamışdır. Məhkəmə eyni zamanda digər iddiaçıya münasibətdə qeyd edir ki, X20 2009-cu il tarixdə vəfat edərkən İddiaçı1 anası sağ olmadığından onun birinci növbə vərəsə kimi miras əmlakı qəbul etmək üçün hüququ yaranmış, yəni mərhumun birinci növbəli vərəsəsi olmuşdur. Lakin, qanunvericilikdə nəzərdə tutulmuş müddətdə o, miras əmlakın qəbul edilməsi üçün müraciət etmədiyindən, eləcə də miras əmlakı faktiki qəbul edərək idarə etmədiyindən onun tərəfindən miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi mümkün deyildir. İddiaçı1 nənəsi X20 13 sentybar 2009-cu il tarixdə vəfat etdikdən sonra miras qalmış torpaq sahəsini qəbul etməsi ilə bağlı iş materiallarında hər hansı bir sübut yoxdur. İddiaçı1 özü də izahatında miras əmlakı faktiki olaraq qəbul etmədiyini, həmin torpaq sahəsini idarə etmədiyini, uzun müddətdir ki ailə həyatı qurararaq ailəsi ilə birlikdə Bakı şəhərində yaşadığını bildirmişdir. O, həmçinin izahatında 2022-ci il tarixdə xalası Cavabdeh miras əmlakı Yasamal Rayon Məhkəməsi qətnaməsi əsasında qəbul etdiyindən xəbər aldıqdan sonra nənəsinin birinci növbə vərəsəsi olduğundan həmin əmlakı qəbul etmək niyyətinə düşmüşdür. Ərazi nümayəndəliyindən verilmiş arayışlardan da görünür ki, Yaxşıxanım Cəlilovadan miras qalmış torpaq sahəsini İddiaçı2 faktiki qəbul edərək idarə etmiş, İddiaçı1 həmin əmlakı qəbul etməsi ilə bağlı məlumat verilməmişdir. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qeyd edilən Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mülki Məcəllənin 1248.1-ci maddəsinin məzmununa görə, vərəsə mirasın qəbulu müddətini ötürmüş olsa belə, o, həm məhkəmə tərəfindən, həm də mirası qəbul edən digər bütün vərəsələr tərəfindən vərəsəliyə qəbul oluna bilər. Göründüyü kimi, qanunvericilik miras əmlakın qəbulunun iki növünü müəyyən etmişdir. Bunlardan biri Mülki məcəllədə nəzərdə tutulmuş konkret müddətlər ərzində miras əmlakın qəbul edilməsi, digər üsulu isə əmlaka faktiki olaraq sahib olub onu idarə etməklə miras əmlakı qəbul etmək. Konstitusiya Məhkəməsi Plenumunun mirasın formal və qeyri-formal qəbulu üsulları ilə əlaqədar artıq formalaşmış hüquqi mövqeyi mövcuddur. Belə ki, Mülki Məcəllənin 1243cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014cü il 18 iyul tarixli, A.Nadirova və qeyrilərinin şikayəti üzrə 2022-ci il 16 mart tarixli Qərarları). Beləliklə müəyyən edilmişdir ki, İddiaçı2 ögey anasında (atasının əvvəlki arvadından) qalmış miras əmlaka faktiki sahib olmaqla onu idarə etməsinə baxmayaraq, miras əmlakı qəbul etmək üçün subyektiv hüququ yaranmamış, X20 2009-cu il tarixdə vəfat edərkən İddiaçı1 anası sağ olmadığından sonuncunun birinci növbə vərəsə kimi miras əmlakı qəbul etmək üçün hüququ yaranmış, lakin, qanunvericilikdə nəzərdə tutulmuş müddətdə o, miras əmlakın qəbul edilməsi üçün müraciət etmədiyindən, eləcə də miras əmlakı faktiki qəbul edərək idarə etmədiyindən onun tərəfindən miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsinə əsaslar olmamışdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Şərh olunanları və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia rədd edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı (üçüncü şəxs Masallı regional “ASAN xidmət” mərkəzində notariat ofisi) miras əmlakın qəbul edilməsi faktının müəyyən olunması tələbinə dair iddiaları təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar